Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3294/2023 13.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızının cavabdehlər Əlı̇ yev Cəlal Əjdər oğlu, Əlı̇ yeva Nərmı̇ nə Nazı̇ m qızı, Əlı̇ yeva Reyhan Nazı̇ m qızı, Əlı̇ yeva Kəmı̇ nə Əjdər qızı və Əlı̇ yev Cahı̇ d Əjdər oğluna qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.
1. İddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1, 3 saylı mənzilə cavabdehlər Əlı̇ yev Cəlal Əjdər oğlu, Əlı̇ yeva Nərmı̇ nə Nazı̇ m qızı, Əlı̇ yeva Reyhan Nazı̇ m qızı, Əlı̇ yeva Kəmı̇ nə Əjdər qızı və Əlı̇ yev Cahı̇ d Əjdər oğlunun istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. 15 fevral 2023-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1, 3 saylı mənzili almış və ********** saylı, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Cavabdehlər isə evi satdıqdan sonra köçüb getmiş, lakin mənzildən qeydiyyatdan çıxmamışdırlar.
Tərəflərin izahatları.
3. Cavabdehlər Əlı̇ yev Cəlal Əjdər oğlu, Əlı̇ yeva Nərmı̇ nə Nazı̇ m qızı, Əlı̇ yeva Reyhan Nazı̇ m qızı, Əlı̇ yeva Kəmı̇ nə Əjdər qızı və Əlı̇ yev Cahı̇ d Əjdər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPMnin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
İş materialları.
5. 15 fevral 2023-cü il tarixli, AN-İ ******* nömrəli “Daşınmaz Əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 47.21 kv.m olan 4 otaqlı 3 saylı mənzili 71.000 (yetmiş bir min) manata alıcı Allahverdı̇ yeva Nazlı Əli qızına satmışdır.
6. xx.xx.2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumat”dan Çıxarışdan görünür ki, ünvan 1, 3 saylı mənzildə Əlı̇ yev Cəlal Əjdər oğlu, Əlı̇ yeva Reyhan Nazı̇ m qızı, Ashrafi-Peyman Kəmı̇ nə Əjdər qızı və Əlı̇ yev Cahı̇ d Əjdər oğlu qeydiyyatdadırlar.
7. xx.xx.2023-cü il tarixli “Elektron Notariat” X1 Çıxarışdan görünür ki, Ashrafi- Peyman Kəmı̇ nə Əjdər qızı Cavabdeh2 məxsus ünvan 1, 3 saylı mənzilin satılmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk edəcəyini və yaşayış sahəsindən qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir.
8. xx.xx.2023-cü il tarixli, 8İ-788 nömrəli ərizədən görünür ki, Cavabdeh1 Cavabdeh2 məxsus ünvan 1, 3 saylı mənzilin satılmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk edəcəyini və qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir.
9. xx.xx.2023-cü il tarixli, 8İ-786 nömrəli ərizədən görünür ki, Cavabdeh5 Cavabdeh2 məxsus ünvan 1, 3 saylı mənzilin satılmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk edəcəyini və qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir.
10. xx.xx.2023-cü il tarixli, 8İ-787 nömrəli ərizədən görünür ki, Cavabdeh3 Nazil qızı Cavabdeh2 məxsus ünvan 1, 3 saylı mənzilin satılmasına etiraz etmədiyini, müqavilədə nəzərdə tutulan müddətdə yaşayış sahəsini tərk edəcəyini və qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir.
11. AR Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR X3 ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 76.61 kv.m olan 3 saylı mənzil Allahverdı̇ yeva Nazlı Əli qızının mülkiyyətindədir.
12. AR Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin Allahverdı̇ yeva Nazlı Əli qızına ünvanlanan xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və AR “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir.
İşin faktiki halları.
13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 47.21 kv.m olan 4 otaqlı 3 saylı mənzili 71.000 (yetmiş bir min) manata iddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızına satılmış və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona həmin mənzilə dair çıxarış təqdim edilmişdir. Hazırda iddiaçı cavabdehlərin ona aid mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Cavabdehlər tərəfindən iddia tələbinə dair etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.”
Məhkəmənin mövqeyi
17. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.
18. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 47.21 kv.m olan 4 otaqlı 3 saylı mənzil iddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızına satılmış və iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona həmin mənzilə dair çıxarış təqdim edilmişdir. Bu baxımdan məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, eləcə də cavabdehlərin iddiaçıya aid yaşayış sahəsinə istifadə hüquqlarının qaldığını göstərən hallar olmadığına görə iddia təmin edilməlidir.
Məhkəmə xərcləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia tələbi təmin edildiyindən, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə
21. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Əlı̇ yev Cəlal Əjdər oğlu, Əlı̇ yeva Nərmı̇ nə Nazı̇ m qızı, Əlı̇ yeva Reyhan Nazı̇ m qızı, Əlı̇ yeva (Ashrafi-Peyman) Kəmı̇ nə Əjdər qızı və Əlı̇ yev Cahı̇ d Əjdər oğlunun iddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızına məxsus ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməli və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
22. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi : İddia təmin edilsin. Cavabdehlər Əlı̇ yev Cəlal Əjdər oğlu, Əlı̇ yeva Nərmı̇ nə Nazı̇ m qızı, Əlı̇ yeva Reyhan Nazı̇ m qızı, Əlı̇ yeva (Ashrafi-Peyman) Kəmı̇ nə Əjdər qızı və Əlı̇ yev Cahı̇ d Əjdər oğlunun iddiaçı Allahverdı̇ yeva Nazlı Əli qızına məxsus ünvan 3 ünvanında yerləşən 3 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.