Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3131/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, iddiaçılar İddiaçı və X1 cavabdeh Badu-Kubə” Mənzil Tiknti Kooperativinə, və üçüncü şəxs qismində cəlb etdiyi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı rayon İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyinin Suraxanı rayon və İcra Probasiya Şöbəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsnin cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı və X2 cavabdeh “Badu-Kubə” Mənzil Tiknti Kooperativinə və üçüncü şəxs qismində cəlb etdiyi Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı rayon İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyinin Suraxanı rayon və İcra Probasiya Şöbəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsinin cavabdehə qadağan edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Bu baxımdan ilk növbədə qeyd edilməlidir ki, iddiaçılar İddiaçı və X2 oxşar tələblə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və 06 aprel 2021-ci il tarixli qərardadla onun ərizəsi yolverilməz hesab edilərək qərardada qeyd olunmuşdur ki, Suraxanı rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(010)-816/2018 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçılar icra orqanı Bakı şəhər Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlə məhkəməyə müraciət etməli olduğu halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 10.10.2017-ci il tarixli qərarında vurğulanmış hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, həmin tələbə iddia icraatı qaydasında baxıla bilməz. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. Belə ki, “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Göründüyü kimi, qanunverici icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş əsaslandırılmış qərarın məhz icra sənədini vermiş məhkəməyə göndərilməsini müəyyən etmişdir. Eyni zamanda, “İcra haqqında” Qanunun 20.4-cü maddəsində müəyyən olunmuşdur ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. İcra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Eyni zamanda, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər (“İcra haqqında” Qanunun 20.5-ci maddəsi). Belə olan halda hesab edirəm ki, icra məmurunun hərəkətindən iddia ərizəsi ilə iddia icraatı qaydasında müraciət edilməsi Konstitusiya Məhkəməsinin istinad edilən qərarında vurğulanmış ümumi hüquqi mövqeyə ziddir və istinad olunan qanunvericilik normasında tərəflərin müvafiq məhkəməyə 30 gün müddətində şikayət vermək hüquqları təsbit edildiyindən, Konstitusiya Məhkəməsinin istinad edilən qərarında vurğulanmış hüquqi mövqeyə uyğun olaraq hazırkı işə iddia icraatı qaydasında deyil, mübahisələndirilən qərardan qərarın surətini aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində icra sənədini vermiş Suraxanı Rayon Məhkəməsinə şikayət verilməklə baxılmalıdır. Digər tərəfdən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 88 və 89cu maddələrində konkret olaraq hansı hallarda məhkəməyə müstəqil iddia tələbi ilə müraciət edilməli olduğu hallar sadalanmışdır və bunun bütün hallara eynilə şamil edilməsi maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı və X1 cavabdeh “Badu-Kubə” Mənzil Tiknti Kooperativinə və üçüncü şəxs qismində cəlb edilmiş Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinə, Suraxanı rayon İcra Hakimiyyətinə və Ədliyyə Nazirliyinin Suraxanı rayon və İcra Probasiya Şöbəsinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, müəyyən hərəkətlərin edilməsnin cavabdehə qadağan edilməsi” tələbi barədə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. İddiaçılara icra məmurunun hərəkətindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydasında, qalan hissədə ümumi qaydada iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3131/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3131/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver