Məhkəmə qərarları › İş №2(010)-3016/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3016/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3016/2022 19.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "mənzilə görə ödədiyi pulun, həmin mənzilin təmirinə görə ödədiyi pulların, mənzilə görə ödədiyi pul məbləğinə görə əldən çıxmış faydanın, ona vurulmuş mənəvi zərərin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "mənzilə görə ödədiyi pulun, həmin mənzilin təmirinə görə ödədiyi pulların, mənzilə görə ödədiyi pul məbləğinə görə əldən çıxmış faydanın, ona vurulmuş mənəvi zərərin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə ərizəsi daxil olmuşdur. Həmin ərizədə iddiaçı, zərurət aradan qalxdığından mülki iddia tələbini baxılmamış saxlayıb, dövlət hökümət portalı vasitəsilə dövlət rüsümü olaraq 2(010)-3016/2022 saylı bu iddia tələbi üzrə ödədiyi 433,50 (dörd yüz otuz üç manat əlli qəpik) manat pulun ona geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli məhkəmə iclasına iş üzrə tərəflər gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə iş materiallarını və iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddiaçının ərizəsi təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi üzrə ödənilmiş 433,50 (dörd yüz otuz üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2 qarşı "mənzilə görə ödədiyi pulun, həmin mənzilin təmirinə görə ödədiyi pulların, mənzilə görə ödədiyi pul məbləğinə görə əldən çıxmış faydanın, ona vurulmuş mənəvi zərərin və ödədiyi dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə dövlət rüsümü olaraq iddiaçı tərəfindən ödənilmiş 433,50 (dörd yüz otuz üç manat əlli qəpik) manat pul iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar