Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3108/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçı Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və Nümayəndə1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi X2 və Cavabdeh2 7000 (yeddi min) manat məbləğində pulun, mənəvi ziyana görə 5000 (beş min) manat və əldən çıxmış faydaya görə isə 75.520 (yetmiş beş min beş yüz iyirmi) manat məbləğində olmaqla, ümumilikdə 87.520 (səksən yeddi min beş yüz iyirmi) manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 347 (üç yüz qırx yeddi) manat, cəmi 87.867 (səksən yeddi min səkkiz yüz altmış yeddi) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı özü üçün ekskavator alıb icarəyə vermək niyyəti dəymiş. Lakin dənizdə işlədiyindən buna nə vaxtı, nə də ki, zamanı var idi. Buna görə də, bu işi bacısına həvalə etməli olmuşdur. Bununla bağlı bütün işləri bacısı Nümayəndə1 aparırdı. Bununla bağlı ilk olaraq 28 sentyabr 2023-cü il tarixində yetərincə beynəlxalq nüfuza malik "Liebherr" markasının Azərbaycandakı nümayəndəliyi olan "xxxx" şirkətinə müraciət olundu. Orada bizi şirkətin nümayəndəsi Cavabdeh1 qarşılamış və bizə ekskavator haqqında məlumat təqdim etmişdir. Şirkət nümayəndəsi olaraq Cavabdeh1 verdiyi məlumatlar inandırıcı və etibarlı göründüyü üçün, bacısı onun təklif etdiyi şərtlərlə razılaşmış və 09 oktyabr 2023-cü il tarixində onun adından ilkin ödəniş kimi 18,000 (on səkkiz min) manat məbləğində vəsait Cavabdeh1 təqdim etmişdir. Adı çəkilən şəxsi də onlarla onun yaxın qohumu Cavabdeh2 tanış etmişdir. Ceyhun bacısı ilə birlikdə uzun müddət birlikdə işləmişdir. Həmin şirkəti də onun vasitəsi ilə tanımışdır. Lakin sonrakı mərhələdə qarşı tərəfin davranışları qeyri-şəffaf olmuş, texnika iddiaçılarla razılaşdırılmadan birbaşa Cavabdeh1 öz adına rəsmiləşdirilmiş, İddiaçı1 adına heç bir sənədləşmə aparılmamış və texnika faktiki olaraq istifadəsinə verilməmişdir. Əvvəlcə Səbuhi bu əməliyyatların "xxxx" şirkəti tərəfindən həyata keçirildiyini düşünmüş, lakin sonradan məlum oldu ki, bütün bu addımlar şəxsi maraq naminə və şirkətin iştirakı olmadan, Cavabdeh1 tərəfindən öz təşəbbüsü ilə görülmüşdür. Şirkət nümayəndəsi texnikanın fiziki şəxsin adma rəsmiləşdirilməsi halında gələcəkdə ehtiyat hissələrinin alınmasının çətinləşəcəyi barədə bəhanə gətirərək, texnikanı öz adına rəsmiləşdirmiş və bununla da İddiaçı1 hüquqi və iqtisadi maraqlarıma ciddi zərər vurulmuşdur. Texnikanın alınması üçün uzun müddət adı çəkilən şəxslə, onun həyat yoldaşı ilə danışıqlardan 3 ay sonra heç bir əsaslandırma təqdim olunmadan ona texniki cəhətdən nasaz, real bazar dəyəri təxminən 11,000 manat olan ekskavator təqdim edilmişdir. Bu texnikanın saz vəziyyətə gətiriləcəyi bildirilmiş, lakin 8 ay ərzində heç bir təmir işi aparılmamış, nəticədə texnikanın bazar dəyəri təxminən 7,000 manata düşmüş və ona 80000 manatdan artıq maddi zərər dəymişdir. Cavabdeh1 daim yalan məlumatlar vermişdir. Hər dəfə texnika ilə maraqlandıqda yalan vədlər verərək müxtəlif şirkətlərə gedib texnikalarla fotolar çəkdirərək bizə göndərirdi. Məqsəd isə vaxt qazanmaq idi. Əgər texnika saz və işlək vəziyyətdə təhvil verilsəydi, əvvəlcədən razılaşdırılmış şərtlərə əsasən Qarabağ bölgəsində aylıq təxminən 9,000 manat gəlir gətirəcək şəkildə icarəyə veriləcəkdi. Lakin texnikanın istifadəyə yararsız qalması səbəbindən bu razılaşma pozulmuş, nəticədə İddiaçı1 gəlirdən tamamilə məhrum olmuş, etibar itirmiş və ağır maliyyə zərərinə məruz qalmışdır. Bacısı vasitəsilə şirkətə dəfələrlə gedilmiş və əlaqə saxlanılmışdır, lakin hər dəfə bizi müxtəlif bəhanələrlə aldadıblar, texnikanın təmiri üçün əlavə ödənişlər tələb olunub, lakin heç bir real iş görülməyib. Şirkət nümayəndələri tərəfindən verilən cavablar isə qeyri-ciddi və məsuliyyətsiz xarakter daşıyıb - məsələn, "kefimiz belə istəyir" kimi ifadələr işlədilib. Nə "xxxx" şirkətinin direktoru Kubilay Karahan, nə də EMT Departamentinin müdiri Seyidov Həsən tərəfindən məsələ ilə bağlı heç bir araşdırma aparılmamış, hüquqi öhdəliklər yerinə yetirilməmiş və İddiaçı1la heç bir müqavilə bağlanmamış, hüquqi sənədlər təqdim olunmamışdır. 21 dekabr 2023-cü il tarixində X4 ekskavatorun şirkət ərazisində olduğunu təsdiqləmişdi. Lakin 15 iyul 2024-cü il tarixindən etibarən iddiaçının razılığı və məlumatı olmadan ekskavator başqa əraziyə köçürüldükdən sonra texnikanın onlara aidiyyatı olmadığını bildrimişlər. Bundan əlavə bildiriəm ki, iddiaçı texnikanın alınması üçün ilkin olaraq 2023-cü ilin oktyabr ayının 9-da 18.000 manat məbləğində pul vermişdir. Lakin adı çəkilən şəxs həmin puldan əslində dəyəri 6000 manatda olmayan, yəni işlək vəziyyətdə olmayan ekskvatora 11000 manat vermişdir. Yerdə qalan pula həmin texnikanın təmirinə xərcləyəcəyinə söz versədə bunu etməmişdir. Bundan əlavə 2000 manat da iddiaçıdan təkərlər üçün pul almışdır. 7.000 manat məbləğində həmin pul məbləği də iddiaçıya geri qaytarılmalıdır. Çünki söz verdiyi təmir işlərini görməmişdir. Əgər doğurdan da pul olsaydı təkrar təkərin pulun almazdı. Bu səbəbdən hesab edir ki, ona vurulan maddi və mənəvi zərər müvafiq şəkildə qiymətləndirilməli, məsul şəxslər barəsində tədbirlər görülməli, zərərin tam ödənilməsi təmin edilməlidir. Eyni zamanda bu cür qeyri-peşəkar və hüquqa zidd fəaliyyətlərin qarşısının alınması üçün aidiyyəti üzrə ciddi hüquqi qiymət verilməsini xahiş edir. Ekskavatorun alınması ilə bağlı bütün danışıqlar, texniki məsələlər və maliyyə əməliyyatları İddiaçı1 adından və tapşırığı ilə, bacısı Nümayəndə1 tərəfindən aparılmışdır. Bu prosesdə ünsiyyət və əlaqə bacım tərəfindən həyata keçirildiyi üçün əmlakın ona məxsus olmasını fikirləşən Cavabdeh1 bacısı barəsində müxtəlif orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. Bunun nəticəsində də işlədiyi yerdə ona töhmət verilmiş və o növbəti rütbədən məhrum edilmişdir. X4 21 dekabr 2023-cü il tarixində ekskavatorun şirkət ərazisində olduğunu təsdiq etməsinə baxmayaraq, 15 iyul 2024-cü il tarixindən etibarən razılığı olmadan və xəbər verilmədən qanunsuz olaraq A900 markalı Liebherr ekskavatoru başqa bir əraziyə köçürülmüşdür. "A900" markalı Liebherr ekskavatorun alınmasında, baş verən qanunsuzluqlarda, eyni zamanda hazırki maddi ziyanla üzləşməyində iş üzrə Cavabdeh1 ilə yanaşı onun yaxın qohumu Cavabdeh2da iştirak etmişdir. Belə ki, Xalidlə yanaşı o, da iddiaçıları ekskavatorun alınmasında cavabdeh şəxs kimi iştirak etmiş, hər-hansı bir narazılıq yaranarsa cavabdehliyi şəxsən özü daşıyacağını bildirmişdir. O, bacısı və hazırki mübahisə üzrə iddiaçı Nümayəndə1 iş yoldaşı olduğu üçün ona etibar etmiş, o da öz növbəsində onlara bu işdə əlindən gələn köməklik göstəriləcəyini bildirmiş və danışıqlarda şəxsən iştirak etmişdir. Göstərilən hallar whatsApp yazışmalarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən hesab edirlər ki, hazırki iddia tələbi üzrə maddi və mənəvi ziyan müştərək qaydada hər iki cavabdehdən tutulmalıdır. İddia tələbinə etirazın dəlilləri Cavabdeh1 2014-cü ildən hal-hazırki vaxta qədər "xxxx" MMC-də servis meneceri vəzifəsində çalışır. Yəni demək olar ki, 11 ildir ki, bu adıçəkilən şirkətdə aşağıdakı vəzifələri icra edir: Avadanlıq və texnikanın (məsələn, ekskavator, digər ağır texnika) planlı texniki baxışlarının və təmir işlərinin təşkili; texniki heyətin iş bölgüsünü aparmaq və xidmət işlərinin vaxtında və düzgün icrasını təmin etmək; təmir üçün lazım olan ehtiyat hissələrinin təmin olunmasına nəzarət etmək; görülən işlərlə bağlı gündəlik, aylıq və illik hesabatlar hazırlamaq və sair. O, artıq 11 ildir ki, eyni şirkətdə fasiləsiz şəkildə fəaliyyət göstərir. Bu müddət ərzində onun fəaliyyəti şirkət rəhbərliyi tərəfindən etibarlı və peşəkar əməkdaş nümunəsi kimi qiymətləndirilmişdir. Əgər hər hansı ciddi pozuntu və ya şirkət maraqlarına ziyan vuracaq davranışı olsaydı, bu qədər uzun müddət ərzində əmək münasibətlərinin davam etməsi mümkün olmazdı. Bu fakt özü-özlüyündə, onun şirkətə qarşı vicdanlı və məsuliyyətli yanaşma sərgilədiyini təsdiqləyir. İlk növbədə bu məqamların məhkəmə tərəfindən xüsusi diqqətdə saxlanılmasını xahiş edir. Məsələnin mahiyyəti ilə bağlı isə onu bildirir ki, iddiaçı tərəflə münasibəti belə başlamışdır. Onun qohumunun vasitəçiliyi ilə bir nəfər onunla əlaqə saxlayaraq ekskavator almaq istədiyini bildirdi. O da iddiaçını təmsil edən şəxsə - bacısı Çiçək xanıma "xxxx" MMC-də satılan ekskavatorların qiymətinin 200.000 (iki yüz min) manatdan başladığını və bu qiymət aralığında seçimlər təqdim oluna biləcəyini izah etmişdir. Lakin həmin şəxs maddi imkanlarının bu məbləği qarşılamağa ümumiyyətlə yetərli olmadığını, lakin münasib qiymətə razılaşa biləcəyini və bu işdə ona kömək göstərməyini xahiş etdi. Xüsusilə vurğulamaq istəyir ki, əgər iddiaçı tərəf ekskavatoru birbaşa şirkətdən almış olsaydı, bu, onun birbaşa çalışdığı satış və servis şöbəsinin fəaliyyəti ilə əlaqəli olacağından, həm satışa gör,ə həm də həmin texnikaya göstəriləcək texniki xidmətlər, təmir və zəmanət prosedurları üzrə işlər onun şöbəsinə yönləndiriləcəkdi. Bu tip hallarda şirkət daxilində tətbiq edilən motivasiya sisteminə uyğun olaraq, müəyyən nəticələrə görə əməkdaşlara əlavə mükafatlar (bonuslar) təyin olunur. Lakin bu bonusların konkret məbləği əmək müqaviləsinin kommersiya sirri ilə qorunan hissəsinə aid olduğuna görə açıqlana bilməz. Situasiyanı daha da dəqiqləşdirərək demək olar ki, yuxarıda göstərilən hal onun bir peşəkar işçi kimi marağında idi. Lakin iddiaçı tərəfin şirkətdən ekskavator almaq üçün kifayət qədər maddi təminatı yox idi. İddiaçı tərəf ona bildirmişdir ki, o, ekskavator üçün 20.000 manat pul verə bilər. Belə olan halda o da şəxsi təşəbbüsü əsasında belə bir təklif irəli sürmüşdür: bazardan ucuz və istismara yararsız vəziyyətdə olan bir ekskavator taparaq, onu öz adına rəsmiləşdirib, daha sonra isə şirkətdə çalışan işçi kimi daxili texniki resurs və güzəştlərdən istifadə etməklə həmin texnikanı təmir etdirə bilərdi. Nəticədə texnika istismar üçün yararlı vəziyyətə gətiriləcək və maraqlı şəxsə təhvil veriləcəkdi. Bu prosesin müəyyən zaman alacağını, lakin ümumilikdə bazar qiymətindən çox daha ucuz başa gələcəyini, bununla yanaşı göstərdiyi təşkilati xidmətlərə görə xidmət haqqı alacağını da əvvəlcədən qeyd etmişdir. Bununla da aralarında şifahi qaydada müqavilə bağlanmış oldu. Beləliklə uzun axtarışdan sonra 11.000 manat dəyərində “Liebherr A900” markalı, 1999-cu il buraxılışlı ekskavatoru tapmışdır. Tapdığı ekskavatorun istehsal ili 1999-cu ildir və bu, təbii ki, texnikanın rəsmi istismar müddətinin bitmiş olduğunu göstərir. Lakin bu, onun tam yararsız vəziyyətdə olduğu və istismara qaytarıla bilməyəcəyi anlamına gəlmir. Bu sahədəki uzun illik peşəkar təcrübəsinə əsaslanaraq və texnikanın ümumi mexaniki vəziyyətini təhlil etdikdən sonra əmin olmuşdur ki, müvafiq texniki təmir və ehtiyat hissələrinin dəyişdirilməsi ilə ekskavator tam funksional hala gətirilə bilər və bu, faktiki praktikada geniş yayılmış təcrübədir. Bunu iddiaçı tərəfə bildirmişdir və müəyyən danışıqlardan sonra aralarında razılaşma oldu ki, tapdığı ekskavatoru alsınlar. Bununla bağlı ödəniş edildi. Daha sonra ekskavatorun onun adına rəsmiləşdirilməsi ilə bağlı güzəştləri və texniki üstünlükləri qarşı tərəfə izah etdikdə, o bu yanaşmanı tam şəkildə qəbul etdi və razılığını bildirdi ki, texnika onun adına rəsmiləşdirilsin. Ekskavatorun onun adına rəsmiləşdirilməsinin aşağıdakı üstünlükləri var idi. Əvvəla, texnika onun mülkiyyətində olduğu üçün onun təmiri adi servis məntəqələrində deyil, çalışdığı nüfuzlu şirkətin ixtisaslaşmış texniki bazasında həyata keçiriləcəkdi ki, bu da həm keyfiyyət, həm də təhlükəsizlik baxımından əhəmiyyətli fərq yaradırdı. İkincisi, təmir zamanı şirkətin yalnız satış üçün nəzərdə tutulan, orijinal və yüksək keyfiyyətli ehtiyat hissələrindən istifadə olunacaqdı. Bu, texnikanın daha uzunmüddətli və dayanıqlı istifadəsini təmin edəcəkdi. Üçüncüsü isə, şirkət kənar müştərilərdən təmir üçün ödənişi əvvəlcədən və tam şəkildə tələb etdiyi halda, özü orada rəsmi əməkdaş olduğu üçün daxili qaydalara əsasən hissə-hissə, mərhələli ödəniş imkanı (bəzən 1 ilə qədər müddət) tətbiq olunurdu. Bütün bu amillər birlikdə, həmin ekskavatorun alınmasını və təmirini həm maliyyə baxımından daha sərfəli, həm də texniki cəhətdən daha keyfiyyətli edən bir şərait yaradırdı. Deməli, texnikanın onun adında olması forması ilk növbədə qarşı tərəfin maraqlarına cavab verirdi və bu qərar qarşılıqlı razılaşma əsasında qəbul edilmişdir. Xüsusilə vurğulamaq istəyir ki, o, yuxarıdakı təklifi edən zaman Çiçək xanım çox sevinmiş və bildirmişdir ki, “yaxşı ki Sizin adınıza olacaq, çünki qardaşım burda olmur, dənizdə işləyir, texnika tapılanda burda olması bəlli deyil. Öz adına isə mümkün deyil, çünki Ədliyyə Nazirliyində işləyir, adıma əmlak alınmasını istəmir”. Buna baxmayaraq iddiaçı tərəf bildirir ki, texnika iddiaçının və ya bacısının razılığı olmadan onun adına alınmış və bununla da guya ki, onları aldatmışdır. Əgər ekskavatorun onun adına rəsmiləşdirilməsi ilə bağlı qarşılıqlı razılaşma mövcud olmasaydı, qarşı tərəf bu məsələ ilə bağlı etirazını dərhal bildirərdi. Lakin tərəf bu prosedura tam şəkildə razı olmuş, prosesin gedişində və ya ondan dərhal sonra hər hansı narazılıq ifadə etməmişdir. Qarşı tərəfin səssiz qalması və hərəkətə keçməməsi onun bu razılaşmanı qəbul etdiyini, bu formada rəsmiləşmənin onun maraqlarına uyğun olduğunu və qarşı tərəfin öz iradəsinə zidd bir halın baş vermədiyini göstərir. Digər tərəfdən isə iddiaçı ərizəsində qeyd edir ki, “şirkət nümayəndəsi texnikanın fiziki şəxsin adına rəsmiləşdirilməsi halında gələcəkdə ehtiyat hissələrinin alınmasının çətinləşəcəyi barədə bəhanə gətirərək, texnikanı öz adına rəsmiləşdirmiş və bununla da huquqi və iqtisadi maraqlarına ciddi zərər vurulmuşdur”. Göründüyü kimi, ziddiyyətli formada iddiaçı qeyd edir və dolayı yolla da etiraf edir ki, həqiqətən də texnikanın onun adına rəsmiləşdirilməsi ehtiyat hissələrinin alınması prosesini asanlaşdıracaqdır. Yəni, əgər iddiaçı tərəflə aralarında bu söhbətlər və razılıq olmasa idi bu cümləni qeyd edərdi mi? Xeyr, qeyd etməzdi. Çünki, texnikanın onun adına rəsmiləşdirilməsinin hansı üstünlükləri olacağını əvvələcədən izah etmiş və qarşılıqlı razılaşma ilə bu işi icra etmişdir. Daha sonra qarşı tərəf bildirir ki, guya ona ekskavatoru saz vəziyyətdə təqdim edəcəyinə dair söz vermiş, lakin 8 ay ərzində bunu etməmiş və bunun nəticəsində texnikanın bazar dəyəri 7.000 manata düşmüş və ona 80.000 manat maddi zərər dəymişdir. Əminliklə bildirir ki, bu iddia gerçəkliyi tam əks etdirmir və hüquqi baxımdan əsassızdır. Birincisi ona görə ki, qarşı tərəf ödənişi 2023-cü ilin oktyabr ayında ona versə də, qarşı tərəf bunu yaxşı bilir ki, texnika dekabr ayının 5-i alınmışdır. Oktyabr-dekabr aralığında isə yalnız iddiaçının vəsaitinə uyğun texnika axtarışı ilə məşğul olmuşdur. Məlum məsələdir ki, bu qiymətə texnika tapmaq çox qəliz məsələdir. Ən əsası isə iş texnikanın tapılması ilə də yekunlaşmırdır, həmin texnika həm də elə bir vəziyyətdə olmalı idi ki, onu istismara tam yararlı vəziyyətə gətirmək mümkün olsun. Hər texnikanı tapanda da bu barədə tərəfindən qarşı tərəfə, şəkilləri göndərilirdir və qiymətlə bağlı məlumat verilirdi. Beləliklə, texnikanı dekabr ayının əvvəlində tapmış və hər iki tərəfin qarşılıqlı razılığı əsasında texnika 2023-cü ilin dekabr ayının 5-də onun tərəfindən əldə olunmuşdur. Onun istismara yararlı vəziyyətə gətirilməsi prosesi həmin tarixdən sonra dərhal başlanmış və 2024-cü ilin iyun ayında ekskavator texniki cəhətdən tam saz vəziyyətdə qarşı tərəfə təhvil verilmişdir. Bu, cəmi 6 ay ərzində baş tutmuş, yəni iddia edilən “8 aylıq gecikmə” reallığa uyğun deyil. İkincisi, texnikanın təmirinin qısa müddətdə yekunlaşması mümkün deyildi, çünki bu növ texnikaya aid ehtiyat hissələri ölkə daxilində geniş şəkildə mövcud deyil və onların bir çoxu xarici ölkələrdən sifariş olunaraq gətirilir. Bu amil prosesin uzanmasını texniki baxımdan zəruri edir və qarşı tərəfə bu barədə əvvəlcədən açıq şəkildə məlumat verilmişdi. Qarşı tərəfdə bu şərtlərlə razılaşmış, müddət baxımından hər hansı etiraz irəli sürməmişdir. Üçüncüsü, əgər qarşı tərəf doğrudan da onun hərəkətləri nəticəsində hansısa zərər çəkdiyini düşünürdüsə, bu halda mübahisə yarandığı andan dərhal sonra hüquqi addım atmalı idi. Qarşı tərəfin konkret hansı maddi zərər çəkdiyinə dair heç bir sübut təqdim edilməmişdir nə rəsmi müqavilə, nə də digər sənədlərlə əsaslandırılmayıb. Təkcə “verilmədi, gecikdi” kimi subyektiv ifadələr zərərin sübutu kimi qəbul edilə bilməz. Qarşı tərəf tərəfindən istər şifahi formada, istərsə də yazılı iddia ərizəsində onun çalışdığı şirkətin adı hallandırılmışdır. Lakin bu tamamilə əsassızdır və hüquqi baxımdan heç bir məsuliyyət doğurmur. Belə ki, sözügedən ekskavatorla bağlı yaranmış münasibətlər şirkət adından deyil, sırf şəxsi təşəbbüsü və qarşı tərəflə aramızda formalaşmış fərdi razılaşma əsasında həyata keçirilmişdir. Şirkətin bu prosesə heç bir hüquqi və ya maddi müdaxiləsi olmamış, nə texnikanın alqı-satqısında, nə təmirində, nə də hər hansı öhdəliyin götürülməsində iştirak etməmişdir. Ekskavator şirkətin inventarına daxil olmamış, rəsmi satış sənədi və ya müqavilə əsasında şirkətin adından təhvil verilməmişdir. Texnikanın onun adında olması, servis imkanlarından daxili əməkdaş kimi istifadə edilməklə təmir olunması da sırf şəxsi resursların imkanları daxilində həyata keçirilmiş və qarşı tərəfin razılığı ilə icra olunmuşdur. Qarşı tərəfin şirkəti bu məsələyə cəlb etməyə çalışması hüquqi baxımdan məqsədyönlü və əsassız yanaşmadır. Belə yanaşma, həmçinin şirkətin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyır və heç bir hüquqi məsuliyyət doğurmur. Şirkət bu münasibətdə nə tərəfdir, nə də hər hansı hüquqi öhdəlik daşıyır. İddiaçı tərəf barəsində şirkətin rəhbərliyinə şikayət etsə də, Şirkət tərəfindən aşağıdakı formada rəsmi olaraq cavab vermişdir. “Biz buradan bəyan edirik ki, LİEBHERR-Azeri MMC adından və onun adından hərəkət edirik. Bu şirkət bizimlə əlaqəli olan bir şirkətdir və maraqları tərəfimizdən mütəmadi olaraq qorunur. Sizin 27 dekabr 2024-cü il tarixli məktubunuza aşağıdakı kimi cavab vermək istərdik: Biz hadisənin faktlarını diqqətlə araşdırdıq və təsdiq edə bilərik ki, bu məsələ LİEBHERR-Azeri MMC ilə bağlı deyil. Bu kontekstdə adı çəkilən əməkdaş cənab Cavabdeh1 LİEBHERR-Azeri MMC adından heç bir şəkildə çıxış etməmişdir və bu cür hərəkətlərə səlahiyyəti olmamışdır. Bu səbəbdən biz LİEBHERR-Azeri MMC adından irəli sürülən bütün iddiaları rədd edirik. Sizin e-poçt məktubunuzda qeyd etdiyiniz iddialar heç bir şəkildə təsdiqlənə bilməz və sizi məlumatlandırmaq istəyirik ki, LİEBHERR-Azeri MMC-yə və ya Liebherr Qrupunun digər istənilən şirkətinə qarşı bu cür əsassız iddialar ictimaiyyətə açıqlanarsa, biz hüquqi tədbirlər görmək hüququmuzu özümüzdə saxlayırıq. Buna görə də bu məsələ bizim tərəfimizdən bağlanmış hesab olunur” Göründüyü kimi, şirkət tərəfindən verilmiş bu rəsmi cavabda aydın şəkildə vurğulanmışdır ki, qarşı tərəfin müraciəti şirkətin fəaliyyət predmeti və məsuliyyəti çərçivəsinə daxil deyil. Bu səbəbdən məsələ şirkət tərəfindən bağlanmış hesab olunmuşdur və hüquqi baxımdan da şirkətin hər hansı məsuliyyəti və ya iştirakı yoxdur. Belə olan halda, nə qədər ki şirkət rəsmi cavabdeh kimi cəlb olunmayıb və ona qarşı hüquqi iddia yoxdur, iddiaçı tərəfin mənim çalışdığım şirkətin və onun rəhbərliyinin adını bu mübahisəyə əsassız şəkildə cəlb etməsi, şirkətin bu prosesdə hüquqi və faktiki iştirakının olmamasına baxmayaraq onun barəsində iddialar irəli sürməsi, hüquqi baxımdan əsassız və qərəzli yanaşmadır. Bu cür hərəkətlər “işgüzar nüfuza xələl gətirən məlumatların yayılması” kimi qiymətləndirilə bilər və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən, hüquqi şəxsin (şirkətin) ləyaqətinə, şərəfinə və işgüzar nüfuzuna xələl gətirən əsassız iddialar, həmin şəxsin (şirkətin) təkzib hüququ ilə yanaşı, zərərin ödənilməsi tələbi ilə çıxış etmək hüququnu da yaradır. Bu baxımdan, qarşı tərəfin bu cür iddiaları hüquqi nəticələrə səbəb ola biləcək səciyyə daşıyır və hüquqi məsuliyyət doğura bilər. Texnika onun şəxsi mülkiyyətimdə olduğuna görə, şirkətin ərazisində saxlanılması tamamilə daxili razılıq və əməkdaşlıq çərçivəsində həyata keçirilirdi. Texnika qarşı tərəfin adına rəsmiləşdirildikdən sonra isə onun artıq şirkət ərazisində saxlanması üçün heç bir hüquqi və ya funksional əsas qalmamışdır. Qarşı tərəfin bu mərhələdə texnikanın guya onun razılığı olmadan ərazidən çıxarılmasına dair iddiası əsassızdır, çünki texnika 4 iyun tarixində rəsmi aktla məhz onun özünə təhvil verilmişdir. Əgər texnika həmin tarixdə artıq istismara yararlı vəziyyətdə idisə (ki, bu aktla rəsmiləşdirilib), qarşı tərəfin onu dərhal təhvil alaraq istifadə etməsi və ondan maddi fayda götürməsi üçün heç bir əngəl yox idi. Buna baxmayaraq, özü həmin texnikanı bir ay ərzində istifadə etməyərək şirkət ərazisində saxlayıb, sonradan formal etiraz irəli sürməsi, əslində subyektiv və hüquqi nəticə doğurmayan yanaşmadır. Bütün bu hallar göstərir ki, qarşı tərəfin irəli sürdüyü iddialar nə faktiki zərərə, nə də hüquqi pozuntuya əsaslanır, sadəcə olaraq, sonradan ortaya atılmış, sübuta yetirilməmiş formal mülahizələrdir. Əgər qarşı tərəf texnikanın ona guya gec təhvil verilməsi səbəbindən maddi zərərə uğradığını iddia edirsə, o zaman sual olunur: nə üçün texnika rəsmi şəkildə onun adına keçirildikdən və 4 iyun tarixində aktla ona təhvil verildikdən sonra, özü həmin texnikanı təxminən bir ay müddətində istifadə etməyərək yenidən şirkətin ərazisində saxlamışdır? Əgər iddia edildiyi kimi, texnika dərhal gəlir gətirə biləcək əhəmiyyətli vasitə idisə, bu halda onun tərəddüdsüz şəkildə götürülməsi və istifadəyə verilməsi gözlənilən olardı. Lakin qarşı tərəf nəinki dərhal istifadə etməmiş, əksinə, bu dövr ərzində texnikadan istifadə etmədən passiv şəkildə saxlanmasına şərait yaratmışdır. Bu isə göstərir ki, ortada real və təcili maddi zərərdən deyil, sonradan irəli sürülmüş, hüquqi əsası olmayan narazılıqdan söhbət gedir. Bundan əlavə, mübahisə konkret olaraq onunla qarşı tərəf İddiaçı1 arasında baş verməsinə baxmayaraq, qarşı tərəfin bacısı davamlı şəkildə müxtəlif instansiyalara, o cümlədən çalışdığım müəssisəyə və digər orqanlara onun barəsində əsassız şikayətlər ünvanlamışdır. Bu müdaxilələr nə hüquqi, nə də faktiki baxımdan əsaslı deyildi. Bacısının dəfələrlə onun barəsində şikayət etməsi fonunda, onun da cavab olaraq qarşı tərəfin iş yerinə yazaraq bildirmişdir ki, bu məsələdə yalnız qardaşı ilə hüquqi və şəxsi münasibəti var, digər ailə üzvünün prosesə bu cür müdaxiləsi əsassızdır və yolverilməzdir. Hər dəfə “qəsdən Nazirliyin rəsmi formasında şirkətə gəlib onu təhdid edir və hədə qorxu gəlirdi”. Bununla bağlı istənilən qədər şahid və videogörüntülər mövcuddur. Bu müraciət təhqir və ya böhtan xarakteri daşımır, yalnız şəxsi müdafiə və haqlarımın pozulmasının qarşısını almaq məqsədilə edilmişdir. Həm də qeyd edilməlidir ki, Çiçək xanım ona və arvadına etikadan kənar sözlərdən istifadə etməklə smslər yazmış, təhqir və təhdidlər etmişdir. Sadəcə olaraq xanım olduğundan onun bu mesajlarını mətnini hazırda məhkəməyə təqdim etmir. Məhkəmə zərurət bilsə mən screenshoot halda məhkəməyə təqdim edəcəkdir. Həmçinin, əgər qarşı tərəf ona töhmət verilməsinin səbəbi kimi onun müraciətini göstərirsə, bu halda birinci növbədə sübut etməlidir ki, həmin intizam tənbeh tədbiri (töhmət) bilavasitə bu səbəblə tətbiq olunub? Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. İntizam tədbiri verilməsi ilə bağlı əmrdə bu konkret səbəb və fakt qeyd olunmalıdır. Əks təqdirdə, bu cür əlaqə qurmaq yalnız fərziyyə xarakteri daşıyır və hüquqi nəticə doğurmur. Töhmət inzibati qaydada işəgötürənin daxili qiymətləndirmə mexanizminə əsasən verilən intizam tənbehidir. Töhmət almaq əməkdaşın hüquqlarını birbaşa və faktiki zədələyən, maddi zərər doğuran hüquqi nəticə yaratmır. Töhmətin verilməsi özlüyündə maddi zərər və ya şəxsi iradə əsasında iddia qaldırmaq üçün əsas sayıla bilməz. Eyni zamanda xüsusi ilə qeyd olunmalıdır ki, ümumiyyətlə qarşı tərəfin onun barəsində, guya bacısına münasibətdə mənəvi zərər vurduğu əsaslandırması hüquqi baxımdan tamamilə əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən, mənəvi zərərin əvəzini yalnız zərərçəkmiş şəxs - yəni mənəvi zərərə birbaşa məruz qalan şəxs özü tələb edə bilər. Əgər hansısa şəxs mənəvi zərər çəkdiyini iddia edirsə, bu hüquq yalnız həmin şəxsə məxsusdur və onu başqa bir şəxsin hətta qardaşının belə əvəzindən iddia etməsi qanunla qadağandır. Buna görə də, qarşı tərəfin “bacıma görə mənə mənəvi zərər dəyib” tələbi hüquqi baxımdan qəbulolunmazdır, çünki bu halda o, başqasının şəxsi hüququnu öz adına mənimsəməyə çalışır. Belə bir iddianın subyektiv hüquq əsası yoxdur və bu tələbin rədd olunması mütləqdir. Göründüyü kimi, mənim sözügedən texnika ilə bağlı bütün iddialara rəsmi mötəbər sübutlarla təsdiq olunan cavabım vardır. Texnika ilə bağlı gördüyüm bütün işlər rəsmi olaraq sənədlərlə (alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, təmirlə bağlı faktura- qəbzlər və sair) təsdiqlənir. Bunların hər biri hazırki etiraz ərizəsinə qoşma şəklində əlavə olunur. Yuxarıda təqdim olunan bütün izahatlardan və təqdim edilmiş sənədlərdən də göründüyü kimi, onun tərəfindən hər hansı hüquqa zidd hərəkətə yol verilməmişdir. Bütün münasibətlər şəffaf və qarşılıqlı razılaşma əsasında həyata keçirilmiş, prosesin hər mərhələsi müvafiq rəsmi sənədlərlə alqı-satqı müqaviləsi, təhvil-təslim aktı, ödəniş qəbzləri və sair rəsmiləşdirilmişdir. Bunun fonunda qarşı tərəfin onun barəsində irəli sürdüyü iddialar hüquqi və faktiki əsasdan məhrumdur, sübutlarla təsdiqlənmir və yalnız sonradan formalaşmış şəxsi narazılıq və formal mülahizələrə əsaslanır. Onun tərəfindən texnika şəxsi təşəbbüslə və tam peşəkar şəkildə bazardan əldə olunmuş, daha sonra isə texniki baxımdan yararsız vəziyyətdən çıxarılaraq funksional və istismara yararlı vəziyyətə gətirilmişdir. Bu proses uzunmüddətli və xərcli olmuş, təmir və ehtiyat hissələri üçün ümumilikdə 20.000 manata yaxın xərc çəkiimişdir. Sözügedən işin yerinə yetirilməsi yüksək səviyyəli texniki bilik və təcrübə tələb edir və mən bu prosesin bütün mərhələlərini şəxsən icra etmişdir. Əgər texnikanın hazırkı vəziyyəti ilə bağlı şübhələr varsa, məhkəmənin müstəqil ekspertiza təyin etmək səlahiyyəti vardır və texnikanın hansı ehtiyat hissələri ilə təmir edildiyi, necə işlək vəziyyətə gətirildiyi bu vasitə ilə dəqiq müəyyən oluna bilər. Bütün bu əməklər və texniki nəticə qarşı tərəfin öz razılığı ilə həyata keçirilmiş, lakin buna baxmayaraq, onun qarşı tərəfə göstərdiyim xidmət qarşılıqsız qalmış, razılaşdırılmış xidmət haqqı bu günədək ödənilməmişdir. Əvəzində isə qarşı tərəf məsuliyyəti və maliyyə öhdəliyindən yayınmaq üçün əsassız iddialarla məsələni süni şəkildə mürəkkəbləşdirməyə və öz davranışlarını qabaqcadan haqlı göstərməyə çalışır. Bu isə hüquqi baxımdan əsassız mövqe olmaqla yanaşı, vicdanlı münasibət prinsiplərinə də ziddir. O, bu proses boyunca maksimum səbr və anlayış nümayiş etdirmiş, qarşı tərəfin haqsız və bəzən təzyiq xarakterli davranışlarına baxmayaraq, məsələni hüquqi müstəviyə daşımamışdır. Hətta tərəfimdən çəkilmiş maddi və texniki xərclərin qanuni qaydada tələb olunması hüququ olduğu halda, bu günədək belə bir addım atmamış sadəcə olaraq, qarşı tərəfin sakitləşəcəyinə və münasibətin sülh yolu ilə bitəcəyinə ümid etmişdir. Bu, hüquqi deyil, insani mövqeyinin nəticəsi olmuşdur. Lakin artıq qarşı tərəf tərəfindən irəli sürülən əsassız və sübutsuz iddiaların davam etməsi, onun nüfuzuna, əmək fəaliyyətinə və şəxsi haqlarına zərər vurmaq məqsədi daşıdığı təəssüratını yaradır. Bu cür təxribat xarakterli davranışlar davam etdiyi təqdirdə, o öz hüquqlarını qorumaq məqsədilə mövcud qanunvericilik çərçivəsində lazımi hüquqi prosedurlara başlamaq məcburiyyətində qalacağdır. Ona görə də İddiaçı1 ona qarşı pul tələbi barədə iddiasını əsassız hesab etməklə rədd edilməsini xahiş edir. Etiraza Əlavə Cavabdeh1 nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, Nümayəndə1 töhmət almasının səbəbi yalnız şəxsi mübahilərlə bağlı deyil, əksinə, onun iş saatında, iş formasında və vəzifəsini yerinə yetirərkən hədə-qorxu yaratması və vəzifədən sui-istifadə etməsi olmuşdur. Bu da rəsmi sənəd - töhmət əmri ilə təsdiqlənmişdir. Bu, onun hərəkətlərinin qanun pozuntusu olduğunu açıq şəkildə göstərir və onunla şəxsi münasibətindən asılı deyildir. Nəzərə alınmalıdır ki, ilk öncə Nümayəndə1 özü onun iş yerimə gələrək, səs küy yaratmış, iş rejiminin fəaliyyətini pozmuş, ona hədə-qorxu gəlmişdir. Bundan sonra isə o, məcbur qalıb onun iş yerinə etirazını bildirmişdir. Nümayəndə1 əgər iş vaxtı, iş formasında vəzifəsindən sui istifadə etməsəydi töhmət almayacaqdı. Nümayəndə1 özü bu suala cavab verməlidir ki, onun iş saatında, iş formasında (xidməti geyimdə) kiməsə vəzifəmdən sui istifadə hədə qorxu niyə gəlmişdi ki, töhmət də alım? Bunun onunla hər hansı formada bağlılığı yoxdur. Zəhmət çəkib hamı kimi işini görsəydi iş saatında töhmətdə almayacaqdı. Əgər o, iş vaxtlarında bu cür hərkətlərə yol verirdisə təbiiki bunun intizam icraatına zidd olduğunuda bilməlidir. Məhkəmə tərəfindən tələb olunan xərclərin siyahısına dair bildirir ki, texnikanın təmiri ilə bağlı ümumilikdə 5.888 (beş min səkkiz yüz səksən səkkiz) manat məbləğində sənədləşdirilmiş qəbzlər mövcuddur. Bu qəbzlər əsasən servis işləri, sənədləşdirmə və iri detalların dəyişdirilməsi ilə bağlıdır. Bundan əlavə, texnikanın işlək vəziyyətə gətirilməsi zamanı müxtəlif xırda ehtiyat hissələrinin alınmasına da ehtiyac yaranmışdır. Həmin xırda detallar üzrə ümumilikdə təxminən 1.500 (bir min beş yüz) manat xərclənmişdir. Bu xərclərə dair fiziki qəbzlər mövcud olmasa da, məhkəmə iclasında iddiaçı özü də onunla birlikdə həmin detalların alındığını və həqiqətən də həmin məbləğin xərcləndiyini açıq şəkildə etiraf etmişdir. Bu hal audio-video yazılarada düşmüşdür. Tərəflərin izahatları İddiaçı Nümayəndə1 iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə köhnə iş yoldaşı Cavabdeh2 vasitəsilə Cavabdeh1 tanıyıb. Birlikdə "xxxx" şirkətinə getmişlər. Şirkətə zabit formasında getmişdi. Etiraz ərizəsində formadan qorxduğunu bildirir. Əgər qorxurdursa, niyə ona yalan vədlər verib? Xalidə bildirmişdir ki, ucuz qiymətə yaxşı vəziyyətdə texnika düşsə, almaq istəyir. Əsas səbəb həmin vaxt texnikaya tələbatın olması idi. Cavabdeh2 bu məsələyə daha çox qarışırdı. Buna görə də, Ceyhunu da cavabdeh qismində əlavə edib. Xalid dedi ki, tez pulu ver, çünki yaxşı texnika tapıb və əldən çıxmasını istəmir. xx.xx.2023-cü il tarixdə o, əlbəəl 18000 manat pulu Cavabdeh1 vermişdir. Növbəti gündən Cavabdeh1 yoxa çıxdı. Buna görə də, ancaq Cavabdeh2 ilə əlaqə saxlayırdı. Bildirmişdir ki, pulunu qaytarsınlar. Nə vaxt texnika tapılarsa, pulu təzdən verər. Ceyhun dedi ki, səbrli ol, Cavabdeh1 texnikanı alacaq. xx.xx.2023-cü il tarixdə dedi ki, texnikanı təmir edəcək, gətirəcək və artıq icarəyə verə biləcik. Bununla bağlı şifahi vəd verdi. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 ortaya çıxdı və texnikanın şəkillərini atmağa başlamışdır. Cavabdeh1 gedib başqa şirkətin həyətindən şəkillər atıb. Başqa şirkətin adı da şəkildə düşüb. Sonradan məlum oldu ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 verdiyi 18000 manatı Cavabdeh2 götürüb. Onların Xalidlə razılaşması var ki, o texnikanı alacaq, təmir edəcək, daha sonra icarə haqqını böləcəklər. Məsələn, 8000 manat icarə haqqının 2000 manatını Cavabdeh1, 6000 manatının özü götürəcək. Başda texnikanı anasının adına almaq istəmişlər, çünki o da, qardaşı da işlə əlaqədar bu məsələlərlə məşğul olmağa vaxtı yox idi. Cavabdeh1 etiraz ərizəsində göstərir ki, qardaşı Səbuhi ilə şəxsi münasibətləri var, lakin məhkəmə iclasında qardaşını yalnız sənədləşmədə gördüyünü bildirir. Cavabdeh1 qardaşı ilə heç bir əlaqəsi yoxdur və yalnız sənədləşmə vaxtı görüb. Burdanda görünür ki, Cavabdeh1 ikili davranır. xx.xx.2023-cü il tarixdə şəkilləri atandan sonra Xalid yenə yoxa çıxır. xx.xx.2023-cü il tarixdə Xalid yenə ortaya çıxır. Texnikanın şəklini göndərib. Texnika çox pis vəziyyətdə idi. Həmin texnikanı almağa etiraz etdiyini bildirmiş, lakin etiraz etməyinə baxmayaraq, həmin texnikanı aldı. Etirazını bildirəndə həmin texnikanın təmirinin çox vəsait tələb etdiyini, buraxılış ilinin köhnə olduğu üçün icarə haqqı az olacağını bildirmişdir. Beləliklə onun razılığı olmadan həmin texnikanı xx.xx.2023-cü il tarixində aldı. Həmin aralığda o, Cavabdeh1 dəfələrlə zəng etmiş, lakin cavab verməmişdir. xx.xx.2023-cü il tarixində texnika üçün 11000 manat ödəyib və bununla bağlı qəbz var. Cavabdeh1 qalan 7000 manatı isə əlbəəl şirkətə verdiyini bildirdi. Cavabdeh1 alqı-satqı etmədi. Dəfələrlə cavabdeh Xalidə gedək rəsmilləşdirək demişdir. xx.xx.2023-cü il tarixində danışmaq üçün Xalidin evinə də getmişdir. Həyat yoldaşı Aytən ona dedi ki, vaxtı gələndə bu hərəkətlərin səbəblərini ona bildirəcəklər. xx.xx.2024-cü il tarixdə atası rəhmətə getdi. Başı qarışıq oldu, lakin yenə də danışıqlar aparırmışdır. Xalid nə texnikanı təmir etmirdi, nə də təmir üçün pul istəmirdi. xx.xx.2024-cü il tarixində texnikanın təkərləri üçün 2000 manat istəmiş, o da ödəmişdir. Cavabdeh1 20000 manat həmin 2000 manat üstünə gəlməklə hesablayır. Cavabdeh1 dəfələrlə təmir edəcəyi vədi ilə vaxtı uzadırdı. xx.xx.2024-cü il tarixdə o, Cavabdeh2 ilə dava etmiş və əlaqəsi kəsilmişdir. Cavabdeh2 pul vermişdi, lakin qaytarmırdı. Daha sonra məhkəməyə müraciət etdim və iddia ərizəsi təmin olundu. Daha sonra texnika üçün 140 manat məbləğində filtr almış və Cavabdeh1 vermişdir. xx.xx.2024-cü il tarixdə həmin filtrı təhvil vermiş və həmin gün Xalid ona bütün məsələri etiraf etdi. Cavabdeh1 dediyinə görə, xx.xx.2023-cü il tarixdə ona verdiyi 18000 manatı Ceyhuna verdiyini bildirdi. O, həmin an şok keçirtmişdir. Cavabdeh2 Cavabdeh1 bibisi oğludur. Ondan əvvəl Cəfər adlı şəxsə də pul atıblar. Cəfər adlı şəxs Cavabdeh2 ailəvi dostudur. Cəfərdən 50000 manat alıblar. Ceyhun pulu alıb. Cavabdehlər Cəfər adlı şəxsə texnika aldığlarını bildiriblər. Cavabdehlər Cəfər adlı şəxslə icarə haqqının 8000 manat təşkil etdiyinə, həmin vəsaitdən 6000 manatın Cəfər adlı şəxsin, qalan 2000 manatı isə cavabdehlərin götürəcəklərinə dair razılığa gəliblər. Cavabdehlər Cəfər adlı şəxsə 1-2 ay 6000 manatı veriblər. Cavabdeh2 Cavabdeh1 həyat yoldaşı Nümayəndə2 xalasından da 15000 manat pul alıb. Hətta Cavabdeh1 bildirdi ki, onun texnikasını almaq üçün 11000 manat kredit götürüb. Cavabdeh1 11000 manata texnikanı alıb, buna görə də, həmin pulu istəmir. 7000 manatı istəyir. Həmin 7000 manatdan qəbzlər olmasa da 1500 manatın təmir, 495,50 manatın texnikanın texniki müayinədən keçirilməsinə (qəbz var), 2000 manatın isə texnikanın detalları üçün xərclənib. Odur ki, 7000 manatdan 4000 manatın cavabdeh tərəfindən texnika üçün xərcləndiyini qəbul edir. Həmin texnika şirkətin ərazisində xx.xx.2024-cü il tarixədək qaldı və o, gəlirdən məhrum olmuşdur. xx.xx.2024-cü il tarixdə alqı-satqı baş tutdu. İlk növbədə Xalidin adına, daha sonra isə qardaşının adına keçirmişlər. 220 manat məbləğində dövlət rüsumunu qardaşı ödəyib. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək texnika şirkətin həyətində qalıb. Texnikanı Xocasənə aparıb atıblar. Daha sonra evakuatr vasitəsilə gətirtmiş, təmirinə əlavə xərc çəkmişdir. Qardaşının vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) yoxdur. Qardaşım ilə şirkət yaratmayıb. Hal-hazırda texnikanın icarəsinin real qiyməti dəyişir. Texnikanı 8000, 9000 və ya 11000 manata icarəyə vermək olar. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə qanunvericiliyin müvafiq normasını rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları xx.xx.2023-cü il tarixli Təhvil təslim aktından görünür ki, satıcı Bakı Mühəndiz Tikinti MMC buraxılış ili 1999-cu il, şassi nömrəsi 6626082, qeydiyyat nömrəsi AZ10L567, LİEBHERR A-900B markalı ekskavatoru alıcı Cavabdeh1 təhvil vermişdir. xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 LİEBHERR A-900B markalı, 110FC862 dövlət qeydiyyat nişanlı təkərli ekskavatoru satış qiyməti 11000 manat olmaqla İddiaçı1 satmışdır. xx.xx.2024-cü il tarixli Təhvil təslim aktından görünür ki, LİEBHERR A-900B markalı, 110FC862 dövlət qeydiyyat nişanlı, 1999-cu ildən olan texnika xx.xx.2024-cü il tarixli, TN- 24\170 nömrəli müqaviləyə əsasən satıcı Cavabdeh1 tərəfindən alıcı İddiaçı1 saz vəziyyətdə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 325172 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, 220 manat xidmət haqqı İddiaçı1 tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli AZ 004801 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, LİEBHERR A900B markalı Təkərli ekskavator İddiaçı1 adına qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli LAZ service tərəfindən təmirlə bağlı verilmiş arayışdan görünür ki, LİEBHERR A-900B markalı təkərli ekskavatorun hidrolik radiatoru sökülərək , təmirə göndərilmiş, yanacaq nasosları 4 ədəd yenisi ilə əvəz olunub, texnikanın qapaqları üzərinə bağlanmışdır. xx.xx.2024-cü il tarixli №27/i saylı əmrin sürətindən görünür ki, xidmətdənkənar vaxtında ədliyyə işçisi olmasını qabartmaqla onun xidməti fəaliyyətinin nüfuzuna xələl gətirməsinə yol verdiyinə görə 2 saylı cəzaçəkmə müəssisəsinin Tərbiyə işinin təşkilinin böyük inspektoru (dəstə rəisi) ədliyyə kapitanı Nümayəndə1 töhmət verilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, ərizəçiyə mülki məhkəmə icraatı qaydasında məhkməyə müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2025-cü il tarixli Texnika Serviz MMC tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası ərazisində yüksək tonnajlı dağ-mədən təyinatlı texnikaların aylıq icarə qiyməti Bakı şəhəri ərazisində aylıq 26 iş günü və gündəlik 8 saat olmaqla 15-17 tonluq təkərli ekskavator üçün 8000 manat və əlavə dəyər vergisi, digər rayonlarda isə eyni təyinatlı texnikalar müvafiq şərtlərlə 1000 manat və əlavə dəyər vergisi məbləğində hesablanır. Müxtəlif tarixli qaimə fakturalardan görünür ki, Liebherr A900 markalı texnikanın təmir olunması üçün təmirin ümumi qiyməti usta xərci Aslan usta-3000 manat, digər ustalar üçün 1200 manat, alınmış detalların ümumi qiyməti isə 2697 manat məbləğindədir. Whatsapp tətbiqi üzərindən aparılmış yazışmalardan və cd diskə əlavə edilmiş səsyazmalardan görünür ki, tərəflər arasında müxtəlif vaxtlarda ekskavatorun sənədləşməsi, təmiri, təhvil verilməsi ilə bağlı söhbətlər aparılmışdır. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
759. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.3 iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixlə Qərarı. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, iddiaçılardan Nümayəndə1 cavabdehlərdən Cavabdeh1 ekskavator almağı tapşırmış və bunun müqabilində xx.xx.2023-cü ildə Cavabdeh1 18000 manat məbləğində pul vermişdir. Tərəflər iddiaçı Nümayəndə1 tapşırığı əsasında alınmış ekskavatorun obyektiv məqsədlər üçün ilkin olaraq tapşırığı həyata keçirməyi öhdəsinə götürən Cavabdeh1 adına rəsmiləşdirilməsinə, daha sonra isə digər İddiaçı1 adına keçirilməsinə razılaşmışlar. Cavabdeh xx.xx.2023-cü il tarixində Cavabdeh1 texnikanı öz adına rəsmiləşdirməklə 11000 manata almış, beləliklə Nümayəndə1 ona tapşırdığı işi icra etmişdir. Göründüyü kimi, vəkalət verən Nümayəndə1 tapşırığın icrası üçün vəkalət alan Cavabdeh1 18000 manat versə də, sonuncu tapşırığı icra etmək üçün 11000 manat xərcləmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 tapşırığı icra etdikdən sonra artıq qalmış 8000 manat pul vəsaitini iddiaçı Nümayəndə1 qaytarmalı olsa da, bunu etməmişdir. Bundan sonra tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, podratçı olaraq Cavabdeh1 nəzərdə tutulan işi icra etməyi (ekskavatorun təmir- bərpa işlərini) öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddiaçı Nümayəndə1 məhkəmə iclasları zamanı izahatlarında 7000 manat deyil, 4000 manat ((1500 manat təmir, 500 manat texniki müayinədən keçirilmə (qəbz var), 2000 manat detallara sərf edilən vəsait) xərcləndiyini etiraf etmişdir. Cavabdeh1 isə ekskavatorun təmir bərpa işləri üçün 7000 manat məbləğində pulun vəsaiti xərcləndiyini bildirir. (texnikanın sənədləşdirilməsi üçün xidmət haqqı-220 manat, alınmış detallar üçün-2000 manat, texnikanın üzərində görülmüş servis işləri-1300 manat, texnika üçün şifariş olunmuş detal üçün-939 Euro, texniki müayinədən keçirilmə-495,50 manat). Lakin məhkəmə müəyyən edir ki, cavabdehin qeyd etdiyi işlər üzrə xərclərin cəmi 5866,50 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 939 Euro dəyərində olan detalla bağlı məhkəməyə yalnız qiymət sorğusu təqdim etmiş, iddiaçı isə 939 Euro olan “motion stop device” adlı detalla bağlı Cavabdeh1 məhkəməyə təqdim etmiş olduğu qiymət sorğusunu mübahisələndirərək, məhkəməyə təqdim etmiş olduğu fotoşəkillərdə ekskavatorun üzərində olan həmin detalın dəyişdirilmədiyini, alındığı vaxtda necə idisə qardaşına təhvil verilən zaman da eyni formada (üzərindəki cızıqlar, boya töküntüləri və.s) olduğunu məhkəmədə sübuta yetirə bilmişdir. Bundan əlavə iddiaçı Nümayəndə1 Cavabdeh1 texnikanın sənədləşdirilməsi üçün 220 manat ödəməsi ilə bağlı qeydinə etiraz edərək, 220 manat məbləğində xidmət haqqının qardaşı Hüseyonov Səbuhi tərəfindən ödənildiyini bildirmiş, buna dair sübutu məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə1 ekskavatorun təmir-bərpası və texniki müayinəsi üçün ümumilikdə 4000 manat vəsait sərf etdiyindən Cavabdeh1 tapşırığı icra etdikdən sonra artıq qalmış 3000 manat pul vəsaitini iddiaçı Nümayəndə1 qaytarmalıdır. Məhkəmə iddiaçının iddia tələbinin əldən çıxmış faydaya görə isə 75520 (yetmiş beş min beş yüz iyirmi) manat məbləğində pul tələbi hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 texnikanı 2023-cü ilin dekabr ayında əldə etdikdən sonra 2024-cü ilin iyul ayında iddiaçı tərəfə təhvil verdiyi vaxta qədər həmin texnikanın bəzi detallarının, təkərlərinin dəyişdirilməsi kimi işlər görmüşdür. Məhkəmə xatırladır ki, Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. (AR MM 427.2) Məhkəmə yuxarıda sadalanan işlərin icrası üçün 7 ayı ağlabatan müddət hesab etmir və belə nəticəyə gəlir ki, Cavabdeh1 üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirmişdir. Cavabdehin öhdəliyin icrasını gecikdirməsinə baxmayaraq, məhkəmə iddiaçının ondan 75520 manat məbləğində əldən çıxmış faydanı tələb etməsini haqlı hesab etmir. Belə ki, iddiaçı həmin ekskavatorun gec təhvil verilməsi nəticəsində aylıq 10000 manat icarə haqqından məhrum olduğunu bildirsə də, bunu məhkəmədə sübuta yetirə bilməmişdir. İddiaçı ekskavatorun icarəyə verilməsi müqabilində 10000 manat təklif olunması ilə bağlı whatsapp yazışmalarını təqdim etsə də, məhkəmə həmin sübuta münasibətdə bildirir ki, sözügedən adda ekskavatorun növündən, buraxılış ili və s.-dən asılı olaraq dəyər aralığı böyük olduğundan həmin whatsapp yazışmalarında məhz iddiaçıda olan ekskavator üçün o məbləğin təklif edildiyini müəyyən etmək mümkün deyil. Bundan başqa, məhkəmə vurğulayır ki, iddiaçı ekskavator ona vaxtında verilsəydi, onu icarəyə verərək 75520 manat qazanacağını iddia etsə də, avadanlıq ona təhvil verildikdən sonra məhkəməyə müraciət edənədək ötmüş 10 ay ərzində həmin avadanlığı ümumiyyətlə icarəyə verə bilməsi və verdiyi təqdirdə hansı haqq müqabilində icarəyə verməsi barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbinin 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsini iddiaçı Nümayəndə1 belə əsaslandırır ki, o, bu məsələ ilə bağlı dəfərlərlə Cavabdeh1lə telefon əlaqəsi saxlamış, yalan vədlər almış, danışıqlarının bir nəticə vermədiyini görərək onun çalışdığı və ekskavatorun alınmasında, təmirində vasitəçi olan şirkətə xidməti formada getdiyini etiraf etmişdir. Xidməti formada getdiyi üçün Cavabdeh1 də onun barəsində AR Ədliyyə Nazirliyi Penitensiar xidmətə şikayət etdiyindən onun barəsində töhmət elan edilmiş, o vəzifə artımı gözlədiyi ərəfədə bundan məhrum olmuşdur və bu hal iddiaçı Nümayəndə1 çox pis təsir etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş əmrə əsasən müəyyən edir ki, iddiaçı Nümayəndə1 Cavabdeh1 çalışdığı şirkətə xidməti formasında gedərək qardaşı digər İddiaçı1 məsus ekskavatorun təmir olunduğu müddət ərzində qazanıla biləcək 30000 manat dəyərində gəlirin itirilməsinə görə dəymiş zərərin ödənilməsini tələb etmiş, xidməti vəzifələrinə aid olmayan məsələlərə müdaxilə etməklə ədliyyə işçisi olduğunu qabartmaqla ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol vermişdir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı iddiaçı Nümayəndə1 dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı Nümayəndə1 şəxsi münasibətlərində ədliyyə işçisi olduğunu qabartmaqla ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə şüurlu şəkildə yol vermişdir. Məhkəmə hesab edir ki, iddiaçı Nümayəndə1 o cür nüfuzlu qurumun əməkdaşı olaraq sözügedən hərəkətlərin onun üçün belə nəticələrə gətirib çıxaracağını bilməli idi. Belə olan halda, məhkəmə o nəticəyə gəlir ki, iddiaçı Nümayəndə1 irəli sürdüyü əsasla ona mənəvi zərər ödənilməsini tələb etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərarda həmçinin göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Bundan başqa, sözügedən Qərarda vurğulanır ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, hesab edir ki, nə də iddiaçı Nümayəndə1, nə də İddiaçı1 onlara mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlı olmamışdır.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 3000 manat məbləğində pul iddiaçı Nümayəndə1 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 50 (əlli) manat Cavabdeh1 tutularaq iddiaçı Nümayəndə1 ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh1 tapşırıq müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 3000 (üç min) manat məbləğində pul iddiaçı Nümayəndə1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat Cavabdeh1 tutularaq iddiaçı Nümayəndə1 xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova