Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3415/2025 06.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı İbragımova Ramınanın və onun nümayəndəsi Nümayəndə, Cavabdeh1 və X11 Mərkəzinin nümayəndəsi Cavabdeh2, X2 iştirakı ilə, İddiaçı İbragımova Ramınanın Cavabdeh1 və X3rşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı İbragımova Ramına Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Zabrat Müalicə-Diaqnostika Mərkəzində çalışan stomatoloq Cavabdeh1 tərəfindən məruz qaldığı maddi zərərə görə 1000 manat və mənəvi zərərin əvəzi kimi isə 2000 manat tutularaq X7 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı İbragımova Ramına vəsatətlə məhkəməyə müraciət edərək, 2(010)-3415/2025 saylı mülki iş üzrə Zabrat Müalicə-Diaqnostika Mərkəzinin cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı İbragımova Ramına iddia ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı Qazaxıstan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası, Bakı şəhərində yaşayan, İbragimova Ramina ( MYİ № 0******) 16 noyabr 2024-cü il tarixində, diş ağrısı şikayəti ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən "Zabrat Müalicə-Diaqnostika Mərkəzi"-nə, müraciət edib və orda onu Cavabdeh1 adlı stomatoloq qəbul etmişdir. Cavabdeh1 İbragımova Ramınanın (bundan sonra "iddiaçı") tibbi müayinəsini keçirmiş və özü bildirmişdir ki, 3 ədəd diş sıradan çıxıb, yəni üst çənəsində yerləşən 1 dişə və alt çənəsində yerləşən 2 dişə plomb qoyulması zəruridir. Lakin özünü sığortalamaq üçün və problemini dəqiq müəyyən etmək üçün xəstəni dişlərini rentgen etməyə göndərməyib. Müalicə edən vaxtı o alt çənəsində yerləşən 2 dişinin sinirini çıxartmış və plombları qoymuşdur. Lakin dişlərin sinirlərini çıxartsa da, bir dişdə plomb qoymaq üçün kanallara heç bir əlavə dərman qoymayıb və onun üstünə plomb qoyub. (Lakin dişin kanalları plomb qoymamış qabaq kanalları xüsusi dərmanla doldurmaq məqsədə uyğundur). Burda isə kanallar boş qalıb və əsas odur ki, başqa dişində sinirini çıxardanda stomatoloji alətinin hissəsini orada unudub saxlayıb. Hətta stomatoloq Cavabdeh1 (cavabdeh) iddiaçını aldadıb ki, dişində sinirin hissəsini saxlayıb, lakin iddiaçı rentgen etdirdikdən sonra, başqa klinikanın stomatoloqu bildirib ki, kanalında sinir qalmayıb. Müalicəyə görə iddiaçı Cavabdeh1 120 manat ödəyib. Müalicədən iki gün keçəndən sonra onda kəskin diş və baş ağrıları başlayıb. Həyat yoldaşı Nümayəndə normal qaydada evə getsə də, sonradan dişində ağrılar başlamış, bu barədə Orxana müraciət edən zaman isə sonuncu qısa müddət ərzində ağrıların bitəcəyini bildirmiş, lakin ağrılar sona çatmamışdı. Onun ağrıları keçməyib deyə, yoldaşı ilə birlikdə Dr. X15 müraciət etmişlər, orda iddiaçının müalicə olunan dişlərinin rentgen ediblər və məhz burada məlum olub ki, stomatoloq Cavabdeh1 stomatoloji alətin parçasının diş sinirin kanalında saxlayıb və başqa dişin kanalları dərmanla doldurulmamış, plomb qoyub. İddiaçının həyat yoldaşı dərhal Cavabdeh1 zəng edib və vəziyyətini bildirib. Cavabdeh1 çox kobud cavab vermiş və demişdir ki: "Ola bilməz. Mən bunu eləməmişəm. Mən günahkar deyiləm. Hara istəsəniz şikayət edin, mənə heç kim heç nə edə bilməz." Axırda da bildirmişdir ki, yaxşı sabah Zabrat Müalicə- Diaqnostika Mərkəzinə gəlin, mən baxım. Lakin iddiaçı getməkdən imtina edib, çünki həkimin danışıqları hədə-qorxu ilə olub və bunu nəzərə almaq lazımdır ki, o bir neçə gün ağrılardan əziyyət çəkirmiş və mübahisə etmək, həkimdən kobud sözləri eşitmək istəməmişdir. İddiaçı "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" TƏBİBƏ şikayət ərizəsini yazmışdır. Məktubdan sonra Zabrat Müalicə - Diaqnostika Mərkəzinin baş həkimi Cavabdeh2 ona(iddiaçıya) və onun yoldaşına zəng etməyə başlayıb və xahiş edib ki, ərizəni geri götürün, çünki Cavabdeh1 artıq töhmət veriləcək, amma onun da fəaliyyətini yoxlamaq istəyirlər, o isə bundan çəkinir. Ona təklif etmişdir ki, mərkəzə yaxınlaşsın və problemi müzakirə etsinlər. Gələn gün iddiaçı yoldaşı ilə baş həkimlə danışmaq üçün Zabrat Müalicə-Diaqnostika Mərkəzinə üz tutublar. Müzakirə gedəndə baş həkim Cavabdeh2 ifadə edib: “Gəlin söhbətinizi şişirtməyək, məni də cəzalandıra bilərlər. Ərizənizi geri alın və heç bir yerə şikayət etməyin. Stomatoloq Cavabdeh1 mənim də dişlərimi müalicə edib, dişlərimi və çənəmi pis günə salıb, insandır da, yola verək.” Deməli onun sözlərindən elə çıxır ki, həkim insandır və pasiyentlərə düzgün müalicə etməsə də, sağlamlığına ziyan dəysə də, onu bağışlamaq lazımdır. Bəs sağlamlığını itirən Ramina xanıma onda nəyi etmək lazımdır? Deyəsən Cavabdeh2 həkim davranışının əsas mənəvi-etik prinsiplərin barədə, Hippokrat andından heç xəbəri da yoxdur. Bundan savayı, bir sual yaranır, Şəhla xanım özü Zabrat Müalicə -Diaqnostika Mərkəzinin baş həkim olarkən, Cavabdeh1 həkim fəaliyyətində qeyri-peşəkarlığı görərkən, onun fəaliyyətinə müdaxilə etməyib, ona xəstələri qəbul etməyə icazə verib və bir mütəxəssis kimi qanunsuzluğa gözlərini yumub. Həmin stomatoloqun yanına xəstələr gəlirmiş və görünən kimi iddiaçının sağlamlığına zərbə dəyib və xəstəyə əziyyət verib. Bir neçə gün sonra iddiaçı yenə stomatoloqun qəbuluna getmiş, çünki baş həkimdən zənglər davam olaraq gəlirdi. Söhbət başlayanda, X14 Hüseynliyə bildirmişdir ki, o dişin kanalında alətin parçasını unudub saxlayıb və başqa dişinin sinirləri çıxardandan sonra kanalları boş saxlayıb və plomblayıb. Buna Cavabdeh1 çox sərt reaksiyasını verib, yüksək səslə cavab verməyə başlayıb: "Siz heç nə sübut edə bilməsiniz. Siz yalan danışırsınız, bunu başqa həkim edib, siz mənim boynuma atmaq istəyisiniz. Hara gedirsiniz gedin, kimə şikayət etmək istəyisiniz edin, mənə heç kim heç nə edən deyil." İddiaçıya qarşı çox kobud və sərt davranışa yol verib hətta az qaldı hədə-qorxuya keçib. Baş həkim Cavabdeh2 həmin kabinetə yaxınlaşsa da, həkimi sakitləşdirə bilməyib. Cavabdeh2 özü Cavabdeh1 bildirmişdir ki, xəstəyə kömək et, başqa həkimlərdə müalicəsinin pulunu ödə, sənin səhvindir. Heç olmasa, barışma prosesi olsun. Cavabdeh1 isə “mənim vaxtım yoxdur, mən uşaqlarımı uşaq bağçasına aparmalıyam”, deyə imtina edib. "Siz məndən pul istəməyə gəldiniz, sizdə heç bir problem yoxdur" belə söhbətləri davam edirdi. Profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Tərəflərin izahatları.
4. İddiaçı İbragımova Ramına məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı İbragımova Ramınanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı İbragımova Ramına xx.xx.2024-cü il tarixində ona müraciət etmişdir. İbragımova Ramınanın, ilk dəfə gəlişi zaman onun dişinə dərman qoymuş, iddiaçın üçüncü dəfə gəldiyi zaman onun dişini plomlamış və demişdir ki, diş rentgeni çəkdirməlidir. İddiaçı tərəf isə dişin rentgenini çəkdirməsə də, o dişin müalicəsini başa çatdırmışdır. İddiaçı tərəf “102” xidmətinə zəng edərək məlumat vermiş, prokurorluğa müraciət etmişdir. İbragımova Ramınanın 7 dişində problem olmuş, onun 3 ədəd dişində isə ağrı olmuş, üzündə isə şiş olmamışdır. Ağrılarının olması səbəbindən, ona diş rentgeninin çəkilməli olduğunu demişdir. O bildirmişdir ki, iddiaçının dişində sınıb qalmış alət onda olmamışdır. Həmin alət iddiaçının başqa həkimdə müalicə etdirdiyi zaman qalmışdır. O iddiaçının hər dişin müalicəsi üçün 40 manat, ümumilikdə 120 manat məbləğində pul almışdır. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
7. Cavabdeh X11 Mərkəzinin nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o X11 Mərkəzinin baş həkimidir və digər Cavabdeh1 da həmin müəssisədə çalışan yeganə diş həkimidir. Hal-hazırda X1 diş rentgen aparatı sınmışdır və ondan istifadə olunması qeyri-mümkündür. İbragımova Ramına ona stomatoloqla bağlı şikayətlə müraciət etmişdir. Bununla bağlı olaraq o, müəssisədə çalışan həkimi Cavabdeh1 çağırmış, Cavabdeh1 isə ona elə bir alətdən istifadə etmədiyini bildirmişdir. Cavabdeh1, ona bildirmişdir ki, onun həyata keçirdiyi müalicədən sonra iddiaçı tərəf başqa iki həkimə getmişdir. O, bir müddət sonra İbragımova Ramına ilə əlaqə saxlamış və onun vəziyyəti ilə maraqlanmışdır. İbragımova Ramına demişdir ki, ona maddi cəhətdən köməklik göstərsin, lakin Cavabdeh1 isə onun başqa bir həkimə getdiyini və onun dişini yenidən müalicə edə bilməyəcəni bildirmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” Publik hüquqi şəxs tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixində müraciətlə bağlı həkim-stomatoloq Cavabdeh1 mərkəzə dəvət olunaraq izahat alınmışdır. O, izahatında qeyd etmişdir ki, onda yaranan narahatçılıqla bağlı təkrar müayinəyə dəvət etdiyini və onun yaxınlaşmadığını bildirmişdir. Müraciət ilə bağlı adıçəkilən tibb müəssisəsindən təqdim olunan məlumata əsasən bildirilir ki, Cavabdeh1 işində yol verdiyi nöqsanlara görə barəsində müvafiq intizam tənbehi tədbiri görülmüşdür.
9. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, toplanmış 07C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1135/KEŞ saylı rəydən müəyyən olunur ki, 2003-cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 11.1.2. Ramına İbragimovanın məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. 3.4. Ramina İbragimovanın mütəxəssis müayinəsi zamam hazırda onda 47-ci dişdə endodontik müalicənin tam yerinə yetirilmədiyi, 46-cı dişdə isə yad cisimin (endodontik alət, sınıq qalığı) olduğu müəyyən edilmişdir. Bu da aparılmış stomatoloji prosedurların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Qeyd olunanlarla əlaqədar endodontik müalicə yenidən icra olunmalıdır.
5. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
6. Ramina İbragimova müalicə müəssisəsi şəraitində göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-stomatoloqdur.
12. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, xx.xx.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, “Zabrat Sağlamlıq Mərkəzində stomatoloq işləyən, Bakı şəhəri Suraxanı rayonu, M.Mustafayev küçəsi, 8/6, mənzil 33-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospekti, E.Süleymanov küçəsi, mənzil 90-da yaşayan Cavabdeh1 (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 460-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır.
İşin faktiki halları.
13.İbragımova Ramına 16 noyabr 2024-cü il tarixdə diş ağrısı şikayəti ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən "Zabrat Müalicə- Diaqnostika Mərkəzi"-nə müraciət etmiş və onu Cavabdeh1 adlı stomatoloq qəbul etmişdir. Həkim Cavabdeh1 İbragımova Ramınanın tibbi müayinəsini keçirmiş və özü bildirmişdir ki, 3 ədəd diş sıradan çıxıb, yəni üst çənəsində yerləşən 1 dişə və alt çənəsində yerləşən 2 dişə plomb qoyulması zəruridir. Lakin həkim tərəfindən xəstənin dişləri rentgen olunmamışdır. Həkim tərəfindən mülaicə aparıldıqdan sonra iddiaçı dişlərinin ağrıması şikayəti ilə müraciət etmiş və daha sonra həkimin hərəkətlərindən Bakı şəhəri Sabuncu Prokukorluğuna müraciət etmişdir. Bakı şəhəri Sabuncu Prokukorluğu tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və toplanmış 07C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabuncu Prokukorluğunda araşdırma aparılan zaman iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1135/KEŞ saylı rəyə əsasən 2003-cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. 1.2. Ramına İbragimovanın məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. 3.4. Ramina İbragimovanın mütəxəssis müayinəsi zamam hazırda onda 47-ci dişdə endodontik müalicənin tam yerinə yetirilmədiyi, 46-cı dişdə isə yad cisimin (endodontik alət, sınıq qalığı) olduğu müəyyən edilmişdir. Bu da aparılmış stomatoloji prosedurların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Qeyd olunanlarla əlaqədar endodontik müalicə yenidən icra olunmalıdır.
5. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
6. Ramina İbragimova müalicə müəssisəsi şəraitində göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-stomatoloqdur.
14. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, “Zabrat Sağlamlıq Mərkəzində stomatoloq işləyən, Bakı şəhəri Suraxanı rayonu, M.Mustafayev küçəsi, 8/6, mənzil 33-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospekti, E.Süleymanov küçəsi, mənzil 90da yaşayan Cavabdeh1 (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 460-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır.
Tətbiq edilən hüquq.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı.
İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər.
18. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Alı Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarı
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər.
10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 113. Dövlət rüsumu kəsirinin ödənilməsi 113.1. İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
20. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.
Məhkəmənin mövqeyi.
21. İşin faktiki hallarından müəyyən olunmuşdur ki, İbragımova Ramına 16 noyabr 2024-cü il tarixdə diş ağrısı şikayəti ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən "Zabrat Müalicə-Diaqnostika Mərkəzi"-nə müraciət etmiş və onu Cavabdeh1 adlı stomatoloq qəbul etmişdir. Cavabdeh1 İbragımova Ramınanın tibbi müayinəsini keçirmiş və özü bildirmişdir ki, 3 ədəd diş sıradan çıxıb, yəni üst çənəsində yerləşən 1 dişə və alt çənəsində yerləşən 2 dişə plomb qoyulması zəruridir. Lakin həkim tərəfindən xəstənin dişləri rentgen olunmamışdır. Həkim tərəfindən müalicə aparıldıqdan sonra iddiaçı dişlərinin ağrıması şikayəti ilə müraciət etmiş və daha sonra həkimin hərəkətlərindən Bakı şəhəri Sabuncu Prokukorluğuna müraciət etmişdir. Bakı şəhəri Sabuncu Prokukorluğu tərəfindən xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və toplanmış 07C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Sabuncu Prokukorluğunda araşdırma aparılan zaman iş üzrə ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1135/KEŞ saylı rəyə əsasən 2003-cü il təvəllüdlü X6 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir. 1.2. Ramına İbragimovanın məhkəmə-tibbi müayinəsi zamanı hazırda onun bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduğu müəyyən edilmədi. 3.4. Ramina İbragimovanın mütəxəssis müayinəsi zamam hazırda onda 47-ci dişdə endodontik müalicənin tam yerinə yetirilmədiyi, 46-cı dişdə isə yad cisimin (endodontik alət, sınıq qalığı) olduğu müəyyən edilmişdir. Bu da aparılmış stomatoloji prosedurların qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Qeyd olunanlarla əlaqədar endodontik müalicə yenidən icra olunmalıdır.
5. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərdə tutulmayıb.
6. Ramina İbragimova müalicə müəssisəsi şəraitində göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 bəndinin (“ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli icra etməməsi”) tələblərinin pozulması kimi qiymətləndirilir. Buna məsul şəxs həkim-stomatoloqdur.
22. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.1989-cu il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, evli, “Zabrat Sağlamlıq Mərkəzində stomatoloq işləyən, Bakı şəhəri Suraxanı rayonu, M.Mustafayev küçəsi, 8/6, mənzil 33-də qeydiyyatda olsa da, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospekti, E.Süleymanov küçəsi, mənzil 90da yaşayan Cavabdeh1 (FİN-xxxxxxx) barəsində Azərbaycan Respublikası İXM-nin 460-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır.
23. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93).
24. Avropa Məhkəməsinin “Fətullayev Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qərarının 183-cü bəndində qeyd edilmişdir: “Məhkəmə qeyd edir ki, Məhkəmə Reqlamentinin 60-cı Qaydasına əsasən, əvəzin ədalətli ödənilməsi üçün irəli sürülən bütün tələblər tərkib elementləri üzrə ətraflı bölünməklə, müvafiq təsdiqedici sənədlərlə və ya ödəniş qəbzləri ilə birlikdə təqdim edilməlidir, belə olmadıqda məhkəmə tələbi bütünlüklə və ya qismən rədd edə bilər.”.
25. İddiaçı ona maddi zərər vurulması ilə bağlı cavabdehlərdən 1000 manat pul tələb etməsinə baxmayaraq, məhkəmə iclasında Cavabdeh1 dişin müalicə olunması üçün 120 manat pul verdiyini və qarşı tərəf hər üç dişin müalicə olunması üçün iddiaçıdan 120 manat pul almasını etiraf etmişdir.
26. Məhkəmə qeyd edir ki, iddiaçı tərəf bununla bağlı çəkdiyi və çəkməli olduğu xərclər barəsində məhkəməyə heç bir sübut təqdim etmədən qarşı tərəfdən 1000 manat pul tələb edir.
27. Məhkəmə iddianın maddi ziyanın tutulması hissəsinə münasibətdə hesab edir ki, maddi ziyanın nədən ibarət olması, iddiaçının pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər barəsində sübut təqdim olunmadığından iddia həmin hissədə qismən təmin olunmalıdır.
28. İddiaçının 2000 manat mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X10 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. 29.Məhkəmə hesab edir ki, Ramina İbragimovanın müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmət qüsurlu olduğundan iddiaçının mənəvi sarsıntı keçirməsi və sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi şübhəsizdir və deməli, zərərçəkənin, yəni iddiaçının mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə onun müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmətin qüsurlu olması ilə əlaqədar mənəvi əzab çəkməsi barədə dəlillərini inandırıcı qəbul edir. Zərərçəkən bunu 2000 manat dəyərində qiymətləndirir.
30. Plenum qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 31.Məhkəmə qeyd edir ki, iddiaçı qadındır və himayəsində azyaşlı övladları vardır, sağlamlığı pozulduğu müddət ərzində iztirab keçirməsi ilə yanaşı azyaşlı övladlarına da qulluq etmək məcburiyyətində qalmışdır.
32. Buna baxmayaraq məhkəmə hesab edir ki, mənəvi zərərlə bağlı tələb olunan məbləğ həddindən artıq çoxdur və mənəvi zərərin 1500 manat məbləğində qiymətləndirilməsi daha ağlabatan və ədalətlidir.
Məhkəmənin gəldiyi nəticə.
33.Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 120 manat maddi zərər tutularaq iddiaçı İbragımova Ramınaya verilməli və müalicə müəssisəsi şəraitində göstərilmiş tibbi xidmətin qüsurlu olması nəticəsində iddiaçı yenidən tibbi müdaxiləyə məruz qaldığından, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərər vurulduğundan, bu hal onun əsəb gərginliyi keçirərək, psixo-emosional vəziyyətinin pisləşməsinə və onun şüurunda mənfi reaksiyaya səbəb olmasına və mənəvi sarsıntılar keçirməsinə səbəb olduğundan 1500 manat mənəvi zərər Cavabdeh1 və X11 Mərkəzindən birgə qaydada tutularaq iddiaçı İbragımova Ramınaya ödənilməlidir.
34. Məhkəmə xərcləri – 6.20 (altı manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və X11 Mərkəzindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. 35.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin olunsun. Cavabdeh1 120 (bir yüz iyirmi) manat maddi zərər tutularaq iddiaçı İbragımova Ramınaya verilsin. Cavabdeh1 və X11 Mərkəzindən 1500 (bir min beş yüz) manat mənəvi zərər birgə qaydada tutularaq iddiaçı İbragımova Ramınaya ödənilsin. Məhkəmə xərcləri – 6.20 (altı manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 və X11 Mərkəzindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova