Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3017/2022 09.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun təmin edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun təmin edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon Zığ Bələdiyyəsinin *9 oktyabr 2007-ci il tarixli *0 saylı sərəncamına əsasən ona ayrılmış 500 kv.m torpaq sahəsinə mülkiyyət hüququmun təmin edilməsi (tanınması) dair qətnamə çıxarılmasını xahiş edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin *9 oktyabr 2007-ci il tarixli, *0№-li sərəncamı əsasında Zığ qəsəbəsi ərazisində, Əmircan- Hövsan yolunun sağ tərəfində yerləşən ərazidən 500 kv.m torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Bundan sonra həmin ərazi Zığ Bələdiyyəsinin digər sərəncamı ilə başqa şəxsin mülkiyyətinə verilmişdir. Hazırda ona verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş edir. Bu halı nəzərə alaraq qeyd olunmalıdır ki, iddia tələbində qeyd olunan mübahisənin həlli publik-hüquqi təşkilat (bələdiyyənin) mülkiyyətində olan əmlakın verilməsi ilə bağlı inzibati orqanın (Zıx Bələdiyəsi) qəbul etdiyi qərarlar bağlıdır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0 və 2.0.*.-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Beləliklə də, iddia tələbində qeyd olunan münasibətlər özündə publik element olduğunu ehtiva etdiyindən iddiaçının ərizəsinə Mülki Prosessual Məcələsinin iddia icraatda müəyyən edilmiş qaydada deyil, yuxarıda qeyd olunan inzibati orqanın qəbul etdiyi qərarından verilmiş şikayət qaydasında baxılmalıdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53.2 və *53.2.*-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin *53.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Həmin Məcəllənin **4.*.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *49-*52, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun təmin edilməsi” tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş *00 (yüz manat) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya mübahisələndirdiyi Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsinin qərarından Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3017/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3017/2022
09.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver