Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-248/2023 03.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğlunun cavabdehlər Cavabdeh1 Extı̇ yar oğlu və Cavabdeh2 Extı̇ yar oğluna qarşı pul və zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğlu cavabdehlər Cavabdeh1 Extı̇ yar oğlu və Cavabdeh2 Extı̇ yar oğluna qarşı pul və zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 20000 (iyirmi min) manat əsas pul məbləği, MM-nin 449-cu maddəsinə əsasən pul vəsaitini əsassız saxlamasına görə illik 5 faiz olmaqla 4 il üçün 4000 (dörd min manat), banka dövlət rüsumu kimi ödədiyi 142 manatın, cəmi 24142 manat (iyirmi dörd min bir yüz qırx iki) manat məbləğində pulun müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sədərək Ticarət Mərkəzində dekor işləri ilə məşğuldur və həmin malları Çin Xalq Respublikasından gətirir. 2018-ci ilin sentyabr ayında Cin Xalq Respublikasına mal gətirməyə gedərkən orada tərcüməçi işləyən Cavabdeh1 ilə tanış olmuş və aralarında etibarlı münasibətlər yarandığına görə İlqar ona hər dəfə mal gətirmək üçün ÇXR-na gəlməməsini, mal lazım olanda ona deməsini, o malların burdan göndərilməsini təşkil edəcəyini bildirmişdir. Bir neçə dəfə mal sifariş verərək, onun kartına pul köçürmüş və onların yaşadıqları ünvanda onlarla görüşmüşdür. 2018-ci ilin noyabr ayında dekor malları lazım olduğundan yenidən mal sifariş vermiş, İlqarın qardaşı Elyar vaitəsilə onun kartına novabr-dekabr ayları ərzində ayrı-ayrı vaxtlarda 20000 manat pul köçürmüşdür. Lakin malın gəlmədiyini görəndən sonra bir neçə dəfə İlqarla əlaqə saxlamış, o isə malların tezliklə göndərəcəyini bildirmişdir. Xeyli vaxtdan sonra o, ona Fariz adlı bir nəfərin 055 ***-**-** mobil nömrəsini vermiş, onun gömrükdə işlədiyini bildirmiş, malları ona təhvil verəcəyini bildirmişdir. Bir neçə dəfə Fariz adlı şəxslə əlaqə saxlayaraq malları gəlib- gəlmədiyini soruşmuş, Fariz malların gəlmədiyini demişdir. Bir müddətdən sonra Fariz ona zəng edərək malların gəldiyini, malları götürmək üçün İlqar və Elyarla əlaqə saxlamasını, sonra gəlib malı götürməsini bildirmişdir. Cavabdeh2 istifadə etdiyi ***-***-**-** nömrəli telefonla əlaqə saxlayaraq malları istəsə də, həmin malları götürə bilməmiş, müəyyən müddətdən sonra isə Cavabdeh2 istifadə etdiyi telefona cavab verməmiş, Cavabdeh1 istifadə etdiyi ***-***-**-** nömrəli telefon söndürülmüşdür. Həmin vaxtdan hal-hazırki vaxtadək onlardan pulunu ala bilmir, mal dövriyyəsi zəiflədiyinə görə ticarətini düzgün qura bilmir, zərər çəkməkdə davam edir. Məhkəmə iclasında iddiaçı Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul edir, Amid 20.000 manat pul vəsaitini qardaşı Elyar vasitəsilə ona göndərib və o da həmin pul vəsaitini qəbul edib. Qeyd edir ki, Amidin istədiyi malları göndərsə də, lakin həmin mallar yararsız vəziyyətə gəlib çatmışdır. Tələb edilən faiz məbləği ilə bağlı isə tələbə bu hissədə də etiraz etmir, iddiaçının bu tələbinə də anlayışla yanaşır. Məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, o, tərəflər arasında sadəcə vasitəçi olmuşdur, belə ki, həmin pul məbləğini Amiddən alıb qardaşına göndərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Qaradağ RPİ-nin 10-cu PB-nin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, qeyd olunan məsələ ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir. - Qaradağ Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, təqdim olunmuş materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğluna mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğlu ilə Cavabdeh1 arasında işgüzar münasibət olmuş, bu münasibət çərçivəsində iddiaçı 20.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 digər Cavabdeh2 vasitəsiylə vermiş, cavabdeh isə lazımi malların iddiaçıya çatdırılmasını təmin edəcəyini bildirmişdir. Hazırda iddiaçı qeyd olunan pul vəsaitini ödəməsinə baxmayaraq, malları təhvil ala bilmədiyini və eyni zamanda pulunu geri ala bilmədiyi üçün həmin pul vəsaitindən faydalanmaq imkanını itirdiyini qeyd edir. Cavabdeh1 iddia tələbinə etiraz etmədiyini bildirir, digər Cavabdeh2 isə sadəcə tərəflər arasında vasitəçi olduğunu bildirir. Məhkəmə hazırki iddia tələbini Cavabdeh1 münasibətdə əsaslı hesab edir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh1 İddiaçı 20.000 manat pulu, sonuncuya Çin xalq Respublikasından müxtəlif mallar göndərməsi üçün almış, lakin həmin malları göndərməmişdir. Digər Cavabdeh2 isə qeyd edilən məbləği alıb, qardaşı Cavabdeh1 göndərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında hər hansı yazılı müqavilə imzalanmamışdır. Lakin, bununla belə, qeyd edilən məbləğdə pulun iddiaçı tərəfindən Cavabdeh1 verilməsi müəyyən edildiyinə görə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən maddi hüquq normasının tələbi baxımından Cavabdeh1 İddiaçı münasibətdə pulu geri qaytarmaq öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsas borca münasibətdə Cavabdeh1 İxtiyar oğluna münasibətdə əsaslıdır. Digər Cavabdeh2 İxtiyar oğluna münasibətdə isə məhkəmə əsas borcun ondan da tutulması hissəsini əsaslı hesab etmir. Çünki, işin halları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Cavabdeh2 tələb edilən məbləği iddiaçıdan almış və Cavabdeh1 ötürmüşdür. Cavabdeh2 iddiaçı qarşısında başqa heç bir öhdəlik götürməmiş, onunla iddiaçı arasında hər hansı müqavilə münasibəti də olmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, tələb əsas borcun tutulması hissəsində Cavabdeh2 münasibətdə əsaslı deyildir. İddia tələbinin illik 5% olmaqla 4 il üçün ümumi məbləğə hesablanmış faiz hissəsinə qiymət verərkən məhkəmə qeyd edir ki, tələb bu hissədə də Cavabdeh1 münasibətdə əsaslıdır. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında qeyd edilmişdir ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qərarda bu fikirin davamı olaraq qeyd edilmişdir ki, bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Daha sonra qeyd edilmişdir ki, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər.... İşin hallarından məlumdur ki, iddiaçı ticarətlə məşğuldur, o, istehlak mallarının satışını həyata keçirir. Cavabdeh1 isə alınan pul müqabilində ona həmin malları Çin Xalq Respublikasından göndərməli idi. Cavabdeh üzərinə götürdüyü öhtəliyini yerinə yetirmədiyinə görə iddiaçı əlavə məsrəflərə məruz qalmış, onun əvvəlcədən planlaşdırılmış məsrəfləri çoxalmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya məxsus əsas məbləği qanunsuz olaraq qeyd edilən müddət ərzində özündə saxladığına görə həmin məbləğdən illik bank uçot dərəcəsinə müvafiq olaraq faiz ödəməlidir. İşdən görünür ki, tələb edilən 20.000 manat məbləğ 4 il ərzində cavabdehin qanunsuz sahibliyində olmuşdur. Əsas məbləğə 4 il ərzində illik 5% hesablandıqda faiz məbləği cəmi 4000 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, tələb bu hissədə də, Cavabdeh1 münasibətdə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 4 il üçün illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 Extı̇ yar oğluna münasibətdə isə əsaslı deyildir. Belə ki, artıq qeyd edildiyi kimi, Cavabdeh2 Extı̇ yar oğlu ilə iddiaçı arasında hər hansı bir işgüzar münasibət olmamış, o sadəcə tərəflər arasında vasitəçi rolu oynamaqla həmin pul vəsaitinin iddiaçıdan alınıb cavabdehdə çatdırılmasını təmin etmişdir. Yəni, hazırki iddia tələbi ilə əlaqədar onun məsuliyyət daşıması halı müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 142 manat dövlət rüsumu Cavabdeh1 Extı̇ yar oğlundan tutularaq iddiaçı Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğluna ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 Extı̇ yar oğlundan İddiaçı xeyrinə 20.000 manat məbləğində əsas pul, pul vəsaitinin qanunsuz saxlandığına görə illik 5%-lə hesablanmış 4000 manat faiz məbləği olmaqla, cəmi 24000 manat məbləğində pul tutulsun. İddiaçı tərəfindən ödənilmiş 142 manat dövlət rüsumu Cavabdeh1 Extı̇ yar oğlundan tutularaq iddiaçı Atakı̇ şı̇ yev Amı̇ d Sahı̇ b oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-248/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-248/2023
03.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver