Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3109/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Talıbova Leyla Oruc qızı İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 İddiaçı7, İddiaçı8 cavabdeh Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs X2 qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 İddiaçı7, İddiaçı8 cavabdeh Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X* onların mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi ** saylı evin *8 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin Suraxanı rayon Polis İdarəsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddiaçının ərizəsinin mahiyyətindən göründüyü kimi iddiaçı cavabdeh Suraxanı rayon Polis İdarəsinin üzərinə üçüncü şəxsin mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin Suraxanı rayon Polis İdarəsinə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının 2-ci bəndindən müəyyən olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, iddiaçının tələbi inzibati orqan ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin *5*.*, *53.2.*, *53.3-cü maddələrinə əsasən ərizələrin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır; ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir; hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunan qanunların tələbinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya izah edilməlidir ki, həmin tələblə bağlı Suraxanı rayon Polis İdarəsinə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26*-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı*, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 İddiaçı7, İddiaçı8 cavabdeh Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs X2 qarşı “qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya qeydiyyatdan çıxarılma tələbi ilə Suraxanı rayon Polis İdarəsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan *0 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3109/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3109/2023
24.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver