Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3205/2023 11.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Əlı̇ zadə Şəfa Elbarı̇ oğluna qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus olan “Chevrolet Cruze” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş 1500 (bir min beş yüz) manat maddi ziyanın və 300 (üç yüz) manat mənəvi ziyanın - cəmi 1800 (bir min səkkiz yüz) mаnаt pulun və 35 (otuz beş) manat dövlət rüsumunun - cəmi 1835 (bir min səkkiz yüz otuz beş) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Cavabdeh2 «Yol hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun tələbini pozaraq etibarnamə ilə-idarə" etdiyi-Cavabdeh1 mülkiyyətində olan “VAZ 21070” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə hərəkət edərkən sürətlə ona məxsus “Chevrolet Cruze” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuş və qəzanın təsirindən onun avtomobilinə 1500 (bir min beş yüz) manat ziyan dəymişdir. Cavabdehin bu hərəkətinə görə DYPİ-nin yol inspektoru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və təqsirli bilinib inzibati tənbeh tətbiq edilmişdir. Eyni zamanda hadisə zamanı ona 300 manat mənəvi ziyan da dəymişdir.
Tərəflərin izahatları
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları
5. BB116374 nömrəli “X1 şəhadətnaməsi”ndən görünür ki, “Chevrolet Cruze” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir.
6. AE 019175 nömrəli “X1 şəhadətnaməsi”ndən görünür ki, “VAZ 21070” markalı, **-RJ- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir.
7. ƏN-Vİ seriyalı, 547974 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “VAZ 21070” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 7 ay 21 gün müddətinə - xx.xx.2023-cü il saat 23.59-dək idarə etmək səlahiyyəti vermişdir.
8. İndividual Services MMC-nin xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği ümumilikdə 1515 manat təşkil edir.
9. TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbehvermə haqqında Qərardan görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə saat 17.30-da Məmmədli-Digah yolunda nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və nəticədə 40 manat məbləğində cərimə edilmişdir.
10. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan məbləği təmir-bərpa xərcləri daxil olmaqla 1465 manat təşkil edir. (dəyişilməli hissələrin qiyməti 685 manat və təmir-bərpa işlərinin qiyməti 780 manat təşkil edir) Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və ona tənqidi yanaşılması üçün əsas görmür.
İşin faktiki halları
11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Digər avtomobil “VAZ 21070” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh1 mülkiyyətindədir və Cavabdeh1 həmin avtomobili Cavabdeh2 7 ay 21 gün müddətinə - xx.xx.2023-cü il saat 23.59-dək idarə etmək səlahiyyəti vermişdir. Avtomobil Cavabdeh2 etibarnaməli idarəçiliyində olan zaman yol-nəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Eyni zamanda, hadisənin baş verməsində “VAZ 21070” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Avtomobilə dəymiş ziyan məbləği ekspert rəyində 1465 manat olaraq müəyyən edilmişdir. Hazırki tələbdə iddiaçı avtomobilə dəymiş ziyan məbləğinin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir. Məhkəmənin 13 noyabr 2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 iddia tələbi ilə razı olmadığını və ekspert rəyində göstərilən dəymiş ziyanın onun büdcəsinə uyğun olmadığını bildirmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, hazırki iddia tələbi Cavabdeh2 münasibətdə qismən təmin edilməli və digər Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
14. Məhkəmə əvvəlcə hazırki iddia tələbinin Cavabdeh1 ilə bağlı hissəsinə münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hazırkı tələbi digər Cavabdeh1 münasibətdə əsaslı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, “VAZ 21070” minik markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 məxsusdur və o, avtomobili idarə etmək üçün etibarnamə əsasında Cavabdeh2 vermiş və həmin yol nəqliyyat hadisəsi elə avtomobil Cavabdeh2 etibarnaməli idarəçiliyində olan zaman baş vermişdir. Yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələbləri əsasında şəxsin məsuliyyəti o zaman yaranır ki, onun ziyanın vurulmasında təqsiri (qəsd və ya ehtiyatsızlıq formasında ) yaranmış olsun. Məhkəmə qeyd edir ki, hazırkı işdə digər Cavabdeh1 qəzada təqsirli hərəkət və ya hərəkətsizliyi müəyyən edilmir. Çünki, Cavabdeh1 qəza törədilən avtomobili qanuni əsasla digər Cavabdeh2 vermişdir və ona görə də, avtomobilə görə məsuliyyəti Cavabdeh1 daşıya bilməzdi.
15. Məhkəmə hazirkı iddia tələbinin Cavabdeh2 ilə bağlı hissəsinə münasbitədə qeyd edir ki, göründüyü kimi İddiaçı idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “VAZ 21070” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və həmin hadisə nəticəsində “Chevrolet Cruze” markalı, **- BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Eyni zamanda, hadisənin baş verməsində “VAZ 21070” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə, işdən müəyyən edilir ki, qəza Cavabdeh2 təqsirli hərəkəti nəticəsində baş vermişdir. Delikt münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçı Cavabdeh2 ona vurulmuş ziyanın əvəzini tələb etməkdə haqlıdır. Ziyanın məbləğinə gəldikdə isə, iddiaçı hazırki tələbdə avtomobilinə ümumilikdə 1500 manat məbləğində dəymiş ziyanın ona ödənilməsini xahiş etsə də, lakin iş materiallarında olan ekspert rəyindən görünür ki, “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyan məbləği ümumilikdə 1465 manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir və hesab edir ki, Cavabdeh2 “Chevrolet Cruze” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 1465 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi 300 manat məbləğində tələb olunan mənəvi ziyan hissəsində əsassızdır. Belə ki, iddiaçı öz izahatında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona 300 manat mənəvi ziyan vurulduğunu qeyd etsə də, lakin tələbin qeyd olunan hissəsinin əsaslı olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiştələbin bu hissəsi iddia ərizəsində də əsaslandırılmamışdır. Halbuki, tələbin qeyd olunan hissəsinin sübutetmə vəzifəsi məhz elə iddiaçının öz üzərinə düşür. Belə ki, Mülki- Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəməsinin hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Əlı̇ zadə Şəfa Elbarı̇ oğlundan 1465 manat pul vəsaiti və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli və iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Əlı̇ zadə Şəfa Elbarı̇ oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Əlı̇ zadə Şəfa Elbarı̇ oğlundan 1465 manat pul vəsaiti və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 manat pul vəsaiti cavabdeh Əlı̇ zadə Şəfa Elbarı̇ oğlundan tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov