Məhkəmə qərarları › İş №2(010)-322/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-322/2025

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-322/2025 18.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən çirkab suların axıntısı ilə bağlı mənzilinə vurduğu maddi zərərə görə 5000 manat, mənəvi zərərə görə 3000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 100 manat alınaraq ona ödənilməsi və cavabdehin mənzilindən onun mənzilinə gələn çirkab su kanalizasiya xəttinin təzə kanalizasiya xətti ilə əvəz edilməsi, mənzilinin hamam, tualet və mətbəxin döşəməsinin əsaslı təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 1372 manat məbləğində pul tutularaq ona ödənilməsi, borclunun üzərinə gələcəkdə onun mənzilinə su axıdılmasının qarşısının alınması üçün kanalizasiya borularının təmir etmək vəzifəsi qoyulmuşdur. O, dəfələrlə icraçıya müraciət edərək mənzilinə baxış keçirməsini, borclunu məcbur edərək icra sənədində göstərilən hərərkətləri davam etdirməsini tələb etmişdir. Sonuncu dəfə icra məmuru və İcra Şöbəsinin rəisi mənzilinə baxış keçirib, su axıntısının davam etməsini gözləri ilə görəndən sonra xx.xx.2023-cü il tarixdə borclunun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı protokol tərtib etmişdir. Suraxanı rayon məhkəməsi inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul etmişdir. Məhkəmə qərarı onunla əsaslandırmışdır ki, məhkəmə iclasında borclu göstərmişdir ki, tələbkar evinə baxış keçirməyə icazə vermir, onlar suyun haradan axdığını müəyyən edə bilsinlər. O, tam olaraq evi təmir etdirmişdir, hal hazırda onun evindən qaynaqlanan problem yoxdur. Öz hesabına tələbkarın kanalizasiya borularını dəyişdirmişdir. Tələbkar özü gətirib su tökür, sonra isə mənzilə su axıdıldığını iddia edir. Cavabdehin göstərdikləri həqiqəti əks etdirmir. O, ali təhsilli müəllimdir və 40 ilə yaxındır ki, müəllim işləyir. Cavabdeh kanalizasiya turbalarını dəyişdirməmiş, yalnız mətbəxdə yüngül təmir işləri aparmışdır. Kanalizasiya turbaları dəyişdirilməmişdir. Mənzilinə istənilən vaxt məhkəmə tərəfindən baxış keçirilə bilər. Məhkəmə iclasında icraməmuru təqdimatı müdafiə edərək göstərmişdir ki, borcluya 10 gün könüllü icra müddəti verilmiş, borclu tələbkarın ünvanında kanalizasiya borularını təmir etmişdir. Lakin tələbkar hələ də mənzilə su axıdıldığını bildirərək şikayətçi olduğunu bildirdiyinə görə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, tərəflərin verdikləri izahatdan müəyyən olunur ki, borclu tələbkarın mənzilinə gələcəkdə su axıdılımasının qarşısını almaq ücün özünə məxsus ünvanda kanalizasiya borularını təmir etdirmişdir. Məhkəmə baxış keçirilmədən belə qənaətə gəlmişdir. Bundan başqa, tələbkar hazırda həmin mənzilə borclu tərəfindən su axıdılmasının davam etdiyini iddia etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə borclunun üzərinə qoyulmuş ünvan 1 ünvanında kanalizasiya borularını təmir etdirmək vəzifəsini icra edərək həmin ünvanda kanalizasiya borularını təmir etdirdiyindən, hazırda tələbkarın iddiası araşdırılması üçün tələbkar məhkəməyə mülki qaydada iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə qətnaməsi qismən icra olunmuş və o, mənzilini təmir edib başa çatdırmışdır.Qısa müddət sonra yenidən cavabdehin mənzilindən çirkab suların axması başlamışdır. Bununla bağlıo, cavabdehə və mənzilini kirayəyə verdiyi ailəyə məlumat vermişdir. Bir müddət çirkab suların axıntısı dayansa da sonradan yenə çirkab su axıntısı onun mənzilinə axmaqda davam edir. O, aidiyyatı orqanlara dəfələrlə müraciət etsə də, bu günə qədər müsbət nəticə əldə edə bilmədiyinə görə yenidən məhkəməyə müraciət edir. İddia tələbinə etiraz Cavabdehin nümayəndəsi (vəkili) Vəkil elektron kabinet vasitəsi ilə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsi ümumi sözlərlə yazılmış, heç bir konkret fakt əsas götürülməmiş, cavabdehin iddiaçının hüquqlarını hansı şəkildə pozması əsaslandırılmamış, onun evinə çirkab sularının axıntısının konkret olaraq cavabdehin evindən axmasını təsdiq edə bilməmiş və hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İddiaçı bundan əvvəl də cavabdehə qarşı məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2001/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 1372 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi qət edilmiş və su axıldılmasının qarşısının alınması üçün ünvan 2 ünvanda kanalizasiya borularını təmir etmək vəzifəsi üzərinə qoyulmuşdur. Məhkəmə tərəfindən Cavabdeh üzərinə qoyulmuş vəzifə tərəfindən tam şəkildə icra olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə, yəni icraata başlama haqqında qərar qəbul edildikdən sonra 7 gün müddətində 1372 manat tərəfindən könüllü olaraq tələbkara ödənilmiş, həmçinin də ekspertiza xərci də dövlət büdcəsinə ödənilmişdir. Həmçinin də kanalizasiya boruları əsaslı və lazımı şəkildə təmir olunmuşdur. Cavabdeh ona bildirir ki, iddiaçı mənzilinin daxilində binanın kanalizasiya sistemində konstruktiv dəyişikliklər aparmış, həmçinin şaxtanı da ləğv etmişdir. Hazırda cavabdehə aid hissədə kanalizasiya borularından heç bir sızıntı yoxdur. Bu isə onu göstərir ki, əgər həqiqətən də iddiaçının mənzilinə sızıntı varsa, bu cavabdehə aid hissədən deyil, iddiaçı binanın kanalizasiya sistemində konstruktiv dəyişikliklər etdiyi üçün başqa hissədən sızır. Yekun olaraq məhkəmənin diqqətinə çatdırır ki, bir neçə gün bundan öncə Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları qeyd olunan ünvanda araşdırma aparmışlar və cavabdehin mənzilindən kanalizasiya borularından aşağıya heç bir sızıntı olmaması müəyyən olunmuşdur. Həmçinin o da müəyyən olunmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2001/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tutulmuş 1372 manat pul vəsaiti əvvəl baş vermiş sızıntı səbəbindən yaranmış təmir xərclərinə sərf edilməyərək, həmin hissə təmir olunmamışdır. Bundan başqa cavabdeh tərəfindən müstəqil ekspert "xxxx" MMC-yə müraciət olunmuş və həmin MMC-nin əməkdaşları Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları qeyd olunan ünvanda araşdırma apararkən iddiaçının mənzilinə baxış keçirərək cavabdehin mənzilindən sızıntı olmaması barədə rəy vermişlər. Beləliklə də hazırki iddianın verilməsində iddiaçının məqsədi yalnız və yalnız cavabdehin maddi vəsaiti hesabına əsassız varlanmaqdan ibarətdir. Hesab edirik ki, yuxarıda göstərilənlərə əsasən iddiaçı tərəfindən cavabdehə qarşı verilmiş iddia ərizəsində göstərilən dəlillər hüquqi cəhətdən əsaslandırılmadığı, həmçinin də iş üzrə mühüm əhəmiyyət kəsb edən sübutlar məhkəməyə təqdim olunmadığı üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır. Mülki Prosessual Məcəllənin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq və MPM-nin 47,154-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı izahat verərək bildirdi ki, cavabdeh yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzildə yaşayır. Cavabdehin 2-ci mərtəbədə 1 və 2 otaqlı mənzilləri var, 2 otaqlı mənzilindən 1 otaqlı mənzilinə su xətti çəkmişdir. Həmin 2 otaqlı mənzildən onun mənzilinə su axmasını cavabdehə dəfələrlə bildirmişdir və hansı yerdən su axıntısının baş verdiyinin müəyyən edilməsi üçün mənzilinə dəvət etmişdir. Lakin, cavabdeh evinə daxil olmaq istəmir. Yuxarı mənzildən su axıntısının qarşısını almaq üçün usta gələn zaman həmin ustaya su axıntısının baş verdiyi yerdə olan, 37 ildir ki, qəzalı vəziyyətdə olmaqla çürümüş boruların dəyişməli olmasını bildirmişdir. Hal-hazırda kafelin alt hissəsində qəzalı vəziyyətdə olan çürümüş borular mövcuddur. Məhkəməyə təqdim etdiyi video görüntülərdə də öz təsdiqini tapır ki, yuxarıdan mənzilinə axan su nəticəsində yataq otağı, eləcə də yataq otağında yerləşən geyim əşyaları tamamilə suyun içərisində olmaqla islanır. Bu mübahisə ilə bağlı bir dəfə də müvafiq məhkəmə qətnaməsi qət edilmiş və 1372 manat məbləğində pul vəsaiti xeyrinə ödənilmişdir. Belə ki, həmin qətnamə əsasında ödənilən məbləğlə su axıntısının baş verdiyi yeri təmir etdirmişdir. Mənzilə su axıdılması nəticəsində həm o, həm də evdə yaşayan oğlunun həyat tərzi pozulmuşdur. Məhkəmə tərəfindən yerli baxış keçirilmiş, həmin an su axıntısı aşkar olunmasa da, yerli baxışdan sonra da su axıntısı baş vermişdir. Hətta ekspertiza keçirilmiş və ekspert baxış keçirib getdikdən sonra da yenidən su axıntısı olmuşdur. Kafel altındakı borular çürüyüb və dəyişilməlidir. Məhkəməyə müraciət etməmişdən əvvəl binanın nümayəndəsi ilə bütün mərtəbələri, şaxtaları yoxlamışlar 1 aydan çoxdur ki, həmin mənzildə yaşayan yoxdur. Ona görə hələ ki, su axmır. Yaşayış olanda yenə su axacaq.102-ə dəfələrlə zəng etmiş, özünü öldürmək həddinə çatmışdır, 33 yaşından bəri mənzilinə su axır. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, hazırda yaşadığı mənzildə 1986-cı ildən bəri məskunlaşmışdır. Onun evinə də yuxarı mənzildən su axır və həmin su mənzilindən keçərək iddiaçının mənzilinə axır. Ona görə də, bu hadisənin baş verməsində heç bir günahı yoxdur. Su axıdılması ilə bağlı qəbul edilmiş əvvəlki məhkəmə qətnaməsi əsasında qət olunan məbləği ödəmişdir və hamamı da təmir etdirmişdir. Həmin mənzildə 2 dəfə - 3 il bundan qabaq və keçən ilə olmaqla təmir bərpa işləri aparmışdır. Həmin qətnamə əsasında bir dəfə iddiaçıya dəymiş zərərin əvəzini ödəmiş, lakin iddiaçı həmin məbləğdən təyinatı üzrə istifadə etməmişdir.1994-cü ildən iddiaçının evinin tavanı necədirsə indi də elədir, heç bir təmir işləri aparmayıb. O, öz mənzilindən iddiaçının mənzilinə su axmadığını dəqiq deyə bilər. O, hətta 90 manat pul ödəyərək xüsusi aparat gətirtmiş və aparat ilə yoxlamışlar ki, heç bir su sızmazı yoxdur. İddiaçı özü şaxtanı söküb, kanalizasiyanı evin içinə salıb. Halbuki, şaxtaya qətiyyən toxunmaq olmaz. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi ümumi sözlərlə yazılmış, heç bir konkret fakt əsas götürülməmiş, cavabdehin iddiaçının hüquqlarını hansı şəkildə pozması əsaslandırılmamış, onun evinə çirkab sularının axıntısının konkret olaraq cavabdehin evindən axmasını təsdiq edə bilməmiş, hüquqlarının pozulmasını iddia etməsinə baxmayaraq bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamış, həmçinin ekspert rəyi də, iddiaçının iddiasının əsassız olmasını təsdiq etmişdir. O, iştirakı olmadan işə baxılaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2001/2022 saylı qətnamə ilə iddia qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1372 manat məbləğində pul tutulması, Cavabdeh üzərinə gələcəkdə İddiaçı mənzilinə su axıdılmasının qarşısının alınması üçün yaşadığı ünvan 4 ünvanında kanalizasiya borularını təmir etmək vəzifəsi qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, yuxarı mərtəbədəki mənzildən yaşadığı mənzilə axan çirkab suların qarşısının alınmasına köməklik göstərilməsi barədə Suraxanı Rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizə baxılmaq üçün İHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Bakı şəhəri,Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "xxxx" yaşayış sahəsində yerləşən 4 saylı bina 163 saylı Mənzil Tikinti Kooperativinin mənzil mülkiyyətçilərinə məxsusdur. Bununla əlaqədar və subasma halının dəfələrlə baş verdiyini nəzərə alaraq problemin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 33-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Zaur Şirinov tərəfindənxx.xx.2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanması rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, vətəndaş İddiaçı verdiyi məlumatda cinayət hadisəsinin olmaması, qonşu Cavabdeh mənzilində onun mənzilinə çırkab sularının axıntısını mülki mübahisə olduğundan cinayət işinin başlanılmasından rədd edilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna əsasən təqdim edilmiş icra işi materiallarına əlavə edilmiş Sabunçu rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icraata xitam verilmə haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2001/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin maddi ziyan və ekspertiza xərcinin ödənilməsi hissəsinə xitam verilməsi, qərarın surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon icra şöbəsinin icra məmurları Heydər Bəxtiyarovun, Teymur Bayramovun və Rəşad Dövlətovun iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2001/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqəli borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin heç bir təmir işlərinin aparılmadığı müəyyən olunmuşdur. Borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılaraq icra yerinə dəvət edilsə də, gəlməmişdir. xx.xx.2023-cü il tarixdə Suraxanı Rayon icra şöbəsinin icra məmurları Heydər Bəxtiyarovun, Teymur Bayramovun və Adil Yusibovun iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2001/2022-008 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqəli borclunun yaşadığı ünvanda olmuşlar, ünvanda kirayə yaşayan şəxs borclu ilə telefon vasitəsi ilə əlaqə saxlamış, o, icra yerinə dəvət edilsə də, gəlməmişdir. Bu səbəbdən borclu barəsində məcburi icra tədbirlərinin görülməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 3(010)-2211/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “əməlində inzibati xəta tərkibi olmadığına görə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi” qərara alınmışdır. Suraxanı rayon İcra şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli icraata xitam verilmə haqqında qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2001/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə xitam verilməsi, qərarın surətinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə və tərəflərə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/486 nömrəli ekspert rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən 4 saylı evin, 2 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Smetada göstərilənlər: şpaklyovka – 4 kisə, tavanın boya ilə rənglənməsi – 30 m2, boya – 11 kq, divarlara divar kağızının vurulması - 40 m2, divar kağızı – 8 rulon. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 5 saylı mənzilin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər-hansı bir nasazlıq müşahidə edilmdiyindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2001/2022 nömrəli qətnaməsində və İddiaçı mülki iş materiallarında olan iddia ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən 4 saylı evin 2 saylı mənzilin hansı tikililəri üzrə konstruktiv elementlərin yararsız hala düşməsi və texniki parametrlər göstərilmədiyindən sual üzrə tədqiqat aparılmadı. Təmir işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından, qeyd olunan qətnamə çıxarıldıqdan 2 saylı mənzildə sonra təmir işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/5907 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 2 saylı mənzilə baxış zamanı həmin mənzildə mərtəbəarası su sızmanın əlamətlərinin mövcud olduğu müşahidə olunmuşdur. Belə ki, mənzilin tavan və divarlarında su izləri (saralmalar) tavan hissəsinin boya qatının qabarması və qopması, divar kağızlarının aralanması həmçinin, sanitar qovşağın tavan hissəsinin boya qatının qopması müşahidə olunmuşdur. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 5 saylı mənzilə baxış zamanı həmin mənzilin gözlə görünə bilən su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində boşluqlar və s.) aşkar edilməmişdir. Həmçinin baxış zamanı cavabdehə məxsus mənzilin hamam otağının döşəmə hissəsinə su boşaldılmış lakin, iddiaçıya məxsus mənzilə su axıntısı müşahidə edilməmişdir. Qeyd olunan səbəbdən iddiaçıya məxsus mənzilə su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş CVN/Y 62-062/26 nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, aparılmış hesablamalara və təhlillərə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 10/486 nömrəli ekspert rəyində əks olunan smetaya uyğun olaraq görülməli olan işlər və işlərin görülməsinə sərf olunmalı materialların xx.xx.2026-cı il tarixinə 1029 manat təşkil edir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, ünvan 6 ünvanında həmin tarixdə su boruları inpeksiya olunmuş, su borularında heç bir sızma aşkarlanmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən mənzildə hamam otağında, mətbəxdə tavan hissələrində və divarlarda su axıntısı nəticəsində xəsarətlər əmələ gəlmişdir. İş materiallarına əlavə edilmiş fləşkartlarda olan videogörüntülərdən müəyyən olunur ki, müxtəlif zamanlarda mənzilin mətbəxinin, hamam otağının, “kladovka”nın, yataq otağının divarlarında su axıntısı nəticəsində çürümələr, qopmalar aşkar edilir, bəzi video görüntülərdə - xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərdə evin müxtəlif yerlərindən - hamam otağından, yataq otağından, koridordan, mətbəxdən su axıntısının olması real görünür, hətta su axıntısının qarşısını almaq üçün iddiaçı tərəfindən hamam otağının tavan hissəsinə çadır çəkilmiş və çirkab suları çadıra yığılmışdır. Videogörüntüdə öz təsdiqini tapır ki, xx.xx.2025-ci il tarixdə ekspert baxışı keçirildikdən sonra belə hamam otağının tavanından su damcılayır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə qarşı qaldırılmış iddia tələbi 3 hissədən – 1) vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, 2) vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi və 3) kanalizasiya xəttinin təzə kanalizasiya xətti ilə əvəz edilməsi, mənzilin sanitar qovşağının və mətbəxin döşəməsinin əsaslı təmir edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia tələbinin birinci və ikinci hissələrinə, yəni iddiaçıya vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissələrinə münasibətdə məhkəmə qeyd edir ki,mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən 2 nömrəli mənzil iş üzrə iddiaçıya məxsusdur və iddiaçı ona məxsus mənzilə həmin binanın 2-ci mərtəbəsində yerləşən 5 nömrəli mənzildən su sızması və onun nəticəsində mənzilinə zərər vurulmasını iddia edir. Məhkəmə iddiaçının mənzilinə su axıntısının cavabdehin mənzilindən baş veribverməməsini müəyyənləşdirmək üçün mümkün prosessual vasitələrdən istifadə etmiş, həmçinin iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ekspert rəyinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən 4 saylı evin, 2 saylı mənzilində aşkar edilmiş qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinə sərf ediləcək materialların həcmi smetada göstərilmişdir. Smetada göstərilənlər: şpaklyovka – 4 kisə, tavanın boya ilə rənglənməsi – 30 m2, boya – 11 kq, divarlara divar kağızının vurulması - 40 m2, divar kağızı – 8 rulon. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. 5 saylı mənzilin su və kanalizasiya borularının gözlə görünən hissələrində hər-hansı bir nasazlıq müşahidə edilmdiyindən su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2001/2022 nömrəli qətnaməsində və İddiaçı mülki iş materiallarında olan iddia ərizəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində yerləşən 4 saylı evin 2 saylı mənzilin hansı tikililəri üzrə konstruktiv elementlərin yararsız hala düşməsi və texniki parametrlər göstərilmədiyindən sual üzrə tədqiqat aparılmamışdır. Təmir işlərinin müddətinin müəyyən edilməsinə dair metodika olmadığından, qeyd olunan qətnamə çıxarıldıqdan sonra 2 saylı mənzildə təmir işlərinin aparılıb-aparılmamasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 10/5907 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən, iş üzrə iddiaçıya məxsus 2 saylı mənzilə baxış zamanı həmin mənzildə mərtəbəarası su sızmanın əlamətlərinin mövcud olduğu müşahidə olunmuşdur. Belə ki, mənzilin tavan və divarlarında su izləri (saralmalar) tavan hissəsinin boya qatının qabarması və qopması, divar kağızlarının aralanması həmçinin, sanitar qovşağın tavan hissəsinin boya qatının qopması müşahidə olunmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən, iş üzrə cavabdehə məxsus 5 saylı mənzilə baxış zamanı həmin mənzilin gözlə görünə bilən su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur (su axıntısı, borularda çatlar, boru birləşmələrində boşluqlar və s.) aşkar edilməmişdir. Həmçinin, baxış zamanı cavabdehə məxsus mənzilin hamam otağının döşəmə hissəsinə su boşaldılmış lakin, iddiaçıya məxsus mənzilə su axıntısı müşahidə edilməmişdir. Qeyd olunan səbəbdən iddiaçıya məxsus mənzilə su axıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin təşəbbüsü əsasında keçirilmiş hər iki məhkəmə ekspertizasının nəticələrinə dair tərtib edilmiş ekspert rəylərinin əlaqəli şəkildə tədqiqindən aydın olur ki, iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən 2 nömrəli mənzilə həqiqətən də su sızma faktı mövcuddur. Bu faktı təsdiq edən xarakterik əlamətlər – mənzilin divar və tavan hissəsində saralmalar (su izləri), mənzilin divar kağızlarının aralanması, mənzilin tavan hissəsinin boya qatının qabarması və qopması və s. həm məhkəmə ekspertizasına dair ekspert rəyində öz əksini tapmış, həm də məhkəmə tərəfindən sözügedən ünvana baxış zamanı yerində müəyyən edilmişdir. Bununla yanaşı, ekspert rəylərində o da qeyd olunur ki, cavabdehə məxsus mənzilin su və kanalizasiya borularının, eləcə də sanitar qovşaq avadanlıqlarının gözlə görünən hissələrində hər hansı texniki nasazlıq aşkar edilməmişdir. Məhkəmə bu hissədə qeyd etməyi zəruri hesab edir ki, mənzilin gözlə görünə bilən hissələrində, yəni su və kanalizasiya borularında, eləcə də sanitar qovşaq avadanlıqlarında bu və ya digər texniki nasazlıq əlamətlərinin aşkar edilməməsi, gözlə görünməsi mümkün olmayan, konstruktiv cəhətdən daxildə yerləşən hissələrdə nasazlıqların olmasını istisna etmir. Yəni, ekspert rəyləri əsasında su axıntısının (su sızmanın) texniki səbəbinin müəyyən edilməsinin qeyri-mümkün olması, cavabdehə məxsus mənzilin gözlə görünən hissələrində hər hansı texniki nasazlıq müəyyən edilməməsi, hələ cavabdeh məxsus mənzildən həqiqətən də su sızmanın baş verməməsi qənaətinə gəlmək üçün həlledici (mütləq) əsas hesab edilmir. Sözügedən faktın – su sızmanın cavabdehə məxsus mənzildən baş verib-verməməsinin müəyyənləşdirilməsi üçün iş üzrə bütün sübutlar tədqiq edilməli və məcmu şəklində qiymətləndirilməlidir. Bundan əlavə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halların təsdiqinə dair məhkəməyə xeyli sayda videoyazılar daxil edilmiş maddi daşıyıcı da təqdim etmişdir ki, həmin maddi daşıyıcıya daxil edilmiş hər bir videoyazı məhkəmə baxış iclasında tədqiq edilmişdir. Videoyazıların tədqiqindən aydın olur ki, iddiaçıya məxsus mənzilə nəinki iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək, həmçinin iddia ərizəsinin məhkəmənin icraatında olduğu dövrdə daimi su axıntısı baş vermiş, mənzilin tavan hissəsindən su damcıları mənzilə axmış və bu axıntının qarşısının alınması üçün iddiaçı tərəfindən müxtəlif vasitələrdən istifadə edilmişdir. Qeyd edilənlərdən əlavə, tərəflər arasında əvvəllər də məhkəmə mübahisəsi olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2001/2022 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 1372 manat məbləğində pul tutulması, Cavabdeh üzərinə gələcəkdə İddiaçı mənzilinə su axıdılmasının qarşısının alınması üçün kanalizasiya borularını təmir etmək vəzifəsi qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə iddiaçının pozulmuş hüquqlarının bərpasına dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədlərinin mövcudluğunu nəzərə alaraq, mülki mübahisənin qanuni və əsaslı məqsədilə aidiyyəti icra şöbələrinə məhkəmə sorğusu ilə müraciət etmiş və icra işinin materialları məhkəməyə təqdim edilmişdir. İcra işi materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli icraata xitam verilmə haqqında qərarla icra sənədinin maddi ziyan və ekspertiza xərcinin ödənilməsinə dair hissəsi icra edilməklə həmin hissədə icra sənədinin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən təqdim olunan icra işi materiallarında isə müəyyən olunur ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icra məmurları icra sənədinin icrası ilə əlaqəli borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin heç bir təmir işlərinin aparılmadığı müəyyən olunmuş və vəziyyət aktlaşdırılmışdır. Həmin icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamə iş üzrə cavabdeh tərəfindən tam şəkildə icra edilmiş, iddiaçıya vurulmuş maddi zərər kompensasiya edilməklə, cavabdehin yaşadığı ünvanın kanalizasiya boruları təmir edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, kanalizasiya borularının təmir edilməsi yenidən cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə su axıntısının baş verməsini istisna etmir. Cavabdehə məxsus mənzildən iddiaçının mənzilinə əvvələr də su sızmanın baş vermiş olması, iddiaçıya məxsus mənzilin divar və tavan hissələrinin mütəmadi su sızma nəticəsində zərərə məruz qalması, məhkəmə tərəfindən sözügedən ünvana yerli baxış keçirilməsi və s. iş üzrə təqdim edilmiş digər sübutların tədqiqi onu deməyə əsas verir ki, iddiaçının mənzilinə su sızma məhz cavabdehə məxsus mənzilin su və kanalizasiya borularından baş verir. Məhkəmə bu hissədə xüsusi qeyd edir ki, iddiaçı onun mənzilinə su sızmanın məhz cavabdehə məxsus mənzildən baş verməsini mümkün sübutetmə vasitələrindən istifadə etməklə sübuta yetirmiş, iddiaya etiraz edən cavabdeh tərəfindən etirazın əsası kimi istinad edilən fakt və halların təsdiqinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən 5 nömrəli mənzilin su və kanalizasiya borularından iddiaçıya məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 4 ünvanında yerləşən 3 nömrəli mənzilə su sızmanın baş verməsi (hüquqazidd əməlin baş verməsi, hüquq qaydasının pozulması halı), iddiaçıya məxsus mənzilə zərər vurulmasına gətirib çıxaran hüquqazidd əməlin cavabdeh tərəfindən təqsirli olaraq, birbaşa nəzarət və məsuliyyət sferasında törədilməsi (hüquqazidd əməl törədən şəxsin iradəsində nöqsan olması), cavabdeh tərəfindən təqsirli olaraq törədilən hüquqazidd əməl nəticəsində iddiaçıya məxsus mənzilə zərər vurulması (hüquqazidd əməl nəticəsində qanunla qorunan mənafeyə, obyektə zərər vurulması) və cavabdeh tərəfindən törədilən hüquqazidd əməl və vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğu (vurulmuş zərərin məhz cavabdehin hüquqazidd əməl nəticəsində meydana gəlməsi) təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunun isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilməsi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının nəticələrinə dair ekspert rəyində su sızmanın texniki səbəbləri barədə qeyd edilməsə də, su sızma nəticəsində iddiaçıya məxsus mənzilin zərərə məruz qalan hissələri barədə smeta tərtib edilmişdir. Həmin smetada qeyd edilən materialların və işlərin görülməsinə sərf olunmalı xidmətlərin real bazar dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə müstəqil – qiymətləndirici mütəxəssis cəlb edilmişdir. Caspian Valuation” MMC tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyində əks olunan smetaya uyğun olaraq görülməli olan işlər və işlərin görülməsinə sərf olunmalı materialların xx.xx.2026-cı il tarixinə real bazar dəyəri 1029 manat təşkil edir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən materialların və xidmətlərin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Digər tərəfdən, nə iddiaçı, nə də cavabdeh tərəfindən vurulmuş zərərin həcmi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilmiş, yazılı mütəxəssis rəyində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, iddiaçıya vurulmuş maddi zərərin həcmi 1029 manat məbləğində qəbul edilməli və bu zərər cavabdeh tərəfindən kompensasiya edilməlidir. Həmçinin, cavabdehin üzərinə ona məxsus mənzilin su və kanalizasiya borularının yeniləri ilə əvəz edilməsi vəzifəsi qoyulmalıdır. İddia tələbinin vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli, 20 nömrəli qərarına əsasən, şəxsiyyət (qeyri-əmlak) hüquqları – şəxsə anadangəlmə və ya qanunla mənsub olan, iqtisadi dəyəri olmayan, şəxsiyyəti ilə bağlı olmaqla ayrıla, özgəninkiləşdirilə və ya hər hansı başqa üsulla ötürülə bilməyən hüquq və azadlıqlardır. Toxunulmaz olan şəxsiyyət hüquqlarına hörmət etmək və onları pozmamaq hər kəsin borcudur. Bu baxımdan şəxsiyyət hüquqları onu pozan hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (mütləq hüquq) və onların müdafiəsinə müddət şamil olunmur. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. Göründüyü kimi, fiziki şəxsə mənəvi zərərin vurulması üçün mütləq şərt onun şəxsiyyət (qeyri-əmlak) hüquqlarının pozulmasıdır (fiziki şəxsin əmlak hüquqlarının pozulması nəticəsində də mənəvi zərərin yaranmasının mümkünlüyü istisna edilmir). Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. İddiaçının pozulmuş şəxsiyyət (qeyri-əmlak) hüququnun növü ilə bağlı qeyd edilməlidir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının konstitusion səviyyədə təsbit edilmiş təhlükəsiz yaşamaq və mənzil toxunulmazlığı hüquqları pozulmuş, cavabdehin müvafiq hərəkətləri həmin hüquqlara hüquqazidd müdaxilə təşkil etmişdir. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarına hüquqazidd müdaxilə nəticəsində vurulmuş mənəvi zərərin kompensasiyası tələblərinə baxılması zamanı birbaşa qanundan irəli gələn prezumpsiyanın mövcudluğu da nəzərə alınmalıdır. Belə ki, prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. .Mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə əksi sübuta yetirilməyincə mənəvi zərərin mövcudluğu prezumpsiyasını yaradır. Bu zaman sübutetmə yükünün həcmi baxımından şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halı ilə müqavilə öhdəliklərinin və əmlak hüquqlarının pozulması halları arasında fərqin olması nəzərə alınmalıdır. Belə ki, mənəvi zərərin kompensasiyası tələbləri üzrə şəxsiyyət hüquqlarına birbaşa hüquqazidd müdaxilə halında bu əməlin mövcudluğunun sübuta yetirilməsi həmin şəxsi mənəvi zərərə məruz qalması üzrə sübutetmə yükündən azad edir. Müqavilə öhdəliklərinin pozulması və əmlak hüquqlarına hüquqazidd müdaxilə halında isə şəxs hüquqazidd əməlin mövcudluğu ilə yanaşı, həmin əməlin onun şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələndiyini də sübuta yetirməlidir. Baxılan işin halları baxımından, iddiaçının birbaşa şəxsiyyət (qeyri-əmlak) hüquqlarına deyil, əmlak hüquqlarına hüquqazidd müdaxilə faktı mövcud olduğundan, hüquqazidd əməlin mövcudluğu ilə yanaşı həmin əməlin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnməsi də sübuta yetirilməlidir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində törədilmiş hüquqazidd əməlin – iddiaçının mənzilinə maddi zərər vurulması ilə yanaşı bu əməlin şəxsiyyət hüquqlarına – təhlükəsiz yaşamaq və mənzil toxunulmazlığı hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnməsi də öz təsdiqini tapmışdır. Belə olan halda, iddiaçıya mənəvi zərər vurulması artıq prezumpsiya kimi qəbul olunur. Şəxsiyyət (qeyri-əmlak) hüquqlarına cavabdeh tərəfindən hüquqa zidd müdaxilə, yəni şəxsiyyət (qeyri-əmlak) hüquqlarının cavabdeh tərəfindən pozulması faktı öz təsdiqini tapdığından, bu hüquqların pozuntusundan meydana gələn mənəvi zərərin kompensasiyası üsulları ilə bağlı məhkəmə araşdırması davam etdirilməlidir. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Maddi zərərin həcmi sübutlar əsasında təsdiq edilən maddi itkinin miqdarına uyğun olaraq müəyyən edildiyi halda, mənəvi təzminatın həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddia tələbində göstərilir və məhkəmə tərəfindən ədalətlilik və mütənasiblik prinsipləri əsasında yuxarıda qeyd edilən meyarlar əsasında müəyyən edilir. Göründüyü kimi, mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən iki mühüm prinsip – 1) ədalətlilik və 2) mütənasiblik nəzərə alınmalıdır. Ədalətlilik prinsipi özündə şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə nəticəsində meydana gələn mənəvi zərərin kompensasiyasına, yəni zərərçəkənin pozulmuş hüquqlarının bərpasına və zərərvuranın məsuliyyətdən yayınmasının qarşısının alınmasına yönəlmişdir. Mütənasiblik prinsipi isə mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərvuranı və zərərçəkəni səciyyələndirən spesifik xüsusiyyətlərin nəzərə alınmasını, bununla da vurulmuş zərərə mütənasib, adekvat təzminatın təyin edilməsini tələb edir. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. İddia tələbindən görünür ki, iddiaçı əmlakına vurulmuş zərərə görə cavabdehdən 5000 manat həcmində mənəvi təzminat tələb edir. İddiaçının şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnən hüquqazidd əməlin xarakteri, yəni mülki-hüquqi məsuliyyətə səbəb olan pozuntu olması, bu əməlin təqsirli olaraq törədilməsi nəzərə alınmaqla, məhkəmə 500 manat məbləğində mənəvi təzminatı iddiaçının keçirdiyi mənəvi sarsıntıların kompensasiyası üçün yetərli hesab edir. Məhkəmə bu qənaətə gələrkən, iddiaçının şəxsiyyəti ilə bağlı göstəriciləri - hissetmə qabiliyyətini (mütəmadi su sızma nəticəsində keçirilən narahatlıq, daimi gərginlik vəziyyətində olma, mənzilin tavan və divar hissələrinin uçma, sökülmə təhlükəsi ilə qarşı-qarşıya olması və.s), fiziki və psixi dayanıqlılığını (nisbətən yuxarı yaş kateqoriyasına malik olan iddiaçının mütəmadi gərginlik vəziyyətində qalmasının onun psixikasında mənfi emosinal vəziyyət yaratması) və davranışlarını (mülki hüquq pozuntusu törədildiyi zaman və bundan sonra zərərvuranla zərərçəkən şəxs arasında hər hansı barışıq əldə olunmaması, zərərvuran tərəfindən barışıq üçün hər hansı addım atılmamasını) bir sözlə, iş üçün əhəmiyyəti olan bütün diqqətəlayiq halları nəzərə almış və iddiaçının pozulmuş şəxsiyyət (qeyri-əmlak) hüquqlarının kompensasiyası üçün ədalətli və mütənasib təzminat məbləği müəyyən etmişdir. Şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsində zərərvurana aid xüsusiyyətlər də nəzərə alınmalıdır. Bu xüsusiyyətlərə zərərvuranın şəxsiyyəti, həyat tərzi, davranışı və digər diqqətəlayiq hallar aid edilir. Zərərvuranın şəxsiyyətinə aid xüsusiyyətlər zərərçəkənlə müqayisədə daha az əhəmiyyətlidir. Zərərvuranın şəxsiyyəti ilə bağlı göstəricilərə yaş, cins, nüfuz (status) və s. aiddir. Zərərvuranın həyat tərzi ilə bağlı göstəricilərə onun yaşam səviyyəsi, maddi vəziyyəti və s. aiddir. Bu göstəricilər şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası üsulunun, habelə təzminatın həcminin müəyyən edilməsinə birbaşa təsir etməsə də, onun maddi vəziyyətinə mütənasibliyinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, ödəniləcək təzminatın həcmi zərərvurana münasibətdə təsirli çəkindirici vasitə olmaqla yanaşı, onun müflisləşməsinə də səbəb olmamalıdır. Zərərvuranın davranışı ilə bağlı göstəricilərə isə hadisənin baş verməsinədək, hadisə zamanı, habelə hadisədən sonrakı dövrdə sərgilədiyi hərəkət və ya hərəkətsizliyi aid edilir. Baxılan iş üzrə cavabdehin adına qüvvədə olan əmək müqaviləsinin mövcud olmaması, yəni işsiz olması, onun əmlak vəziyyəti, iddiaçının şəxsiyyət hüquqlarını pozan hüquqazidd əməlin törədilməsindən sonra iddiaçı ilə barışığa cəhd etməməsi və s. nəzərə alınaraq, təyin edilən 500 manat mənəvi təzminat məbləği zərərvuran üçün əhəmiyyətsiz, qeyri-adekvat məbləğ olmamaqla, şəxsiyyət hüquqlarının pozulması nəticəsində meydana gələn mənəvi zərərin ədalətli kompensasiyası məqsədini daşıyır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 1029 manat və mənəvi zərərə görə 500 manat olmaqla, ümumilikdə 1529 manat məbləğində pul vəsaiti və 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməli, həmçinin Cavabdeh üzərinə su kanalizasiya borularının yeniləri ilə əvəz edilməsi vəzifəsi qoyulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 1029 (bir min iyirmi doqquz) manat və vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat, ümumilikdə 1529 (bir min beş yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh üzərinə su kanalizasiya borularının yeniləri ilə əvəz edilməsi vəzifəsi qoyulsun. Ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 50 (əlli) manat məbləği Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə mütəxəssis rəyinin təqdim edilməsi üçün keçirilmiş qiymətləndirmə xidmətinin dəyərinin iddianın təmin olunan hissəsinə münasibətdə (70%) 140 manat məbləği Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına, təmin olunmayan hissəsinə münasibətdə (30%) 60 manat məbləği İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. İddiaqalanhissədətəminedilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar