Məhkəmə qərarları › İş №2(010)-2990/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2990/2025

02.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2990/2025 02.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, 6C ünvanında yeləşən, yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, 6C saylı fərdi yaşayış evinin faktiki vəziyyətini əks etdirən tikililərdən ibarət daşınmaz əmlakın və yerləşdiyi *236,7 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyət hüququnda iddiaçının adına qeydiyyat aparılması, iddiaçıya verilmiş çıxarışın və texniki pasportun dəyişdirilərək, yeni çıxarış və texniki pasportun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilməlidir. Belə ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Birincisi, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, 6C ünvanında yeləşən, yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, 6C saylı fərdi yaşayış evində aparılmış tikinti işlərinə uyğun hüquqların dövlət qeydiyyatına alınmasını istəyir. Tələbin ikinci hissəsi isə sözügedən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Tələbin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı sözügedən tələblə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etməli idi. Lakin, iş materiallarında iddiaçının müvafiq inzibati orqana müraciəti və həmin orqanın iddiaçının müraciətinə hər hansı bir münasibət bildirməsi müəyyən edilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırki iddia tələbinin birinci hissəsi məhkəmədə baxılmalı olmayan tələbdir, ona görə də həmin hissəyə münasibətdə ərizənin qəbulundan imtina edilməlidir. Tələbin ikinci hissəsi ilə bağlı iş məhkəmə qeyd edir ki, iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət etmiş, hüquqi şəxs tərəfindən imtina edilmiş və imtinanın əsası kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin *3 yanvar 20*5-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın *.** -ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin *3 yanvar 20*5-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 200*-ci il yanvarın *-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Göründüyü kimi qeyd olunan sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən texniki inventarlaşdırma orqanları tərəfindən 200* -ci il yanvarın *-dək tərtib olunmuş texniki pasportlar yalnız üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evlərinin torpaq sahələrinin (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) dövlət qeydiyyatının aparılması üçün əsas olaraq müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını həyata keçirən müvafiq inzibati orqana müraciət etmiş, lakin qeydiyyatdan imtina edilmişdir. İddiaçı inzibati orqanın qərarından narazı qaldığından Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, məhkəmə qeyd edir ki, şəxs müvafiq orqanın hüquqların dövlət qeydiyyatına alınmasından imtinası ilə razılaşmadıqda, məsələyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, tələbin ikinci hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, həmin hissəyə münasibətdə də ərizənin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. *53.2 Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: *53.2.*. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. *53.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. *53.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. *53.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. *53.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İddiaçıya izah edilsin ki, iddiaçının iddia tələbinin birinci hissəsi (Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivi, 6C ünvanında yeləşən, yeni qaydalarla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsi, 6C saylı fərdi yaşayış evinin faktiki vəziyyətini əks etdirən tikililərdən ibarət daşınmaz əmlakın iddiaçının adına qeydiyyat aparılması) ilə bağlı müvafiq inzibati orqana, tələbin ikinci hissəsi (torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) ilə bağlı isə inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair ərizənin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edildiyindən hazırki ərizə, ona əlavə edilmiş sənədlər və bu ərizə ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in *49-*52-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair ərizənin qəbulundan iddianın yol verilməzliyinə görə imtina edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsinin inzibati orqana həvalə edilməsi” tələbinə dair ərizəsi, ona əlavə edilmiş sənədlər və bu ərizə ilə məhkəməyə müraciət edərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar