Məhkəmə qərarları › İş №2(010)-2483/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2483/2021

03.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2483/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X11 Məmmədovun sədrliyi, Həsənova Leyla Fərhad qızının katibliyi, İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 mülkiyyətində olan «VAZ-2107» markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçılar İddiaçı məxsus “BMV-323'’markalı avtomobilin təmiri üçün 1.107 manat, X2 “X18“ markalı, avtomobilin təmiri üçün 2151.44 manat məbləğində maddi zərər, hər birinə 1500 manat olmaqla ümumilikdə onlara 3000 manat məbləğində mənəvi zərər, dövlət nəfinə ödənilmiş 30 manat dövlət rusumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçılar İddiaçı və X2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 atası Cavabdeh2 mülkiyyətində olan "VAZ 2107” markalı, 90-HZ-2İ1 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 06 dekabr 2020-ci il tarixdə təxminən saat 10 radələrində idarə etdiyi "VAZ 2107'” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi istiqamətindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi istiqamətinə saatda 30 km sürətlə hərəkət etdiyi zaman işıqforun qırmızı rəngində dayanmadan hərəkət edərək X1 idarə etdiyi '‘X18“ markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu avtomobil zərbədən dayanmış vəziyyətdə olan X8 idarə etdiyi “Khazar” markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və “Khazar" markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobil isə dayanmış vəziyyətdə olan İddiaçı idarə etdiyi “BMV" markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı ilə avtomobil ilə toqquşmuş, hadisə nəticəsində isə Cavabdeh1 idarə etdiyi “VAZ 2107" markalı. **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X12 burnun kökünün şişkinliyi, alın nahiyəsinin şişkinlik və qançırı (hematoması), sıyrıqları, sol yanağın qançır və sıyrıqları və sol qaşın sıyrığı kimi yüngül dərəcəli bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi TŞ-nin 19.12.2020-ci il tarixli qərarına əsasən Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bununla da iddiaçılara dəymiş zərərlə əlaqədar Cavabdeh1 təqsiri sübuta yetirilmişdir. X6 mülkiyyətində olan «VAZ 2107» markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 Mədət oğlunun mülki məsuliyyətinin icbari sığortası olduğundan, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər Sığortaçı "xxxx" ASC tərəfindən qismən-5000 manat məbləğində ödənilmiş və həmin pul məbləği yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxslər arasında onlara dəymiş zərərin faizi nisbətində bölünmüşdür. Belə ki, “BMV" markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə İddiaçı 972.83 manat miqdarında, “X18“ markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2151.44 manat miqdarında sığorta ödənişi verilmiş, zərərçəkmiş şəxslərə dəymiş zərərin qalan hissəsi isə ödənilməmişdir. Bununla da iddiaçıların yol nəqliyyat hadisəsi zamanı onlara dəymiş zərərin qalan məbləğini Cavabdeh1 və Cavabdeh2 tələb etmək hüquqları yaranmışdır. İddiaçılar onlara dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görmüş, bu zaman “BMV" markalı, **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil təmir etdirilmiş və həmin təmir ümumilikdə 2.080 manata başa gəlmişdir. “BMV" markalı avtomobilə dəymiş zərər üçün İddiaçı Sığortaçı tərəfindən ödənilmiş 972.83 manat məbləği ümumilikdə dəymiş maddi zərərin məbləğindən çıxılandan sonra qalan qalıq 1.107 manat, “X18“ markalı, 90-MF-88İ dövlət qeydiyyat nişanlı avtomobil təmir etdirilmiş və həmin təmir ümumilikdə 4600 manata başa gəlmişdir. “X18“ markalı avtomobilə dəymiş zərər üçün X2 Sığortaçı tərəfindən ödənilmiş 2.151.44 manat məbləği ümumilikdə dəymiş maddi zərərin məbləğindən çıxılandan sonra qalan qalıq 2.449 manat, isə iddiaçı X2 ödənilməmişdir. Bununla da cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “BMV" markalı,**-UJ-*** və “X18“ markalı 90- MF-881 dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə görə iddiaçılar İddiaçı 1.107 manat və X2 isə 2151.44 manat məbləğində maddi zərəri ödəmək öhdəlikləri yaranmışdır. Bütün bu problemlər, baş vermiş yol nəqliyyat hadisəsi zamanı stress keçirmələri, gündəlik işlərini ataraq, avtomobilin təmiri ilə məşğul olmaları, ailə büdcəsində nəzərdə tutulmayan əlavə xərclərə cəlb edilməklə çətinliyə düşmələri və bununla da ictimai fəal həyatdan məhrum olmaları onların mənəvi sarsıntı keçirmələrinə səbəb olmuş bu sarsıntı nəticəsində onların hər birinə 1500 manat olmaqla ümumilikdə onlara 3000 manat məbləğində mənəvi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi Cavabdeh1 yol hərəkət qaydalarını pozması nəticəsində baş vermişdir.İddiaçılar dəymiş zərər məbləğinin ödənilməsi barədə bir neçə dəfə cavabdehlərə müraciət etsələr də, cavabdehlər məbləği ödəməkdən boyun qaçırmış, ödəmək üçün cəhd göstərməmişlər. Hadisədə Cavabdeh1 təqsirli olması barədə kifayət qədər mötəbər sübutlar var və hadisə nəticəsində bilavasitə iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Cavabdeh1 idarə etdiyi «VAZ-2107» markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 məxsusdur, yəni Cavabdeh2 yüksək təhlükə mənbəyi hesab edilən həmin avtomobilin sahibidir. Qeyd edilənlərə əsasən, iddia təmin edilməlidir. Məhkəmənin 01.04.2021-ci il tarixli qərardadı ilə hazırkı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, qiymətləndirmənin nəticəsi ilə razı olmadığını bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilən: Bakı şəhər Suraxanı rayon DYPŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06.01.2021-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, 06.12.2020-ci il tarixdə, saat 10:00 radələrində VAZ 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş Cavabdeh1 İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan 04 oktyabr 2020-ci il tarixli, ƏN-Vİİ 442442 № li etibarnamənin surətindən görünür ki, X9 özünə məxsus, buraxılış ili 1999-cu il, ban nömrəsi WBAAM31090JE92496 olan “BMV-323” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə olan hüquqlarını baş etibarnamə əsasında 1 il müddətinə, 04.10.2021-ci ilədək İddiaçı ötürmüşdür. İş materiallarında olan PXA74296 saylı sığorta aktından görünür ki, Sığortalanmış “VAZ 21074” markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “X18” markalı **-MF-***, “Khazar LX” markalı **-BF-*** və “BMW 320” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur. Sığorta predmetinə dəymiş zərər "xxxx" MMC tərəfindən təqdim olunan akt əsasında müəyyən edilib. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 4600 manatdır. X3 972.83 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, yol nəqliyyat hadisəsi törədilmiş VAZ 21074 minik markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2 olmuş, hadisə zamanı sürücü Cavabdeh1 olmuş, yol nəqliyyat hadisəsi baş verdiyi anda sürücü avtomobili etibarnamə əsasında idarə etmişdir. İş üzrə "xxxx" MMC tərəfindən keçirilmiş 24 avqust 2021-ci il tarixli qiymətləndirmənin nəticəsinə əsasən, “BMW 320” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1.030 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh1 atası X7 məxsus idarə etdiyi VAZ 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili vasitəsi ilə 06.12.2020-ci il tarixdə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı istifadəsində olan “BMW 320” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnmişdir. Həmin hal tərəflərin izahatı, inzibati xəta haqqında protokol və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh1 idarə etdiyi VAZ 21074 markalı **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı istifadəsində olan “BMW 320” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi təsdiq olunduğundan, müvafiq olaraq iddiaçıya məxsus əmlaka vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. İddia tələbini Cavabdeh2 münasibətdə isə məhkəmə əsaslı saymır. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, qəza baş verən zaman Cavabdeh1 avtomobili etibarnamə əsasında idarə etmişdir. Bu hal onu deməyə əsas verir ki, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh2 mülkiyyətində olsa da, qəza zamanı qanuni əsaslarla Cavabdeh1 sahibliyində olmuşdur. Deməli, yüksək təhlükə məmbəyi sayılan avtomobilin Cavabdeh1 qanunsuz (etibarnamə olmadan onun idarəçiliyinə vermək və ya avtomobili nəzarətsiz buraxmaq halı) verilməsi halı olmadığına görə Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbi baxımından zərərin əvəzinin ödənilməsi Cavabdeh2 tələb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası avtomobilə vurulmuş zərərin əvəzi olan pulun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 1030 manat pul tutulmalıdır. İddiaçı tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçı tələbində ona mənəvi ziyan vurduğunu bildirsə də, bu faktı təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız şifahi izahatla kifayətlənmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir… Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı məxsus "BMW-323" avtomobilə dəymiş ziyanın əvəzi olaraq 1030 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirmə xərcinin əvəzi olaraq 200 manat məbləğində pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar