Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3012/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən vurulan zərərə görə 1340 manat və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı1, 2485 manat və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub İddiaçı2 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh1 idarə etdiyi “BMW” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, İddiaçı1 idarə etdiyi “BMW” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə 1340 manat, İddiaçı2 idarə etdiyi “Saipa Tiba SX” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə 2485 manat zərər dəymişdir. Hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmış, Cavabdeh1 təqsiri müəyyən olunmuş, lakin əməldə cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanılmasının rədd olunması haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Cavabdeh vurduğu zərərin aradan qaldırılması ilə bağlı heç bir hərəkət etməmiş, dəfələrlə vurulan zərərin ödənilməsini tələb etsələr də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən məhkəmə müdafiəsi hüquqlarından istifadə etmək məcburiyyətində qalmışlar.
İddia tələbinin həcminin azaldılması.
3. İddiaçılar məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ekspert rəyinə uyğun olaraq İddiaçı1 xeyrinə 1180 manat, İddiaçı2 xeyrinə 1630 manat və ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qiyabi qətnamə.
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir.
5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2382/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1180 (min yüz səksən) manat məbləğində pul və 31.8 manat (otuz bir manat səksən qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1, 1630 (min altı yüz otuz) manat məbləğində pul və 36.3 manat (otuz altı manat otuz qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı2 ödənilməsi, 100 (yüz) manat məbləğində ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilməsi qət edilmişdir.
6. Daha sonra Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2382/2022 nömrəli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2382/2022 nömrəli nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
8. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 təqsirinə görə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi avtomobil onun və digər iddiaçının avtomobilinə zərər vurmuşdur. Digər Cavabdeh2 isə Cavabdeh1 idarə etdiyi avtomobilin sahibidir. Belə ki, o, avtomobili etibarnamə əsasında Anar adlı şəxsə satmış, Anar adlı şəxs də içkili olduğu üçün avtomobili Rasimə sürməyə vermişdir. Həmin Anar adlı şəxs onun (iddiaçının) dostu Mirməmmədin qonşusudur. Mirməmməd zəng vurub ona demişdir ki, Anar ona dəymiş zərəri ödəməyəcəklərini demişdir. Bildiyinə görə cavabdeh sonradan Cavabdeh2 sonradan etibarnaməni ləğv etmişdir. Əslində o, Camal adlı şəxsi tanımır. Onu nə hadisə vaxtı, nə də sonradan görməmişdir. Hadisə vaxtı yalnız Anar və Rasimi görmüşdür. Camaldan da dəymiş zərəri tələb etmələrinin səbəbi odur ki, o, bu hadisə barədə məlumatı olandan sonra avtomobili geri ala bilməmişdir. Hesab edir ki, avtomobilinə dəymiş zərərə görə hər iki cavabdeh məsuliyyət daşıyır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 təqsirinə görə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun da avtomobilinə zərər dəymiş, hadisənin baş verməsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Lakin o, dəymiş zərəri ödəmək istəmir. Cavabdeh2 avtomobili satıb-satmaması barədə məlumatı yoxdur. Hər bir halda hesab edir ki, avtomobilə dəymiş zərər hər iki cavabdehdən tutulmalıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
11. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə Cavabdeh1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Cavabdeh1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğundan onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Suraxanı RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır.
12. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 54/2021 nömrəli qüsur aktından görünür ki, “BMW 320 minik” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 1340 manat məbləğində xərc hesablanmışdır.
13. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 56/2021 nömrəli qüsur aktından görünür ki, “Saipa Tiba SX minik” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və təmir işləri üçün cəmi 2485 manat məbləğində xərc hesablanmışdır.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5622 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli zərər aktı məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2013-cü il buraxılışlı, “Saipa Tipa SX” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1630 manat (dəyişilməli hissələrin qiyməti – 780 manat; təmir-bərpa işlərinin qiyməti – 850 manat); 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1461 manat (dəyişilməli hissələrin qiyməti - 611 manat, təmirbərpa işlərinin qiyməti – 850 manat). Nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli zərər aktı məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1994-cü il buraxılışlı, “BMW 320 minik” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1180 manat müəyyən edilir. Dəyişilməli hissələrin qiyməti – 800 manat, təmir-bərpa işlərinin qiyməti – 380 manat.
İşin faktiki halları.
15. Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində idarə etdiyi “BMW 528 minik” markalı, ** OV *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı2 məxsus “Saipa Tiba SX minik” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Saipa Tiba SX minik” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı1 etibarnamə əsasında idarə etdiyi “BMW 320 minik” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. Beləliklə, baş vermiş hadisə nəticəsində həm “Saipa Tiba SX minik” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə, həm də “BMW 320 minik” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir.
16. Hadisə ilə bağlı aparılmış təhqiqat araşdırmasının yekununda yol nəqliyyat hadisəsinin Cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş verdiyi, eyni zamanda onun nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsə də, Cavabdeh1 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmişdir.
17. Hazırda hadisə nəticəsində zərərçəkmiş avtomobillərin sahibləri olan iddiaçılar həm hadisənin baş verməsində birbaşa təqsiri müəyyən edilən Cavabdeh1, həm də onun etibarnamə olmadan idarə etdiyi avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 avtomobillərinə dəymiş zərərin ödənilməsini tələb etmişlər.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir... Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni əsaslarla idarə etdiyi avtomobillərə zərər dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma, avtomobili səlahiyyəti olmadan idarə etmə) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçılara məxsus avtomobillərə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir.
23. Yuxarıda (§ 19) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 23.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 23.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 23.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 23.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
24. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
25. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə hər iki iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, o, səlahiyyəti olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmuş, nəticədə hər iki iddiaçının avtomobilinə zərər vurmuşdur.
26. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçılara dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/5622 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 2013-cü il buraxılışlı, “Saipa Tipa SX” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci: 1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 1630 manat (dəyişilməli hissələrin qiyməti – 780 manat; təmir-bərpa işlərinin qiyməti – 850 manat); 2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1461 manat (dəyişilməli hissələrin qiyməti - 611 manat, təmir-bərpa işlərinin qiyməti – 850 manat), 1994-cü il buraxılışlı “BMW 320 minik” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci isə 1180 manat (dəyişilməli hissələrin qiyməti – 800 manat, təmir-bərpa işlərinin qiyməti – 380 manat) məbləğində müəyyən edilmişdir.
27. Hər iki iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinin ekspert rəyinə uyğun olaraq, “Saipa Tipa SX” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1630 manat, “BMW 320 minik” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə isə 1180 manat məbləğində təmin edilməsini xahiş etmişdir.
28. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində verilmiş ekspert rəyi əsaslıdır və məhkəmənin rəydə qeyd edilən məbləğlərlə razılaşmaması üçün heç bir əsas yoxdur. Lakin məhkəmə hesab edir ki, “Saipa Tipa SX” markalı, ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği müəyyən edilərkən dəyişilməli hissələrin qiyməti aşınma tətbiq edilməklə müəyyən edilməlidir. Ona görə ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə avtomobilin dəyişilməli olan hissələrinin hamısının təzə hissələr olması iş materiallarından müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, dəyişilməli hissələrin avtomobilin adi istismar dövründə aşındığı, cavabdehin də həmin aşınmış hissələrə vurulmuş zərərə görə məsuliyyət daşıdığı müəyyən edilməlidir.
29. Beləliklə, məhkəmə iş üzrə verilmiş ekspert rəyinin əsaslı olduğunu hesab edir və Cavabdeh1 törətdiyi mülki hüquq pozuntusu nəticəsində İddiaçı2 məxsus avtomobilə 1461 manat, İddiaçı1 etibarnamə əsasında idarə etdiyi avtomobilə isə 1180 manat məbləğində zərər dəydiyi, bu zərərin Cavabdeh1 tutularaq iddiaçılara ödənilməli olduğu nəticəsinə gəlir.
30. Dəymiş zərərin Cavabdeh1 başqa həm də onun etibarnamə olmadan idarə etdiyi avtomobilin mülkiyyətçisi olan digər Cavabdeh2 tutulub-tutulmaması ilə bağlı məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarına (§ 19) istinad edərək qeyd edir ki, şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
31. Hazırkı iş üzrə Cavabdeh2 digər Cavabdeh1 idarə etdiyi avtomobilin mülkiyyətçisidir. Yəni Cavabdeh2 avtomobil üzərindəki mülkiyyət hüququ onun yüksək təhlükə mənbəyinin sahibi kimi məsuliyyətinin hüquqi əsasını təşkil edir. Lakin məhkəmə hesab edir ki, Cavabdeh2 avtomobil üzərində Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi mənada sahibliyi olmamışdır. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı qəbul etmişdir ki, avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 avtomobili etibarnamə əsasında başqasına “satmış”, həmin şəxs də avtomobili Cavabdeh1 idarəetməsinə vermişdir. Yəni Cavabdeh2 yol nəqliyyat hadisəsi baş verdiyi vaxt avtomobil üzərində hakimiyyətə malik, avtomobildən yararlanan, avtomobillə bağlı mənfəəti olan şəxs olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, onun yüksək təhlükə mənbəyi üzərindəki sahibliyinin maddi şərti təmin edilməmişdir. Bu səbəbdən iddia həmin cavabdehə aid hissədə təmin edilməməlidir.
Məhkəmə xərcləri.
32. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı2 tərəfindən 45 manat, digər İddiaçı1 tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hər iki məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq iddia qiymətinə uyğun olmuşdur.
33. Bundan başqa, iş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, bu rəyin verilməsi üçün ekspertiza xərci 100 manat məbləğində müəyyən edilmişdir.
34. Məhkəmə qeyd edir ki, iddiaçılar sonradan iddia tələbinin həcmini azaltmış, iddia da həmi azaldılmış hissədə təmin edilmişdir. Odur ki, Cavabdeh1 tutulacaq dövlət rüsumu təmin edilmiş iddia qiymətinə uyğun olaraq İddiaçı1 münasibətdə 31.8 manat, İddiaçı2 münasibətdə isə 34.6 manat məbləğində təmin edilməlidir. Eyni zamanda 100 manat məbləğində ekspertiza xərci də cavabdehdən tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1180 manat məbləğində pul və 31.8 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı1, 1461 manat məbləğində pul və 34.6 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 100 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
36. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh1 1180 (min yüz səksən) manat məbləğində pul və 31.8 manat (otuz bir manat səksən qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı1, 1461 (min dörd yüz altmış bir) manat məbləğində pul və 34.6 manat (otuz dörd manat altmış qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 100 (yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva