Məhkəmə qərarları › İş №2(010)-3004/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3004/2025

26.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3004/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş yoldaşı X2 ilə nikahıları məhkəmə qaydasında pozulmuş, 2008-ci ildə rəhmətlik atasına, anasına və ona qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə” tələbi ilə Suraxanı rayon məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2008-ci il tarixli, 2(101)-1747/08 saylı qətnaməsi ilə, X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 2-yə yaşayış sahəsində istifadə hüququ tanınmaqla o, həmin mənzilə köçürülmüşdür. Sözügedən qətnamə qanuni qüvvəyə minmiş, lakin X2 həmin tarixdən bugünə kimi 1 gün olsun gəlib həmin mənzildə yaşamamışdır. O, fərdi yaşayış evi inşa etmiş və həmin ünvanda digər cavabdehlərlə birlikdə yaşayır. Atası vəfat etdikdən sonra ünvan 3 vərəsəlik qaydasında ona keçmiş və bu barədə ona “qanun üzrə vərəsəlik şəhadətnaməsi” verilmişdir. Həmin sənəd əsasında mənzilə mülkiyyət hüququ müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı xüsusi təyinatı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 11 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli, 53 saylı arayışına əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, ev 3, 2 saylı mənzildə pasport qeydiyyatında özü ilə yanaşı cavabdehlərin də qeydiyyatda olduğu, lakin yaşamadıqları göstərilmişdir. Göründüyü kimi, cavabdehlər 18 ilə yaxın müddətdir ki, başqa ünvanda və evdə yaşadıqları üçün onların mübahisəli sahədən istifadə ehtiyacları aradan qalxmışdır. Mülki qanunvericilik eyni zamanda şəxsin yaşayış sahəsinə köçürülməsi üçün zəruri ehtiyacın olmasını şərt kimi nəzərdə tutur. Bu o deməkdir ki, şəxsin yasayış sahəsindən istifadə hüququ əvvəllər yaranmış olsa belə, sonra bu ehtiyac aradan qalxıbsa, istifadə hüququ da aradan qalxır. Tərəflərin izahatları. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh X2 ilə iddiaçı arasında nikah məhkəmə qaydasında pozulmuşdur. 2008-ci ildə cavabdeh X2 iddiaçının mərhum atasının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə tələbi ilə Suraxanı rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2008-ci il tarixli qətnaməsi ilə X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 2-yə yaşayış sahəsində istifadə hüququ tanınmaqla o, həmin mənzilə köçürülmüşdür. Həmin qətnamə şəxsin qeydiyyata alınması üçün əsas olmuşdur. Eyni zamanda, digər cavabdehlər iddiaçının uşaqları olduğu üçün və həmin vaxt yetkinlik yaşına çatamayan şəxslər olduqları üçün ananın qeydiyyatda olduqları həmin mənzilə qeydiyyata düşmüşlər. İddiaçının atası vəfat etdikdən sonra ünvan 3 vərəsəlik qaydasında iddiaçıya keçmiş və bu barədə ona “qanun üzrə vərəsəlik şəhadətnaməsi” verilmiş, həmin sənəd əsasında mənzilə mülkiyyət hüququm müvafiq çıxarışla rəsmiləşdirilmiş və bir sözlə mülkiyyətçi dəyişmişdir. sözügedən qətnamə qanuni qüvvəyə minmiş, lakin X2 və uşaqları həmin tarixdən bugünə kimi 1 gün olsun gəlib həmin mənzildə yaşamamışlar. Cavabdehlər 18 ilə yaxın müddətdir ki, başqa ünvanda və evdə yaşadıqları üçün onların mübahisəli sahədən istifadə ehtiyacları aradan qalxmışdır. Ən vacib element ondan ibarətdir ki, cavabdehlərə məxsus hər hansı bir əşya evdə mövcud deyildir. Bu illər ərzində cavabdehlərin mənzilə köçürülməsi üçün hər hansı müraciəti işin halları ilə müəyyən olunmur. Əgər cavabdehlərin həqiqətən mənzilə ehtiyacı aradan qalxmamışdırsa, onlar bu illər ərzində harada yaşaması, qarşı tərəfin yaşamağa hər hansı maneələr yaratması və s. barədə də əks arqumentlər irəli sürülməmiş, bunun əksini sübut edən hər hansı bir dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdehlərə məxsus əşyaların mənzildə olmaması da bir daha onu deməyə əsas verir ki, cavabdehlərin mənzildə yaşamaq niyyətləri olmamış, onların həmin mənzildə ümumiyyətlə yaşamadıqlarını və bu faktın müvəqqəti deyil daimi xarakter daşıdığını sübut edir. Nəzərə alsaq ki, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüququnu özündə ehtiva edən mülkiyyət hüququ vardır ki, sözügedən şəxslərin həmin ünvanda formal qeydiyyatları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. İşin məhkəmə iclasında sübuta yetirilmiş halları isə ondan ibarətdir ki, cavabdeh X2 məhkəmə iclasında ona verilən suala cavab verərkən, qətnamə çıxarılan gündən mübahisəli mənzilə köçüb yaşamadığını etiraf etdi, eyni zamanda qətnamənin icrasını tələb etmədiyini bildirdi. Cavabdeh mənzilə köçüb yaşamaq istəmədiyini orada başqa şəxslərin yaşaması ilə əlaqələndirdi. Bundan başqa, həmin mənzildə köçüb yaşaya bilməməsinə dair icra şöbəsinə, ümumiyyətlə heç bir hüquq mühafizə orqanına müraciət etmədiyini bildirdi, digər cavabdehlər də, anaları ilə bilrlikdə ana atalarına (babalarına) məxsus evdə yaşadıqlarını bildirdilər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, əşyalarını geri istəyib, amma keçmiş əri verməyib. Öz atasının evində qalırlar. Kompensasiya təklifini almamışdırlar. Məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, onlar o evdə yaşamışlar. O özü babanənəsinə baxmışdır. Babası 2-3 il öncə rəhmətə gedib. Atası onlarla əlaqə saxlamırdı. Ancaq babasının ölümündən sonra gəldi. Məhkəmə iclasında Cavabdeh3 bildirmişdir ki, anası dəfələrlə əşyalarını geri istəyib, amma atası verməyib. Hətta atası onun qulağında olan qızıl sırğaları da çıxarıb qaytarmamışdı. Anasının atasının evində qalırlar. Pulları çatmadığına görə onları kirayə evdən çıxartdılar. İş materialları. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhər Suraxanı rayon İcra Şöbəsinin 52/25-18 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1747/2008 saylı, xx.xx.2008-ci il tarixli icra sənədi şöbənin icraatında mövcud deyildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin **********42-05101-093010 reyestr nömrəli Çıxarışdan görünür ki, ümumi sahəsi 50.45 kv.m olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Şakir Ziyadov küçəsi, ev 3 ünvanında yerləşən 2 saylı mənzil İddiaçı mülkiyyətindədir və həmin mənzil üzərində sonuncunun xüsusi mülkiyyət hüququ ********** qeydiyyat nömrə ilə, xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli Qanun üzrə X8 Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022ci il tarixdə vəfat etmiş - X3 vərəsələri: Bakı, Suraxanı, Hövsan Qəs, Ş.Ziyadov Küç, Ev 3 , Mən 2 ünvanında qeydiyyatda olan İddiaçı və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008 tarixdə X7 verilmiş **********42-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 50.45 kv/m, yaşayış sahəsi 28.45 kv/m, 2 otaqlı olan mənzildən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********GD70901 olan arayışa əsasən X8 şəhadətnamə verilənədək ünvan 3 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qanun üzrə X8 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsələri – İddiaçıdur və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixində verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 50.45 kv.m., yaşayış sahəsi 28.45 kv.m., 2 otaqlı olan mənzildən ibarətdir. Azərbaycan Respublikası İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 1 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 11 saylı Mənzil Kommunal İstismar Sahəsinin 53 nömrəli, xx.xx.2025-ci il tarixli Arayışından görünür ki, X4, Cavabdeh3 və Cavabdeh1 Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, 3 nömrəli evin 2 saylı mənzilində pasport qeydiyyatındadırlar, lakin göstərilən ünvanda yaşamırlar. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1747/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 2-yə yaşayış sahəsindən istifadə hüququ tanınmaqla, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. AZ-İ seriyalı, 238954 nömrəli X6 şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında bağlanan nikaha xx.xx.2011-ci il tarixdə xitam verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sitemindən görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 mülkiyyətində hər hansı daşınmaz əmlak mövcud deyildir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ ...228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.... 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 255. Servitut anlayışı ...255.5. Mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

2. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh2 arasında xx.xx.2000-ci ildə nikah bağlanmış, xx.xx.2011-ci il tarixində isə onların arasında olan nikaha xitam verilmişdir. Bu münasibətlərdən onların 2 övladı – Cavabdeh1 və Cavabdeh3 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1747/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən X1 Bakı şəhəri, Hövsan qəsəbəsi, Ş.Ziyadov küçəsi, ev 3, mənzil 2-yə yaşayış sahəsindən istifadə hüququ tanınmışdır. Qeyd olunan daşınmaz əmlak ilk əvvəl X7 məxsus olmuş, daha sonra xx.xx.2022-ci il tarixli Qanun üzrə X8 Şəhadətnamə ilə müəyyən edildiyi kimi İddiaçı vərəsəlik qaydasında keçmişdir. Hal-hazırda İddiaçı məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı bu tələbində cavabdehlərin artıq uzun müddətdir ki, həmin mənzilə gəlmədiyini və onların orada hər hansı əşyalarının qalmadığını iddia edir. Cavabdeh tərəf isə bildirir ki, onlar ata-babasının evində yaşayırlar və yaşamaqları üçün başqa hər hansı bir əmlakları yoxdur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən AR Konstitusiya Məhkəməsinin 2016-cı il tarixli qərarından da göründüyü kimi, ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. X11 göstərilmiş hüquqi mövqeyinə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır....Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlərin mülkiyyətində hər hansı daşınmaz əmlakları yoxdur və yaşayış sahəsinə ehtiyac vardır. Cavabdeh2 iddiaçı ilə nikah münasibətlərinə xitam verildikdən sonra ailə qurmamış, həmçinin tərəflərin birgə nikahdan olan övladları Cavabdeh1 və Cavabdeh3 da subaydılar. Eyni zamanda, iddiaçı tərəf cavabdehin hansı səbəbdən istifadə hüququnu həyata keçirə bilməməsi ilə əlaqədar məhkəməyə kifayət qədər sübut təqdim etməmişdir. İddiaçı qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1747/08 saylı, xx.xx.2008-ci il tarixli qətnaməsi icra olunmamışdır və iddiaçı bununla əlaqədar hər hansı hərəkət həyata keçirməmişdir. Lakin, məhkəmə hesab edir ki, 2008-ci il tarixli məhkəmə aktının icra edilib-edilməməsinin həmin aktın qüvvədən düşməsinə əsas ola bilməz və digər məhkəmə qərarı hazırki işə baxan məhkəmə üçün həmin hissədə məcburi hesab edilir. Həmçinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasında verdiyi izahatlarda da mübahisə predmeti olan evdə yaşadıqlarını bildirmiş, hətta nənə və babalarına qulluq etdiklərini də qeyd etmiş, lakin ev iddiaçının olduqdan sonra, sonuncu sonradan onları mənzilə qoymadıqlarını bildirmişdirlər. İddiaçı isə qeyd olunan faktların əksini sübuta yetirməyib. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın mülkiyyətçinin dəyişməsi, cavabdehlərin istifadə hüquqların xitamı üçün əsas deyil. Eyni zamanda, cavabdehlərə kompensasiya ödənilməsi ilə istifadə hüquqlarına xitam verilməsi məsələsinin müzakirəsi iddiaçıya təklif edilmiş, iddiaçı tərəf isə kompensasiya təklifinin olmamasını bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar