Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2924/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 iştirakı ilə İddiaçı Bəşı̇ rova Fı̇ ruzə Novruz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Hüseynova (Abdullayeva) Günay Eldəniz qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Bəşı̇ rova Fı̇ ruzə Novruz qızı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilmələri və qeydiyyatdan çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2924/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı ilə iddiaçı Bəşı̇ rova Fı̇ ruzə Novruz qızının cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Hüseynova (Abdullayeva) Günay Eldəniz qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata “cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Hüseynova (Abdullayeva) Günay Eldəniz qızının ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildən qeydiyyatdan çıxarılmaları” hissəsində xitam verilmişdir.
İddia tələbinin dəlilləri
3. Bakı şəhəri, Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsində yerləşən ev 50 V, 43 saylı mənzil, mərhum həyat yoldaşı X2 məxsus olmuş, onun xx.xx.2005-ci ildə ölümündən sonra mənzil onun mülkiyyətinə keçmişdir. Həmin mənzil üzərindəki tam mülkiyyət hüququ DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Seriya: RX ******* №li Çıxarışla 951 №li reyestr kitabının 180081 nömrəli vərəqində xx.xx.2013-cü tarixində qeydiyyata alınmışdır. Göründüyü kimi Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 50 V, mənzil 43 hal hazırda onun mülkiyyətindədir. Mənzili əldə etdiyi vaxtdan, həmin mənzildə yaşayır və qeydiyyatdadır. Onların formal olaraq qeydiyyatda qalması onun mülkiyyət hüquqlarının lazımlı şəkildə həyatə keçirməyinə manəçilik törədir və hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırır. Özü təqaüdçüdür, bütün bu illər ərzində baxmayaraq ki onlar burada yaşamayıblar bütün kommunal xərcləri ödəmiş və ödəyirəm və bu ona çətinlik yaradır.
Tərəflərin izahatları.
4. Cavabdeh Hüseynova (Abdullayeva) Günay Eldəniz qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məlumat vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda X1 xx.xx.2023-cü il tarixli, 8İ-5722 nömrəli ərizəsindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən 43 nömrəli mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir.
5. İddiaçı Bəşı̇ rova Fı̇ ruzə Novruz qızı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini bildirdi.
7. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini qəbul etdiyini bildirdi.
8. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etdiyini bildirdi.
İş materialları.
9. AZ-İ seriyalı, 131184 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.
10. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X5 ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, ümumi sahəsi 75.23 kv.m olan ünvan 2, mənzil 43 İddiaçı mülkiyyətindədir.
11. AR Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və AR “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
12. X1 xx.xx.2023-cü il tarixli, 8İ-5722 nömrəli ərizəsindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən 43 nömrəli mənzildən qeydiyyatdan çıxmağa etiraz etmədiyini bildirmişdir.
İşin faktiki halları.
13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 2, mənzil 43 İddiaçı mülkiyyətindədir. Hazırda iddiaçı cavabdehlərin həmin mənzilə dair istifadə hüququqlarının itirilmiş hesab edilməsini tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdehlərin həmin mənzildə istifadə hüquqları, onlar köçüb gedərkən itirilmişdir. Cavabdehlər də öz növbəsində iddia tələbini qəbul etdiklərini bildirirlər və tələbin təmin edilməsini xahiş edirlər.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2 Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
17. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir.
18. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, cavabdehlərin iddia tələbini qəbul etmələri qanuna zidd deyildir və iddia tələbi bu səbəblə əlavə araşdırma aparılmadan təmin edilə bilər. Belə ki, cavabdehlər iddia tələbini qəbul edərək uzun müddətdir ki, iddiaçıya məxsus evi tərk edib getdiklərini bildirirlər.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Hüseynova (Abdullayeva) Günay Eldəniz qızının iddiaçı Bəşı̇ rova Fı̇ ruzə Novruz qızına məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Hüseynova (Abdullayeva) Günay Eldəniz qızının iddiaçı Bəşı̇ rova Fı̇ ruzə Novruz qızına məxsus ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.