Məhkəmə qərarları › İş №2(010)-3385/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3385/2020

30.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3385/2020 30.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 24000 manat pul vəsaitinin 50%-nin cavabdehə aid edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat məbləğində məbləğdə pul vəsaitinin, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh xx xxxxxxx 1997-ci il tarixində rəsmi qaydada nikaha daxil olmuşlar. xx xxxxxx 2016-cı il tarixədək tərəflər arasında nikah münasibətləri mövcud olmuş, sonradan iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair hökm çıxarılaraq qanuni qüvvəyə minmişdir. Həmin tarixdən də tərəflər arasında faktiki nikah münasibətləri mövcud olmamışdır. İddiaçının yuxarıda qeyd edilən maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməsi zamanı yüngülləşdirici halların artırılması və ailə xərclərinin, iddiaçının cəza çəkdiyi müddət ərzində ailənin dolanması, o cümlədən zərərçəkmişlərə vurulmuş zərərin ödənilməsi məqsədi ilə iddiaçı ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “C” tikilisinin X1 barəsində sonuncu ilə xx xxxxxx 2016-cı il tarixində ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanması məqsədi ilə Cavabdeh həmin yaşayış evinin satılmasına etiraz etmədiyinə dair razılıq ərizəsi vermiş, lakin bir müddət sonra həmin razılıq ərizəsini ləğv etdirmişdir. Nəticədə, ilkin alqı-satqı müqaviləsi üzrə iddiaçı X6 qarşısında olan öhdəliklərini vaxtında və tam şəkildə icra edə bilmədiyinə görə, X2 müvafiq iddiası üzrə Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə iddiaçıdan 24000 (iyirmi dörd min) manat məbləğində pulun tutulması qət edilmişdir. Hal-hazırda Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi icra edilməli olduğundan həmin qətnamə üzrə müəyyən edilmiş 24000 manat məbləğində ödənilməsi zərurəti yaranmışdır. Qeyd edilən məbləğin ödənilməsi öhdəliyi cavabdehin təqsirli hərəkətləri nəticəsində yarandığından həmin məbləğin 12000 (on iki min) manat məbləğində olan hissəsi cavabdehə aid edilməlidir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq cavabdeh İddiaçı 24000 (iyirmi dörd min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X5 verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh X5 qarşı “ilkin müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BPQM-nin Maps şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Bu Məcəllənin 390.1.-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2.-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Bu Məcəllənin 405.1.-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Bu Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xx xxxx 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq cavabdeh İddiaçı 24000 (iyirmi dörd min) manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X5 verilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh X5 qarşı “ilkin müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddiasının təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, tərəflər arasında fərdi yaşayış evinin alqı-satqısına dair xx.xx.2016-cı il tarixdə ilkin müqavilə İddiaçı ilə X7 arasında bağlanmışdır. Cavabdeh həmin fərdi yaşayış evində yaşamaqla İddiaçı həyat yoldaşıdır. Müqavilənin tərəfi öz üzərinə götürdüyü öhdəlikləri icra etmədiyindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən həmin müqavilə üzrə X7 tərəfindən İddiaçı ödənilmiş məbləğin iki mislini ona geri qaytarmalıdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh həmin alqı-satqı müqaviləsi üzrə tərəf olmamış, müqavilənin şərtlərinin müəyyən edilməsində iştirak etməmiş, müqavilə üzrə öz iradə ifadəsini bildirməmişdir. Cavabdeh həmin evin alqısatqısı zamanı yalnız evin satılmasına dair etiraz etməməsi barədə razılığını bildirmiş, sonradan isə bu razılığın verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsinin tərəfi olmadığından, həmin alqı-satqı müqaviləsi üzrə onun öhdəliyi yaranmadığından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə İddiaçı tutulmalı olan 24000 manat məbləğində pul vəsaitinin yarısının Cavabdeh tutulmalı olması barədə tələb də istisna olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 24000 manat pul vəsaitinin 50%-nin cavabdehə aid edilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 2335/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə tutulmalı olan 24000 manat pul vəsaitinin 50%-nin cavabdehə aid edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar