Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3166/2023 30.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Yunı̇ s oğlunun cavabdehlər Xudaverdı̇ yev Elman Haqverdi oğlu və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Yunı̇ s oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəh, Suraxanı ray,Y/S qəs, Mərkəzi küç, 3-cü döngə,ev 198 saylı mənzildən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. 10 may 2023-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Bakı şəhəri, Yeni Suraxanı,Mərkəz küçəsi,3-cü cöngə,ev 198 saylı mənzili almışdır. Cavabdehlər isə evi satdıqdan sonra oradan köçüb getmiş, lakin onlar mənzildən qeydiyyatdan çıxmamışlar. AR ƏMDRX-dən ********** saylı xx.xx.2023- cü il tarixli Çıxarış verilmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı Yunı̇ s oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə razı olduğunu bildirdi.
5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbi ilə razı olduğunu bildirdi.
İş materialları.
6. xx.xx.2023-cü il tarixli, 8İ-2417 reyestr nömrəli ərizədən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin (mülkiyyətində olan torpaq sahəsi ilə birlikdə) satılmasına etirazının olmadığını bildirmişdir. Eyni zamanda, müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür.
7. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.9 kv.m olan fərdi yaşayış evini və ünvan 1 ünvanında yerləşən 0.035 ha torpaq sahəsini alıcı İddiaçı Yunı̇ s oğluna satmışdır.
8. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X1 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.9 kv.m olan fərdi yaşayış evi İddiaçı Yunı̇ s oğlunun mülkiyyətindədir.
İşin faktiki halları.
9. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 105.9 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 tərəfindən İddiaçı Yunı̇ s oğluna satılmış və iddiaçının həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona həmin fərdi yaşayış evinə dair çıxarış təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehlərin ona aid mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Cavabdehlər də öz növbəsində iddia tələbi ilə razı olduqlarını bildirmişdirlər.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.2 Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3 Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
Məhkəmənin mövqeyi
13. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
14. Məhkəmə işin hallarına qiymət verərək hesab edir ki, cavabdehlərin iddia tələbini qəbul etmələri qanuna zidd deyildir və iddia tələbi bu səbəblə təmin edilə bilər.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Xudaverdı̇ yev Elman Haqverdi oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yunı̇ s oğluna ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
17. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Xudaverdı̇ yev Elman Haqverdi oğlu və Cavabdeh2 İddiaçı Yunı̇ s oğluna məxsus ünvan 1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Xudaverdı̇ yev Elman Haqverdi oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yunı̇ s oğluna ödənilməlidir.
18. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdehlər Xudaverdı̇ yev Elman Haqverdi oğlu və Cavabdeh2 İddiaçı Yunı̇ s oğluna məxsus ünvan 1 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Xudaverdı̇ yev Elman Haqverdi oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Yunı̇ s oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.