Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-274/2021 11.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "JEEP WRANGLER" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ekspert tərəfindən müəyyən edilməsi, həmin dəyərin ½ hissəsinin pul şəklində Cavabdeh alınaraq ona verilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, "JEEP WRANGLER" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ½ hissəsinin pul şəklində Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3455/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən "JEEP WRANGLER" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil onların birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək onun və Cavabdeh arasında pay şəklində bölünərək ½ hissə pay hüququ üzrə mülkiyyət hüququna verilib. Ona görə də onun bu iddia tələbi ilə müraciət etmək hüququ vardır. Avtomobilin hazırki dəyəri ilə bağlı ekspertin verdiyi rəyi ilə razıdır və rəyə heç bir etirazı yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunmasını məhkəmədə xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 çıxarışından görünür ki, DİN-in Baş Döviət X3 Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasına görə Cavabdeh adında xx.xx.2015-ci il tarixdən "JEEP WRANGLER" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-3455/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı «evə köçürülmə və cavabdehlə birgə nikah dövründə əldə edilən əmlaka dair payın müəyyən edilməsi tələbinə dair» iddiası qismən təmin edilərək, İddiaçı və xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, 9 ünvanında yerləşən evə köçürülmələri, “JEEP WRANQLER” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı, (Şəhadətnamə: AC551824, Şəhadətnamənin verilmə tarixi: xx.xx.2015-ci il, B/ili: 2011-ci il rəngi gəhvəyi metallik. Ban 1J4BA7H19BL584891) olan avtomobilin tərəflərin birgə nikah dövründə əldə etmiş olduqları əmlak hesab edilərək İddiaçı və Cavabdeh arasında pay şəklində bölünməsi və “JEEP WRANQLER” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtmobilin 1/2 hissəsinə İddiaçı və 1/2 hissəsinə Cavabdeh pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş qiymətləndirməyə görə 150 manat pul vəsaiti İddiaçı və Cavabdeh müştərək qaydada Heba Consaltinq MMC-nin xeyrinə tutulması qət edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Göründüyü kimi mübahisəli avtomobil İddiaçı ilə Cavabdeh birgə nikah dövründə birgə gəlirləri hesabına əldə olunmuşdur və qanunvericiliyin qeyd olunan tələblərinə görə onların ümumi birgə mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Azərbaycan Respublikası xxxxnın xx xxxxxx 2020-ci il tarixli, 543 №-li ekspert rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə yaxşı vəziyyətdə saxlanılmış, tam komplektli, təyinatı üzrə istifadəyə tam yararlı olan, 2011-ci buraxılışlı, “JEEP WRANGLER” minik markalı avtomobilin hazırki orta bazar qiyməti 40.000 manat müəyyən edilir. Qiyməti soruşulan avtomobilin əmtəə-keyfiyyət göstəriciləri, istismar şəraiti, texniki vəziyyəti barədə məlumat olmadığına görə, qiymətə təxminən 15% sövdələşmə endirimi tətbiq edilməklə, orta bazar qiyməti təxminən 34.000 (otuz dörd min) manat müəyyən edilir. Qeyd olunanları və tərəflərin birgə nikah dövründə əldə etdikləri "JEEP WRANGLER" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdeh tərəfindən özkəninkiləşdirildiyini nəzərə alaraq məhkəmə belə hesab edir ki, avtomomobilin dəyərinin 1/2 hissəsi - 17.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyi üçün ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat pul Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) köçürülməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. "JEEP WRANGLER" markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı (2011-ci il buraxılışlı, mühərrik həcmi 3600 sm3, ban №-si 1J4BA7H19BL584891) minik avtomobilinin dəyərinin 1/2 hissəsi – 17.000 (on yeddi min) manat Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia təmin edildiyi üçün ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat pul Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı, Kod: 201025, VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN: **********, Hesab: AZ53AİİB********************) köçürülsün. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-274/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-274/2021
11.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver