Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-30/2025 13.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xəbəri olmadan boşandıqdan sonra, yəni 2018-2022-ci ilədək birgə yaşadıqları dövrdə Cavabdeh ondan (İddiaçı) istifadə edərək, aldığı pulların miqdarı, ümumilikdə 15.427 (on beş min dörd yüz iyirmi yeddi) manat miqdarında pul vəsaitinin və əlavə olaraq 10.000 (on min) manat mənəvi ziyana gorə kompensasiyanın cavabdehdən alınaraq ona (iddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 24 aprel 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 19 yanvar 2005-ci il tarixidə doğulmuş X1 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında qalması, İddiaçı 18 sentyabr 2018-ci il tarixdən başlayaraq, 19 yanvar 2005-ci il tarixdə doğulmuş X1 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. Qətnamə üzrə İcra sənədi Abşeron Rrayon İcra şöbəsində icraata alınmışdır. Həmin qətnamə üzrə tələbkar ondan aliment tələbini etmədiyindən, eyni zamanda qeyd olunan qətnamənin mövcud olmasından ümumiyyətlə xəbəri olmadığından tələbkar ilə bir evdə 2022-ci ilin noyabr ayına qədər uşaqları ilə birlikdə yaşamışdır. Yasamal rayonu İcra şöbəsinin icraata başlama haqqında qərarını və bildirişi ona Abşeron rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən 15 mart 2023-cü il tarixdə imzası ilə qəbul etmişdir. Belə ki, o, Qarabağ müharibəsi qazisidir. Cavabdeh nikahın pozulmasına dair 18 sentyabr 2018-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən də tələbkar ilə bir evdə 2022-ci ilin noyabr ayına qədər uşaqları ilə birlikdə yaşamışlar. Onun qazancı ailəsinə və uşaqlarına, evin təmirinə (5000 (beş min)) manat, evə aldıqları əşya və avadanlıqların banklara olan kreditlərinin ödənilməsinə (ümumilikdə 7147 (yeddi min yüz qırx yeddi)) manat xərcləmişdir. “ABC telecom MMC”-nin 17 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi, 22 iyun 2019-cu il tarixdə 1024 (min iyirmi dörd) manat məbləğində məhsul (cavabdehə telefon almış) kredit götürmüş və hazırda borcu yoxdur. “X3 İDK” LLC-nin 17 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi, 03 dekabr 2018-ci il tarixdə 1200 (bir min iki yüz) manat məbləğində kredit götürmüş (kombi), kredit borcunu 09 dekabr 2019-cu il tarixdə tam şəkildə ödəmiş və hazırda borcu yoxdur. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 20 sentyabr 2022-ci il tarixli arayışından göründüyü kimi, 07 yanvar 2021-ci il tarixdə 3.333.00 (üç min üç yüz otuz üç) manat məbləğində kredit götürmüş (mebel almış), kredit borcunu 19 yanvar 2022-ci il tarixdə tam şəkildə ödəmiş və hazırda borcu yoxdur. "xxxx" MMC-nin 20 aprel 2023-cü il tarixli arayışından göründüyü kimi, 04 mart 2020-ci il tarixdə 1.590 (min beş yüz doxsan) manat məbləğində kredit götürmüş (su təmizləyici sistemi almış), kredit borcunu 10 mart 2021-ci il tarixdə tam şəkildə ödəmiş və hazırda borcu yoxdur. Həmin dövrlərdə o, Dərnəgül MTK-da mühafizə xidmətinin rəisi vəzifəsində işləmiş, bütün maaş və əlavə gəlirləri birgə yaşadıqlarına görə cavabdeh mənimsəmişdir. Bundan əlavə yaşadıqları evdə 2018-2022-ci illərdə təmir işlərini aparmışdır. Belə ki, cavabdeh həyətdə olan ona (iddiaçıya) məxsus tikinti materialları olan 3 düymə 6 metrəlik boruları (6x150=900 manat), 3 xətli 120 metr elektrik kabeli (1800 (min səkkiz yüz) manat), 2,5 tonluq su çəni (200 (iki yüz) manat), dəmir idman ləvazimatlarını (200 manat), çarpayını qonşuya 180 manata satmışdır. Bütün bu işləri bitirdikdən sonra cavabdeh onu birlikdə yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Y/S, 1-ci döngə ev 15E-də 2022-ci ilin noyabr ayında bütün evlərin və çöl giriş qapılarının açarlarını dəyişərək onu evinə buraxmamışdır. Bütün olanlardan başqa cavabdehin evlə həyətyanı torpaq sahəsinə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestrindən öz adına onun xəbəri olmadan çıxarış almasını aşkarlamışdır. Bundan sonra o, Suraxanı rayon məhkəməsinə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə və daşınmaz əmlakın üzərində hüquqlarının olmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 16(010)-76/2022 saylı Qətnaməsi ilə iddia tələbi təmin olunaraq onun qeyd olunan fərdi yaşayış evi üzərində ½ hissədə payı müəyyən edilmiş, icra sənədi icra olunmuşdur.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin ondan istifadə edərək aldığı ümumilikdə 15.427 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılmasına və əlavə olaraq cavabdehdən 10.000 manat mənəvi ziyana görə kompensasiya tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır, belə ki, cavabdehin ona 20.000 manata yaxın aliment borcu vardır və aliment borcunu ödəmir. Hazırkı iddia tələbini isə o məqsədlə qaldırıb ki, aliment ödənişindən yayınsın. O, bir müddətdir ki, İddiaçı icra şöbəsinə şikayət etmiş və alimentin ödənilməsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı isə qeydiyyat yerini dəyişməklə icra şöbələrindən qaçmış və hazırkı iddia tələbi isə onun aliment öhdəliyindən yayınması üçün istifadə etdiyi bir üsuldur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla (Cavabdeh ilə) nikahı Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş, lakin 2022-ci ilin noyabr ayına kimi birlikdə yaşamışlar. xx.xx.2018-ci il tarixdən 2022-ci ilin noyabr ayınadək ona və ailəsinə pul xərcləmiş, evin təmirinə 5.000 manat, əşya və avadanlıqlara ümumilkdə 7.147 manat, xx.xx.2019-cu il tarixdə 1.024 manata ona kreditlə telefon almış, xx.xx.2018-ci il tarixdə kreditlə 1.200 manata evə kombi almış, krediti xx.xx.2019-cu il tarixdə tam bağlamış, xx.xx.2021-ci ildə evə 3.333 manata mebel almış, xx.xx.2022-ci ildə krediti ödəmiş, xx.xx.2020-ci il tarixdə 1.590 manat kredit götürüb su təmizləyici sistem almış və xx.xx.2021-ci il tarixdə tam ödəmişdir. Həmin evdə 2018- 2022-ci illərdə təmir işləri aparmışdır. Əlavə olaraq guya o, (cavabdeh) 900 manat boru, 1.800 manata elektrik kabeli, 200 manat su çəni, 200 manat idman ləvazimatları, 180 manat çarpayı satmışdır. Evdə təmir işləri bitəndən sonra guya onu evə buraxmamışdır. Hazırda iddiaçı ondan 15.427 manat və 10.000 manat mənəvi ziyana görə kompensasiya tələb edir. Belə ki, iddia tələbi əsassızdır və dəlilləri uydurmadır. İddiaçı ilə o, xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşlar, lakin nikahları Nizami rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. 2018-ci ilin avqust-sentyabr ayından o, nikahın pozulması ilə bağlı məhkəməyə iddia vermiş, münasibətləri kəskin olmuşdur. İddiaçı ümumiyyətlə işləməmiş, onun qazancı olmamış, evə və ailəyə baxmamış və mütəmadi olaraq onları söyüb-təhqir etmişdir. İlham daim sərxoş olurdu, hədə-qorxu gəlirdi, əlində bıçaqla onları ölümlə hədələyirdi. Nikahın pozulmasından sonra onun 2022ci ilin noyabr ayınadək onunla bir evdə qalması uydurmadır. İddiaçı nikah pozulandan bir müddət sonra evə gəlməmişdr. 2018-2022-ci il tarixlərdə İddiaçı ona və ailəsinə heç bir məbləğdə pul xərcləməyib. İddiaçı evin təmirinə, evə əşya və avadanlıqların alınmasına da pul xərcləməyib. xx.xx.2019-cu il tarixdə o özü telefon almış, lakin, iddiaçının adına sənədləşdirmə aparılmış, ilkin ödəniş kimi 150 manat o, öz bir bank kartı ilə (Kapitalbank) ödəniş etmişdir. Daha sonra isə hər ay özü ödənişləri ödəmişdir. İddiaçı telefona görə heç bir ödəniş etməmişdir. Telefonu həmin vaxt 700 manata almışdır. xx.xx.2018-ci il tarixdə evə alınmış kombi onun adına sənədləşsə də, pulunu tam həcmdə özü ödəmişdir. xx.xx.2021-ci il tarixdə evə alınmış mebelin pulunu də tam həcmdə özü ödəmişdir. xx.xx.2020-ci il tarixdə 1590 manata su təmizləyici sistem alması ilə bağlı həqiqətən də İddiaçı 1200 manata öz pulu ilə yeganə aldığı əşya olmuşdur. İddiaçı 2018-2022-ci illərdə evdə heç bir təmir işləri aparmayıb. İddiaçının oğlu Məhəmmədəlinin adından işə əlavə etdiyi ərizəsi mötəbər deyildir. Belə ki, oğlu hərbi xidmətdə olarkən İlham özü yazılı şəkildə ərizə tərtib etmiş, oğlunu aldadıb ki, guya alimentdən imtina edir, oğlunu bu adla aldadıb imza etdirmişdir. İşə əlavə edilmiş aktın da iddia tələbinin əhatə etdiyi 2018-2022-ci il dövrünə aidyyəti yoxdur, onun mətnindən aydın olur ki, guya o, evin tikintisinə pul xərcləyib. Onun 900 manat boru, 1.800 manata elektrik kabeli, 200 manat idman ləvazimatları satmağı tamamilə uydurma və yalandır. 180 manatlıq çarpayı isə özü qonşuya vermiş, hazırda qonşu da həmin çarpayını İlhama qaytarmağa hazırdır. İddiaçı o, heç bir vaxt mənəvi zərər vurmamışdır, əksinə iddiaçı ona uzun illərdir ki, mənəvi zərər vurmaqla məşğuldur. O, alimentdən yayınmaq üçün alimentin məbləğinə uyğun məbləğdə ona qarşı iddia tələbilə müraciət etmişdir. Belə ki, İddiaçı iddia edir ki, evə kombi, mebel, su təmizləyici almış, evi təmir etdirmiş, eyni zamanda o, yazır ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsilə evə ½ hissədə payı tanınmışdır. Onun bu iki dəlili bir-birinə ziddir, payı tanındığı evin əşyasının pulunu nə üçün ondan almalıdır, hansı ki, həmin əşyaların (kombi, mebel) pulunu o, ödəmişdir. İddia tələbi əsassız olsa da belə iddia müddətinin keçməsini də qeyd edir. İddiaçı iddia tələbində konkret tarix göstərir ki, xx.xx.2018-ci ildə kombi, xx.xx.2019-cu ildə telefon, xx.xx.2020-ci ildə su təmizləyici, xx.xx.2021-ci ildə mebel aldığını qeyd etmişdir. xx.xx.2018-ci ildən 6 il, xx.xx.2019-cu ildən 5 il 5 ay, xx.xx.2020-ci ildən 4 il 9 ay, xx.xx.2021-ci ildən 3 il 11 ay müddət keçmişdir. Odur ki, İddiaçı Cavabdeh qarşı 15427 manat məbləğində pulun və 10000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Şahidlərin ifadələri.
5. Belə ki, iş üzrə Şahid1 əvvəlki iclasda ifadə verərək bildirmişdir ki, İddiaçı uzun müddətdir tanıyır, onlar birlikdə döyüş bölgəsində olmuşlar və hələ də dostluq edirlər. İddiaçı ailəsində mübahisələr tez-tez olurdu. İddiaçı həmişə maddi durumu yaxşı olmuş və onun özünün şəxsi üç-dörd ədəd avtomobili olmuşdur. İddiaçı demişdir ki, həyat yoldaşı onun xəbəri olmadan nikahın pozulması ilə bağlı iddia qaldırmış və tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Onların yaşadıqları həmin mübahisəli evi İddiaçı özü təmir etdirmişdir. Həmin torpaq sahəsindəki evi 2000-ci il tarixdə İddiaçı cavabdehin adına almış və orada ev tikmişdir.
6. iş üzrə Şahid2 əvvəlki iclasda ifadə verərək bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır. O, İddiaçı evində olmuşdur. İddiaçı həmişə öz evi və ailəsi üçün əlindən gələni etmək üçün çalışırdı. İddiaçı evində gedən təmirlə bağlı həmin ustalara xidmət haqqı üçün pul ödəyirdi.
7. iş üzrə Şahid3 əvvəlki iclasda ifadə verərək bildirmişdir ki, İddiaçı onun atası, Cavabdeh isə onun anasıdır. Hər ikisi onun valideynləridir. Lakin İddiaçı dedikləri əsassızdır. Həmin mübahisəli evə kombi sistemi İddiaçı tərəfindən çəkilməmişdir. Qeyd etdiyi kredit götürülmüş mobil telefonun ödənişlərini isə anası olan Cavabdeh ödəmişdir. O, özüdə həmin ünvanda anası ilə birlikdə 2016-cı ilə kimi yaşamışdır.
İş materialları.
8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4353/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilməsi qət edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-4353/2022 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır.
10. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-267/2019/011 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə icraata başlanılmışdır.
11. xx.xx.2023-cü il tarixli KAZİMOFF GROUP tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC arasında nisyə alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı "xxxx" MMC ilə arasında bağlanmış 00000698 saylı, xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəlik tam icra olunduğundan sözügedən müqaviləyə xitam verilmişdir.
12. xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və təhvil-təslim aktından görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 1590 manat məbləğində malı "xxxx" MMC-dən təhvil almışdır.
13. xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən İddiaçı verilmiş arayışdan görünür ki, o, həqiqətən "xxxx" MMC-dən xx.xx.2018-ci il tarixdə İF/04951 saylı müqavilə əsasında götürmüş olduğu 1200 manat məbləğində kredit borcunu xx.xx.2019-cu il tarixində tam şəkildə ödəmişdir və heç bir borc qalmamışdır.
14. xx.xx.2022-ci il tarixli "xxxx" QSC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3333,00 manat olan, 036- EMB-0025-21 saylı kredit müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdə borcunu tam bağlamış və hal-hazırda bu müqavilə üzrə heç bir borc qalmamışdır.
15. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İddiaçı verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən evin xüsusi mülkiyyət hüququ üzrə 1/2 hissədə Cavabdeh, 1/2 hissədə isə İddiaçı payları müəyyən edilmişdir.
16. Bakı şəhəri, Suraxanı rayon İHB Qaraçuxur qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, həqiqətən o, 2005-ci ildən 2022-ci ilin noyabr ayınadək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi, 1-ci döngə, 15E saylı evdə qeydiyyatsız yaşamışdır.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-3593/2024 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4353/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin faktiki halları.
18. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh arasında nikah bağlanmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 24 aprel 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 19 yanvar 2005-ci il tarixidə doğulmuş X1 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında qalması, İddiaçı 18 sentyabr 2018-ci il tarixdən başlayaraq, 19 yanvar 2005-ci il tarixdə doğulmuş X1 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan əlavə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)- 4353/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, tərəflər arasında nikah pozulduqdan sonra 2018-2022-ci illər ərzində onlar birlikdə yaşayaraq birlikdə təsərrüfat aparmışlar. Həmin müddət ərzində o evin təmirinə və zəruri əşyalara ümumilikdə 15.427 manat pul vəsaiti xərcləmişdir. Bundan əlavə iddiaçının iddiasına görə cavabdeh həyətdə olan iddiaçıya məxsus tikinti materiallarını, idman ləvazimatlarını satmaqla ona zərər yetirmişdir.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
21. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
Məhkəmənin mövqeyi.
24. İşin hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 24 aprel 2012-ci il tarixdə nikahın bağlanmış və tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-267/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış və 24 aprel 2012-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 443 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 19 yanvar 2005-ci il tarixidə doğulmuş X1 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X7 anaları Cavabdeh yanında qalması, İddiaçı 18 sentyabr 2018-ci il tarixdən başlayaraq, 19 yanvar 2005-ci il tarixdə doğulmuş X1 və 23 dekabr 2011-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulub, Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan əlavə tərəflər arasında yaşadıqları mənzillə bağlı mübahisə yarandığından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4353/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak üzərində hüquqlarının müəyyən edilməsi” tələbinə dair iddia qismən təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payı müəyyən edilməsi qət edilmişdir. İddiaçı iddia edir ki, tərəflər arasında nikah pozulduqdan sonra 2018-2022-ci illər ərzində onlar birlikdə yaşayaraq birlikdə təsərrüfat aparmışlar. Həmin müddət ərzində o evin təmirinə və zəruri əşyalara ümumilikdə 15.427 manat pul vəsaiti xərcləmişdir. Bundan əlavə iddiaçının iddiasına görə cavabdeh həyətdə olan iddiaçıya məxsus tikinti materiallarını, idman ləvazimatlarını satmaqla ona zərər yetirmişdir.
25. İddiaçı nisyə alqı-satqı müqaviləsini, kredit müqavilələrini və maliyyə arayışlarını məhkəməyə təqdim edərək əldə etdiyi pul vəsaitini evin təmirinə və zəruri əşyaların alınmasına sərf etdiyini bildirməklə, ümumilikdə 15427 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
26. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
27. Məhkəmə hesab edir ki, hazırkı halda sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf nisyə alqı-satqı müqaviləsi, kredit müqaviləsi bağladığını və həmin sənədləri məhkəməyə təqdim edərək əldə etdiyi həmin pul vəsaitini ailəsinə, övladlarına və evin təmirinə, əşya və avadanlıqların alınmasına, banklara kreditlərin ödənilməsinə sərf etdiyini qeyd etmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf müqavilə azadlığından istifadə edərək və öz iradə ifadəsinə uyğun olaraq müqavilələr bağlamış, həmin müqavilələr əsasında aldığı pul vəsaitini evin təmirinə və zəruri əşyaların alınmasına sərf etmişdir.
29. Bundan əlavə məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-4353/2022 saylı qətnaməsinə əsasən tərəflərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/2 hissədə payları müəyyən edilmiş və həmin pul vəsaiti iddiaçı tərəfindən evin təmirinə, əşya və avadanlıqların alınmasına sərf edilsə belə, həmin evə dair iddiaçının ½ hissədə mülkiyyət hüququ mövcuddur. Dolayı yolla iddiaçı öz mülkiyyətində olan mənzilə istifadəsi zəruri olan avadanlıqlar aldığını və cavabdeh isə öz növbəsində iddiaçı tərəfindən bəzi əşyaların alınmasını təkzib etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddiaçı özünün mülkiyyətində olan mənzilə alınmış əşyaların dəyərini cavabdehdən tələb edə bilməz.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki hallarının həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. İrəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün başa çatmalıdır.
31. İddiaçının mənəvi zərərin əvəzi kimi 10 000 manat tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, iddia tələbi ilə bağlı pul məbləğinin geri qaytarılması və mənəvi zərərin ödənilməsi ilə bağlı heç bir əsas olmadığı, bununla da iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
33. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün dövlət rüsumu ödənilməmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olduğundan ondan dövlət rüsumu tutulmamalıdır.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova