Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3134/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin etibaramə üzrə nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təqsirli hərəkəti nəticəsində Beynəlxalq Avtovağzalın yaxınlığı, Bakı-Quba yolunun 7.4 km-də quraşdırılmış Daxili İşlər Nazirliyinə məxsus video müşahidə nöqtəsinə dəymiş ziyanın – 9630 manat məbləğində pulun cavabdehdən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il saat 07:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən 7,4-cü kilometrində idarə etdiyi İSUZU NPR 66L yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən ani olaraq diqqətini yoldan ayırması nəticəsində “X10” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq eyni istiqamətdə yol kənarında avtomobili saxlamaq üçün nəzərdə tutulmuş neytral hissədə sürücü X3 tərəfindən dayandırılmış MERCEDES BENZ minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ardından Cavabdeh idarə etdiyi İSUZU NPR 66L yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarındakı müşahidə kamerasının dirəyinə dəyərək aşmış, nəticədə müşahidə kamerasının dirəyi əzilərək video müşahidə nöqtəsinə maddi ziyan dəymişdir. İSUZU NPR 66L yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh və MERCEDES BENZ minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərinin “X10” Azərbaycan Respublikası Qanununun tələbləri ilə uyğunsuzluqlar olub-olmaması və hadisənin qarşısını almağa texniki imkanların olub-olmamasını müəyyən etmək üçün material üzrə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin edilmişdir. Yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1924 №-li rəyinə əsasən İSUZU NPR 66L yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh “X10” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbləri ilə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı sağlamlığa az ağır zərər vurma əlamətlərinə malik olan xəsarətlər aşkar edilmiş vətəndaş X4 ilə hadisəni törətmiş Cavabdeh barışdıqlarına görə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür. İşə əlavə edilmiş materiallardan aydın olur ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Bakı-Quba yolu 7.4 km-də quraşdırılmış video müşahidə nöqtəsi xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər görmüşdür. "xxxx" MMC tərəfindən video müşahidə nöqtəsinə dəyən zərər yerində tədqiq edilmiş və tərtib edilmiş akta əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: 1 ədəd İP qutu – təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 1100 azn; 1 ədəd hərəkətli kamera - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 1838 azn; 3 ədəd sabit kamera - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 2532 azn; 1 ədəd Switch - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 753 azn; 1 ədəd UPS - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 827 azn; 1 ədəd dirək təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 1890 azn; nöqtənin sökülməsi, yenidən bərpa edilməsi, işçilik və nəqliyyat – 690 azn; ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər məbləği 9630 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində DİN-in əmlakına zərər vurulması mübahisəsizdir və yolnəqliyyat hadisəsi zamanı video müşahidə nöqtəsinə ciddi zədələrin vurulması iddia ərizəsinə əlavə edilmiş fotoşəkillərlə də aşkar müəyyən olunur. Cavabdeh mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığından, 9630 azn maddi zərər cavabdehdən tutularaq DİN-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, 05 avqust 2021-ci ildə saat 07:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Binəqədi rayonu ərazisindən keçən keçən 7.4-cü kilometrində idarə etdiyi “İsuzu NPR 66L” yük markalı avtomobillə yuxulu olduğuna görə yolun sağ kənarındakı müşahidə kamerasının dirəyinə dəyərək aşmışdır. Müşahidə kamerasına 9630 manat məbləğində ziyan dəymişdir. Lakin bununla bağlı o Sığorta şirkətinə müraxiət etmiş və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona məktub verilmiş və həmin məktubda qeyd olunmuşdur ki, Daxili İşlər Nazirliyinə məxsus video müşahidə nöqtəsinə və Mercedes Benz markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi zərər dəydiyindən dəymiş zərər sığorta məbləğini keçdiyindən proporsional qaydada bölünmüşdür. Mercedes Benz markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1883.50 manat, DİN-nə məxsus video müşahidə nöqtəsinə isə 3116.50 manat dəymiş zərər müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən sığorta şirkəti tərəfindən ödənilməli olan sığorta ödənişi nəzərə alınmaqla iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 11 avqust 2021-ci il tarixli aktında qeyd edilir: “Biz, "xxxx" MMC şirkətinin layihə nəzarət rəhbəri X8, bu aktı ona görə tərtib etdik ki, Beynəlxalq Avtovağzalın yaxınlığı, Bakı-Quba yolu 7.4 km də quraşdırılmış video müşahidə nöqtəsi xx.xx.2021-ci il tarixində yol nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. Hadisə zamanı Video Müşahidə nöqtəsinə dəyən maddi zərər göstərilmişdir. 1 (bir) ədəd İP qutu – təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 1100 azn; 1 (bir) ədəd hərəkətli kamera - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 1838 azn; 3 (üç) ədəd sabit kamera - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 2532 azn; 1 (bir) ədəd Switch - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 753 azn; 1 (bir) ədəd UPS - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 827 azn; 1 (bir) ədəd dirək - təmirə yararsız olduğundan yenisi ilə əvəz olunmalı – 1890 azn; nöqtənin sökülməsi, yenidən bərpa edilməsi, işçilik və nəqliyyat – 690 azn; ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərərin məbləği 9630 manat”. İş materiallarına əlavə edilmiş ƏN-V nömrəli 399477 seriyalı etibarnamənin surətindən müəyyən edilir ki, “İsuzu NPR 66L” yük markalı ** KM *** dövlət nömrə nişanlı avtomaşının mülkiyyətçisi X9 xx.xx.2020-ci il tarixdə avtomobilin üzərində hüquqları 10 oktyabr 2023-cü ilədək Cavabdeh etibar edilmişdir. İş materiallarına əlavə edilmiş Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X5 04 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməklə Cavabdeh xəsarət almış X4 bir-biri ilə barışdığına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş İXP seriyalı ******* saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin 04 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “Təhlükəsiz Şəhər” sistemi Daxili İşlər Nazirliyinə məxsus olduğundan, Respublika ərazisində mövcud olan videomüşahidə kameraları Nazirliyin balansında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Suraxanı Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(010)-425/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh 3936.50 manat məbləğində dəymiş ziyan və 59.90 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X2 verilməsi, iş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar 500 manat məbləğində qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 03 oktyabr 2022-ci il tarixli 05/1965 nömrəli məktubundan görünür ki, hər iki əmlaka (İsuzu markalı ** KM *** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillər) dəymiş zərər sığorta məbləğini keçdiyi üçün zərərlər proporsional olaraq aşağıdakı qaydada bölünmüşdür: “MERCEDES BENZ” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 1883 manat 50 qəpik, Daxili İşlər Nazirliyinə məxsus video müşahidə nöqtəsinə isə 3116 manat 50 qəpik hesablanmışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2021-ci il saat 07:00 radələrində idarə etdiyi İSUZU NPR 66L yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobillə eyni istiqamətdə yol kənarında dayandırılmış MERCEDES BENZ minik markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, ardından Cavabdeh idarə etdiyi İSUZU NPR 66L yük markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ kənarındakı müşahidə kamerasının dirəyinə dəyərək aşmış, nəticədə müşahidə kamerasının dirəyi əzilərək video müşahidə nöqtəsinə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı sağlamlığa az ağır zərər vurma əlamətlərinə malik olan xəsarətlər aşkar edilmiş vətəndaş X4 ilə hadisəni törətmiş Cavabdeh barışdıqlarına görə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür. İşə əlavə edilmiş materiallardan aydın olur ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus Bakı-Quba yolu 7.4 km-də quraşdırılmış video müşahidə nöqtəsi xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər görmüşdür. "xxxx" MMC tərəfindən tərtib edilmiş akta əsasən ümumilikdə hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərərin məbləği 9630 manat təşkil etmişdir. Sığorta təşkilatı tərəfindən verilmiş məktuba əsasən dəymiş zərər iki hissəsyə bölünmüş və “MERCEDES BENZ” markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 1883 manat 50 qəpik, Daxili İşlər Nazirliyinə məxsus video müşahidə nöqtəsinə isə 3116 manat 50 qəpik hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olduğundan və DİN-nin video müşahidə nöqtəsinə zərər dəydiyindən iddia tələbi qismən təmin olunmalı və sığorta şirkəti tərəfindən ödənilməli olan sığorta məbləği nəzərə alınmaqla (9630-3116.50)6513.50 manat dəymiş zərər Cavabdeh tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 6513,50 (altı min beş yüz on üç manat, əlli qəpik) manat məbləğində vurulmuş zərər tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3134/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3134/2022
07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver