Məhkəmə qərarları › İş №2(010)-3322/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3322/2022

25.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3322/2022 25.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə qızının Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Şahlbuz qızının Cavabdeh qarşı “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair 2(010)-3322/2022 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Quba rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia tələbində qeyd olunan “Quba rayonu, Zizik kəndində yerləşən 0,12 ha və 0,10 ha torpaq sahələri” Quba rayonunun ərazisində yerləşməsinə baxmayaraq, iddiaçı tərəfindən həmin iddia ərizəsi baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, mülki iş üzrə mübahisə predmeti olan ev Quba rayonu ərazisində yerləşdiyindən - həmin işə ərazi aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsində baxılması mümkün deyildir və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyət üzrə həmin mənzil ilə əlaqədar iddia tələbinə Quba rayon məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, iş üzrə mübahisələndirilən daşınmaz əşya Quba rayonu ərazisində yerləşdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən İddiaçı Cavabdeh oğluna qarşı “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə Quba rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh oğluna qarşı “payın naturada ayrılması” tələbi barədə iddia ərizəsinə dair olan 2(010)-3322/2022 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar