Məhkəmə qərarları › İş №2(010)-2514/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2514/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2514/2020 23.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X15 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X15 Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı Sığorta Şirkəti ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4500 manat, “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 350 manat və X7 yüngül xəsarət aldığına görə 750 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 dövlət rüsumu, cəmi 5630,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə avtomobilərə zərər yetirmiş və eyni zamanda X7 yüngül xəsarət almışdır. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati xəta haqqında Qərarında öz əksini tapmışdır. Eyni zamanda Cavabdeh2 təqsirli olması Sabunçu rayon DYPŞ-nin İnzibati Tənbeh vermə haqqında Qərarında öz əksini tapmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat və “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan dəymişdir. Həmçinin yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh1 yüngül xəsarət aldığı üçün Azərbaycan Respublikası İcbari X6 əsasən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 557/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı və “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə avtomobilərə zərər yetirmiş və eyni zamanda X7 yüngül xəsarət almışdır. xx.xx.2017-ci il tarixli 038114 №-li sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2017ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilərlə toqquşmuş, nəticədə avtomobilə zərər yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə 350 manat ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli 038115 №-li sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2017ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə zərər yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X8 yüngül xəsarət aldığı üçün Azərbaycan Respublikası İcbari X6 əsasən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixli 038264 №-li sığorta aktından görünür ki, Cavabdeh1 xx.xx.2017ci il tarixdə idarə etdiyi “Mercedes Benz 190” markalı, ** VT *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobilə zərər yetirmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə 4500 manat ziyan dəymişdir. xx.xx.2017-ci il tarixli “nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, hadisə nəticəsində “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 350 manat məbləğində zərər dəymişdir. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, hadisə nəticəsində “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 4500 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və X10 rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 45 №-li ekspert rəyindən görünür ki, vət.X1 bazu oynağı nahiyəsinin yumşaq toxumasının hematoması müəyyən edildi. Xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2017-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2017-ci il tarixli 2879 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X9 350 manat, X4 isə yüngül xəsarət aldığına görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixli 3071 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X4 4500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2017-ci il tarixli M1122/17 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh1 zərər məbləğinin 7 iş günü ərzində şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2019-cu il tarixli P4608/19 №-li pretenziya məktubundan görünür ki, Cavabdeh1 zərər məbləğinin 7 iş günü ərzində şirkətə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli ********* №-li mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2.-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114.1.-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəməyə təqdim edilmiş xx.xx.2017-ci il tarixli 2879 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X9 350 manat, X4 isə yüngül xəsarət aldığına görə 750 manat məbləğində sığorta ödənişi həyata keçirilmiş, həmçinin xx.xx.2017-ci il tarixli 3071 saylı ödəniş tapşırığına əlavədən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən vurulmuş zərərin əvəzi olaraq X4 4500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Deməli, iddiaçının subroqasiya hüququ yaranıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1.-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İş materiallarından olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-557/2017 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Bu hal, iddiaçıya ödədiyi sığorta ödənişinin geri tələb etmək hüququ verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Hazırkı işdə ziyan vuran nəqliyyat vasitəsi mülkiyyətçisi onu etibarnamə olmadan bilavasitə ziyan vuran üçüncü şəxsin qanunsuz istifadəsinə verdiyi üçün, məhkəmə hər iki cavabdehin müştərək qaydada mülki hüquq pozuntusuna görə cavabdehlik daşımalı olduqları qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “X16” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 4500 manat, “VAZ 21214” markalı ** ZK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 350 manat və X7 yüngül xəsarət aldığına görə 750 manat sığorta ödənişi məbləği olmaqla, cəmi 5600 (beş min altı yüz) manat məbləğində pul tutularaq İddiaçı X15 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X15 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar