Məhkəmə qərarları › İş №2(010)-3165/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3165/2020

09.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3165/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin alınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 1566 manat və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində Bakı şəhəri 16 saylı notariat kontorunda onunla Cavabdeh ilə aralarında 22000 manat borc olması barədə borc müqaviləsi bağlanmışdır. Cavabdeh Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsi 2 ünvanında yerləşən və ona məxsus olan əmlakı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə yüklü etdirmişdir. Tutma ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.4 m2 olan bir otaqlı fərdi yaşayış evinə yönəldilmiş və qiymətləndirilməyə göndərilərək 150 manat xidmət haqqı tutulmuşdur. Hərrac nəticəsi haqqında yekun protokol Y-258 və hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqaviləyə əsasən 22313 manata satılmış, hərracın keçirilməsi və sənədləşdirilməsi üçün alıcıdan (yəni ondan) 1118 manat məbləğində pul tutulmuşdur. Cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.4 m2, yaşayış sahəsi 15.4 m2, yardımçı sahəsi 34 m2 olan bir otaqlı fərdi yaşayış evinə dair sənədlərin alınmasına 163 manat, evdəki əşyaların daşınmasına 135 manat pul onun tərəfindən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: “Azcargo” Logistik və İdarəetmə Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh təhvil verdiyi mebel və əlavə ev əşyaları Bakı şəhəri Zığ qəsəbəsi ünvanından Günəşli qəsəbəsinə daşınmış, 135 manat məbləğində daşınma xərcini İddiaçı ödəmiş, Cavabdeh bu pulun qaytarılmasına söz vermişdir. Akt Cavabdeh tərəfindən imzalanmışdır. İpoteka saxlayan İddiaçı və ipoteka qoyan X4 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən evini 3M-242 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. “xxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 039526 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı 150 manat məbləğində kassaya pul köçürmüşdür. Altı ədəd qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində AR ƏMDK yanında DƏDRX hesabına 160 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “xxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı tərəfindən 1118 manat məbləğində pul kassaya mədaxil edilmişdir. “X1 Mərkəzi” tərəfindən tərtib edilmiş hərracın nəticələrinə dair xx.xx.2018-ci il tarixli, Y- 258 nömrəli yekun protokoldan və həmin tarixli hərracın yekunları üzrə əmlakın alğısatqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus ünvan 1-də yerləşən və ilkin satış qiyməti 35000 manat olan fərdi yaşayış evi 22313 manata İddiaçı satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindın görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2018-ci il tarixindən İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Suraxanı rayon İcra və probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli “icra hərəkətlərinin həyata keçirilməsini xərcləri barədə” qərardan görünür ki, 1128 manat məbləğində pul vəsaitinin əlavə çəkilən xərc hesabına borclu Cavabdeh tələbkar İddiaçı hesabına tutulması qərara alınmışdır. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə İddiaçı 22000 manat məbləğində borc pul götürmüş, borcun təminatı olaraq öhdəliyin icra edilməsi məqsədilə aralarında həmin tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən evini 3M-242 saylı, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasını təmin etmək məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Borclu öhdəliyi lazımi qaydada icra etmədiyindən tələb icra qaydasında ipoteka predmetinə yönəldilmiş və Cavabdeh məxsus ünvan 1-də yerləşən və ilkin satış qiyməti 35000 manat olan fərdi yaşayış evi 22313 manata İddiaçı satılmışdır. Bundan sonra İcra Şöbəsi tərəfindən hərracın keçirilməsi ilə əlaqədar 1128 manat məbləğində xərcin borclu Cavabdeh tutulması qərara alınmışdır. İddiaçı isə hazırda cavabadehdən hərracın keçirilməsi ilə əlaqədar 1118 manat pul tələb edir. Bundan başqa, iddiaçı ipoteka predmetinin qiymətləndirilməsi üçün 150 manat, evə dair sənədlərin alınması üçün 163 manat və əşyaların daşınması üçün 135 manat məbləğində pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən icra hərəkətlərinə görə çəkdiyi 1118 manat xərcin əvəzini tələb edir. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi tam əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Bu Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra məmurlarının xüsusi fonduna köçürülür. Hazırkı işdən görünür ki, icra hərəkətlərinin keçirilməsi ilə əlaqədar 1128 manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Yuxarıda göstərilən qanunun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borclu tərəfindən ödənilməli olmasına baxmayaraq, bu xərcləri tələbkar kimi İddiaçı ödəmiş olduğundan və onun bu pulu ödəmiş olması icra məmurunun müvafiq qərarından və qəbzdən sübut olduğundan iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, icra məmuru qərarında 1128 manat məbləğində xərc göstərsə də iddiaçı 1118 manat tələb etdiyindən və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığından iddia bu hissədə iddia tələbində olduğu kimi 1118 manat həcmində təmin edilməlidir. Məhkəmə hesab edir ki, eyni əsasla iddia 150 manat qiymətləndirmə xərci ilə bağlı hissədə də əsaslıdır. Belə ki, bu xərci də İddiaçı ödəmiş (bu barədə qəbz iş materiallarında mövcuddur) və haqlı olaraq həmin pulu da icra xərci kimi cavabdehdən tələb etmişdir. Odur ki, iddia bu hissədə də təmin edilməlidir. Məhkəmə 135 manat məbləğində daşınma xərci hissəsində iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 79.2.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına dair xərclər aiddir. Göründüyü kimi borclunun əmlakının daşınması xərci də icra hərəkətlərinin həyata keçirilməsi xərclərinə daxildir və artıq yuxarıda qeyd edildiyi kimi bu xərclər də borclu tərəfindən ödənilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı daşınma xərclərinin özü tərəfindən ödənildiyini təsdiq edən daşıma şirkətinin müvafiq aktını məhkəməyə təqdim etmişdir. Bu zaman Cavabdeh da akta imza edərək 135 manat məbləğində daşıma xərcini qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, iddia 135 manat məbləğində daşıma xərci ilə bağlı hissədə də əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddia evin sənədləşdirilməsi üçün 163 manat məbləğində xərcin ödənilməsi hissəsində əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646-cı maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 647-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. Yəni qanunla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xərcləri alıcı İddiaçı çəkməlidir. Bu mənada iddiaçı bu pulu cavabdehdən tələb edə bilməz. Odur ki, iddia bu hissədə əsassızdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1403 (1118+150+135) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənimiş 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1403 (min dörd yüz üç) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar