Məhkəmə qərarları › İş №2(010)-3177/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3177/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzilə istifadə hüququn
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3177/2021 23.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasmov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, iddiaçı “Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh1 Qənı̇ mət qızı qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh1 Qənı̇ mət qızına qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 640 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03.05.2021-ci il tarixinə olan 41130.29 (qırx bir min yüz otuz manat iyirmi doqquz qəpik) manat əsas borc, 3354.03 (üç min üç yüz əlli dörd manat üç qəpik) manat faiz borcu, cəmi borc 44484.32 (qırx dörd min dörd yüz səksən dörd manat otuz iki qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı ilə bağlanan 30 dekabr 2015-ci il tarixli 3M-217 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Bağırova (Həsənova) Şölə Qənimət qızına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulması və həmin fərdi yaşayış evinin boşaldılmasına dair barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Bank "BTB” Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edib iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 640 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Gəncə şəh., Ş.İ.Xətai pr.,125 ünvanında tikilən 12 mərtəbəli yaşayış ünvanında yerləşən “İnkişaf’ MTK tərəfindən inşa olunan binanın səkkizinci mərtəbəsindəki 3 otaqlı 128 kv.m-dən ibarət olan 64 saylı yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 44.000 (qırx dörd min) manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Kreditin təminatı qismində cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı ilə 30 dekabr 2015-ci il tarixdə "xxxx" ASC arasında 3M-217 nömrəli ipoteka müqaviləsi bağlanmış və sonun cu özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidır. Fərdi yaşayış evinin satış qiyməti 55.000 (əlli beş min) manatdır. İpoteka qoyan fərdi yaşayış evini (bundan sonra ipoteka predmeti) bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 640 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 339.60 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 30 dekabr 2015-ci il tarixli 640 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdeh1 və üçüncü şəxs Cavabdeh2 isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 dekabr 2015-ci il tarixli 640 saylı kredit müqaviləsinə əsasən Bank ”BTB” ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 300 (üç yüz) ay müddətinə illik 8 (səkkiz) faiz ödəmək şərti ilə 44.000 (qırx dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30 dekabr 2015-cu il tarixli Kredit müqaviləsinə Əlavədə göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, Cavabdeh1 Banka olan borcunun müvafiq qrafik üzrə müəyyən olunmuş vaxtlarda hər ay cəmi 57,21 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh1imza etmişdir. Həmin ödəniş cədvəlinə əsasən ödənişin son tarixi 01.01.2041cü il müəyyən olunmuşdur. İş materiallarında olan 03 may 2021-ci il tarixli arayışdan görünür ki, borcalan ağırova Şölə Qənimət qızının kredit müqaviləsi üzrə borcverən Bank "xxxx" ASC-yə 03 may 2021ci il tarixə 41130.29 manat əsas borc və 335.03 manat faiz borcu olmaqla, cəmi 44484,32 manat məbləğində borcunun olması hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızı 30 dekabr 2015-ci il tarixli 640 saylı Kredit Müqaviləsi ilə götürdüyü kredit öhdəliklərini pozaraq lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri vaxtında ödəməmiş və bununla da, o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün 30 dekabr 2015-ci il tarixli 640 saylı Kredit Müqaviləsinin ləğv edilməsi və cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızından 41130.29 manat məbləğində əsas borcu, 3354.03 manat məbləğində faiz borcu hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia tam təmin olunmalıdır. Məhkəmə, iddianın “tələbin cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızı tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinə yönəldilməsi, göstərilən əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulması və həmin fərdi yaşayış evinin boşaldılması və 30 manat dövlət rüsumunun ödənilməsi” barədə hissələrini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissələri də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30 dekabr 2015-ci il tarixli İpoteka müqaviləsinin surətindən görünür ki, ipoteka saxlayan "xxxx" ASC və ipoteka qoyan Bağırova(Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncunun mülkiyyətində olan ünvan 1 ünvanında 0.0292 ha torpaq sahəsinndə yerləşən ümumi sahəsi 55.2 kv/m olan fərdi yaşayış evi “alıcı-ipoteka qoyan” Bağırova(Həsənova) Şölə Qənimət qızı tərəfindən “kreditor- ipoteka saxlayan” "xxxx" ASC qarşısında 30 dekabr 2015-ci il tarixli 640 saylı Kredit Müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bağırova (Həsənova) Şölə Qənimət qızınİn ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsi hüququ "xxxx" ASC-nin xeyrinə 25 il müddətinə ipoteka ilə yüklü edilmiş və bu 13 yanvar 2016-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 12 nömrəli reyestr kitabının 177 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş verilmiş və həmin bildiriş müvafiq qaydada rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsi ipoteka müqaviləsi üzrə yuxarıda qeyd olunan kredit müqaviləsi əsasında alınmış kreditin qaytarılmasının təminatı olaraq ipotekaya qoyularkən və məlum ipoteka müqaviləsi bağlanarkən ipoteka qoyanın ailə üzvləri mənzilin ipotekaya qoyulmasına razılıq verərək, həmin mənzilə tutma yönəldildikdə və mənzil satıldıqda onu tərk etmək barədə öhdəlik götürmüşlər. Məhkəmə araşdırması zamanı ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli 302/E №-li daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəydə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinin bazar qiyməti 23.500 manat və likvid dəyəri 20.000 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyanla girov saxlayan arasında girova tutmanın məhkəmədən kənar qaydada yönəldilməsinə dair razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən,açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o, satıldıqda - yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olarsa - ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz)manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızına aid edilməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, 30 dekabr 2015-ci il tarixli 640 saylı Kredit Müqaviləsi ləğv edilməli, cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızından 41130.29 manat məbləğində əsas borc, 3354.03 manat məbləğində faiz borcu, və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 44.514,72 manat məbləğində borc iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, cavabdehdən tutulmalı olan borc məbləği "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızına məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinə yönəldilməli, həmim əmlakın ilkin satış qiyməti 20.000 manat məbləğində müəyyən edilməli və satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğ cavabdeh Bağırova(Həsənova) Şölə Qənimət qızından tutularaq iddiaçıya ödənilməli və həmin əmlak satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Bununla belə, iddiaçı Bank "xxxx" ASC 70 (yetmiş ) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı xərclər çəkilməsini təsdiq edən sübut təqdim etmədiyinə görə bu hissədə rədd edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat dövlət rüsumu və 0.40 manat məbləğində bank xidməti haqqı ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx"ASC ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızı arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli 640 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından 41130.29 (qırx bir min yüz otuz manat iyirmi doqquz qəpik) manat əsas borc, 3354.03 (üç min üç yüz əlli dörd manat üç qəpik) manat faiz borcu, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqı olmaqla, cəmi 44514.72 (qırx dörd min dörd beş yüz on dörd manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti iddiaçı Bank ”BTB” ASC-nin xeyrinə tutulsun. Cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından tutulmalı olan cəmi 44514.72 (qırx dörd min dörd beş yüz on dörd manat yetmiş iki qəpik) manat pul vəsaiti iddiaçı “Bank "xxxx" ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilsin və həmin əmlak satıldıqdan 1 ay sonra torpaq sahəsinin boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İpoteka predmeti olan cavabdeh Bağırova (Həsənova) Şölə Qənimət qızından məxsus məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0292 ha torpaq sahəsinin ilkin satış qiyməti 20.000(iyirmi min) manat məbləğində müəyyən edilsin. İpoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdehlər Bağırova (Həsənova) Şölə Qənimət qızından tutularaq “Bank "xxxx" ASC –yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar