Məhkəmə qərarları › İş №2(010)-2831/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2831/2023

25.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2831/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 2901,8 manat götürdüyü pul və vurduğu ziyan, həmçinin ödənilmiş 1000,00 manat dövlət rüsumun və digər ödənişlərin cəmi 3901,8 manat Cavabdehndundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının etibarindan sui-istifadə edərək, ona ziyan vuraraq böyük məbləğdə pul vəsaitini götürmüş, pul öhdəliklərini vaxtında yerinə yetirməmiş, onu və ailəsini çox çətin maddi vəziyyətdə qoymuşdur. Buna görə də ona verdiyi pulu geri qatramaq üçün məcbur olub məhkəməyə ərizə ilə mürciət edib. Cavabdeh ona məxsus nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və ondan maşını düzəltmək adı ilə aldadaraq pul alaraq düzəltməmiş, ondan borc pul alaraq qaytarmamış, ona məxsus telefonu götütürərək, bildiyinə görə satmışdır. Hazırda ona məxsus nəqliyyat vasitəsi yararsız vəziyyətə, saldığını mobil telefonu götürüdüyünü, külli miqdarda ziyan vurduğunu nəzərə alsaq, Cavabdeh vurduğu ziyan ödəmədiyi üçün çox agır maddi vəziyyətə düşmüşdür. Bildirmək istəyir ki, bu günə kimi vurulmuş ziyan cavabdeh tərəfindən məlum olmayan səbəblərdən qaytarılmır. Ona dəymiş ziyana dair bir çox subutlar mövcuddur. Pulu vaxtında qaytaracağına dair çoxsaylı şahidlərin yanında söz vermişdir. Lakin, Cavabdeh bu günə kimi öz vəzifəsini yerinə yetirməmişdir və vaxtında dəymiş ziyanı ödəməmişdir. Cavabdeh işlədiyi müddət ərzində ümümmilikdə 2901,8 manat ziyan vurmuşdur. Cavabdeh tərəfindən ondan götürdüyü pul vəsaiti və böyük məbləğdə ziyan vurulması aşağıdakilardan ibarətdir: xx.xx.2023-cü il tarixində Cavabdeh xidməti nəqliyyat vasitəsi olan “Fiat Dobla” markalı, **-FS-*** qeydiyyat nişanlı maşında yol nəqliyyat hadisəsi törətmişdir.Yol nəqliyyat hadisəsindən sonra ondan maşını düzətmək adı ilə pul almış, lakin nəqliyyat vasitəsinin təmir etdirməmişdir. Tərtib olunmuş akta əsasən, xidməti nəqliyyat vasitəsinin motor qapağı -150 manat, podpres arxa -260 manat, -kəmər-50 manat, arxa qafa, arxa krılo, büfer, arxa fara plasması-250 manat, arxa qapının qıfılı 65 manat, usta xərci dəmirçi, malyar-500 manat, air baqombankası -20 manat, radio təmiri 20 manat, razval vtulkaları 80 manat iç qranat 120 manat, rezin amartizatorlar -3manat, motorun 4 ədəd poduşkası -100 manat, turbinanın təmiri -60 manat düzəldirliməmişdir. “Fiat Dobla” markalı **-FS-*** qeydiyyat nişanlı xidməti nəqliyyat vasitəsinə ısasən Əliyev X2 istehsalı olan LASSA təkərləri almaq üçün 4 təkərə ümümilikdə 340 manat pul almış, lakın onların yerinə Rusiya istehsalı olan ucuz təkərlər almışdır. Cavabdeh ondan 450 manat borc pul almışdır. Cavabdeh əlavə olaraq istifadə iddiaçıya çatası 98,8 manat və 28 manat pulu götürmüşdür. Cavabdeh işə gəlmədiyi zaman, yoxa çıxarkən özü ilə 280 manat dəyəri olan ona məxsus telefonu özü ilə aparmışdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirdi ki, cavabdehdən 3901,8 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əlavə olaraq qeyd etdiki ki, Cavabdeh onun işçisi olmuş, onun əmək haqqısı banka köçürmə ilə deyil əlbə-əl verilmişdir. Nəqliyyat vasitəsinin təmiri cavabdehə tapşırdığını və ona ödənişlər etdiyini bildirdi. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X4 bildirmişdir ki, İddiaçı işçisidir. Saqifin bir çox yalan danışdığını, maşının təmiri ilə bağlı dəfələrlə Hüseyn müəllimdən pul götürdüyünü qeyd etdi. Əlavə olaraq qeyd etdi ki, 2023-cü ildə fevral ayında maşın vurulub, Saqif maşının təmiri ilə bağlı işləri öz üzərinə götürüb və bunun üçün də Hüseyn müəllimdən çoxlu miqdarda pul alib. Saqif sürücü işləyirdi. Dəqiq nə qədər pul götürdüyünü deyə bilməyib. Votsap vasitəsi ilə səsli mesaj göndərərək pul istəmişdir. Bütün sohbətlər mağazada olduğundan, eşitdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 bildirmişdir ki, İddiaçı işçisi və partnyorudur. Saqifin maşını vurandan sonra problem yarandığını həmişə düzəldəcəm dediyini, ancaq etmədiyini bidirdi. Əlavə olaraq qeyd etdi ki, sığortaya da Saqif öz kartını vermişdi ki, pul ora köçürülsün ancaq orda ona deyilmişdir ki, etibarnamə olmadan bu mümkün deyil və o, Hüseyn müəllimdən etibarnamə istəmişdir. Həmçinin, maşının farası buferi yox idi. Saqif deyirdi ki, atası tapşırıb təmir həll olacaq. GPS-dən də görünür ki, maşın fəqli istiqamətlərə gedir. İş materialları. Nəqliyyat vasitəsinin istifadə edilməsinə dair Cavabdeh verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh “Fiat Doblo” minik markalı ** FS *** dövlət qeydiyyatlı avtomobili idarə etmək üçün həmin etibarnaməni xx.xx.2023-cü il tarixində vermiş, xx.xx-2023-cü il tarixində isə etibarnaməyə xitam vermişdir. Fərdi sahibkar İddiaçı tərəfindən tərtib edilmiş 11 mart 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh tərəfindən ona dəymiş ziyan məbləği 2901,8 manat təşkil edir: matorun qapağına 150 manat, podpres arxa süşə 260 manat, kəmər passajir komlekt 50 manat,arxa fara sbo, arxa krilo, bufer sbor,arxa fara plasması250 manat, arxa qapının qıfılı 65 manat, usta xərci dəmirçi mallar 500 manat, air baq in olan ombanks 20 manat, radio təmiri 20 manat, zavalın vtulkası 20 manat, iç qranat 120 manat, rezin amortizatorlar 30 manat, matorun 4 ədəd paduşkası 100 manat, tribunanın təmiri 60 manat, ondan aldığı borc 450 manat, çatdırılmadan qalan kassaya borc 98,8, keçən aydan qalan borc(02.2023) 28 manat, mobil telefon(işh, telefonu) qaytarılmayıb Samaung 280 manat, Təkər lassa almalı idi (yerinə Rusiya istehsalı olan təkərlərdi) 4 ədəd 340 manat alıb ümumilikdə 2901,8 manat borcu vardır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərindən görünür ki, ** FS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ayrı-ayrı hissələri zədələnmiş vəziyyətdədir. İddiaçı tərəfindən təqdim edilmiş yazılardan görünür ki, A4 vərəqdə nəqliyyat vasitəsinin təmiri ilə bağlı ehtiyat hissələrin adları, işləri, qiymətləri və sığorta ödənişi qeyd olunur. Hər hansı bir şəxsin adı və imzası, tərtib edildiyi tarix və öhdəliklər həmin yazılarda qeyd olunmur. "xxxx" ASC-nin 005XOH********** nömrəli xx.xx.2023-cü il tarixli mədaxil orderindən görünür ki, "xxxx" ASC tərəfindən zai-2777|23 saylı akta əsasən, İddiaçı 1480 manat sığorta ödənişi həyata keçirilmişdir. 21 fevral 2021-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, “Gold Avto servis” müəsissəsində avto nəqliyyat vasitəsinə baxış keçirilmiş və ehtiyat hisələrinə arxa baqaja 600 manat, arxa sol stop 60 manat arxa buferin sol hissəsi 60 manat, arxa sol qanad altı 40 manat, arxa sol təkər 80 manat, germetika 20 manat, knopka 10 manat ümümilikdə 870 manat, iş cədvəlinə əsasən isə arxa baqajın dəyişməsi sağ qanad arxa sol qanad sol lanjeronun təmiri dəmirçi 210 manat, qabağ sağ qanad arxa bufer arxa solm qanad və arxa panelin rənglənməsi qabağ sağ qapı qabaq uferin sağ hissəsinin pardoqlanması rəngsaz 320 manat, arxa bufer sol stop baqajın şüsənin sökülməsi 70 manat, balans 10 manat ümumilikdə 610 manat, cəmi 1480 manatlıq hesabat tərtib edimişdir. Suraxanı rayon RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* saylı X7 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən, “Hundaı Azera” minik markalı, ** CE *** dövlət qeydiyyat nişanlı avtomobili araməsafə qaydalarını pozulması nəticəsində X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Suraxanı rayon 2023-02-09-il tarixində saat 23:30 dəqiqədə Yeni Günəşli qəsəbəsində yol nəqliyyat hadisəsi baş vermiş təqsirli olaraq “Hudaı Azera” minik marqalı 77CE640 dövlət qeydiyyat nişanlı avtobil olmuşdur. Hadisə nəticəsində “Fiat Doblo” minik markalı ** FS *** dövlət qeydiyyatlı avtomobilə zərər vurulmuşdur. Avtomobilin mülkiyyətçisi - İddiaçı, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs – Cavabdehdur. Yol nəqliyyatı hadisəsinin zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə xx.xx.2023-cü il tarixli ZAİ-2777/23 saylı aktdan görünür ki, zərərvuran olaraq X6 və zərərçəkən isə İddiaçı göstərilmişdir. Dəymiş zərərin məbləği – 1480 manatdır. İddiaçı tərəfindən təqdim edilmiş votsap səs və yazı yazılardan müəyyən olunur: 1) votsap yazıları “zoodruq” və +**********14 nömrələri ilə aparılır. 2) səs yazıların kimə məxsus olması məlum deyil 3) borcun etirafı müəyyən edilmir və s. Votsap yazıları məlumat daşıyıcıda iş materiallarına əlavə olunur. “Leobank” tətbiqetmədən çıxarılmış qəbzə əsasən, 07 mart 2023-cü il tarixində İddiaçıin kartından Saqif Ə-yə 400 manat pul köçürülmüşdür. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı verilmiş iş üzrə votsap səs yazıların ekspertiza təyin edilməsi baradə vəsatət təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı verilmiş 77FS981 qeydiyyat nişanlı avtomobilə hadisə zamanı dəymiş ziyanın ekspertizanın təyin edilməsi baradə vəsatət təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı verilmiş iş üzrə şahidin X1 dindirilməsi barədə vəsatət təmin edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 329. Əqdlərin formaları 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Maddə 331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.[316] Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 778. Tapşırığın məzmunu 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 780. Vəkalət alanın şəxsi öhdəlikləri. Üçüncü şəxslər üçün məsuliyyət 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. Maddə 781. Vəkalət verənə informasiya və hesabat vermək vəzifəsi Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Maddə 782. Tapşırığın icrası nəticələrini vermək vəzifəsi 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 782.2. Vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. 782.4. Vəkalət alanın ödəmə qabiliyyətinin olmadığı halda vəkalət verən saxlama hüququnu vəkalət alan üçün saxlamaqla, ondan öz adından, lakin vəkalət verənin hesabına əldə etdiyi daşınar əşyaları verməyi tələb edə bilər. Maddə 783. Vəkalət alanın xərclərinin əvəzinin ödənilməsi və muzdu 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.... “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə ilk öncə tələb edilən 2901,8 manat pul vəsaitinə münasibətdə qeyd edir ki, iddiaçının avtomobilinə üçüncü şəxs tərəfindən zərər dəymişdir, bu fakt xx.xx.2023cü il tarixli TP ******* saylı X7 haqqında Qərar ilə, sığorta sənədləri ilə və iddiaçının ifadələrindən müəyyən edilir. Zərərvuran cavabdeh deyildir, bu işin mübahisəsiz halıdır. Buna görə də, məhkəmə hesab edir ki, bu əsasla iddiaçının cavabdehdən pul tələb etmək subyektiv hüququ yox idi. 21 fevral 2021-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, avtomobilə dəymiş ziyan 1480 manat təşkil edir, iddiaçı isə onu 2045 manat (kassaya borc, keçmiş ayın borcu, mobil telefonu çıxmaq şərtilə) kimi hesablanmışdır. Bu məbləğin cavabdeh tərəfindən götürülməsi iş materialları ilə sübut olunmur. İddiaçı 2901,8 manat pulun avtomobili düzəltməsi üçün cavabdehə verdiyini qeyd etsə də, lakin tərəflər arasında şifahi və ya yazılı formada bağlanmış borc müqaviləsi müəyyən edilməmişdir. 2901,8 manatdan - kassaya borc, keçmiş ayın borcu və mobil telefona görə borc – 406,8 manat təşkil edir, bu da əmək münasibətlərindən əmələ gələn mübahisəli məbləğdir və sübut olunmadığından, təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc yox, şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli və vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. İş materiallarından görünür ki, cavabdeh avtomobilin təmiri məqsədilə üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşımalı idi və işin hallarından ayrı şərt irəli gəlməmişdir. Həmçinin, iddiaçı cavabdehin üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilərdi, lakin onu etməmişdir. İddiaçı cavabdehin tapşırığını yerinə yetirilməməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, özü avtomobili təmir edən şəxslərə müraciət etməmişdir. Təqdim olunmuş vatsap səs və yazı yazıları Cavabdeh məxsus olunması təsdiq edilmir. Lakin, ona məxsus olsa da, yazılarda 2901,8 manat və ya başqa pul məbləğində borc və onun etirafı barədə danışılmır. Bu yazılar mötəbər sübüt kimi qiymətləndirilə bilməz. Həmçinin, səs yazılarda iddiaçıdan 500 manat borc istənilir. Lakin, iddiaçı sübut kimi 400 manatın cavabdehin bank kartına köçürülməsi barədə sənəd məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, bu pulun hansı səbəbdən cavabdehə körülüməsi məlum deyil. Həm rəqəmlər üst-üstə düşmür, həm də iddiaçı cavabdehə rəsmi əmək haqqını nağd verdiyindən, məbləğin mənşəyi naməlumdur. İddiaçı tərəfindən təqdim edilmiş A4 vərəqdə nəqliyyat vasitəsinin təmiri ilə bağlı ehtiyyat hissələrinin adları, işləri, qiymətləri və sığorta ödənişi qeyd olunur. Hər hansı bir şəxsin adı və imzası, tərtib edildiyi tarix və öhdəliklər həmin yazılarda qeyd olunmur. Hüquqi baxımından, bu sənəd yazılı əqd kimi hesab edilmir. Bu sənəd də məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Dindirilmiş şahidlər iddiaçının işçiləri və partnyorları olduğundan, başqalarının sözlərindən ifadə verdiyindən, pulların nə məbləğdə və hansı səbəblərə görə verilməsini dəqiq bilmədiyindən, məhkəmə onların ifadələrinə mötəbər sübutlar kimi qiymət vermir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı verilmiş iş üzrə vatsap səs yazılarına dair ekspertiza təyin edilməsi baradə vəsatət həmin səs yazılarında müəyyən edilməli məlumatların olmaması səbəbindən təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı verilmiş 77FS981 qeydiyyat nişanlı avtomobilə hadisə zamanı dəymiş ziyanın müəyyən edilməsinə dair ekspertizanın təyin edilməsi baradə vəsatət həmin ekspertizanın artıq sığorta şirkəti tərəfindən keçirildiyindən təmin edilməmişdir. İddiaçı tərəfindən məhkəmə baxışı zamanı verilmiş X1 dindirilməsi barədə vəsatət həmin şəxsin cavabdehin atası olması və bütün məhkəmə iclaslarında iştirak etməsi, vəsatətin baxış iclası zamanı verilməsi səbəblərindən təmin edilməmişdir. Dövlət rüsumuna gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək, 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Lakin, iddia ərizəsində dövlət rüsumu və digər ödənişlər kimi tələb edilmiş məbləğ 1000 manat kimi göstərilmişdir. Bu rəqəmi təsdiq edən sənədlər iş materiallarına əlavə edilməmiş, həmçinin iddia tələbi təmin olunmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda sadalanan normalara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən və yalnız formal mülahizələrə əsaslandığından təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar