Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3222/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, İbrahimli Turan İqbal qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçınun Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Mamoplastika əməliyyatının aparılması üçün ödədiyi pulun 550 (beş yüz əlli) manat hissəsinin, “mamoplastika” əməliyyatı zamanı həkim səhvi nəticəsində sağlamlığa vurulan zərərin əvəzi olaraq 6000 (altı min) manat, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 107 (yüz yeddi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlillər Hər iki süd vəzimin sallanmasından əziyyət çəkdiyinə görə “mamoplastika” əməliyyatı etdirmək qərarına gəlmiş, bu məqsədlə “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X1 müraciət etmişdir. Onu həmin klinikanın həkimi cərrah Cavabdeh qəbul etdi. Həkim tərəfindən müayinə olunmuş və ona əməliyyat barədə ətraflı məlumat verildi, tam əmin etdilər ki, cərrahi əməlliyatla qeyd etdiyi problemi aradan qaldıracaqdır. Həmçinin ona bildirdi ki, əməliyyatın tam uğurlu alınmasına zəmanət verilir. Razılaşmaya əsasən o hər iki süd vəzisinin “mamoplastika” əməliyyatı üçün 1500 manat ödəniş edərək, xx.xx.2022-ci il tarixdə həkim - Cavabdeh tərəfindən hər iki süd vəzisinin “mamoplastika” əməliyyatı olunmuşdur. 1500 manat əməliyyat pulunu ödəyərkən rəfiqəsi - X7 və anası - X8 da onun yanında idi. Əməliyyatdan çıxandan sonra həkim uğurlu əməliyyat alındığını bildirdi. İki gün xəstəxanada qaldıqdan sonra, xx.xx.2022-ci il tarixdə evə buraxılmışdır. Bir neçə gün sonra sinəsində dəri açılması başladı, yaralar yarandı. Həmçinin hər iki süd vəzisinin görünüşü də qüsürlu idi. O, “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X1 getmiş, həkim Cavabdeh baş verənlər barədə məlumat vermiş, həkim onu əmin etmişdir ki, narahat olma bir müddət sonra hər şey öz qaydasına düşəcəkdir. Müəyyən müddət gözləmiş, lakin heç bir düzəliş olmamışdır. Növbəti dəfə Klinikaya gedib, həkim Cavabdehla görüşmüşdür. Ona bildirmişdir ki, əməliyyat düzgün aparılmayıb, sinəsinin görünüşü çox pis vəziyyətdədir. Xahiş etmişdir ki, əməliyyat üçün ödədiyi 1500 manat pulunu geri qaytarsın. Əməliyyat üçün ödədiyi 1500 manat puldan 950 manatı qaytarılsa da, lakin yerdə qalan 550 manat pul geri qaytarılmadı. “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X4”nın həkimi - Cavabdeh tərəfindən hər iki süd vəzinin “mamoplastika” əməliyyatı düzgün edilmədiyinə görə süd vəzilərində kistalar yaranmış və hər iki süd vəzinin görünüşü çox pis vəziyyətə salınmışdır. “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X4”nın həkiminin “mamoplastika” əməliyyatı zamanı səhvlərə yol verməsi nəticəsində səhhətinə 6000 manat maddi zərər vurulmuşdur. Belə ki, həkimin səhvi nəticəsində yaranan problem və qüsurları aradan qaldırmaq üçün o yenidən əməliyyat keçirməlidir ki, bunun da dəyəri minimum 6000 manat edir. Bütün bu hadisələr iddiaçının sağlamlığına ciddi ziyan vurmuşdur. Keçirdiyi əsəb gərginliyi, mənəvi sarsıntı və iztirab işləməyinə də maneçilik törətmişdir. Beləliklə, həkim tərəfindən ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. xx.xx.2024-cü il tarixdə o, “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X2 pretenziya məktubu ilə müraciət edib, “mammoplastika” əməliyyatı üçün ödədiyi 1500 manat puldan 550 manatını, əməliyyatın düzgün aparılmaması, həkim səhvi səbəbindən sağlamlığına vurulmuş maddi zərərin əvəzi olaraq 6000 manat və mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun mənə ödənilməsini xahiş etmişdir. Lakin bu günə kimi məktuba heç bir cavab verilməmişdir. Cavabdeh tərəfindən düzgün müalicə və əməliyyət aparılmaması nəticəsində mənəvi sarsıntı və iztirab da yaşamışdır. Keçirdiyi stress və həyəcan, utanc hissi, eləcə də əlavə müalicəyə və əməliyyat keçirməyə məruz qalmağı, səhhətinin pisləşməsi nəticəsində yaşadığı ağrılar ona çox pis təsir edib. Olanları indiyə kimi unuda bilmir. İçində olan qorxu və həyəcan normal həyat yaşamağına mane olur. Yaşadığı bu çətinlikləri mənəvi zərər olaraq 2000 manat həcmində dəyərləndirir və hesab edir ki, maddi zərərlə yanaşı mənəvi zərərin də əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti də cavabdeh Vüsal Əmiraslovdan tutularaq ona ödənilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cərrah Cavabdeh onu 2022-ci ildə əməliyyət edib, lakin uğursuz alınıb. Əməliyyatdan sonra bədən çəkisində artıb azalma olmamışdır. Əməliyyatdan narazı qaldıqdan sonra həkimə müraciət edən zaman bir ilə keçib gedəcəyini bildirsə də, heç bir dəyişiklik olmamışdır. İki dəfə həkimin qəbulunda olmuşdur. 2023-cü ildə əməliyyatdan bir il sonra əməliyyat üçün ödədiyi 1500 manat puldan 950 manatı qaytarılsa da, lakin yerdə qalan 550 manat pulu geri qaytarılmadı. Əməliyyatın qüsurlarının aradan qaldırılması üçün başqa həkimlərə müraciət edən zaman bu əməliyyatın dəyərinin 5000-7000 manat arası olduğunu bildirmişlər. xx.xx.2024-cü il tarixdə “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X1 pretenziya məktubu ilə müraciət etmiş, “mamoplastika” əməliyyatı üçün ödədiyi 1500 manat puldan 550 manatın, əməliyyatın düzgün aparılmaması, həkim səhvi səbəbindən sağlamlığına vurulmuş maddi zərərin əvəzi olaraq 6000 manat və mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun ona ödənilməsini xahiş etmiş, lakin bu günə kimi məktubunba heç bir cavab verilməyib. Ekspert rəyi ilə tanış olmuş, lakin rəydə yazılanlarla razı deyil. Yeni ekpertiza keçirilməsini istəyir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərdi ki, ekpert rəyi ilə razıdır. Ekspertlər təsdiqləyir ki, əməliyyat qüsurlu olmamışdır. Çəki ilə bağlı məsələyə gəldikdə bu halı məhkəmədə müəyyən etmək mümkün deyil. Çünki ola bilir ki, insan bir ay içərisində 4-5 kq çəki verə, yaxud ala bilir. Cavabdeh tərəfindən 950 manat pul ona görə iddiaçıya qaytarılıb ki, iddiaçı dəfələrlə həkimin iş yerinə gələrək onu bezdirmiş, həkim də əsəbləri sakit olsun deyə pulu qaytarmışdır. Həmçinin iddiaçı sosial şəbəkələrdə Cavabdehla bağlı videolar yayaraq (onu baytar həkim, qəssab adlandıraraq) onun işgüzar nüfuzuna xələl yetirmişdir. Bununla bağlı hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında iş var. İş materialları Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən xx.xx.2023-cü il tarixli AH seriyalı 050478 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2023-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Şəhadətnamənin xx.xx.2028-ci il tarixinədək etibarlı olacağı qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli tibbi müdaxilə üçün xəstənin razılıq bildirişindən görünür ki, İddiaçı əməliyyatdan öncə bildirişdə göstərilən xidmətlərin müvəffəqiyyətsizliyinin (həkim səhvi istisna olmaqla) və baş verə biləcək ağırlaşmaların bütün məzuliyyətini öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən verilmiş iltizamda qeyd olunmuşdur. “Mən İddiaçı doktor Cavabdeh 950 manat pul aldım. Hal-hazırda doktordan şikayətim yoxdur. Bundan sonra da doktordan heç bir şikayətim olmayacaq. Hər hansı bir sosial şəbəkədə doktor haqqında mənfi bir rəy yazmayacam. Bütün bunları öz azad iradəmlə yazıram və öz imzamla təsdiq edirəm. Pretenziya məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı, “Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin X3 və X2 pretenziya məktubu ilə müraciət edib, “mamoplastika” əməliyyatı üçün ödədiyi 1500 manat puldan 600 manatın, əməliyyatın düzgün aparılmaması, həkim səhvi səbəbindən sağlamlığıma vurulmuş maddi zərərin əvəzi olaraq 6000 manat və mənəvi zərərin əvəzi olaraq 2000 manat pulun ona ödənilməsini xahiş etmişdir. AR Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 611/KEŞ saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsi zamanı onun üzərində icra edilmiş Mammoplastika cərrahiyyə əməliyyatından sonra süd vəzi altında izlərin və bir az pitotik (sallanma) vəziyyət olduğu müəyyən edilmişdir. Bu da əməliyyatın icrası ilə deyil, əməliyyatdan sonra İddiaçı çəki verməsi və ya alması ilə əlaqədar ola bilərdi. Pasiyentin istəyinə görə revizyon əməliyyata ehtiyac ola bilər. İşin faktiki halları İddiaçı cavabdeh həkim Cavabdeh “hər iki süd vəzilərinin sallanması” şikayəti ilə müraciət etmiş və xx.xx.2022-ci ildə əməliyyat olunmuşdur. Hazırda İddiaçı cavabdeh həkimin onun süd vəziləri ilə bağlı qüsurlu plastik cərrahiyyə əməliyyatı apardığını, bunun nəticəsində iddiaçının sağlamlığına zərər dəydiyini, yenidən əməliyyata ehtiyacı olduğunu iddia edir, cavabdehdən bu əməliyyatın başqa həkimlər tərəfindən yenidən aparılması üçün 6000 manat, aparılmış əməliyyata görə ödənilmiş puldan 550 manat hissə və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.
Məhkəmənin mövqeyi İddiaçı cavabdeh həkim Cavabdeh “hər iki süd vəzilərinin sallanması” şikayəti ilə müraciət etmiş və xx.xx.2022-ci ildə əməliyyat olunmuşdur. Hazırda İddiaçı cavabdeh həkimin onun süd vəziləri ilə bağlı qüsurlu plastik cərrahiyyə əməliyyatı apardığını, bunun nəticəsində iddiaçının sağlamlığına zərər dəydiyini, yenidən əməliyyata ehtiyacı olduğunu iddia edir, cavabdehdən bu əməliyyatın başqa həkimlər tərəfindən yenidən aparılması üçün 6000 manat, aparılmış əməliyyata görə ödənilmiş puldan 550 manat hissə və mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Məhkəmə iddia tələbinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəf Cavabdeh plastik cərrahiyyə əməliyyatını qüsurlu icra etməsini mübahisələndirsə də, bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun bu dəlili formal şifahi mülahizədən ibarət olmuşdur. Cavabdehin plastik cərrah ixtisasına yiyələnməsi, mübahisələndirilən əməliyyatı icra etməyə səlahiyyətinin olması məhkəmə araşdırmasına təqdim edilmiş mötəbər sübutlarla (sertifikasiya şəhadətnaməsi, bildiriş, ekspert rəyi və s.) öz təsdiqini tapmışdır. İddiaçı tərəf əməliyyatın qüsurlu icra edildiyini, müvafiq tibbi göstərişlərin yerinə yetirilmədiyini iddia etsə də, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertiza nəticəsində verilmiş ekspert rəyi ilə əməliyyatın düzgün icra olunması, qüsurlu olmaması, iddiaçının sağlamlığında olan qüsurların cavabdeh tərəfindən edilmiş əməliyyatla birbaşa əlaqəli olmaması müəyyən edilmiş, bu səbəbdən iddiaçının bu dəlilinin heç bir mötəbər sübutla öz təsdiqini tapmaması müəyyən edilmişdir. İddiaçı tərəfin “iddiaçının yenidən əməliyyata ehtiyacının olması, bu əməliyyatın icra edilməsi üçün 6000 manat məbləğində pulun tələb olunması və əməliyyatın başqa həkimlər tərəfindən həyata keçiriləcəyi” dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçının daha bir əməliyyata ehtiyacının olması işdə olan ekspert rəyi ilə də təsdiqlənsə də, bu ehtiyacın məhz həkim Cavabdeh tərəfindən edilmiş əməliyyata görə meydana gəlməsi sübut olunmur. Həmçinin rəydə qüsurların əməliyyatın icrası ilə deyil, “əməliyyatdan sonra İddiaçı çəki verməsi və ya alması ilə əlaqədar olmasını və pasientin fərdi xüsusiyyətlərini nəzərə alaraq, hazırda qeyd olunan dəyişiklikləri əməliyyatın qüsuru ilə əlaqələndirmək mümkün deyil” nəticəsinə gəlinmişdir. Deməli, iddiaçıda qüsurlar olması və bu səbəbdən onun təkrar əməliyyata ehtiyacının olması faktı mübahisəsiz olsa da, bu faktın cavabdeh həkim tərəfindən edilmiş əməliyyatla səbəbli əlaqəsi və həkimin hər hansı təqsirli hərəkəti (hərəkətsizliyi) müəyyən edilmir. İddiaçının ehtiyacı olduğu əməliyyatın həyata keçirilməsinin mümkünlüyünün öz istəyinə bağlı olması da müvafiq ekspert rəyi ilə təsdiqlənir. İddia tələbinin əsasını təşkil edən halların sübut edilməsi vəzifəsi iddiaçının üzərində olsa da, göründüyü kimi, o, həmin sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1)güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi “təkrar əməliyyat üçün 6000 manat, aparılmış əməliyyata görə ödənilmiş puldan 550 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin edilə bilməz. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı münasibətdə delikt törətməsi sübuta yetirilmədiyindən iddiaçının delikt nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti tələbi də təmin edilməməlidir.
Məhkəmə xərcləri İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 107 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, İddiaçınun Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçınun Cavabdeh qarşı "maddi və mənəvi zərərin ödənilməsi" ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova