Məhkəmə qərarları › İş №2(010)-3365/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3365/2023

03.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3365/2023 03.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Nizami rayonu ərazisində xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində R.Teymurov ilə Ə.Hacıyev küçələrinin kəsişməsində X3 idarə etdiyi “Chevrolet Cruze” markalı, ** HL *** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin tələbini pozaraq qəza törətməsi nəticəsində cavabdehin təqsirindən onun idarə etdiyi “Hyundai Sonata” markalı, ** HM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 1032.37 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirdi ki, cavabdehin onun avtomobilinə vurduğu 1032 manat məbləğində zərərə görə 10 ay ərzində hər ay 103 manat məbləğində pulu ona ödəməsi ilə bağlı aralarında barışıq sazişi bağlanmışdır. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 bildirdi ki, iddiaçı ilə aralarında barışıq sazişi bağlanmışdır və bu sazişə əsasən iddiaçının avtomobilinə vurduğu zərərə görə iddiaçıya 10 ay ərzində hər ay 103 manat məbləğində pul ödəyəcək. Odur ki, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar: “1. İddiaçı cavabdeh X2 1032 manat məbləğində pulu 10 ay ərzində hər ay 103 manat məbləğində olmaqla onun kart hesabına ödəməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələb və etirazı olmayacaq.

2. X5 1032 manat məbləğində pulu 10 ay ərzində hər ay 103 manat məbləğində olmaqla İddiaçı kart hesabına ödəməyə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələb və etirazı olmayacaq”. Məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilmiş şərtlərlə bağlanmış bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişdir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işə məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə ki, barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi iş üzrə tərəflər olan şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsi. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 114. Dövlət rüsumunun qaytarılması. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261. İcraata xitam verilmə əsasları. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişində məhkəmə xərclərinin ödənilməsi məsələsi həll edilməmişdir. Belə olan halda məhkəmə xərcləri ilə bağlı məsələ Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 114.1.4-cü maddəsinə uyğun olaraq həll edilməli, iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D I:

İddiaçı cavabdeh X4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə İddiaçı və cavabdeh X6 arasında aşağıdakı şərtlərlə bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin: “1. İddiaçı cavabdeh X2 1032 manat məbləğində pulu 10 ay ərzində hər ay 103 manat məbləğində olmaqla onun kart hesabına ödəməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələb və etirazı olmayacaq.

2. X5 1032 manat məbləğində pulu 10 ay ərzində hər ay 103 manat məbləğində olmaqla İddiaçı kart hesabına ödəməyə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir tələb və etirazı olmayacaq”. İddiaçı cavabdeh X4 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar