Məhkəmə qərarları › İş №2(010)-3283/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3283/2022

22.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3283/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətinin qanunsuz hesab olunması» tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh Suraxanı rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(0*0)- 2*2/2022 saylı mülki iş üzrə qəbul olunmuş yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Teymur Bayramov tərəfindən onun ünvan 1 ünvanında yerləşən 68 saylı mənzilə istifadə hüququna xitam verilməsinə və həmin mənzildən çıxarılmasına yönəlmiş hərəkətləri qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə rəsmi ərizə ilə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.*.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *52.*.9, *52.2-*52.4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ : İddiaçı cavabdeh Suraxanı rayon İcra Şöbəsinə qarşı «icra məmurunun hərəkətinin qanunsuz hesab olunması» tələbinə dair iddia ərizəsinə və əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan *0 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar