Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3450/2022 26.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X3 qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "subroqasiya qaydasında pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 542.79 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70,40 (yetmiş manat 40 qəpik) manat dövlət rüsumunun Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan xx.xx.2018-ci il tarixində ** MV *** dövlət qeydiyyat nişanlı Hyundai İX-35 markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BX *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. “X2” MMC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 459,99 manat məbləğində zərər müəyyən edilmişdir, təmir olunduğu halda isə 82,79 manat əlavə xərc (ƏDV 18 faiz) ödənilməlidir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 542,79 (beş yüz qırx iki manat yetmiş doqquz qəpik) manat sığorta ödənişinin zərərçəkən nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinə qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə mülki işin iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 4 il bundan əvvəl baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olsa da, hadisə yerindən qaçmamışdır. Belə ki, o, dərhal hadisədən sonra zərərçəkmiş şəxsə yaxınlaşmış, onun tərəfindən heç bir problem olmadığı eşidib hadisə yerindən çıxıb getmişdir. Tələb olunan məbləğdə pulu birdəfəyə ödəmək iqtidarında deyil və belə olan halda borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X1 məxsus olan “Hyundai İX-35” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilə kimi "xxxx" ASC tərəfindən icbari sığortalamışdır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində ** BX *** dövlət qeydiyyat nişanlı Mitsubishi Pajero markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuş və cavabdeh yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Nərimanov rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokoluna əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozduğuna görə Azərbaycaan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən “X2” MMC tərəfindən tərtib olunmuş zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə əsasən 542.79 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə də, yuxarıda təsvir olunanlarla 16 sentyabr 2021-ci tarixdə "xxxx" ASC tərəfindən icbari sığorta ilə sığortalanmış, X1 məxsus olan və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə olunan “Hyundai İX-35” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobil törədilmiş yol-nəqliyyat hadisəsi zamanı vurulmuş zərərlə əlaqədar iddiaçı tərəfindən cəmi 542.79 manat məbləğində pul vəsaitinin (sığorta ödənişinin) ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən həmin Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır Beləliklə də, yuxarıda təsvir olunanlarla "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “Hyundai İX-35” markalı ** MV *** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnamə əsasında idarə edən sürücü Cavabdeh təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsindən sonra hadisə yerindən yayındığına görə həmin hadisəsi nəticəsində vurulmuş zərərə görə sığortaçı tərəfindən sığorta ödənişlərini zərərçəkmiş şəxsə ödənilməsi təsdiq olunduğundan məhkəmə qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq hesab edir ki, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı subroqasiya hüququ yaranmışdır. Bununla əlaqədar məhkəmə Cavabdeh hadisə yerindən yayınmaması barədə dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh hadisənin onun təqsiri nəticəsində baş verməsini qanunla müəyyən olunmş qaydada mübahisələndirməmişdir. İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat manat dövlət rüsumu və 0.40 bank xidmət xərci cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 542.79 manat məbləğində sığorta ödənişi, 30 manat manat dövlət rüsumu və 0.40 bank xidmət xərci - cəmi 573.19 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-3450/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3450/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver