Məhkəmə qərarları › İş №2(010)-2533/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2533/2023

01.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2533/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “evin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “evin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 11 saylı evin A tikilisinin altında və onun ətrafında yerləşən 884.13 m2 torpaq sahəsinin onun, B tikilisinin altında və onun ətrafındakı 124.47 m2 torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyəti hesab edilərək hal-hazırkı və texniki pasportdakı mövcud, faktiki vəziyyətə uyğun olaraq evin və torpaq sahəsinin naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, mülki işin hazırda məhkəmənin icraatında olan və hazırkı işlə eyni tərəflər arasında, eyni predmet barəsində olan mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddianı qəbul etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, mülki işin hazırda məhkəmənin icraatında olan və hazırkı işlə eyni tərəflər arasında, eyni predmet barəsində olan mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək hesab edir ki, bu mülki iş (№ 2(010)-2533/2023) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş başqa bir mülki işlə (№ 2(010)-169/2023) bir icraatda birləşdirilməli, həmin işlərə birlikdə baxılmalıdır. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatına daha əvvəl daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsindən görünür ki, iddiaçı məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3372/2021 saylı qətnaməsi əsasında tərtib olunmuş yeni bölgü sxemi əsasında ünvan 1 ünvanında yerləşən torpağın naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş üzrə iddia tələbi də eyni tərəflər arasında, eyni torpaq sahəsi və onun üzərində yerləşən evin naturada ayrılması ilə əlaqədardır. Belə olan halda məhkəmə hesab edir ki, bu iki işə bir icraatda baxılması məqsədə müvafiqdir. Odur ki, bu işlər birlikdə baxılmaq üçün bir icraatda birləşdirilməlidr. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4. Bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “evin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş (№ 2(010)-2533/2023) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işlə (№ 2(010)-169/2023) bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və MPM-in 169, 263-264 və 267 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) “evin və torpaq sahəsinin naturada ayrılması” tələbinə dair mülki iş (№ 2(010)-2533/2023) həmin Məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işlə (№ 2(010)-169/2023) bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar