Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3117/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İş № 2(010)-3117/2020 Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il Bakı şəhəri Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 3425.61 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3455.61 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlaxalq Bankı İddiaçı Şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Haşımov Yusif Lütvəli oğlu arasında xx.xx.2018-ci il tarixində T/17915 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1402AZ**********98 saylı qaz sayğacı quraşdırılmışdır. İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 799,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat aktlar əsasında cəmi 3081,6 manat məbləğində İddiaçı İB-yə maddi zərəin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə olaraq cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq 2017-ci ilin yanvar ayına kimi İddiaçı İB-yə 344,01 manat məbləğində qalıq borcu da mövcuddur. Cavabdeh tərəfindən iddaçı İddiaçı İB-yə ödənilməli olan borc məbləği 3425,61 manat təşkil etməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı İstehsalat Birliyi ilə abonent Haşımov Yusif Lütvəli oğlu arasında xx.xx.2018-ci il tarixində T/17915 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” dən görünür ki, tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh mıxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. İddiaçı İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1402AZ**********98 saylı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı , xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkatrlanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrin surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 799,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 100,8 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat zərər hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2018-ci il tarixində T/17915 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 1402AZ**********98 saylı qaz sayğacı quraşdırılmışdır. Cavabdehin istifadəsində olan G-4 markalı 1402AZ**********98 saylı qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə müəyyən olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib olunmuşdur. Həmin aktlar əsasında cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3081,6 manat maddi zərər vurulduğu müəyyən edilmişdir. Ona görə də cavabdehdən iddiaçının xeyrinə maddi zərər olaraq 3081,6 manat tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə hesab edir ki, cavabdeh qeyri-qanuni yolla təbii qazdan istifadə etməklə iddiaçıya zərər vurmuşdur və iddiaçı bu zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. İtirilmiş qazın bərpası üçün hesabat qaz işlədicisinin maksimal saatın qaz sərfinə uyğun aparılmışdır ki, bu da tərəflər arasında bağlanmış müqaviləyə və qanunvericiliyə uyğundur. Odur ki, iddia bu hissədə təmin edilməlidir. İddiaçı eyni zamanda, cavabdehdən 2017-ci ilin yanvar ayına kimi (təbii qaz xəttinə qeyri-qanuni qoşulduğu ilk günən kimi) hesablanmış 344.01 manat məbləğində borcu da tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçı bununla bağlıı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş borca dair arayış və abonentin saldosunda isə 344.01 manat borcla bağlı heç bir qeyd göstərilməmişdir. Əksinə, məhkəməyə təqdim edilmiş saldodan görünür ki, istehlakçı 2016-cı ildə 243.60 manat ödəniş edərək borcunu sıfırlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3081.6 manat (üç min səksən bir manat altmış qəpik) məbləğində dəymiş ziyan İddiaçı İB-nin Azərbaycan Beynəlaxalq Bankı İddiaçı Şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ72İBAZ********************) bank hesabına ödənilməlidir. Eyni zamanda, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3081.6 manat (üç min səksən bir manat altmış qəpik) məbləğində dəymiş ziyan və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3117/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3117/2020
02.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver