Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2442/2024 19.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh verdikləri 12500 manat məbləğində pulun və Cavabdeh tərəfindən gecikdirilmiş 4 il vaxt üçün illik beş faiz məbləğində hesablanmış 2500 manat məbləğində pulun, cəmi 15000 (on beş min) manat məbləğində pulun və ödənilmiş 135 (bir yüz otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq onlara (İddiaçı1 və İddiaçı2) verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, (İddiaçı1) 2019-cu il tarixdə ev almaq niyyətində olmuş və həmin ilin oktyabr ayında iş yoldaşı Şahid1 adlı şəxs ona Bayıl qəsəbəsi ərazisində 14000 manata ev tapdığını bildirmişdir. Hüseyn həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin onun uşaqlıq dostu olduğunu bildirmişdir. Buna görə də o, oğlu Fazilə həmin evə baxmasını xahiş etmiş və Fazil Səbail rayonu, A.İsmayılov küçəsi 6/1, mənzil 4 E ünvanında yerləşən evə baxmışdır. Həmin ev birmərtəbəli və iki otaqdan ibarətdir. Bir qədər sonra oğlu ona zəng edərək, evi bəyəndiyini və onun da həmin evə baxmasını bildirmişdir. O, iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin Şahid1 adlı şəxslə birlikdə həmin evə getmişdir. Evdə həmin vaxt Ramin adlı şəxs, onun yanında isə usta olmuş və həmin müddət evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, Raminə beh olaraq 500 manat pul vermiş, Ramin isə evin bibisinə məxsus olduğunu və bibisinin hazırda Lənkəran şəhərində xəstə olduğunu bildirmişdir. Onlar narahat olduqları üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olub-olmadığını soruşmuşlar və hətta Ramindən bibisinin adından yazılı razılıq ərizəsi də almasını tələb etmişlər, lakin Ramin buna ehtiyac olmadığını bildirmiş və hər şeyin qaydasında olduğunu və bibisinin də razı olduğunu bildirmişdir. Bundan bır neçə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə həyat yoldaşının mülkiyyətində olan **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Oğlu Fazil bu barədə Raminlə danışmış və razılaşmaya görə Ramin avtomobili 8000 manata dəyərləndirərək götürəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində oğlu Fazil və həyat yoldaşı ilə birlikdə gedərək orada Raminin adına baş etibarnamə vermişlər. Sonra isə avtomobili Raminə təhvil vermişdir. Həmin gün isə o, Ramin və Hüseynlə görüşmüş və Xətai rayonunda Zığ qəsəbəsində Raminin tanıdığı ofisə getmiş, orada müqavilə bağlamışlar ki, o, Raminə 11000 (on bir min) manat pul vermiş, qalıq olaraq 3000 (üç min) manat qalmışdır. Raminlə onun arasında olan razılaşmaya əsasən, onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli idilər və evə köçəndən sonra qalan 3000 manatı Raminə verməli idi. Həmin evin rəsmi sənədləri olmadığından Ramın Azəriqaz İB-yi və Azərsu ASC ilə bağlı bütün sənədləri onun adına rəsmiləşdirmişdir. Lakin Azərişıq ASC ilə bağlı həmin sənədlərin onun adına rəsmiləşdirmək üçün 1500 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsinin yaxınlığında Hüseynə 1500 manat pul vermişdir. Onlar noyabr ayının 3-də həmin evə köçməli idilər. Həmin müddətdə Raminə dəfələrlə zəng etsə də, Ramin telefonlara cavab vermədiyindən Hüseynlə birlikdə həmin evə getmiş və evdə bir qadının olduğunu görmüşdür. O, həmin qadına evin Ramin tərəfindən ona satıldığını dedikdə, həmin qadın Raminin bibisi olduğunu və Raminin bu evi satmağa səlahiyyəti olmadığını, evin özünə məxsus olduğunu və heç kəsə də satmadığını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Ramin onları aldatmış və oğlu Fazilə demişdir ki, Raminə avtomobil üçün verdiyi etibarnaməni ləğv etdirsin. Oğlu Fazil etibarnaməni ləğv etdirmək istəyərkən ona məlum olmuşdur ki, Raminə etibarnamə verildikdən 1 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmış və Hüseyn bunu onlardan gizlətmişdir. O, Raminə 500 (beş yüz) manat məbləğində behi təxminən 2019-cu ilin oktyabr ayının 15-da Raminin satmaq istədiyi ünvan 1 ünvanında vermişdir. Həmin vaxt orada, o, oğlu Fazil, iş yoldaşları Ceyhun Orucov, digər iş yoldaşı Ceyhun adlı şəxs və Şahid1, həmçinin həmin vaxt evdə işləyən adını bilmədiyi usta olmuşdur. O, Raminə 2500 (iki min beş yüz) manat məbləğində pulu 500 (beş yüz) manat məbləğində pulu verdikdən bir neçə gün sonra, yəni təxminən 2019-cu ilin oktyabr ayının 18-də, həmin vaxt kirayə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsində yerləşən nömrəsiz evin yaxınlığında vermişdir. Həmin vaxt orada o və Ramin olmuşlar. Nağd pulu olmadığı üçün avtomobili satmaq qərarına gəlmiş, bunu Ramin bildikdə ev üçün verəcəyi pulun əvəzi olaraq avtomobili almaq istədiyini bildirmiş, avtomobilin qiymətinin 8000 (səkkiz min) manat olması ilə bağlı aralarında razılaşmışlar. Bundan sonra xx.xx.2019-cu il tarixində Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində oğlu və həyat yoldaşı ilə birlikdə cavabdehlə görüşmüş və cavabdehin adına baş etibarnamə verilmişdir. Həmin gündə avtomobili kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsində nömrəsiz fərdi yaşayış evinin qarşısında Raminə təhvil vermişdir. O, 1500 (min beş yüz) manat pulu Raminə çatdırması üçün Hüseynə kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsində nömrəsiz fərdi yaşayış evinin yaxınlığında vermişdir. Həmin vaxt orada o və Hüseyn olmuşlar. Həmin tarix xx.xx.2021-ci il tarixi olmuşdur. Ona görə ki, Ramin ona demişdir ki, 1500 (min beş yüz) manat məbləğində pulu verdikdən 4 gün sonra evə köçə bilərlər. Evə köçmək tarixi də xx.xx.2019-cu il tarixi olmuşdur. Ramin həmin 1500 (min beş yüz) manat pulu mənzilin işığını onun adına keçirtmək üçün almışdır. Həmçinin mənzilin ödənişi üçün Raminə 3000 (üç min) manat məbləğində pul verməli idi. 1500 (min beş yüz) manat məbləğində pulu verdikdən sonra artıq Ramin həmin 3000 (üç min) manatdan 1500 (min beş yüz) manatı da çıxmış və onun cavabdehə verəcəyi 1500 manat məbləğində pul qalmışdır. O, bu hadisədən əvvəl Raminin bibisini və ya bibisinin həyat yoldaşını görməmiş, həmin şəxslərlə, yəni Raminin bibisi və bibisinin həyat yoldaşı ilə aralarında ev alqı-salqısı barədə söhbət olmamışdır. Ramin yalnız bibisinin həyat yoldaşının evi satmaq üçün etibarnamə verdiyini bildirmiş və həmin etibarnaməni ona göstərmişdir. 2019-cu ilin oktyabr və noyabr ayları ərzində istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. 3.Digər İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 onun həyat yoldaşıdır. Onlar kirayə yaşayırlar və 2019-cu ildə ev almaq istəmişlər. Həmin ilin oktyabr ayında həyat yoldaşı Elçin ona bildirmişdir ki, onun iş yoldaşı Şahid1 adlı şəxs Bayıl qəsəbəsi ərazisində 14.000 manata ev tapıb. Elçin ona həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin Hüseynin uşaqlıq dostu olduğunu bildirmişdir. Bundan X23 ayrı-ayrı vaxtlarda əvvəlcə 3000 manat nağd pul vermişdir. X14 pulu vermək üçün maddi imkanı olmadığına görə onun mülkiyyətində olan və oğlunun etibarnamə əsasında idarə etdiyi **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik" markalı avtomobili satmaq qərarına gəlmişlər. Elçin bu barədə Raminə bildirərkən Ramin həmin avtomobili almaq istədiyini bildirmiş və qiyməti də 8000 manata razılaşmışlar. Ramin bu formada həmin 8000 manat pulu evin qiymətində nəzərə alacağını bildirmişdir. Buna görə də Ramin xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət" mərkəzinə o, oğlu Fazil ilə birlikdə gəlmişdir. Orada o, öz adından Cavabdeh adına həmin avtomobil üçün baş etibarnamə vermişdir. Bundan X23 1500 (min beş yüz) manat da pul vermiş və xx.xx.2019-cu il tarixdə Raminin satmaq istədiyi evə gedərkən Raminin bibisi həmin evin özünə məxsus olduğunu və satmadığını bildirmişdir. Beləliklə, onlar başa düşmüşlər ki, Ramin onları aldadaraq dələduzluq etmişdir. Belə ki, həmin avtomobil həyat yoldaşı Elçinin vəsaiti hesabına alınmışdır. Buna görə də avtomobil onun mülkiyyətində olsa da, həm avtomobil, həm də İddiaçı1 tərəfindən cavabdehə verilmiş 4500 manat məbləğində pul birgə nikah zamanı ər-arvadın ümumi əmlakı hesabına əldə edildiyinə görə onların ümumi birgə əmlakıdır və Cavabdeh qanunsuz əməlləri nəticəsində ona və İddiaçı1a maddi ziyan dəymişdir. Raminin onlara nə evi təhvil vermədiyini, nə də ona verdikləri 12500 manat məbləğində pulu geri qaytarmadığını görüb hüquq-mühafizə orqanlarına onun qanunsuz əməllərindən çoxsaylı şikayətlər etməyə məcbur olmuşlar. Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi 03 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı1 etibarından sui-islifadə edərək ona məxsus olmayan və üzərində heç bir mülkiyyət hüququ daşımadığı ünvan 2 ünvanında yerləşən mərhum bibisi X2 yaşadığı fərdi yaşayış evini sonuncunun və həmin evdə yaşayan Şahid2 məlumatı və razılığı olmadan, İddiaçı1a guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına yalan vəd verib aldadaraq İddiaçı1 hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə 12500 (on iki min beş yüz ) manat məbləğində xeyli miqdarda pul alıb ələ keçirməklə maddi ziyan vurmaqla dələduzluq etməsi faktı olmuşdur. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail RPİ tərəfindən təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 04 mart 2022-ci il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin İŞ tərəfindən təqsirləndirilən şəxs Cavabdeh barəsində ibtidai istintaqı aparılan cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri, Xətai RPİ-nin İŞ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı1 etibarından sui-istifadə edərək ona məxsus olmayan və üzərində heç bir mülkiyyət hüququ daşımadığı ünvan 3 ünvanında yerləşən mərhum bibisi X2 yaşadığı fərdi yaşayış evini sonuncunun və həmin evdə yaşayan Şahid2 məlumatı və razılığı olmadan, İddiaçı1 guya bibisinin həmin evi satmaq niyyətində olmasına inandırıb, sərfəli qiymətə ona satacağına dair yalan vəd verib aldadaraq İddiaçı1 hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında 500 manat, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz, fərdi yaşayış evinin yaxınlığında 2500 manat pul almış daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə İddiaçı1 məxsus “Fiat Punto” minik markalı **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərini 8000 manat qiymətləndirilməsinə aralarında razılaşaraq, ünvan 5 ünvanda yerləşən «ASAN» xidmət mərkəzində sonuncunun arvadı İddiaçı2 adından öz adına baş etibarnamə alaraq, avtomobili sonuncunun oğlu Fazil Alamalıyevdən Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə qəsəbəsi, A.İsmayılov küçəsində yerləşən nömrəsiz, fərdi yaşayış evinin yaxınlığında təhvil almış, daha sonra həmin vədlə xx.xx.2019-cu il tarixdə İddiaçı1 ona tanışı Şahid1 vasitəsi ilə göndərdiyi 1500 manat pulu Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında alıb ələ keçirərək vahid niyyətlə əhatə olunan qəsdlə ifadə olunan cinayət əməlini başa çaltdırıb, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxsə ümumilikdə 12500 (on iki min beş yüz) manat məbləğində yəni, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikası CPM-nin 290-cı maddəsinə əsasən, cinayət işi ittiham aktı ilə birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Xətai rayon prokuroruna təqdim edilmiş və həmin İttiham Aktı Bakı şəhəri, Xətai rayon prokuroru tərəfindən təsdiq edilərək həmin cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli Hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi və Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbirinin ləğv edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmü ləğv edilməklə, onun CM-nin həmin maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət və cinayət-prosessual qanunvericiliklərin tələblərinə uyğun ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Həmin hökmdən zərər çəkmiş şəxs İddiaçı1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, Cavabdeh barəsində AR CM-nin 178.2.4-cü maddəsi ilə ən yuxarı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinə dair ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxs İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Cavabdeh barəsində olan 02 mart 2023-cü il tarixli Qərarının dəyişdirilmədən saxlanılması və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Belə ki, cavabdeh həm ibtidai istintaqda, həm də birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi bütün izahat və ifadələrdə onun tərəfindən ona qarşı irəli sürülən ittihamda qeyd edilən tarixlərdə onun tərəfindən 12500 (on iki min beş yüz) manat məbləğində əmlak verildiyini etiraf etmiş, sadəcə olaraq özünü dələduzluq cinayətinin törədilməsində təqsirli bilməmişdir. Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündə qeyd olunmuşdur ki, Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X11 onun bibisidir. Bibisi 2020-ci ilin yay aylarında vəfat etmişdir. Bibisinin ünvan 7 ünvanında fərdi yaşayış evi olmuşdur. Həmin evdə bibisi öz həyat yoldaşı Şahid2lə birlikdə yaşamışdır. Bibisinin övladı olmadığına görə uşaqlıqdan onu saxlamışdır. Yaşadıqları evin açarı onda da olmuş və o, tez-tez bibisinin evində qalmışdır. 2019-cu ildə 2 dəfə, sonuncu dəfə oktyabr ayında o, bibisinin evində təmir işləri aparmışdır. Təmir işlərini tanışı Ceyhunla həyata keçirmiş və təmir işlərinə görə Ceyhuna pulların əsas hissəsini o vermişdir. Həmin ərəfədə bibisi və Adil ondan həmin evi satmağını istəmişlər. Adil evin satılması üçün ona etibarnamə vermişdir. O, da tanışlarına o cümlədən Şahid1 bu barədə bildirmiş və müştəri olarsa xəbər etməsini istəmişdir. Bundan sonra Hüseyn, Elçin adlı iş yoldaşının olduğunu bildirmiş və evi almaq istədiyini ona bildirmişdir. O, evdə olarkən Elçinin oğlu Fazil gələrək evə baxmış və atasına zəng edib məlumat vermişdir. Bir qədər sonra Elçin, iki nəfər tanımadığı is yoldası və Hüseynlə birlikdə evə gəlmişdir. Onlar evin 14.000 manata satılması barədə razılaşmışlar. Bundan sonra Elçin ilkin olaraq ona 500 manat beh vermişdir. Növbəti dəfə o, Səbail rayonunda Elçinin yaşadığı evin yaxınlığında Elçindən 2500 manat pul almışdır. Bundan sonra Elçin qalan pulu vermək üçün özünün "Fiat Punlo” minik markalı avtomobilini satmaq istədiyini ona demişdir. Onlar həmin avtomobilin qiymətinin 8000 manat olması barədə razılaşmışlar. Bundan sonra xx.xx.2019-cu il tarixdə o, Hüseyn və Hüseynin dostu Vüqarla birlikdə Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzinin yaxınlığındakı “Asan” xidmət mərkəzinə gəlmisdir. Orada Elçinin həyat yoldası və oğlu Fazillə görüşmüşdür. Həmin vaxt “Asan” xidmət mərkəzində Elçinin həyat yoldasının adından onun adına bas etibarnamə verilmişdir. Bundan sonra o Hüseyn və Hüseynin dostu ilə gedərək Fazildən həmin avtomobili təhvil almışdır. xx.xx.2019-cu il tarixdə Elçinlə aralarında verilmiş pulla müqavilə bağlamışdır ki, sonradan narazılıq olmasın. Müqavilədə də qeyd olunmuşdur ki, evin satısı üçün o, Elçindən 11.000 manat pul almış və qalıq 3000 manat qalıb. Həmçinin həmin ərəfədə tanışı Şahid1 avtomobil almaq istəmişdir. Onun Hüseynə 2000 manat borcu olmuş, buna görə də qərara gəlmişdir ki, elə Elçinin ona satdığı avtomobili o, da Hüseynə satsın. Hüseynin həmin vaxt üzərində 5000 manat pul olmuşdur. Hüseyn həmin pulu ona vermişdir. Növbəti gün xx.xx.2019-cu il tarixdə o, Hüseynlə Baş Dövlət yol Polisi İdarəsinə getmiş və orada Hüseynlə alqı-satqı etmiş və həmin avtomobili Hüseynə satmışdır. Bir müddət sonra Hüseyn ona avtomobilin pulu olaraq 300 manat da vermişdir. Hüseyn ona avtomobil üçün 5300 manat pul vermişdir. Onun Hüseynə 2000 manat da borcu olmasını nəzərə almaqla o, avtomobili Hüseynə 7300 manata satmışdır. Daha sonra o, bibisinin yoldaşı Şahid2 ona vermiş olduğu etibarnamə əsasında mənzilin su və qaz xətlərini Elçinin adına keçirtmişdir. Pulu tam vermədiyinə görə işığı Elçinin adına keçirtməmişdir. Bundan bir neçə gün sonra Elçin ona çatdırması ücün Hüseynə 1500 manat pul vermiş və o, Hüseynlə Xətai rayonu, Gəncə prospektində görüşərək pulu Hüseyndən almışdır. Bununla da o, Elçindən cəmi 12500 manat pul almış və aralarında olan razılaşmaya əsasən Elçin evə köçdükdən sonra qalan pulu verəcəkmişdir. Sonuncu dəfə pul aldıqdan sonra o, İran İslam Respublikasına ailəsinin yanına getmişdir. Geri qayıtdıqda isə öyrənmişdir ki, Elçin ondan şikayət etmişdir. Verilən suallara cavab olaraq o, bildirmişdir ki, bibisi özü həmin evin satılmasına ona icazə vermişdir. İcazə olaraq da bibisinin yoldaşı Şahid2 ona etibarnamə vermişdir ki, o, həmin evi sata bilsin. O, Elçindən aldığı puldan müəyyən qədər bibisinə vermiş, bir hissəsini isə nağd formada Adilə vermişdir. Pulun bir hissəsini isə təmir işləri üçün xərclədiyi pulların əvəzi olaraq saxlamışdır. Lakin hazırda o, həmin məbləğləri xatırlamır. Göstərilənlərə əsasən o, özünü təqsirli bilməyərək qeyd etmişdir ki, 12500 manat pulu Elçindən dələduzluq niyyəti ilə almamışdır. Verilmiş etibarnamə əsasında evin satışını həyata keçirmişdir. Hazırda da pulu Adildən və bibisindən ala bilməməsinə baxmayaraq geri verəcəyini bildirmişdir. Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 03 noyabr 2021-ci il tarixli qərardan göründüyü kimi, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə ibtidai istintaqı aparılmışdır. Cavabdeh və İddiaçı1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi üçün İddiaçı1 tərəfindən 11000 manat məbləğində pul qoyulmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 dekabr 2019cu il tarixli protokola əsasən, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsinə baxış keçirilmiş və X7 hadisənin təfərrüatlarını göstərən zaman fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 2 saylı “Asan xidmət" mərkəzi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli etibarnamədən göründüyü kimi, Şahid2 tərəfindən Cavabdeh 1 il müddətinə verilmiş həmin etibarnaməyə əsasən sonuncuya harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq Şahid2 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam vermək, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, dəyişmək, hədiyyə qəbul etmək, icarəyə, kirayəyə vermək, ipoteka qoymaq, ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamaq, bu əqdlər üzrə haqq-hesab aparmaq, əvəzindən notarial qaydada rəsmiləşdirilən sənədləri imzalamaq və sair hüquqlar verilmişdir. Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 170247 nömrəli ölüm haqqında şəhadətnamədən göründüyü kimi, X11 xx.xx.2020-ci il tarixdə Astara rayonunun Pensər kəndində durğunluq ürək çatmamazlığından vəfat etmişdir. Şahidin ifadəsinin yerində yoxlanılması haqqında 18 dekabr 2021-ci il tarixli protokoldan göründüyü kimi, Şahid1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 99 ünvanında Cavabdeh 1500 manat məbləğində pulu verdiyi yeri göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 02 mart 2022-ci il tarixli protokoldan göründüyü kimi, Cavabdeh İddiaçı1 birinci dəfə 500 manat pul aldığı ünvan 7 ünvanını, ikinci dəfə 2500 manat pul aldığı Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini göstərmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 2 saylı “Asan xidmət” mərkəzi tərəfindən təsdiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən göründüyü kimi, İddiaçı2 ona məxsus "Fiat Punto" minik markalı, 99-LG- 965 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair müvafiq səlahiyyətləri Cavabdeh etibar etmişdir. Həmçinin həmin etibarnamənin surətində xx.xx.2019-cu il tarixdə İddiaçı2 ərizəsi əsasında ləğv edilməsi qeyd edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, zərərçəkmiş şəxs İddiaçı1 tanışı olan Şahid1 ev almaq niyyətində olduğunu bildirdiyindən sonuncu ona Cavabdeh ünvan 10 ünvanında yerləşən sənədsiz fərdi yaşayış evini 14000 manata satdığını bildirmişdir. Bundan sonra İddiaçı1 həmin fərdi yaşayış evi üçün Cavabdeh beh olaraq 500 manat pul vermişdir. Bundan bir necə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək əlavə olaraq 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə həyat yoldaşının mülkiyyətində olan **-LG-*** dövlət qeydiyyat nişanlı, "Fiat Punto minik" markalı avtomobili satmaq qərarına gəldiyindən, Ramin həmin avtomobili almaq istədiyini və qiymətinin də 8000 manat olacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Bakı səhəri, Xətai rayonu, "Amay" ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində İddiaçı2 Raminin adına baş etibarnamə vermiş və avtomobil Raminə təhvil verilmişdir. İddiaçı1 öz könüllü razılığı əsasında Şahid1 vasitəsilə tanıdığı Cavabdeh İlqüzar oğluna sonuncunun bibisinə məxsus sənədsiz fərdi yaşayış evini almaq, həmin evə qeydiyyata düşmək və kommunal xərclərin onun adına keçirilməsi üçün 12500 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs X8 zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu halları təkzib etməyərək, sözügedən sənədsiz fərdi yaşayış evini satmasını bibisinin və onun əri Adilin ondan xahiş etdiyini, bunun üçün ona etibarnamə verdiyini göstərmisdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, həm təqsirləndirilən, həm də zərərcəkmis şəxs verdikləri ifadələrində göstərmişlər ki, Ramın Oənbərov evi satarkən, evin bibisigilə məxsus olduğunu və evin sənədlərinin olmadığını zərərçəkmişə əvvəlcədən bildirmişdir, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən evin satılması ilə bağlı pulun bir hissəsini aldıqdan sonra, evin qaz və işıq xəttlərini sonuncunun adına rəsmiləşdirmişdir. Belə ki, İddiaçı1 öz könüllü razılığı əsasında Şahid1 vasitəsilə tanıdığı X1 bibisinə məxsus sənədsiz fərdi yasayıs evini almaq, həmin evə qeydiyyata düşmək və kommunal xərclərin onun adına keçirilməsi üçün 12500 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs Cavabdeh İlqüzar oğlu zərərçəkmiş şəxsin ifadəsində göstərilən bu halları təkzib etməyərək, sözügedən sənədsiz fərdi yaşayış evini satmasını bibisinin və onun əri Adilin ondan xahiş etdiyini, bunun üçün ona etibarnamə verdiyini göstərmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktları ilə hal müəyyən olunmuşdur ki, həmin məhkəmə aktlarında qeyd olunan tarixlərdə və yerlərdə iddiaçılar tərəfindən cavabdehə 12500 (on iki min beş yüz) manat məbləğində əmlak (pul) verilmişdir və həmin hal iddiaçılar tərəfindən cavabdehə qeyd edilən məbləğdə pulun verilməsi və cavabdehin həmin pul verilməsi hadisəsinə aid hissəsində proyedusial xarakter daşıyır. Cavabdeh birinci və apellyasiya instansiya məhkəmələrində verdiyi ifadə və izahatlar zamanı həmin pulu geri qaytarmağı öz öhdəsinə götürsə də, hal-hazırki günə qədər, cavabdeh heç bir ödəniş etməmişdir. Onların cavabdehə 12500 (on iki min beş yüz) manat məbləğində əmlak (pul) verdiyi iddia Ərizəsinə əlavə edilən İttiham Aktı, birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş yekun qərarlarında qeyd edilən çoxsaylı mötəbər sübutların məcmusu (cavabdehin özünün etirafedici ifadələri, hadisə yerinə baxış protokolu, ona əlavə edilmiş fotoşəkillər, şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolları və ona əlavə edilmiş fotoşəkillər, üzləşdirmədə dindirmə protokolu, habelə işin digər materialları və mötəbər dəlillərlə) ilə, həmçinin cavabdehin həm istintaq, həm də birinci və apellyasiya instansiyası məhkəmələrində verdiyi çoxsaylı etirafedici izahatarı və ifadələri və cavabdehə verilmiş pulla bağlı İddiaçı1, Cavabdeh və X12 arasında xx.xx.2019-cu il tarixdə “AZAD OFİS”-də bağlanılmış Müqavilə ilə tam, qəti və mübahisəsiz şəkildə təsdiq olunur. İşin hallarına əsasən müəyyən olunur ki, cavabdeh 2019-cu ildə öz bibisi X4 və onun əri Şahid2 məxsus olan sənədsiz fərdi yaşayış evinə olan sahibliyi onlara 14000 (on dörd min) manata satılması barədə onunla qarşılıqlı razılıq əldə etmiş və bu barədə xx.xx.2019-cu il tarixdə X22 bağlanılmış və bu məqsədlə ondan 12500 (on iki min beş yüz) manat məbləğində pul almışdır, lakin sonradan cavabdehin bibisinin buna kəskin etirazı və narazılığı və bibisinin evdən çıxmaması və evi təhvil verməməsi səbəbindən razılaşma tam icra olunmamışdır. Bu baxmıdan o, onun tərəfindən fərdi yaşayış evinə sahibliyin alınması üçün verdiyi 12500 manat məbləğində pulun və gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində hesablanmış 2500 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Belə ki, sadalanan faktiki hallara və aşağıda göstərilən hüquqi əsaslara görə cavabdeh onlara məxsus olan 12500 (on iki min beş yüz) manat məbləğindəki pul vəsaitini qanunsuz ələ keçirməklə onun hesabına əsassız varlanan şəxs hesab edilməli, eləcə də onlara məxsus pul vəsaitini uzun müddət özündə qanunsuz saxladığından həmin pul vəsaitindən onlara faizlər ödəməlidir. Belə ki, işin hallarından göründüyü kimi, Cavabdeh sözügedən sənədsiz fərdi yaşayış evinin alqısatqısına görə 12500 AZN məbləğində pulu onlardan qanunsuz olaraq 2019-cu il tarixdə almış və hal-hazırda həmin məbləği 4 il müddətində özündə saxlamaqla bu günədək göstərilən məbləği onlara qaytarmamışdır. Odur ki, Qanunun tələbi və bank uçot dərəcəsini nəzərə alaraq cavabdeh tərəfindən onlara 12500 manat məbləğində pulun 4 il müddətə olan illik 5 faizi, yəni 2500 (iki min beş yüz) manat faiz şəklində (12500 manat X 5:100=625 manat (illlik faiz məbləği) X 4 il =2500 (iki min beş yüz) və qanunsuz ələ keçirilmiş 12500 (on iki min beş yüz) manat, cəmi 15000 (on beş min) manat (12500 AZN+2500AZN=15000) məbləğində pulun ödənilməsinə dair məhkəmə tərəfindən Qətnamə qəbul edilməlməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır.
Şahidlərin ifadələri.
6. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, iddiaçılar İddiaçı1 onun atası İddiaçı2 isə onun anasıdır. Belə ki, 2019-cu ilin oktyabr ayında atası Bayıl qəsəbəsində ev satıldığını və həmin evə gedib baxmağını ona təklif etmişdir. O, həmin mübahisəli evə gedib baxmış və həmin müddət evdə təmir işlərinin getdiyini bildirmişdir. Onların evləri olmadığı üçün kirayədə yaşamışlar. Atası, Hüseyn adlı bir şəxslə gələrək evə baxmışlar və ilkin olaraq 500 manat beh vermişdir. Daha sonra xx.xx.2019-cu il tarixdə yenidən atası 2500 manat pul vermişdir. Həmin müddət Cavabdeh sözü gedən evin bibisinin adına olduğunu bildirmiş və onun atası ilə həmin məsələ barədə razılaşmışlar. Sonra isə anasının adına olan **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişlər və o, bu barədə Raminlə danışmış və razılaşmaya görə Ramin avtomobili ondan alacağını və qiymətinin də 8000 manat olacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində o, anası ilə birlikdə gedərək orada Raminin adına baş etibarnamə vermişlər. Noyabr ayının üçündə onlar həmin sözü gedən evə köçməli idilər. Atası 1500 manat pul verməli olduğunu bildirmişdir. Daha sonra Raminin dələduzluq etdiyini anlamışlar və atası isə həmin etibarnamənin dərhal ləğv edilməsini bildirmişdir. Onlar etibarnaməni ləğv etdikdə Raminin həmin avtomobili Hüeyn adlı bir şəxsə satdığını öyrənmişlər.
7. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, İddiaçı1 onun iş yoldaşıdır. Cavabdeh ilə isə onunla eyni məhəllədə yaşamışlar. Belə ki, İddiaçı1 kirayədə yaşadığı üçün ev almaq niyyətində olduğunu və bununla bağlı maraqlanmağı xahiş etmişdir. O, Raminlə qonşu olduğu üçün ona bu barədə demiş və Ramin də öz bibisinin evini satdığını bildirmişdir. O da, İddiaçı1 onların küçəsində ev satıldığını bildirmişdir. Həmin mübahisəli evə baxdıqdan sonra bəyənmişlər və evi almaq qərarına gəlmişlər. Belə ki, 2019-cu ilin oktyabr ayının İddiaçı1 500 manat məbləğində beh vermişdir. İddiaçı1 qalan pul vəsaitinin əvəzi olaraq onun həyat yoldaşının adına olan anasının adına olan **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili etibarnamə ilə vermişdir. Daha sonra o, Raminlə qonşu olduğu üçün İddiaçı1 ona 1500 manat məbləğində pulu Raminə verməsini xahiş etmişdir. Həmin ev Raminin bibisinə məxsus olmuş və bibisi isə həmin evin satılmasına razılıq verməmişdir. Cavabdeh onun özünə 2000 manat məbləğində borcu olmuş və Ramin həmin **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili borcun əvəzinə ona verilməsini təklif etmişdir. O Raminin belə bir hərəkət edəcəyini bilməmiş və 2019-cu ildə polisə müraciət etmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, İddiaçı1 ilə məhkəmədə tanış olmuşdur. Cavabdeh isə onun həyat yoldaşının qardaşı oğludur. Belə ki, həmin mübahisəli evin satılmasından onun məlumatı olmamış və məhkəmə iclasında Raminin 12500 manat məbləğində pul aldığını bilmişdir. O Raminə etibarnaməni başqa məqsədlə vermiş, belə ki, Ramin öz adına VOEN ala bilmədiyini və bu məqsədlə ona etibarnamə verilməsini xahiş etmişdir.
İş materialları.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetirilmədiyindən bəraət verilməsi və Cavabdeh barəsində seçilmiş “polisin nəzarəti altına verilmə” qismində qətimkan tədbiri ləğv edilməsi hökm edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs İddiaçı1 apellyasiya şikayətinə baxılmış və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmaması və Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1483/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-115/2023 saylı, 02 mart 2023-cü il tarixli qərarından dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş kassasıya şikayətinə baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cavabdeh barəsində olan 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır.
12. xx.xx.2019-cu il tarixdə satıcı Cavabdeh ilə alıcı İddiaçı1 arasında Azad Ofis müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı Cavabdeh ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı1 14000 (on dörd min) manata satılması barədə onunla qarşılıqlı razılıq əldə edilmiş, alıcı İddiaçı1 11000 manat məbləğində beh vermiş və qalan 3000 manatı isə satıcı qeydiyyatdan çıxana qədər alıcı tərəfindən saxlanılmışdır.
13. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən müəyyən olunur ki, mülkiyyətçi, İddiaçı2, etibar edilən Cavabdeh FİAT PUNTO minik markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və digər səlahiyyətləri xx.xx.2020-ci il tarixədək etibar etmişdir.
İşin faktiki halları.
14. İşin hallarından görünür ki, İddiaçı1 2019-cu il tarixdə ev almaq niyyətində olmuş və həmin ilin oktyabr ayında iş yoldaşı Şahid1 adlı şəxs ona Bayıl qəsəbəsi ərazisində 14000 manata ev tapdığını bildirmişdir. Hüseyn həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin özünün uşaqlıq dostu olduğunu bildirmişdir. İddiaçı oğlu Fazilə həmin evə baxmasını tapşırmış və oğlu ona zəng edərək evi bəyəndiyini və onun da həmin evə baxmasını bildirmişdir. O, iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin Şahid1 adlı şəxslə birlikdə həmin evə getmişdir. Evdə həmin vaxt Ramin adlı şəxs, onun yanında isə usta olmuş və həmin müddət evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, Raminə beh olaraq 500 manat pul vermiş, Ramin isə evin bibisinə məxsus olduğunu və bibisinin hazırda Lənkəran şəhərində xəstə olduğunu bildirmişdir. Onlar narahat olduqları üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olubolmadığını soruşmuşlar. Hətta Ramindən bibisinin adından yazılı razılıq ərizəsi də almasını tələb etmişlər, lakin Ramin buna ehtiyac olmadığını bildirmiş və hər şeyin qaydasında olduğunu və bibisinin də razı olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə həyat yoldaşının mülkiyyətində olan **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Oğlu Fazil bu barədə Raminlə danışmış və razılaşmaya görə Ramin avtomobili 8000 manata dəyərləndirərək götürəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində oğlu Fazil və həyat yoldaşı ilə birlikdə gedərək orada Raminin adına baş etibarnamə vermişlər. Sonra isə avtomobili Raminə təhvil vermişdir. Həmin gün isə o, Ramin və Hüseynlə görüşmüş və Xətai rayonunda Zığ qəsəbəsində Raminin tanıdığı ofisə getmiş, orada müqavilə bağlamışlar ki, o, Raminə 11000 (on bir min) manat pul vermiş, qalıq olaraq 3000 (üç min) manat qalmışdır. Raminlə onun arasında olan razılaşmaya əsasən, onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli idilər. Aralarında olan razılaşmaya görə evə köçəndən sonra qalan 3000 manatı Raminə verməli idi. Həmin evin rəsmi sənədləri olmadığından Ramın Azəriqaz İB-yi və Azərsu ASC ilə bağlı bütün sənədləri onun adına rəsmiləşdirmişdir. Lakin Azərişıq ASC ilə bağlı həmin sənədlərin onun adına rəsmiləşdirmək üçün 1500 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsinin yaxınlığında Hüseynə 1500 manat pul vermişdir. Onlar noyabr ayının 3-də həmin evə köçməli idilər. Həmin müddətdə Raminə dəfələrlə zəng etsə də, Ramin telefonlara cavab vermədiyindən Hüseynlə birlikdə həmin evə getmiş və evdə bir qadının olduğunu görmüşdür. O, həmin qadına evin Ramin tərəfindən ona satıldığını dedikdə, həmin qadın Raminin bibisi olduğunu və Raminin bu evi satmağa səlahiyyəti olmadığını, evin özünə məxsus olduğunu və heç kəsə də satmadığını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Ramin onları aldatmış və oğlu Fazilə demişdir ki, Raminə avtomobil üçün verdiyi etibarnaməni ləğv etdirsin. Oğlu Fazil etibarnaməni ləğv etdirmək istəyərkən ona məlum olmuşdur ki, Raminə etibarnamə verildikdən 1 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmışdır. Sonradan aldadıldığını anlamış və bununla polisə müraciət etmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1483/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cavabdeh barəsində olan 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16 .Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
17. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarı
Bununla yanaşı, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
20. İşin hallarından görünür ki, İddiaçı1 2019-cu il tarixdə ev almaq niyyətində olmuş və həmin ilin oktyabr ayında iş yoldaşı Şahid1 adlı şəxs ona Bayıl qəsəbəsi ərazisində 14000 manata ev tapdığını bildirmişdir. Hüseyn həmin evin Ramin adlı şəxsə məxsus olduğunu və Raminin özünün uşaqlıq dostu olduğunu bildirmişdir. İddiaçı oğlu Fazilə həmin evə baxmasını tapşırmış və oğlu ona zəng edərək evi bəyəndiyini və onun da həmin evə baxmasını bildirmişdir. O, iş yoldaşları Orucov Ceyhun, digər Ceyhun adlı şəxs, həmçinin Şahid1 adlı şəxslə birlikdə həmin evə getmişdir. Evdə həmin vaxt Ramin adlı şəxs, onun yanında isə usta olmuş və həmin müddət evdə təmir işləri yekunlaşmaq üzrə olmuşdur. O, Raminə beh olaraq 500 manat pul vermiş, Ramin isə evin bibisinə məxsus olduğunu və bibisinin hazırda Lənkəran şəhərində xəstə olduğunu bildirmişdir. Onlar narahat olduqları üçün bir daha Ramindən bibisinin evin satılmasından məlumatı olubolmadığını soruşmuşlar. Hətta Ramindən bibisinin adından yazılı razılıq ərizəsi də almasını tələb etmişlər, lakin Ramin buna ehtiyac olmadığını bildirmiş və hər şeyin qaydasında olduğunu və bibisinin də razı olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra o, Raminlə Səbail rayonu, Arif İsmayılov küçəsində kirayə yaşadığı evin yaxınlığında görüşərək 2500 manat pul vermişdir. Sonra qalan pulu vermək üçün maddi imkanı olmadığına görə həyat yoldaşının mülkiyyətində olan **-LG-*** dövlət qeydiyyat nişanlı, “Fiat Punto minik” markalı avtomobili satmaq qərarına gəlmişdir. Oğlu Fazil bu barədə Raminlə danışmış və razılaşmaya görə Ramin avtomobili 8000 manata dəyərləndirərək götürəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda, “Amay” ticarət mərkəzinin yaxınlığında yerləşən “Asan Xidmət” mərkəzində oğlu Fazil və həyat yoldaşı ilə birlikdə gedərək orada Raminin adına baş etibarnamə vermişlər. Sonra isə avtomobili Raminə təhvil vermişdir. Həmin gün isə o, Ramin və Hüseynlə görüşmüş və Xətai rayonunda Zığ qəsəbəsində Raminin tanıdığı ofisə getmiş, orada müqavilə bağlamışlar ki, o, Raminə 11000 (on bir min) manat pul vermiş, qalıq olaraq 3000 (üç min) manat qalmışdır. Raminlə onun arasında olan razılaşmaya əsasən, onlar xx.xx.2019-cu il tarixdə artıq Raminin satdığı evə köçməli idilər. Aralarında olan razılaşmaya görə evə köçəndən sonra qalan 3000 manatı Raminə verməli idi. Həmin evin rəsmi sənədləri olmadığından Ramın Azəriqaz İB-yi və Azərsu ASC ilə bağlı bütün sənədləri onun adına rəsmiləşdirmişdir. Lakin Azərişıq ASC ilə bağlı həmin sənədlərin onun adına rəsmiləşdirmək üçün 1500 manat pul lazım olduğunu demişdir. Bundan sonra o, kirayə yaşadığı Səbail rayonu, Arif İsmayılov küçəsinin yaxınlığında Hüseynə 1500 manat pul vermişdir. Onlar noyabr ayının 3-də həmin evə köçməli idilər. Həmin müddətdə Raminə dəfələrlə zəng etsə də, Ramin telefonlara cavab vermədiyindən Hüseynlə birlikdə həmin evə getmiş və evdə bir qadının olduğunu görmüşdür. O, həmin qadına evin Ramin tərəfindən ona satıldığını dedikdə, həmin qadın Raminin bibisi olduğunu və Raminin bu evi satmağa səlahiyyəti olmadığını, evin özünə məxsus olduğunu və heç kəsə də satmadığını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, Ramin onları aldatmış və oğlu Fazilə demişdir ki, Raminə avtomobil üçün verdiyi etibarnaməni ləğv etdirsin. Oğlu Fazil etibarnaməni ləğv etdirmək istəyərkən ona məlum olmuşdur ki, Raminə etibarnamə verildikdən 1 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə Ramin avtomobili Hüseynə satmışdır. Sonradan aldadıldığını anlamış və bununla polisə müraciət etmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-193/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs İddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1483/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Cavabdeh barəsində olan 02 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılması və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərər çəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxs İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır.
21. İddiaçı tərəf, cavabdehə verilmiş etibarnaməni, müqaviləni və məhkəmə tərəfindən qəbul edilmiş hökmləri təqdim edərək özbaşına tikilinin satılması adı altında Cavabdeh tərəfindən ondan 4500 manat pul vəsaiti alındığını və 8000 manat dəyərində avtomobil verildiyini qeyd edərək, ümumilikdə cavabdehin onlara 12500 manat pul vəsaiti borclu olduğunu qeyd etmişdir.
22. Cavabdeh təqsirləndirilən şəxs qismində Bakı şəhəri Xətai Rayon Məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, bibisi X11 və onun həyat yoldaşı Şahid2 tərəfindən ona evin satılması həvalə olunmuş və bununla bağlı olaraq Şahid2 tərəfindən ona etibarnamə verilmişdir. O da bu barədə yaxın tanışlarına məlumat vermiş və Elçin adlı şəxslə evin satılmasına dair razılığa gəlmişlər. Həmin özbaşına tikilinin dəyərini İddiaçı1 ilə 14000 manata razılaşmış və bu məqsədlə iddiaçıdan 12500 manat məbləğində vəsait almışdır. O Elçindən aldığı pulun bir hissəsini bibisinə və bir hissəsini isə onun həyat yoldaşı Şahid2 vermişdir. Hazırda həmin məbləği qaytarmaq niyyətindədir.
23. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
24. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh özbaşına tikili olan evi satmaq adı altında iddiaçılardan əsassız olaraq 4500 manat məbləğində pul vəsaiti və tərəflər arasında 8000 manat dəyərində qiymətləndirilmiş avtomobili almış, lakin həmin vəsaiti onlara geri qaytarmamışdır.
25. Məhkəmə hesab edir ki, 12500 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir. İddia tələbinin 4 il vaxt üçün illik 5 % məbləğində hesablanmış 2500 manat pul vəsaitinin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddiaçılar tərəfindən cavabdehin həmin məbləğdə pulu götürməsi sübut olunsa da, onun həmin pul vəsaitindən faydalanması, müəyyən gəlir əldə etməsi, artım və bəhər əldə edilməsi sübut olunmur. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır.
Məhkəmə xərcləri.
26. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
27. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 127.50 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12500 (on iki min beş yüz) manat pul vəsaiti və 127.50 manat dövlət rüsumu tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. Cavabdeh 127.50 (yüz iyirmi yeddi manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Leyla Talıbova