Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2793/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxslər X4, X9 və X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (X13, X4, X9 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikinti obyektinin qazlaşdırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdehnə (bundan sonra – Cavabdeh İB) qarşı “tikinti obyektinin qazlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması hüququnun təmin olunması öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması ilə bağlı texniki şərtin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli, 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydaları”nın tələblərinə uyğun olaraq xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərində 3 saylı Bakı “ASAN Kommunal” mərkəzinə bütün zəruri sənədləri təqdim edərək yazılı formada müraciət etmişdir. Yuxarıda qeyd edilən hər iki müraciətinə əsasən, Cavabdeh İB mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə baxış keçirilmiş və onların verdiyi formal rəy nəticəsində cavabdehin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktubları ilə ona imtina verilmişdir. Halbuki Cavabdeh İB tərəfindən dövlət qanunlarına zidd olan və hüquqi normalara əsaslanmayan iki fərqli məzmunlu qərar qəbul edilmişdir. Müraciəti qış aylarına təsadüf etdiyinə və xüsusən də qış aylarında qaz təminatının əvəzsiz rolu olduğuna baxmayaraq, Cavabdeh İB tərəfindən qərəzli qərar qəbul olunarkən tək yaşaması, yaşlı nəsin nümayəndəsi olması və hətta mərhum həyat yoldaşı X5 İ Qarabağ Müharibəsi veteranı olması nəzərə alınmamışdır. Hesab edir ki, Cavabdeh İB tərəfindən qərar qəbul edilməsi zamanı konstitusiyanın və qanunların vətəndaşlara verdiyi hüquqlar kobud şəkildə pozulmuşdur. Xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissənin qazlaşdırılması üçün Cavabdeh İB-yə müraciət etdiyi qaydada digər orqanlar olan "xxxx" ASC-yə elektrik sayğacının və “ADSEA”ya su sayğacının quraşdırılması üçün müraciət etmişdir. "xxxx" ASC tərəfindən elektrik sayğacı və “ADSEA” tərəfindən su sayğacı xüsusi mülkiyyətində olan fərdi yaşayış evində pay sahibi olduğu hissədə quraşdırılmış, lakin qaz sayğacı qanunsuz səbəblərə görə bu günədək quraşdırılmamış olaraq qalır. Cavabdeh İB ilə yaranmış mübahisəli məsələnin həll olunması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyinin Bakı fillialına şikayət ərizəsi ilə müraciət edilmişdir. Müraicətlə əlaqədar olan X3 Agentliyinin Bakı fillialından aldığı cavab məktubunda qeyd olunan mübahisəli məsələ ilə bağlı iddia ərizəsi ilə Cavabdeh İB-yə qarşı məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı onun anasıdır. O, oğlu ilə bir evdə yaşamaq istəmir, həyətdə inşa edilən bir otaqlı tikilidə yaşamaq istəyir. Həmin tikiliyə işıq və su xətləri çəkilmişdir. Lakin cavabdeh qanunsuz olaraq oraya qaz sayğacının qoyulmasına etiraz edir. Həmin tək otaqdan ibarət evi ona görə yaşamaq üçün yararlı hala gətirmirlər ki, Cavabdeh İB tərəfindən qaz sayğacının quraşdılmasından imtina ediləcəyindən ehtiyat edirlər. Belə ki, əgər həmin tikili qazla təchiz olunmayacaqsa, nəyə görə artıq xərc çəksinlər? Tikiliyə su və işıq xətləri çəkildiyi halda qaz xəttinin çəkilməsindən imtina üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər X4, X9 və X14 iddiaçının həyətdəki tikilidə yaşaması, oraya su və işıq xətlərinin çəkilməsi, lakin qaz xəttinin çəkilməsindən cavabdeh tərəfindən imtina edilməsi ilə bağlı izahat verərək, iddianın təmin edilməsinə etirazları olmadığını qeyd etdilər.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Sübutların yerində müayinəsi.
6. Məhkəmə tərəfindən ünvan 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerində müayinə keçirilmişdir. Müayinə zamanı fərdi yaşayış evinin yerləşdiyi həyətdə ayrıca təcrid olunmuş, sahəsi təxminən 20 m2 olan, bir otaqdan ibarət tikili aşkar olunmuşdur. Həmin tikilinin yaşayış üçün yararsız vəziyyətdə, təmirsiz, yalnız beton döşəmə və tavandan ibarət, içəridə boş banka və s. digər əşyalar saxlanıldığı yardımçı sahə olduğu müəyyən olunmuşdur.
İş materialları.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********29-10301 reyestr nömrəli, ümumi sahəsi 73.10 m2 olan, ünvan 3 ünvanında yerləşən (yeni qaydalarla: AZ 1043, ünvan 2 fərdi yaşayış evi üzərində X8 1/5 hissədə, X2 1/5 hissədə, X6 3/20 hissədə, X10 2/5 hissədə və İddiaçı 1/20 hissədə payları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
8. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, mütəxəssislər tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş, həmin ünvanın daha öncə qaz təchizatı ilə təmin olunması, göstərilən ünvanda G4 markalı, **********9 sayıl qaz sayğacının quraşdırılması müəyyən edilmiş və həyətyanı sahədə inşa edilmiş ikinci yaşayış evinin mülkiyyət sənədlərinin təqdim edilməməsi səbəbindən eyni ünvana ikinci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsinin mümkün olmadığı bildirilmişdir.
9. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunun surətindən görünür ki, mütəxəssislər tərəfindən qeyd olunan ünvana baxış keçirilən zaman həmin ünvanın təbii qazla təmin edilməsi müəyyən edilmiş və bu səbəbdən eyni ünvana ikinci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsinin mümkün olmadığı bildirilmişdir.
10. Azərbaycan Respublikası Energetika Nazirliyi X3 Agentliyinin Bakı Fillialı tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, fərdi yaşayış evinin İddiaçı məxsus hissəsinə ikinci qaz sayğacının quraşdırılması üçün texniki şərtin verilməsi ilə bağlı Cavabdeh İB ilə yaranmış mübahisəli məsələ üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
11. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X18 tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, 02/1753 nömrəli istehlakçının su təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərdən görünür ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, V.Bədəlov küçəsi ünvanında yerləşən 15 nömrəli fərdi yaşayış evinin su təchizatı ilə təmin edilməsinə icazə verilmişdir.
12. xx.xx.2025-ci il tarixli, ATS**********5580 nömrəli elektrik şəbəkəsinə qoşulma barədə aktdan görünür ki, ünvan 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən tikinti obyektinədək quraşdırılmış elektrik qurğularına və elektrik xətlərinə baxış keçirilmiş, baxış zamanı elektrik xətləri və qurğularının layihəyə və tikinti normalarına uyğun quraşdırıldığı və elektrik enerjisinə qoşulmaq üçün hazır olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, tikinti obyektinin enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmasına qərar verilmişdir.
İşin faktiki halları.
13. ünvan 3 ünvanında yerləşən (yeni qaydalarla: ünvan 2 fərdi yaşayış evi üzərində X8 1/5 hissədə, X2 1/5 hissədə, X6 3/20 hissədə, X10 2/5 hissədə, İddiaçı 1/20 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Fərdi yaşayış evinin yerləşdiyi həyətdə yaşayış üçün yararsız bir tikili var. İddiaçı həmin tikilinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün Cavabdeh İB-yə müraciət etmişdir. Lakin sonuncu tərəfindən qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi, sözügedən tikilinin isə mülkiyyət sənədinin təqdim edilməməsi əsasları ilə müraciətin təmin edilməsindən imtina edilmişdir.
Tətbiq edilən hüquq.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr.
6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması.
3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
1. Ümumi müddəalar. 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: tikinti obyektləri - tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular. 1.7. Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası”.
1. Ümumi müddəalar. 1.1. “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması Qaydası” (bundan sonra – Qayda) “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hazırlanmışdır və aşağıdakı tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması üçün texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə onların qazpaylayıcı şəbəkəyə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir: 1.1.1. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması; 1.1.2. ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması; 1.1.3. ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması. 1.4. Hər bir sifarişçinin (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci hissəsi nəzərə alınmaqla) bu Qaydanın tələblərinə uyğun olaraq qazpaylayıcı şəbəkəyə qoşulma hüququ vardır.
2. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və əlavə qaz həcmi alması. 2.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin və qaz təchizatı layihəsinin hazırlanması və verilməsi üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.3. sifarişçinin qazpaylayıcı şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda);
3. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən, habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və əlavə qaz həcmi alması. 3.1. Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə bu Qaydanın 1.1.1-ci yarımbəndində nəzərdə tutulan tələblərə cavab verməyən, habelə ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması məqsədilə texniki şərtlərin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində qaz paylayıcısının nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 3.2. Sifarişçinin seçiminə uyğun olaraq qaz təchizatı layihəsinin hazırlanmasının qaz paylayıcısı tərəfindən həyata keçiriləcəyi hallarda sifarişçi texniki şərtlərin və qaz təchizatı layihəsinin alınması üçün bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada qaz paylayıcısına müraciət edir. 3.4. Sistemə bu Qaydanın 2.4 – 2.8-ci bəndlərinin tələblərinə riayət edilməklə bu Qaydanın 2.2-ci bəndində göstərilən məlumatlar daxil edilir...
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
19. İşin hallarından görünür ki, iş üzrə iddiaçı və üçüncü şəxslərin paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən (yeni qaydalarla: ünvan 2 fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədə ümumi sahəsi təxminən 20 m2 olan bir tikili tikilmişdir. Hazırda İddiaçı tələb edir ki, fərdi yaşayış evi kimi istifadə edəcəyi bu tikili Cavabdeh İB tərəfindən təbii qazla təchiz edilsin. Cavabdeh tərəfindən bu müraciətin təminindən ona görə imtina edilmişdir ki, sözügedən tikiliyə dair heç bir mülkiyyət sənədi təqdim edilməmiş, eyni zamanda eyni ünvanda yerləşən fərdi yaşayış evinə görə artıq bir dəfə texniki şərt verilmişdir.
20. Məhkəmə araşdırması gedişində sözügedən tikilinin yerində müayinəsi həyata keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, yuxarıda qeyd edilmiş fərdi yaşayış evinin yerləşdiyi həyətdə ayrıca təcrid olunmuş, sahəsi təxminən 20 m2 olan, bir otaqdan ibarət tikili inşa edilmişdir. Həmin tikilinin yaşayış üçün yararsız vəziyyətdə, təmirsiz, yalnız beton döşəmə və tavandan ibarət, içəridə boş banka və s. digər əşyalar saxlanıldığı yardımçı sahə olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, iddiaçı həmin sahənin fərdi yaşayış evi kimi qazlaşdırılmasını tələb edir. Tikilinin yaşayış üçün yararsız vəziyyətdə olmasının səbəbi araşdırıldıqda iddiaçı tərəf, eləcə də icraata cəlb edilmiş üçüncü şəxslər bildirmişlər ki, tikilinin təbii qazla təchiz olunub-olunmayacağı hələ qeyri-dəqiq olduğundan onun yaşayış üçün yararlı hala gətirilməsi üçün xərc çəkilməmişdir.
21. Məhkəmə ümumən qəbul edir ki, məişət təyinatlı tikinti obyektlərinin qazlaşdırılması üçün onun məhz fərdi yaşayış evi olması şərt deyil. Belə ki, həyətdə olan yardımçı tikililər də tikinti obyekti kimi ümumi qaydada təbii qazla təchiz edilə bilər. Bunu qanunla qadağan edən hər hansı norma yoxdur. Bununla belə nəzərə alınmalıdır ki, həmin tikilinin qazla təchiz edilə bilməsi üçün qanunvericilik bəzi tələblər müəyyən etmişdir. Belə ki, yuxarıda istinad edilmiş qanunvericilik aktlarından açıq şəkildə görünür ki, tikinti obyektinin qazlaşdırılması üçün tikinti obyektinin və ya onun yerləşdiyi torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi), eləcə də tikintiyə icazə sənədi möcvud olmalıdır. Lakin hazırkı iş üzrə mübahisə predmeti olan tikinti obyektinə münasibətdə bu sənədlərin heç biri mövcud deyil. Elə iş üzrə cavabdeh də iddiaçının müvafiq müraciətindən imtina edərkən onun tikinti obyekti üzərində hüquqmüəyyənedici heç bir sənədi olmamasına istinad etmişdir.
22. Nəzərə alınmalıdır ki, iddiaçının sözügedən ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçisi olması, torpaq sahəsi üzərində mülkiyyət hüququ olmadığı halda (sahə dövlət mülkiyyətindədir) ona torpaq sahəsi üzərində yerləşən tikili üzərində heç bir əşya hüququ vermir. Digər tərəfdən, bu tikilinin məhz fərdi yaşayış evi kimi istismarı nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş tikintisinə icazə tələb olunmayan tikinti obyektlərindən hesab olunmur.
23. Məhkəmə qeyd edir ki, istər hüquqmüəyyənedici sənədin, istər tikinti obyektinə icazə sənədinin, istərsə də texniki şərtin verilməsi üçün sözügedən tikinti obyektinin təyinatına uyğun prosedur aparılması qanunvericiliyin tələbidir. Nəzərə alınmalıdır ki, fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. Yardımçı tikili - fərdi yaşayış evinin sakinlərinin təsərrüfat-məişət ehtiyaclarının ödənilməsi məqsədilə nəzərdə tutulan tikililərdir (qaraj, anbar, talvar, yay mətbəxi, su quyusu, hovuz, istixana və s.). (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 2023-cü il 21 noyabr tarixli 3-35/3-2-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş “Fərdi yaşayış evləri layihələndirmə normaları” 3-cü bənd)
24. Bu baxımdan məhkəmə hesab edir ki, əgər iddiaçı sözügedən tikinti obyektini məhz fərdi yaşayış evi kimi təbii qazla təchiz etmək istəyirsə, bu obyekt fərdi yaşayış evi təyinatına uyğun gəlməlidir. Hazırkı işdə isə bunun əksi müəyyən edilmişdir. Digər tərəfdən, tikinti obyekti üzərində heç bir mülkiyyət sənədi və tikintiyə icazə sənədinin olmadığı da nəzərə alınmalıdır. Bu səbəblərdən məhkəmə hesab edir ki, Cavabdeh İB tikinti obyektinin qazlaşdırılmasından (texniki şərtin verilməsindən) imtina etməkdə haqlı olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, sözügedən tikinti obyektinin digər kommunal xidmətlərlə təchiz edilməsi onun təbii qazla da təchiz edilməsini şərtləndirən amil kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda istinad edilmiş normativ aktlardan göründüyü kimi, təbii qazla təchiz edilmə ilə bağlı qanunvericilik ayrıca prosedur nəzərdə tutmuşdur və bunun digər kommunal xidmətlərin göstərilməsinə aidiyyəti yoxdur. Odur ki, iddia təmin edilməməlidir.
Məhkəmə xərcləri.
25. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia təmin edilmədiyindən tərəflərin heç birindən rüsum tutulmamalıdır.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdehnə qarşı (X13, X4, X9 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tikinti obyektinin qazlaşdırılması” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.