Məhkəmə qərarları › İş №2(010)-3487/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3487/2020

13.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3487/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ƏMDK yanında İstehsal Xidmət Müəssisələrinin İdarəetmə mərkəzi, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, ƏMDK yanında DƏDRX, Cavabdeh7 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “Birinci instansiya, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrinin qərarlarının ləğv edilməsi, BŞİH MTK idarəsinin qeyri-yaşayış sahəsinin hüquqi varisinə geri qaytarılması” adlı tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərə baxaraq, Müəyyən etdim: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, ƏMDK yanında İstehsal Xidmət Müəssisələrinin İdarəetmə mərkəzi, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, ƏMDK yanında DƏDRX, Cavabdeh7 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 adından faktiki olaraq saxta çıxarışlarla verdikləri iddia ərizəsinin ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Nərminə Rzayevanın tərtib etdiyi xx.xx.2019-cu il tarixli, 2(010)-270/2019 nömrəli qətnamənin, Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın tərtib etdiyi xx.xx.2019-cu il tarixli, 2(103)-9415/19 nömrəli qətnamənin, Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Gündüz Quliyevin tərtib etdiyi xx.xx.2020-ci il tarixli, 2(102)-145/2020 nömrəli qərarın qüvvədən düşmüş hesab edilməsi və ləğvi edilməsi, Ədliyyə Nazirliyinin Suraxanı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 37769/2020-18-20 nömrəli qərarının və təhvil-təslim aktının ləğv edilməsi, əmlakın satışına həbs qoyulması barədə, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, D y/s, 13 saylı MTK binasının qeyri-yaşayış sahəsi olan 47 saylı mağazanın hüquq varisi İddiaçı adına ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, hərracın nəticəsinin ləğv edilməsi, yəni, məhkəmə çəkişməsi ərəfəsində, xx.xx.2017-cü il tarixdə qanunsuz keçirilən hərrac nəticəsində Cavabdeh1 verilmiş xx.xx.2017 -ci il tarixli, № ******* çıxarışın ləğv edilməsi, ƏMDK-nin məmurlarından hərracın izini İtirmək üçün Cavabdeh2 xx.xx.2018-cu il tarixli, № ******* saxta çıxarışla və Cavabdeh1 xx.xx.2018 il tarixli, № 12464751 saxta çıxarışla hüquqi varisdən “maneələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsindən çıxardılma, boşaldılma” qeyri-qanuni iddia tələblərinə görə məsuliyyətə cəlb olunmaları, ona və xüsusi mülkiyyətinə vurduqları maddi-mənəvi ziyana görə hər birinin 10 (on) min manat kompensasiya ödəmələri, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun, İXMİM-nin nümayəndəsi Şəfa Muradovun, DƏDRX-nin rəisi Hikmət Mustafayevin birləşib mafioz qruplaşma yaradıb hüquqi varisin kooperativ mülkiyyətini ələ keçirmək üçün etdikləri bütün qanunsuzluqlara görə, ona vurduqları maddi mənəvi-ziyana görə hər birinin hüquqi varisə 5 (beş) milyon avro kompensasiya ödəmələri, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanov, İXMİM-nin nümayəndəsi X2 və DƏDRX-nin rəisinin etdikləri qanun pozuntularına görə istintaqa cəlb olunmaları barədə və intizam qaydalarını pozan məhkəmə hakimləri və İcra Probasiya şöbələrinin (Nərimanov rayonunda Zaur Abdullayev və Suraxanı rayonunda Rəşad Dövlətovun) etdikləri qanunsuzluqlara görə barələrində məlumatların Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. İddiaçının ərizəsinin mahiyyətindən göründüyü kimi, o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin qətnamələrinin, Ali Məhkəmənin qərarının ləğv edilməsini, eyni zamanda digər vəzifəli şəxslərin qərarlarının ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin xahiş etdi hissəsi də mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Həmin qanunun 20-ci maddəsinə əsasən rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır. Həmin qanunun 61-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin İ hissəsinə müvafiq olaraq apellyasiya məhkəməsi mülki, inzibati və iqtisadi mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir. Həmin qanunun 77-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır. Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi birinci instansiya məhkəməsidir və ancaq qanunla onun səlahiyyətlərinə aid edilmiş işlərə baxmaq hüququ vardır. Birinci instansiya məhkəmələrinin yuxarı instansiya məhkəmələrinin – Azərbaycan Respublikası Apellyasiya məhkəmələri və Ali Məhkəməsinin qərarlarını ləğv etmək səlahiyyətində deyildir. Məhkəmə məlumat üçün bildirir ki, iddiaçı ərizəsinin xahiş etdi hissəsindəki digər məsələlərlə bağlı isə ayrı-ayrılıqda şikayət verə, yaxud müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 284-2, 284-4-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, ƏMDK yanında İstehsal Xidmət Müəssisələrinin İdarəetmə mərkəzi, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi, ƏMDK yanında DƏDRX, Cavabdeh7 və Suraxanı rayon İcra və Probasiya şöbəsinə qarşı “Birinci instansiya, Apellyasiya və Kassasiya instansiyası məhkəmələrinin qərarlarının ləğv edilməsi, BŞİH MTK idarəsinin qeyri-yaşayış sahəsinin hüquqi varisinə geri qaytarılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin xahiş etdi hissəsindəki digər məsələlərlə bağlı ayrı-ayrılıqda şikayət verə, yaxud müvafiq məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar