Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-237/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər ”DENTAL CLİNİC” MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödnilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 790 manat maddi zərər və 2000 manat mənəvi zərərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri 2018-ci il oktyabr ayından bugünə kimi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi K.İsmayılov küçəsi 9-da yerləşən 9 saylı Cavabdeh1in həkimi Cavabdeh2 onu aldadıb, incidib, mənəvi, maddi və sağlamlığına psixoloji zərər vurub. O, həkim Cavabdeh2 xahiş etmişdir ki, onun ağzında çoxsaylı ana dişləri olduğu üçün protez istəməmişdir. Onun dişlərini heç bir rentgen və müalicə etmədən söküb çıxarmış, özünün bildiyini demişdir. Uzun müddət dişlərin yeri sağalandan sonra ölçü götürmüşdür. Düzəltdiyi İ-ci, İİ-ci protezlərin ölçüləri uyğun gəlməmişdir. Sonuncu 2021-ci ilin yanvar ayında düzələn protez hal-hazırda onu incidir və sağlamlığına psixoloji təsir göstərir. Ağzında 6 ana dişi qalıb, heç bir rentgen və müalicə etmədən hər birinə 70 manatdan keramik qapaq qoyub. Həmin dişlər tərpənir, qanayır, onu incidir və ağrayır. Dəfələrlə həkim Cavabdeh2 müraciət etməsinə baxmayaraq, onu qəbul etmir, hara istəyirsən get deyir. O da məcburiyyət qarşısında yuxarı təşkilatlara və orqanlara müraciət etmişdir. Hətta ödəniş üçün ona heç bir qəbz verməyərək 790 manat pul almışdır. Bununla əlaqədar Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisovaya xx.xx.2019-cu il tarixdə ********** nömrəli teleqramla müraciət etmişdir ki, onu qəbul etsin. xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə yenidən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Nelli Veyisovaya rəsmi ərizələrlə müraciətlər etməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Bundan başqa, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Birinci X1 müraciət etmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X6” X10 xx.xx.2020-ci il tarixdə verilən cavabına əsasən xx.xx.2021-ci il tarixdə Suraxanı rayonu Prokuroruna şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə 9 saylı “Dental” Klinikasının Baş həkimi Rafik İsmayılova ərizə ilə müraciət etmişdir. Həkim Cavabdeh2 Dental MMC-nin işçisi olduğuna görə Dental Klinik MMC-də ona dəymiş zərərə görə cavabdehdir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddiasının təmin olunmasını xahiş etmişdir. İddiaçı həmçinin iş üzrə verilmiş ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Cavabdehlər Cavabdeh1-nin direktoru Rafiq İsmayılov və Cavabdeh2 iddia tələbinə yazılı etirazlarında göstərmişlər ki, 2018-ci ildə pasiyent İddiaçı 9 saylı tam təsərrüfat hesablı poliklinikada (indiki Cavabdeh1) qəbul edilmişdir. Xəstənin ağız boşluğunda ağır dərəcəli parodontit (6 mm-dən artıq dərinlikdə patoloji ciblər olan) 3-cü dərəcəli laxlama aşkar edilən dişlər çəkilmişdir. Bu kimi hallarda rentgen müayinəsi tələb olunmadığından həmin dişlərin rentgen müayinəsi edilməsinə zərurət olmamışdır. Yüngül dərəcəli periodontit olan 22, 23, 34, 35, 36-cı dişlər metal keramik körpü ilə bərpa edilmişdir. Ağız boşluğunda çəkilən dişlərin yeri tam sağaldıqdan sonra alt və üst çənələrə hissəvi çıxan protezlər düzəldilmiş və xəstədən ödənişi tam ödəməsini tələb etdikdə protezin onu qane etməməsini bildirmişdir. Müəyyən vaxtdan sonra klinikaya gələrək protezin ona psixoloji problem yaratdığını və yeni protezlərin düzəldilməsini xahiş etmişdir. Cavabdeh2 xəstənin yaşını və psixoloji durumunu nəzərə alaraq çox tərəddüddən sonra protezləri yeni hissəvi çıxan protezlərlə əvəz edərək təhvil vermişdir. Bundan sonra cavabdeh İddiaçı görülən işdən razı qalmışdır. Lakin bir müddət sonra yenə ödənişini tamamlanması xahiş edilsə də, protezin onu qane etmədiyni bəhanə edərək ödənişi etməkdən imtina etmişdir. Bundan sonra İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə etdiyi şikayət əsasında klinikada yoxlamalar keçirilmiş və yoxlama zamanı hər hansı qanunsuzluq aşkarlanmamışdır. Daha sonra cavabdeh prokurorluğa müraciət etsə də şikayəti əsassız olduğundan təmin edilməmişdir. Cavabdehin iddia ərizəsi formal xarakter daşıyır, belə ki, həkim üzərinə düşən işi mükəmməl olaraq icra etmişdir. Lakin cavabdeh hər dəfə razı qaldığını bildirsə də, bir müddət sonra klinikaya gələrək narazı olduğunu bildirmişdir. Hələ bu azmış kimi ödəmədiyi pulu da tələb edir. Halbuki, iddia ərizəsində qeyd edilən 790 manat pulun tələb etməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Mövcud qanunvericiliyə görə hər bir tərəf məhkəmə müstəvisində iddia tələblərini sübut etməyə borcludur. Qarşı tərəf isə iddia tələbində göstərdiyi 790 manat pulun necə yaranmasını, əsaslı sübut edə bilməmişdir. Halbuki, indiki halda cavabdehin həkim Cavabdeh2 ödəməli pul borcu qalmışdır. Cavabdeh İddiaçı onun tərəfindən düzəldilən protezlərlə üç ildən artıqdır ki, istifadə edərək qidalanır. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, ümumiyyətlə cavabdehə hansı formada mənəvi ziyan vurulması və bunu təsdiq edəcək əsaslı sübutlar təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən, Cavabdeh2 izahatında göstərmişdir ki, o, iş üzrə verilmiş ekspert rəyi ilə razı deyil. Fərhad müəllim onun atasının tanışı idi və atası ondan Fəhrad müəllim üçün protez hazırlamağı xahiş etmişdir. İddiaçı tərəfindən 1000 manat ödəniş olunmalı olduğu halda, sonuncu 790 manat məbləğində ödəniş etmişdir. Əlavə olaraq iddiaçı ilk dəfə diş düzəltdikdən sonra gəlib narazılığını bildirmişdir. İkinci dəfə iddiaçıya diş düzəltdikdən sonra yenə dişdən narazı qaldığını bildirmişdir və klinikaya müraciət etmişdir. Bundan sonra iddiaçı narazı qaldığı üçün sonuncu protezi o düzətməmişdir. O, izahatında bildirdi ki, xəstə protez hazırlanmamışdan öncə üst çənəsində dişlərin sayı az olduğundan və onlar da qeyri sağlam olduğundan protezin bir neçə vaxtdan sonra ona diskomfort vərəcəyini, müvəqqəti ona xidmət göstərəcəyi barədə xəbərdar edilmişdir. Buna baxmayaraq o, protez hazırlanmasını xahiş etmişdir. Ona görə də, İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş teleqramına cavab olaraq bildirilmişdir ki, qeyd etdiyi Dental Klinika özəl tibb müəssisəsi olduğuna görə müvafiq köməklik göstərilməsi Bakı Şəhər Baş Səhiyyə idarəsinin səlahiyyəti xaricindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X6» X10 xx.xx.2020-ci il tarixli İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, onun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanladığı şikayətinə Səhiyyə Nazirliyinin X6ndə baxılmışdır. Bildirilmişdir kİ, ona dəymiş maddi ziyanla bagiı aidiyyəti üzrə huquq-muhafizə və məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, onun "xxxx" MMC Stomotoloji klinikanın həkimi Cavabdeh2 tərəfindən protez dişlərin keyfiyyətsiz düzəldilməsi və dişlərinin yenidən bərpa edilməsi barədə müraciətinə Suraxanı rayon prokurorluğunda baxılmış və müraciətin mülki xarakterli olması müəyyən edilmişdir. İddiaçı izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün ffiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsində istifadə etmək hüququna malikdirlər. Məhkəmə işə baxarkən tərəflərin və digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa o, bu barədə xüsusi qərar çıxarmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən prokurora məlumat verir. Cavabdan narazı qaldığı halda yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ vardır. Suraxanı rayonu Cavabdeh1-nin Stomotoloji Klinikanın xx.xx.2021-ci il tarixli İddiaçı və R.İsmayılova məktubundan müəyyən olunur ki, yazdığı məsələ ilə bağlı şikayət etdiyi, istər 2020-ci ildə Səhiyyə Nazirliyinin, istərsə də 2021-ci ildə Suraxanı Rayon Prokurorluğunun sorğusunu geniş və aydın şəkildə cavablandırmışdır. Həmin orqanlar onları da bu barədə məlumatlandırmışdır. Cavabdeh1 olaraq onların şikayəti ilə bağlı hər hansı bir köməklik göstərə bilmir və heç bir məsuliyyət də daşımır, eləcə də əlavə məlumat verə bilmək səlahiyyətində deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X6” X10 xx.xx.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, onun Cavabdeh1-nin həkimi Cavabdeh2 tərəfindən düzəldilmiş protez dişlərə görə ödənişin geri qaytarılması və yaxud dişlərinin bərpa edilməsi, həmçinin onun iştirakını ilə komissiya təşkil edilməsi barəsində Səhiyyə Nazirliyinin X6ndə ünvanladığı təkrar şikayətinə baxılmışdır. Onun eyni məzmunlu müraciətinə xx.xx.2020-ci il tarixli, 08/13325 saylı məktubla cavab verilmişdir. Ona dəymiş maddi zərərin qaytarılması X3 səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə hüquqmühafizə və məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. Bundan başqa dişlərinin bərpa edilməsi, həmçinin iştirakı ilə komissiyanın təşkil edilməsi X3 səlahiyyətlərinə aid deyil. Suraxanı rayonu Cavabdeh1-nin Stomotoloji Klinikanın xx.xx.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" MMC olaraq lisenziya xx.xx.2019-cu ildə almış və fəaliyyətə xx.xx.2019-cu ildən başlanılmışdır. Fəaliyyət növləri-cərrahiyyə (diş çəkimi və kiçik cərrahi əməliyyatlar) terapiya, ortopediya və ortodontiyadır. Klinikada fəaliyyət göstərən bütün həkimlərin, həmçinin, alı qeyd edilən Cavabdeh2 da sertifikatı vardır və bütün fəaliyyət növlərindən istifadə etmək hüququna malikdir. Cavabdeh2 hal-hazırda xx.xx.2019-cu il tarixindən bağlanmış əmək müqaviləsi ilə fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin əmri ilə ondan əvvəl fəaliyyət göstərən və İddiaçı müraciət etdiyi 9 saylı stomatoloji poliklinika ləğv edildiyindən, adı çəkilən şəxslə bağlı heç bir rəsmi məlumat verə bilmir. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-237/2022 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X10 246/KEŞ saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, 1950-ci il təvəllüdlü X2 özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda qapaqlarla bərpa edilmiş dişlərdə ağrı, diş ətlərində iltihabi proseslər, protez kənarlarında və protez sərhədlərində uyğunsuzluğun olduğu müəyyən edilmişdir. İddiaçı göstərilmiş stomatoloji xidmət zamanı dişlərdə protezin planlanması düzgün olmamış və doğru olmayan konstruksiya seçilmişdir. Bununla əlaqədar hal-hazırda onun protezlərinin təzələnməsinə və yeni konstruksiyaların hazırlanmasına ehtiyacı vardır. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, İddiaçı Musafiq oğlu dişlərini təmir etdirmək üçün 2018-ci il tarixdə hazırda Cavabdeh1 adıyla fəaliyyət göstərən stomotoloji klinikaya müraciət etmiş və klinika ilə iddiaçı arasında şifahi xidmət müqaviləsi bağlanmışdır. Klinikanın həkimi hazırkı iş üzrə Cavabdeh2 tərəfindən iddiaçıya tibbi xidmət göstərilmiş, lakin iddiaçının narazılığı olduğu üçün xidmət təkrarlanmışdır. Daha sonra iddiaçıya qoyulmuş dişlərdə problem olduğundan o, yenidən klinikaya müraciət etmiş və sonuncu dəfə klinikanın başqa həkimi tərəfindən ona yeni protez dişlər qoyulmuşdur. İddiaçı bir müddət sonra yenidən ona qoyulmuş protezlərdə problem olduğunu, yemək yeyə bilmədiyini bildirmiş və bununla bağlı dəfələrlə klinika və digər orqanlara şikayətlər etmişdir. Lakin iddiaçıya məhkəməyə müraciət etməli olduğu bildirildiyindən o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X8 X10 246/KEŞ saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunmuşdur ki, 1950-ci il təvəllüdlü X2 özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir. Fərhad Mikayılovun mütəxəssis müayinəsi zamanı hazırda onda qapaqlarla bərpa edilmiş dişlərdə ağrı, diş ətlərində iltihabi proseslər, protez kənarlarında və protez sərhədlərində uyğunsuzluğun olduğu müəyyən edilmişdir. İddiaçı göstərilmiş stomatoloji xidmət zamanı dişlərdə protezin planlanması düzgün olmamış və doğru olmayan konstruksiya seçilmişdir. Bununla əlaqədar hal-hazırda onun protezlərinin təzələnməsinə və yeni konstruksiyaların hazırlanmasına ehtiyacı vardır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya lazımi keyfiyyətdə tibbi xidmət göstərilməmiş və nəticədə sonuncu uzun müddətdir ki, fizioloji və psixoloji əzab çəkməkdədir. Məhkəmə müəyyən edir ki, iddiaçı hazırda yeni protezlərin qoyulması üçün ödədiyi 790 manat pulun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 790 manat məbləğində vurulmuş maddi ziyanın tutulması hissəsində Cavabdeh1-yə münasibətdə əsaslıdır. Çünki məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçıya tibbi xidmət Cavabdeh1-nin tibb işçisi tərəfindən göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İstehlakçıların hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun:
5. 1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. 9.2 İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
11. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir.
12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
26. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi tibbi işçisinin vurduğu zərərə görə tibb müəssisəsi məsuliyyət daşıyır. Vurulmuş zərərin məbləği ilə bağlı məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər məhkəməyə ünvanladığı yazılı etirazlarında cavabdeh tərəfindən ödəniş olunmadığını bildirsələr də, məhkəmə iclaslarında cavabdeh tərəfindən 790 manat məbləğində ödəniş olunduğunu etiraf etmişlər və bu işin mübahisəsi halıdır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Cavabdeh2 izahatında iddiaçıya göstərilən xidmətin riskləri ilə bağlı məlumat verildiyini bildirsə də, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1-dən 790 manat vurulmuş zərərin tutulması hissəsində əsaslıdır. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə qiymət verən məhkəmə qeyd edir ki, həmin hissədə də iddia tələbi qismən əsaslıdır. Belə ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, keçirilmiş ekspertiza nəticəsində Fərhad Mikayılovun mütəxəssis müayinəsi zamanı hazırda onda qapaqlarla bərpa edilmiş dişlərdə ağrı, diş ətlərində iltihabi proseslər, protez kənarlarında və protez sərhədlərində uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Bu isə uzun müddətdir onun ağrılar çəkməsini, məhkəmə iclaslarında qeyd etdiyi kimi normal qidalanmamasını, bununla da fiziki və psixi sarsıntılar keçirdiyini sübut edir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində də əsaslıdır. Lakin məhkəmə mənəvi zərərin məbləğini müəyyən edərkən onun iddiaçının tələb etdiyi kimi 2000 manat olması ilə razılaşmır və hesab edir ki, tutulmalı olan mənəvi zərərin məbləği 500 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 Stomotoloji Klinikadan 790 manat məbləğində vurulmuş zərər və 500 manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı Musafir oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova