Məhkəmə qərarları › İş №2(010)-3555/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3555/2021

28.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3555/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs ƏMDK yanında DƏDRX-in 1 sayıl Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, maraqlı şəxs ƏMDK yanında DƏDRX-in 1 sayıl Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin bölünməsinə dair iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyət hüquq ilə iddiaçıya və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin paylara və mövcud sənədlərə uyğun olaraq naturada bölünməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xüsusi və paylı mülkiyyət hüququ ilə iddiaçıya və cavabdehlərə məxsusdur. Eyni zamanda qeyd edilən torpaq sahəsinə ƏMDK yanında DƏDRX tərəfindən elektron çıxarış verilmişdir. Əmlakın paylı mülkiyyətdə olması əmlakdan istifadəni və ona sərəncam çətinləşdirir. Belə ki, əmlakla bağlı istənilən addım atılan zaman digər mülkiyyətçilərin razılığı lazım olur ki, iddiaçı hər dəfə də onları tapa bilmir. Tapdıqda isə mübahisələr yaşayır. Yaranan mübahisələr həmişə əsəblərini korlayır, xoşagəlməyən ifadələr eşidir. Hal-hazırda iddiaçı həmin fərdi yaşayış evinin naturada bölünməsi nail olmaq istəyir. Bununla əlaqədar iddiaçı X2 paylı mülkiyyət hüquq ilə iddiaçıya və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin paylara və mövcud sənədlərə uyğun olaraq naturada bölünməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi Dairəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə tərəfləri dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Daşınmaz Əmlakın Reyestr nömrəsi olan **********90 saylı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə, Cavabdeh2 1/3 hissədə məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1456 saylı, 25 noyabr 2021-ci il tarixli rəyə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestrindən 31.08.2020-ci il tarixli, **********0 saylı çıxarışa əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 213.1-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsaəsn birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hazırkı işdə iddia tələbi bir neçə hissədən ibarətdir və tələbin əsas hissəsini əmlakın naturada bölgüsü təşkil edir. Çünki, əmlakın naturada bölgüsü əldə edildikdən sonra tələbin digər hissələri ilə bağlı hüquqi nəticəyə gəlinə bilər. Məhkəmə İddianın əmlakın naturada bölünməsi hissəsini əsaslı hesab etmir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 31.08.2020-ci il tarixli, **********0 saylı çıxarışa əsasən, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, İddiaçı 1/3 hissədə, Cavabdeh1 1/3 hissədə və Cavabdeh2 1/3 hissədə mülkiyyətinə verilmiş 0,04 ha torpaq sahəsinin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs ƏMDK yanında DƏDRX-in 1 sayıl Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar