Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3280/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət və sahiblik hüququnun pozulmasının aradan qaldırılması və cehiz əşyalarının evdən çıxarılması tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mülkiyyət və sahiblik hüququnun pozulmasının aradan qaldırılması və cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus: bir ədəd paltaryuyan 5 kq, «Beko», bir ədəd servant, bir ədəd güzgülü tumbuçka, bir ədəd divan örtüyü, bir ədəd dəyirmi xalça, bir ədəd 4x5 ölçüdə xalça, bir ədəd 1x7 ölçüdə xalça, bir ədəd 1,2x4 ölçüdə xalça, bir ədəd 0,8x2,5 ölçüdə xalça, bir ədəd ayaqaltı xalça 0,8x2,5 ölçüdə, bir ədəd yataq otağı üçün pərdə, bir ədəd yataq örtüyü, bir ədəd çilçıraq, bir ədəd divar saatı, bir ədəd böyük güldan, bir ədəd suvenir dəvə, 13 ədəd çərəz qabı, 6 ədəd meyvə qabı, 5 ədəd güldan, bir ədəd yumurtaqabı, bir ədəd balıq qabı, 11 ədəd bakal, 2 ədəd aş qaşığı, 1 ədəd tort götürən, 15 ədəd xörək qaşığı, 29 ədəd çəngəl, 18 ədəd çay qaşığı, 6 ədəd yağ bıçağı, 18 ədəd meyvə bıçağı, bir ədəd taxta, qaşıq, 2 ədəd limon qaşığı, 2 ədəd mürəbbəqabı, 2 ədəd qrafin, 2 ədəd su qabı, bir dəst çay servizi 6 ədədli, bir ədəd çərəzqabı üç mərtəbə, bir ədəd balıq dekor anası və balası 6 ədəd, 6 ədəd plasmas saxlama qabı, 2 ədəd çörək qabı, 32 ədəd dərin boşqab, 79 ədəd dayaz boşqab, 12 ədəd balaca boşqab, bir ədəd kasa iri, kasa xırda 4 ədəd-4 qaşıqlı, 18 ədəd maskura xırda, 3 ədəd maskura orta, 19 ədəd maskura böyük, 6 ədəd aliminium qazan, bir ədəd balaca çini qazan, bir ədəd qoz şirniyyatı qabı, 7 ədəd bulud, bir ədəd yağ qabı, bir ədəd plasmas qaşıq, 36 ədəd nəlbəki, 28 ədəd armudu stəkan nəlbəkisi ilə birlikdə, 6 ədəd çaşka, 13 ədəd rumka, 7 ədəd salat qabı, 6 ədəd limon qabı, 1 dəst xörək servizi 6 ədədli, 2 ədəd padnos, bir ədəd ləmpə, 3 ədəd pivə bakalı, 9 ədəd stəkan, 6 ədəd stəkan şüşə, 17 ədəd armudu stəkan, 3 ədəd konvetqabı, 2 ədəd salfetka qabı, şirniyyat qabı 3 ədəd, bulud boşqab 18 ədəd, bir ədəd böyük saxsı qazan, bir ədəd balaca saxsı qazan, 4 əuəu ^asa, bir ədəd ütü masası, 2 ədəd iri ləyən, bir ədəd aşsüzən, bir ədəd aliminium iri qazan, 2 ədəd döşək, 2 ədəd yorğan, 2 ədəd yastıqdan ibarət olan cehiz əşyaları mənim xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Zeynal Zeynalov küçəsi, 5-ci dalan, 4 saylı fərdi yaşayış evindən çıxarılaraq Cavabdeh özünə qaytarılmasına, habelə ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin qaytarılması barədə ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə iddiaçı tərəfin iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ona əlavə olunan sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı mülkiyyət və sahiblik hüququnun pozulmasının aradan qaldırılması və cehiz əşyalarının evdən çıxarılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3280/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3280/2023
07.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver