Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-30/2022 11.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Talıbovanın sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" QSC-nə və Suraxanı rayon İcra Şöbəsinə qarşı “hesabatın etibarsız hesab edilməsi, qiymətləndirmə aparılması və cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2013-cü il tarixli sifariş məktubu əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsində 0,07248 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 12 otaqlı 90 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə dair 350.000 manat məbləğində hazırlanmış xx.xx.2013-cü il tarixli hesabatın etibarsız hesab edilməsi, həmin fərdi yaşayış evinin hal-hazırkı real bazar dəyərinin müəyyən edilməsi üçün yeni qiymətləndirmə aparılması və müəyyən edilən real qiymət üzərindən fərdi yaşayış evinin hərraca çıxarılmasının cavabdehlərdən Suraxanı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və "xxxx" QSC-nin nümayəndəsi X1 ərizə ilə müraciət edərək cavabdeh "xxxx" ASC-nin "xxxx" QSC ilə əvəz edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-30/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadın əsasən İddiaçı cavabdeh "xxxx" ASC-nə və Suraxanı rayon İcra və Probasiya Şöbəsinə qarşı “hesabatın etibarsız hesab edilməsi, qiymətləndirmə aparılması və cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə cavabdeh "xxxx" ASC əsl cavabdeh "xxxx" QSC ilə əvəzləşdirilmiş və "xxxx" QSC cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətlərinin ona qaytarılması haqqında qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-nə və Suraxanı rayon İcra Şöbəsinə qarşı “hesabatın etibarsız hesab edilməsi, qiymətləndirmə aparılması və cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-nə və Suraxanı rayon İcra Şöbəsinə qarşı “hesabatın etibarsız hesab edilməsi, qiymətləndirmə aparılması və cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-30/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-30/2022
11.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver