Məhkəmə qərarları › İş №2(010)-3022/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3022/2022

25.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3022/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1994-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh mülkiyyətində olan “Lada” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 860 manat məbləğində zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3022/2022 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına dair Cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair 2(010)-3022/2022 saylı iş üzrə icraat Bakı şəhər X3 İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli elektron qərarından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Daha sonra, İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, cavabdeh tərəfindən ona 500 manat məbləğində pul ödənilmiş, aralarında barışıq əldə edilmişdir. Bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh da məhkəməyə ərizə ilə müraciət edərək iddiaçıya 500 manat məbləğində pul ödədiyini və barışdıqlarını bildirmişdir. Bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3022/2022 saylı qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hal - Bakı şəhər X3 İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli elektron qərarından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə yekun məhkəmə qərarının qəbul edilməsinə zərurət – aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfindən verilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Öz növbəsində cavabdeh də məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanmasını xahiş etmişdir. Belə olan halda iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Maddə 260. Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri. 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu (qəbzin tarixi: xx.xx.2022, qəbzin nömrəsi: 21237) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar