Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3135/2020 05.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında ba-xaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxxxxxxx” Şirkətinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Assent” markalı H 020 191 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1551,77 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu cəmi 1582,17 manat Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı X5 Səhmdar Cəmiyyətinin Cavabdeh«xxxxxxxxxxxx” Şirkətinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Hyundai Assent” markalı H 020 191 dövlət qeydiyyat nişanlı avtomobilə vurulan ziyanın əvəzində 1551,77 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu cəmi 1582,17 manatməbləğin tutulması barədə kiçik iddia ərizəsinə iddia icraatı qaydasında baxılmasıqərara alınmışdır. Məhkəmə iclasında İddiaçı X5 Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh xx.xx.2011 -ci il tarixdə idarə etdiyi “VAZ 21074” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəh, Şərifli küçəsində hava şəraitini düzgün seçməyərək “xxxxxxxxxxxx” Şirkətinə məxsus və İddiaçı Sığorta Şirkətində sığortalanmış “Flyundai Accent” markalı, H 020 191 dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur, nəticədə sonuncuya maddi ziyan vurmuşdur. Fladisədən sonra məlum olmuşdur ki, “VAZ 21074” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə tarixində icbari sığorta şəhadətnaməsi olmamışdır. İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığorta şəhadətnaməsi olmadığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Belə ki həmin qanunun 53.2-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli, 3(007)-855/2011 saylı X4 İş üzrə Qərarında öz əksini tapmışdır. “xxxxxxxxxxxxxxxx” MMC-nin təqdim etdiyi xx.xx.2011 -ci il tarixli Qiymətlərin razılaşdırma protokoluna uyğun olaraq, “Hyundai Accent" markalı, H 020 191 dövlət qeydiyyat nişanlı avtomobilə 1630.41 (bir min altı yüz otuz manat 41 qəpik) manat zərər təyin edilmişdir. MİC-100441-U00 saylı sığorta müqaviləsinin 1595/2011 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti sığortalıya 78.64 (yetmiş səkkiz manat 64 qəpik) azadolma məbləği çıxılmaqla 1551.77 (bir min beş yüz əlli bir manat 77 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “İddiaçı" sığorta şirkətinə dəymiş 1551.77 (bir min beş yüz əlli bir manat 77 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq İddiaçının xeyrinə tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahişedir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 1595 saylı sığorta aktından görünür ki, xx.xx.2011-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1630,41 manat zərər təyin olunmuşdur. İş materiallarında olan Nizami rayon məhkəməsinin 27.10. may 2011-ci il tarixli 3(007)-855/2011 saylı qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2011-ci ildə saat 11:30 radələrində şərifli küçəsi «Vərəm Dispanseri»nin qarşısında sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edərək yol-nəqliyyat hadisəsi törədərək özündən qarşıdan gedən «Hyundai Accent» markalı H020191 dövlət nömrə nişanlı avtomobil arxadan vurmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsi ilə təqsirli bilinərək, 180 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxxxxxx MMC-nin hesabına ümumilikdə 1630,41 manat məbləğində sığorta ödənişi verilmişdir. İş materialları ilə müəyyən edilir ki, X3 VAZ-21074 markalı ** BU *** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı etibar etmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla 1xx.xx.2010-cu ildə İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta ilə sığortalanmış,“Set Avto LTD” şirkətinə məxsus olan və Cavabdeh tərəfindən sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ-21074 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar İddiaçıxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxcəmi 78,64 manat azadolma məbləği çıxılmaqla 1581,77 manat sığorta ödənişi ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir)və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəlini iddia tələbi üzrə tətbiq edərək hesab edir ki, iddiaçı zərərçəkənə dəymiş zərərin əvəzini sonuncuya ödədiyindən onun cavabdehlərdən tələb etmək hüququ ödənilmiş məbləğ həddində iddiaçıya keçdiyindən iddia tələbi əsaslı olduğuna görə təmin edilməli və cavabdehdən 1551,77 manat tutularaq, iddiaçı “İddiaçı Sığorta” Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqıödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı cavabdehlərəaid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1551,77 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumu olmaqla cəmi 1582,17 manat məbləğində pul vəsaiti İddiaçı X5 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3135/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-3135/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver