Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3460/2021 01.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə qarşı «icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nisə İsmayılovanın və soyadını xatırlamadığı Heydər adlı icra məmurunun ona məxsus VAZ 2107 markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin heç bir məhkəmə qərarı olmadan ona qarşı zor tətbiq edilməklə alınması kimi hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2(010)-515/2020 nömrəli 12.06.2020-ci il tarixli qətnamənin icra edilməməsi ilə bağlı borclu icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən birbaşa yuxarı orqana və ya məhkəməyə şikayət edə bilər. İcra haqqında Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmə məlumat üçün bildirir ki, qətnamənin icrası qaydasında məhkəməyə şikayət verilməsi zamanı tərəflər iddiaçı və cavabdeh yox, tələbkar və borclu olur. Çünki ərizə artıq qəbul edilmiş və qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bağlı olur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı iddia ərizəsinə iddia icraatı qaydasında baxılması mümkün olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. İddiaçı izah edilməlidir ki, o, qətnamənin icrası qaydasında icra məmurunun hərəkətindən prosessual qaydalara riayət etməklə, yəni borclu qismində, şikayətini İcra Haqqında Azərbaycan Respublikası Qanunun müdəaları ilə əsaslandırmaqla şikayət verə bilər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Suraxanı Rayon İcra və Probasiya Şöbəsinə qarşı «icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı izah edilsin ki, o, qətnamənin icrası qaydasında icra məmurunun hərəkətindən prosessual qaydalara riayət etməklə, yəni borclu qismində, şikayətini İcra Haqqında Azərbaycan Respublikası Qanunun müdəaları ilə əsaslandırmaqla şikayət verə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3460/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3460/2021
01.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver