Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3165/2023 29.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X35 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X5, Cavabdeh2 və onun nümayəndəsi (vəkili) X4, Cavabdeh X8, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər X11 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi və ya dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. “Elektron notariat” X1 çıxarışdan görünür ki, mülkiyyətçi İddiaçı tərəfindən mülkiyyətində olan Toyota Corolla markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dair (İstehsal ili:2005, mühərrik № 0200946, BAN № JTDKC20E5********) X9 xx.xx.2021-ci il tarixdə etibarnamə verilmiş, Rəhimov Sadəddin tərəfindən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri olan etibarnamə verilmişdir. Həmin etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
2. Daxili İşlər Nazirliyi Baş X40 İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli sorğuya cavabdan görünür ki, DİN Baş X40 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən Toyota Corolla markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və yeni **-GF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X8 adına rəsmiləşdirilmişdir.
3. DİN Baş X40 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş kompyuter çıxarışdan və sənədlərdən görünür ki, **-HZ-*** qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə Toyota Corolla markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh2 nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixdə avtomobilə dair Cavabdeh3 nəqliyyat vasitəsinə dair sərəncam hüququ verən etibarnamə etibarnamə verilmişdir. xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında avtomobil X11 13800 manata satılmışdır.
4. xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, eManat vasitəsilə ümumilikdə 13000 manat məbləğində ödəniş edilmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində qeyd etmişdir ki, o, maşın alqı-satqısı ilə məşğuldur. Sadəddin Rəhimov və Emin adlı şəxslə aralarında bir necə dəfə maşın alqı-satqısı olduğundan onları tanıyır. Bir gün Emin ona zəng edərək bildirmişdir ki, “Totota Corolla” markalı avtomaşın satılır və ona almağa təklif etmişdir. Səbuhi ona bildirmişdir ki, hazırda pulu yoxdur, lakin avtomaşının satışında ona köməklik edə bilər. Bundan sonra Cavabdeh2la söhbət zamanı ona “Totota Corolla” markalı avtomaşının satılması barədə demiş və o həmin avtomaşını atası üçün almaq istədiyini bildirmişdir. Avtomaşına baxdıqdan sonra Vurğun avtomaşını almaq istədiyini bildirmiş və onun kartına pulu göndərmişdir. O da həmin gün Eminlə görüşmüş və pulu Eminə vermişdir. Emin Səadəddin və Elşənə zəng edərək maşın satdığını və iki günə etibarnamə verilməli olduğunu demiş, iki gündən sonra Vurğunun adına etibarnamə vermişdir. Emin avtomaşının satışından əldə edilən pulu Səadəddinə verməsəydi etibarnamə verilməzdi.
İddiaçının tələbi.
6. İddia tələbinin təmin edilməsi, “Toyota Corolla” markalı, **-HZ-*** (**-GF-***) dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X42 İdarəsi tərəfindən qeydə alınmış alqı-satqı müqaviləsinin ləğv edilməsi və ya “Toyota Corolla” markalı nəqliyyat vasitəsinin dəyərinin qiymətləndirilərək iddiaçıya dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, tanışları Cavabdeh2 və X18 etibarından sui-istifadə edərək onun mülkiyyətində olan nəqliyyat vasitəsi barədə səlahiyyətləri olmadığı təqdirdə alqı-satqı müqaviləsi rəsmiləşdirmişlər. “Toyota Corolla” markalı, **-HZ- *** dövlət qeydiyyat nişanlı (İstehsal ili:2005, mühərrik № 0200946, BAN № JTDKC20E5********) avtomobil xx.xx.2022-ci il tarixində onun adına rəsmiləşdirilmişdir. O, xx.xx.2021-ci il tarixində Bakı şəhəri 6 saylı notariat ofisində Sadəddin Rəhimova geniş səlahiyyətli etibarnamə (7E-27050) vermişdir. Həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixində Bakı şəhəri 23 saylı notariat ofisində Sadəddin Rəhimovun adından Cavabdeh2, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 43 saylı notariat ofisində isə Cavabdeh2 adından Cavabdeh3 sərəncam səlahiyyətli və Cavabdeh3 adından Elçin İskəndərova verilən istifadə hüquqlu etibarnamələr təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X42 İdarəsinə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, xx.xx.2023cü il tarixli alqı-satqı müqviləsi əsasında sözügedən nəqliyyat vasitəsi onun adından çıxarılmış və yeni **-GF-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X8 adına rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi bağlanılarkən artıq həmin şəxslərin nəqliyyat vasitəsinin alqı-satqı etməyə ixtiyarları olmamışdır. “Elektron notariat” X1 çıxarışa əsasən Bakı səhər 23 saylı notariat ofisinin natariusu X27 tərəfindən 14422 reystr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli X19 tərəfindən tərtib edilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X40 İdarəsi tərəfindən rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi qanuna zidd həyata keçirilmişdir. Belə ki, etibarnamənin ləğv olunması əməliyyatı və səlahiyyətlərə xitam verildiyi notariat orqanı tərəfindən sistemə işlənilməmişdir. Bununla da, ona maddi və mənəvi ziyan dəymiş, ailəsi çətin vəziyyətə düşmüş, əmlakı talan olunmuşdur.
8. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə verilərək Daxili İşlər Nazirliyi Baş X42 İdarəsində rəsmiləşdirilmiş Cavabdeh3 ilə (mülkiyyətçi İddiaçı adından) X18 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi, əks təqdirdə nəqliyyat vasitəsinin satışından əldə olunmuş 13800 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, sözügedən iş üzrə məhkəmənin sorğusuna cavab olaraq DİN Baş X40 İdarəsi tərəfindən göndərilmiş sənədlərə istinadən tələbin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Toyota Corolla minik markalı, **-HZ-*** qeydiyyat nişanlı, 2005-ci il buraxılış ili olan nəqliyyat vasitəsi Cavabdeh3 tərəfindən (etibarnamə əsasında) atası X11 13800 manat müqabilində satılmışdır. Bu səbəblə alqısatqı müqaviləsinin tərəfi olaraq Cavabdeh3 və DİN BDYPİ-in cavabdeh kimi işə cəlb edilməsi zərurəti yaranmışdır. İddiaçı Əli oğlu Cavabdeh2 mülkiyyətində olan “Toyota Corolla” markalı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında xx.xx.2022-ci il tarixli etibarnamə vermiş, sonuncu da xx.xx.2022-ci il tarixdə digər Cavabdeh3 etibarnamə verilmişdir. Cavabdeh2 verilmiş etibarnamə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və bu barədə dərhal özünə məlumat verilmişdir. Hətta Cavabdeh2 iddiaçı tərəfdən problemin həlli ilə bağlı vaxt istəmiş, həmin müddətdə nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamə istəmişdir. Cavabdehin xahişi iddiaçı tərəfindən təmin edilmədiyi təqdirdə ona verilmiş etibarnamənin ləğv edildiyini bildiyi halda bunu dövlət orqanlarından gizlətməklə və ya hər hansı bir üsul ilə yaxın qohumlar arasında formal müqavilənin bağlanmasına nail olmuşlar. Belə ki, müqavilənin surətindən göründüyü kimi nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi tərəflər arasında mübahisə yarandıqdan və etibarnaməyə xitam verildikdən (xx.xx.2023) bir həftə sonra yəni xx.xx.2023-cü il tarixdə bağlanmışdır. Nəqliyyat vasitəsinə verilmiş etibarnamənin ləğv edildiyini və sahibinin əmlakını tələb etdiyini bildiyi təqdirdə Cavabdeh3 atası X18 ilə arasında formal alqı-satqı müqaviləsi bağlayaraq nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə nail olmuşdur. Alqısatqı müqaviləsindən görünür ki, guya Cavabdeh3 İddiaçı təmsil edərək onun mülkiyyətində olan nəqliyyat vasitəsini atası X11 13800 manata satmışdır. Bununla belə alınan məbləğ iddiçaya ödənilməmişdir. Bu faktlar cavabdehlərin vicdanlı olmadığını sübuta yetirir. Həmçinin nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qanuni və real olmuş olsaydı belə əldə edilmiş vəsait iddiaçıya verilməli idi. Qanunvericiliyin tələbinə əsasən etibarnamə şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalətdir. Etibarnamə verilmiş Cavabdeh2 və İskəndərov Elçin mülkiyyətçinin nümayəndəsi qismində çıxış edirlər və etibarnamənin verilməsindəki məqsəd də nümayəndələri olaraq mülkiyyətçinin maraqlarının onlar tərəfindən qorunması, təmin olunmasıdır. Nümayəndələr mülkiyyətçinin əmlakını mülkiyyətçinin mənafeyi naminə idarə etməlidir. Cavabdehlər məhkəmə iclası zamanı izahatlarında, o cümlədən də yazılı etirazlarında aşkar şəkildə iddiaçıya ödəniş etmədiklərini etiraf etmişlər. Cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasında izahatında nəqliyyat vasitəsini 13000 manata satdığını və pulu Rəhimov Sadəddinə çatdırılması üçün vasitəçi X14 verdiyini etiraf etmişdir, sonuncu tərəfindən iddiaçıya maşının satışı ilə bağlı ödəniş edilməmişdir. İddiaçının X14 qarşı hər hansı tələb hüququ yaranmır. Cavabdeh2 üzərinə götürdüyü öhdəliyi layiqincə icra etməmişdir, nəqliyyat vasitəsinin satışından əldə olunan vəsait iddiaçıya ödənilməli idi. Vurğun X15rşı əsassız varlanma, vurulmuş zərərin ödənilməsi ilə bağlı müstəqil iddia qaldırılması hüququ vardır. X6 ilə hər hansı hüquq münasibəti mövcud deyildir. Təmsilçilik üçün ona hər hansı etibarnamə, tapşırıq verilməmişdir. Bundan əlavə Cavabdeh2 etirazında maşını 13300 manata X3 və sonuncu da maşını atasının adına rəsmiləşdirdiyini qeyd etmişdir, bu fakt da tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsinin formal olmasını təsdiq edir. xx.xx.2023-cü il tarixli alqı satqı müqaviləsi İddiaçı adından Cavabdeh3 ilə atası X18 arasında bağlanmışdır. Müqavilənin şərtlərindən görünür ki, mübahisə predmeti olan əmlak 13800 manata alıcı X2 və satıcı qismində mülkiyyətçini Cavabdeh3 təmsil etmişdir. Lakin iddiaçıya heç bir ödəniş olunmamışdır.
Tərəflərin izahatları.
10. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) X12 iddia tələbini müdafiə edərək izahatında qeyd etdi ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Toyota Corolla markalı nəqliyyat vasitəsinə sərəncam verilməsi üçün etibarnamə verilmiş, xx.xx.2022-ci il tarixdə Vurğun Cavabdeh3 etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixdə iddiaçıya nəqliyyat vasitəsinin satışından əldə edilən pul verilmədiyi üçün iddiaçı tərəfindən etibarnamə ləğv edilmişdir. Bu barədə Vurğuna dərhal məlumat verilmişdir. Cavabdeh2 iddiaçıya zəng edərək etibarnamə ləğv edilsə də, nəqliyyat vasitəsinin sürücülük hüququnun saxlanılması üçün etibarnamə verilməsini xahiş etmiş, iddiaçı isə razılaşmamışdır. Etibarnamənin ləğv olunduğunu bilən cavabdeh xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə nail olmuş, müqavilədə ödəniş 13800 manat kimi qeyd edilmişdir. Məhkəmə prosesində verilən izahatlardan da görünür ki, ödəniş formal olmuşdur. Digər cavabdeh etibarnamənin ləğv edildiyini bilərək nəqliyyat vasitəsini özgəninkiləşdirdiyi üçün cavabdeh vicdanlı alıcı hesab olunmur. Nəqliyyat vasitəsinin satışından əldə edilən pul iddiaçıya ödənilməmişdir. Etibarnamə verilməsi şəxsin etibarnamə verilən əmlak üzrə öz istədiyini edə bilməsi mənasını daşımır, əksinə bu o deməkdir ki, həmin şəxs mülkiyyətçini təmsil edir. Etibarnamədən də görünür ki, Səbuhi adlı şəxs iddiaçı tərəfindən nümayəndə kimi tanınmayıb, ona etibarnamə verilməyib, yəni Səbuhiylə bağlı heç bir tələb yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddiaya etiraz edərək, izahatında qeyd etdi ki, etibarnamənin ləğv olunmasından xəbəri olmayıb. Etibarnaməni almış və nəqliyyat vasitəsini atasının adına keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh X18 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddiaya etiraz edərək izahatında qeyd etdi ki, bankda işləyir və Səbuhi də onun müştərisidir. O, ümumiyyətlə mübahisə predmeti olan avtomobilin əvvəlki mülkiyyətçisini görməmişdir və tanımır. O, atasına maşın almış, lakin atası Rusiyaya getdiyi üçün o, avtomaşını satmalı olmuşdur. Belə ki, avtomobilin əvvəlki mülkiyyətçisi olan iddiaçının iddiasına görə “Totota Carolla” markalı, **-HZ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmışdır. Lakin həmin nəqliyyat vasitəsi Bakı şəhəri 6 saylı notariat ofisində (xx.xx.2021ci ildə) X9 verilmiş etibarnaməyə əsasən aralarında şifahi alqı-satqı müqaviləsi üzrə X17 vasitəsilə xx.xx.2022-ci il tarixdə ona (təmir haqqı 700) cəmi olaraq 13000 manata satılmışdır. O, avtomaşına vermiş olduğu pulu Rabitə Bank vasitəsi ilə (e-manat aparatında) xx.xx.2022-ci il tarixdə (5+3+5) Sadəddinə verilməsi üçün X21 vasitəsi ilə göndərmişdir. X16 pulu Səbuhidən aldıqdan sonra xx.xx.2022-ci il tarixdə ona onlayn qaydada baş etibarnamə vermişdir. O, pulu ödədikdən və etibarnaməni aldıqdan sonra xx.xx.2022-ci il tarixdə avtomaşını Səbuhidən götürmüşdür. Həmin tarixdən avtomaşın onun istifadəsində olmuşdur. Bununla əlaqədar o, xx.xx.2022-ci il tarixdə etibarnamə üzrə avtomaşını X20 13300 manata satmışdır. X24 həmin avtomaşını atası X8 adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin avtomaşına dair X18 mülkiyyətçi kimi qeydiyyatdadır. Bütün bunlara baxmayaraq o, vicdanlı alıcıdır. İddiaçı tərəfindən avtomaşına dair etibarnamənin ləğv edilməsi barədə onda məhkəməyə qədər heç bir məlumat olmamışdır. Bu barədə notariat ofisilərindən heç bir məlumat verilməmişdir. İddiaçı ilə X16 və X22 arasında əvvəllər avtomaşınların alqı-satqısı barədə iş birliyi olmuşdur. Onların iş birliyində aralarında ixtilafların olması iddiaçının belə bir əsassız iddiasına səbəb olmuşdur. X7 ilə münasibəti olmamışdır və bu ixtilafların ona heç bir aidiyyatı yoxdur. O və X18 vicdanlı alıcıdırlar. İddiaçı ondan ödəniş tələb etməmişdir. Pul Emin adlı şəxsə verilməli idi. Eminə pul verilməsəydi, ona etibarnamə verilməzdi. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) X10 iddia tələbinə etiraz edərək izahatında qeyd etdi ki, Cavabdeh2 Əli adlı şəxsə nəqliyyat vasitəsinə dair etibarnamə vermiş, Əli isə həmin nəqliyyat vasitəsini atasına satmışdır. Alı-satqı Səadəddin adlı şəxs tərəfindən edilib, polis tərəfindən rəsmiləşdirilib. İddiaçı cavabdehləri tanımayıb. Səadəddin başqasının adına xarici ölkədən maşınlar gətirir və onun komandası var ki, maşınları onlar satır. Səadəddin Bakıda, Vurğun Masallıda olmuşdur. Alqı-satqı bazarda olmuşdur. Ayın 7-si Vurğun tərəfindən pul göndərilib, ayın 9-u etibarnamə verilmiş, Vurğun maşını götürmüşdür. Pul ödənməsəydi etibarnamə də verilməzdi. İddiaçı tərəf qeyd edir ki, Vurğunu tanımır, Emin və Səbuhi adlı şəxslərə maşını satdırmışdır. İddiaçı tərəfə sual veriləndə qeyd edildi ki, maşın onlardan oğurlanmayıb, itirilməyib. Deməli, alqı-satqı edilmiş, maşın vicdanlı şəkildə əldə olunmuşdur. Cavabdeh etibarnamənin ləğv olunmasından xəbərdar olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əvəzli əldə edildikdə və əldə edən bunu bilmədikdə mülkiyyətçi o zaman əmlakı tələb edə bilər ki, əmlak mülkiyyətçi və ya sahibliyə verilmiş şəxs tərəfindən itirilsin və ya oğurlanmış olsun. Həmin nəqliyyat vasitəsi qanunsuz əldə edilməmişdir. Belə ki, cavabdehə etibarnamənin ləğv olunması barədə rəsmi məlumat verilməsinə dair iddiaçının sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi.
15. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X42 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və Bakı şəhəri 23 saylı Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə üçüncü şəxslərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Maddə 366.4. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
19. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir.
20. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixində Cavabdeh2, xx.xx.2022-ci il tarixində Cavabdeh3 avtomobil üzərində sərəncam verilməsi səlahiyyətni nəzərdə tutan etibarnamələr verilmişdir. Cavabdeh2 verilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqviləsi əsasında sözügedən nəqliyyat vasitəsi İddiaçı adından çıxarılmış və X8 adına rəsmiləşdirilmişdir. İddiaçı maşınnı pulunun ona çatmadığını, buna görə də Cavabdeh2 verdiyi etibarnaməni ləğv etdiyini, etibarnamənin ləğv edilməsi barədə Cavabdeh2 bildirdiyini, bundan sonra nəqliyyat vasitəsinin satıldığına istinad edərək, mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
21. Məhkəmə qeyd edir ki, iddiaçı Mülki Məcəllənin 366.1-ci maddəsinə görə etibarnaməni ləğv etdiyi barədə etibarnamə verilmiş şəxsi və ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borclu idi, çünki o bilirdi (bilməli idi) ki, verdiyi etibarnaməyə əsasən, hərəkət edən şəxs nəqliyyat vasitəsini sata bilər bilər. Lakin iddiaçı tərəfindən cavabdehi xəbərdar etmək barədə heç bir sübut iş materiallarında mövcud deyildir.
22. Məhkəmə hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdehlərə etibarnamənin ləğv olunması barədə rəsmi xəbərdarlıq etməmiş və ya rəsmi xəbərdarlıq etməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir.
23. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”.
25. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
26. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
27. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh E.İskəndərov ləğv olunduğunu bilmədiyi etibarnamə əsasında maşını alarkən vicdanlı hərəkət etmişdir
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir.
30. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, E.İskəndərov vicdanlı əldə edən olduğundan, onunla bağlanan alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz.
31. Məhkəmə qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə E.İskəndərov bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək nəqliyyat vasitəsini əldə etmiş və həmin əmlaka dair hüquqularını qeydə aldırmışdır.
32. Məhkəmə həmçinin iddiaçının “nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi, əks təqdirdə nəqliyyat vasitəsinin satışından əldə olunmuş 13800 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçıya ödənilməsi barədə” barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir.
33. Belə ki, iddia üzrə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi təmin edilmədiyindən, digər tələblərin təmin-olunub olunmamasının bilavasitə “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinin təmin olunub-olunmamasından asılı olduğundan, iddia tələbi bu hissəsində də təmin edilə bilməz.
34. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, göstərilənləri nəzərə alıb iddia tələblərini tam həcmdə təmin etmir.
Məhkəmə xərcləri.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin gəldiyi nəticə.
37. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Cavabdeh3 və Daxili İşlər Nazirliyi Baş X40 İdarəsinə qarşı – Daxili İşlər Nazirliyi Baş X42 İdarəsində rəsmiləşdirilmiş X25 ilə (mülkiyyətçi İddiaçı adından) Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin iddiaçıya təhvil verilməsi, əks təqdirdə nəqliyyat vasitəsinin satışından əldə olunmuş 13800 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və X13 alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməsin.. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.