Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3299/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri BPİ-nin Dövlət X1rşı cərimənin lazımı qaydada sadələşdirilməyən əlavə hissəsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri BPİ-nin Dövlət X1rşı cərimənin lazımı qaydada sadələşdirilməyən əlavə hissəsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda nömrələri qeyd olunan işlər üzrə İddiaçı MMC barəsində X3 tərəfindən hesablanan əsas cərimə məbləğindən artıq tətbiq olunan cərimələr lazımı qaydada sənədləşdirilmədiyindən, hər protokol üzrə 180 manat əlavə cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, İddiaçı MMC barəsində Bakı şəhəri BPİ-nin Dövlət X4 tərəfindən tərtib edilmiş protokollara Suraxanı Rayon Məhkəməsində AR İXM-nin 347-ci maddəsinə əsasən baxılmış, protokollarda iddiaçının yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar etdiyi, nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməməsi və yaxud vaxtında verilməməsi bildirir. Cavabdeh İXM-də müəttən olunan 300 manat cərimə məbləğinin 180 manat artırmış, bu barədə cərimə olunana məlumat verilməmiş və əlavələr lazımi qaydada sənədləşdirilməmişdir. Beləliklə, iddiaçı əsas cərimə məbləğindən əlavə hər protokol üzrə 180 manat cərimə ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri BPİ-nin Dövlət X4 orqan olaraq onun qəbul etdiyi aktlar İnzibati aktlar hesab olunur. Qanunvericiliyin tələblərinə əsasən həmin orqanın qəbul etdiyi aktlardan və hərəkətlərindən müdafiəyə dair iddialara müvafiq inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Odur ki, həmin mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olduğundan iddiaçı məhkəmə aidiyyatını düzgün seçməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçı tərəfindən ərizə məhkəmə aidiyyəti pozulmaqla verildiyindən, həmçinin qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2 maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin məcəllənin 152.4 maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2 və 152.4-cü maddələrinin tələblərinə rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri BPİ-nin Dövlət X1rşı cərimənin lazımı qaydada sadələşdirilməyən əlavə hissəsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, mövcud mübahisə ilə əlaqədar Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3299/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3299/2020
07.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver