Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3327/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X11, Cavabdeh5, Cavabdeh6, Səlimova (Dadaşova) Fatmaxanım Nəriman qızına, Cavabdeh8 və Cavabdeh9 qarşı “payın naturada ayrılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında onun payına düşən “V” hissəsinin naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2000-ci il tarixli, 009755 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 “V” tikilidən ibarət payda İddiaçı paylı mülkiyyətindədir. ünvan 1 “L” tikilidən ibarət payda Cavabdeh1, qalan hissədən bir hissəsi Cavabdeh2, qalan hissədən bir hissəsi X3, “A” tikilidən bir otağı Cavabdeh3, “A” tikilidən üç otağı Cavabdeh5, “B” tikilisində 2 otağı X6, qalan hissədən bir hissəsi Cavabdeh6, qalan hissədən bir hissəsi Səlimova (Dadaşova) Fatmaxanım Nəriman qızının, “B” tikilisindən bir otağı Cavabdeh8 və “B” tikilisindən 2 otağı Cavabdeh9 adına qeydiyyatdan keçmişdir. ünvan 1-in iddiaçının payına düşən “V” hissəsi faktiki olaraq divarla digər paylardan ayrılmış, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Eləcə də digər payçıların payları da bir-birindən ayrılmış, hər bir hissə ayrıca ev kimidir, ayrıca həyəti, giriş-çıxış qapısı vardır. Lakin iddiaçıya məxsus payın naturada ayrılması barədə əldə edə və payına düşən hissəyə dair ayrıca çıxarış ala bilmir. Ona məxsus evə dair Qeydiyyat vəsiqəsində bütün payçıların adları qeyd edilmişdir. Bu səbəbdən də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının payına düşən hissəsinin naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 vəfat etmişdir. Ona məxsus paya uyğun evdə onun bacısı Cavabdeh6 yaşayır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanladığı məktubun surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, L.Səlimov küçəsi, 21 saylı fərdi yaşayış evinin: “L” tikilisi Cavabdeh1, qalan hissədən bir hissəsi Cavabdeh2, qalan hissədən bir hissəsi X3, “A” tikilisindən bir otağı Cavabdeh3, “V” tikilisi İddiaçı, “B” tikilisində 2 otağı X6, “A” tikilisindən 3 otağı Cavabdeh5, qalan hissəsindən bir hissəsi Cavabdeh6, qalan hissəsindən bir hissəsi X2, “B” tikilisindən 1 otağı ( y/s 16.2 kv.m, k/s 13.4 kv.m) Cavabdeh8 və “B” tikilisindən 2 otağı ( y/s 9.5 kv.m, k/s 15.3 kv.m) Cavabdeh9 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 574237 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx xxxxxx 1956-cı il təvəllüdlü Cavabdeh5; 25 fevral 1954-cü il təvəllüdlü X32; 26 mart 1957-ci il təvəllüdlü X4; 10 mart 2009-cu il təvəllüdlü X33; 07 yanvar 1992-ci il təvəllüdlü X27; xx xxxxxx 1974-cü il təvəllüdlü Cavabdeh1; 23 yanvar 1941-ci il təvəllüdlü X18; 01 iyun 2007-ci il təvəllüdlü X28; 18 fevral 1982-ci il təvəllüdlü X46; xx xxxxxx 1957-ci il təvəllüdlü Cavabdeh6; xx xxxxxxx 1959-cu il təvəllüdlü Cavabdeh4; 04 iyul 1987-ci il təvəllüdlü X53; 18 iyul 1976-cı il təvəllüdlü X20; 16 oktyabr 1987-ci il təvəllüdlü X34; 18 sentyabr 1961-ci il təvəllüdlü X14; 07 aprel 1975-ci il təvəllüdlü X24; 29 iyun 2007-ci il təvəllüdlü X35; 12 sentyabr 2009-cu il təvəllüdlü X47; 11 dekabr 2015-ci il təvəllüdlü X59; 12 oktyabr 2012-ci il təvəllüdlü X36; 06 oktyabr 1977-ci il təvəllüdlü X37; 20 mart 2002-ci il təvəllüdlü X38; 30 iyul 1981-ci il təvəllüdlü X39; 08 mart 1964-cü il təvəllüdlü X29; 21 aprel 1994-cü il təvəllüdlü X30; xx xxxxxx 1969-cu il təvəllüdlü X15; 26 aprel 1986-cı il təvəllüdlü X40; 28 fevral 2004-cü il X31; 16 avqust 1970-ci il təvəllüdlü X21; 09 may 1966-cı il təvəllüdlü X5; xx xxxxxx 1987-ci il təvəllüdlü Cavabdeh9; 11 dekabr 2016-cı il təvəllüdlü X41 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5295 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, L.Səlimov küçəsi, 21 saylı fərdi yaşayış evində yerləşən paylı mülkiyyətdə olan “V” fərdi yaşayış evinin yerləşmə vəziyyətinə uyğun olaraq digər evlərdən təcrid şəkildə yerləşdiyi, dəhliz, mətbəx, yaşayış otaqları evin daxilində yerləşdiyi, hamam-ayaqyolu, anbar, qaraj tikililərinin digər payçılardan təcrid şəkildə olmaqla həyətdə yerləşdiyi, ayrıca küçəyə tərəf giriş-çıxış qapısının olduğu nəzərə alındıqda, paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, L.Səlimov küçəsi, 21 saylı fərdi yaşayış evində yerləşən İddiaçı məxsus “V” fərdi yaşayış evinin, E qarajın, İX ayaqyolunun, D hamamın və Q anbar tikililərinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X10 Metodlarının tələblərinə uyğun qaydada naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Sxem rəyə əlavə edilir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, L.Səlimov küçəsi, 21 saylı fərdi yaşayış evinin: “L” tikilisi Cavabdeh1, qalan hissədən bir hissəsi Cavabdeh2, qalan hissədən bir hissəsi X3, “A” tikilisindən bir otağı Cavabdeh3, “V” tikilisi İddiaçı, “B” tikilisində 2 otağı X6, “A” tikilisindən 3 otağı Cavabdeh5, qalan hissəsindən bir hissəsi Cavabdeh6, qalan hissəsindən bir hissəsi X2, “B” tikilisindən 1 otağı ( y/s 16.2 kv.m, k/s 13.4 kv.m) Cavabdeh8 və “B” tikilisindən 2 otağı ( y/s 9.5 kv.m, k/s 15.3 kv.m) Cavabdeh9 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “V” tikilisinin naturada ayrılmasını xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş xx.xx.2022-ci il tarixli 10/5295 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5295 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, tədqiqat paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, L.Səlimov küçəsi 21 saylı fərdi yaşayış evi üzrə aparılır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən “Qeydiyyat Vəsiqəsi”nə əsasən Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Kirov (keçmiş) küçəsi ev 17-də yerləşən 251.4 kv.metr yaşayış, 660.04 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X22 “V” tikilisi, X16 “L” tikilisi, X7 “B” tikilisindən 1 y/o, Dadaşov Adilə “B” tikilisindən 2 y/o, X8 “B” tikilisindən 2 y/o, X9 “A” tikilisindən 1 y/o, X17 “A” tikilisindən 1 y/o, Cavabdeh5 Abasbaba oğluna “A” tikilisindən 3 y/o olmaqla paylı mülkiyyətdə olduğu göstərilmişdir. Tərəflərin iştirakı ilə ünvana baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı “V” fərdi yaşayış evinin təcrid şəkildə küçəyə açılan ayrıca giriş-çıxış qapısının olduğu, texniki pasportun göstəricilərinin faktiki vəziyyətə uyğun olduğu, həyətdə texniki pasportda göstərildiyi kimi “V” fərdi yaşayış evinin, E qaraj, Q anbar, D hamam, İX ayaqyolu köməkçi tikililərinin olduğu müəyyən edildi. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “V” tikilisinin ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 50 manat İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “V” tikilisi ekspertiza rəyi nəzərə alınmaqla naturada ayrılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3327/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3327/2022
28.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver