Məhkəmə qərarları › İş №2(010)-3604/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3604/2023

26.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3604/2023 26.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cinayət əməlləri nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı yekun qərarı ilə Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkən xx xxxx 1961-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonun Qıvraq Kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək təkbaşına mənimsədiyi 204.000 (iki yüz dörd min) manat məbləğində, üstəgəl Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat məbləğində hissənin, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində olmaqla, ümumilikdə 340.500 (üç yüz qırx min beş yüz) manat məbləğindəki pulun tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat hissəsinin, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, ümumilikdə, 136.500 (bir yüz otuz altı min beş yüz) manat məbləğindəki pulun tutularaq ona ödənilməsi, eyni zamanda iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 767 (yeddi yüz altmış yeddi) manat məbləğində olan dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsasandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1 (103)-1607/2022 saylı yekun qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikasının 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 27 aprel 2021-ci il tarixdən hesablanmaqla 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(103)-1607/2022 saylı yekun qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikasının 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, cəzasının çəkilmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla 4(dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəsissəsində cəzasını çəkir. Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 1(103)-1607/2022 saylı yekun qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 özgənin əmlakını ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq cinayətini törətmişdir. Belə ki, o, 2020-ci ilin fevral ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs təşkil etmiş, bu məqsədlə özünü tanışı İddiaçı Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, İddiaçı tanışı X29 Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Polisinə müddətli hərbi xidmətə qəbul etdirəcəyinə dair yalandan vəd edərək, sonuncunun anası X21 aldığı 8500 manat pulu ünvan 2 saylı ündanda yerləşən ‘Ağ Saray” şadlıq evinin yaxınlığında Cavabdeh2 vermiş, sonuncu isə həmin məbləğdə pulu Cavabdeh1 ilə birlikdə ələ keçirərək verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Sevda Kərimovaya geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin mart ayının əvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı Hərbi polisdə çavuş kimi xidmət edən X9 gizir hərbi rütbəsi verdirəcəkləri adı altında, cəmi 23000 manat məbləğində pulu alaraq, vədə əməl etməyərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs Ədalət Rıhimova qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin aprel ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X10 qardaşı oğlu X22 iş yerini dəyişmək adı altında 6000 manat məbləğində pulu alaraq, vədə əməl etməyərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu X14 geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin may ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X11 xidmət yerini dəyişmək adı altında 5000 manat məbləğində pulu alaraq, vədə əməl etməyərək, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X15 xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən Bakı şəhərində yerləşən “N” saylı hərbi hissələrin birinə xidmət etmiş iş yerini dəyişdirəcəyinə yalandan vəd verərək ondan ünvan 2 ünvanında yerləşən “Ağ saray” şadlıq evinin yaxınlığında 5000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Cavabdeh1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etdiklərindən, İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Cəfərzadə Turqaya geri qaytarmış və nəticədə, Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs Ədalət Rıhimova qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, 2020-ci ilin may ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X12 dostu Məhərrəm adlı şəxsin həyat yoldaşını Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə işə düzəldəcəyinə yalandan vəd verərək X5 14000 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Cavabdeh1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu X16 geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyun ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədlə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, İddiaçı tanışı X3 tanışı X2 X39 7000 manat pul müqabilində qəbul etdirəcəyinə yalandan vəd verərək, İddiaçı ünvan 3 ünvanında yerləşən “Şuşa” restoranının yaxınlığında 7000 manat məbləğində pulu alıb birlikdə ələ keçirdikdən bir müddət sonra, X4 MR-nın Şərur RPŞ-nə sıravi polis nəfəri, müəyyən müddətdən sonra leytenant rütbəsi verdirəcəyinə və Bakı şəhərində yerləşən polis bölmələrinin birinə xidməti iş yerini dəyişdirəcəyinə dair yalandan vəd verdiyini bilmişdir. Fuad Haqnəzərov həmin təkliflə razılaşmadıqda, İddiaçı qeyd olunan məbləğdə pulu Cavabdeh2 və Cavabdeh1 geri istədikdə sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu Fuad Haqnəzərova geri qaytarmış, nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, təkrarən o, 2020-ci ilin iyul ayında tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasımım yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, bu məqsədlə İddiaçı Suraxanı rayonu İcra Hakimiyyıtinin Başçısının müavini vəzifəsinə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, ondan 120000 ABŞ dolları, milli pul vahidi ilə 204000 manat məbləğində pulu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində yerləşən “Neftçilər” parkında alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan əlavə, 2020-ci ilin avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Cavabdeh2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, bu məqsədi ilə İddiaçı özünü Azərbaycan Respublikasının yüksək vəzifəli şəxslərinin qohumu kimi təqdim edərək, onun tanışı X23 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Polisindən təxris olunmasının qarşısının alınmasını yalandan vəd verərək,ümumilikdə 4500 manat məbləğində pulu aldıqdan sonra, sonuncu Cavabdeh1 ilə birlikdə verdikləri vədə əməl etmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 pulu geri istədikdə, sonuncular pulu qaytarmaqdan imtina etməklə İddiaçı öz vəsaiti hesabına qeyd olunan məbləğdə pulu geri qaytarmış və nəticədə Cavabdeh2 və Cavabdeh1 həmin məbləğdə pulu ələ keçirməklə zərərçəkmiş şəxs İddiaçı qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. İddiaçıya birbaşa 120.000 (yüz iyirmi min) ABŞ dolları, hazırkı kursla 204.000 (iki yüz dörd min) manat məbləğində pulları maddi ziyan dəyməklə yanaşı zərərçəkmişlər X30 8500 (səkkiz min beş yüz) manat, X9 23.000 (iyirmi üç min) manat, X14 6000 (altı min) manat, X17 5000 (beş min) manat, X18 5000 (beş min) manat, X16 14.000 (on dörd min) manat, X6 7000 (yeddi min) manat, X24 4500 manat məbləğindəki, cəmi 73000 (yetmiş üç min) manat pullarını məhkum olunmuş şəxslərə iddiaçı alıb, verdiyinə görə və məhkum olunmuş şəxslər həmin pulları qeyd etdiyi zərərçəkmişlərə özləri qaytarmaqdan imtina etdiklərinə görə iddiaçı göstərilən məbləğdə olan pulları onlara qaytarmağa məcbur olmuş və qaytarmışdır, yəni həmin məbləğlər də məhkum olunmuş şəxslərdən alınaraq, iddiaçıya ödənilməlidirlər. Bununla yanaşı, cinayət işi üzrə məhkum olunmuş şəxslərin iddiaçıya qarşı etdikləri cinayətkar hərəkətlərin nəticəsində, iddiaçının dələduzluq yolu ilə ələ keçirdikləri, məhkum olunmuş şəxs Cavabdeh1 tək olaraq, 204.000 (iki yüz dörd min) manat məbləğində iddiaçının pullarını, Əliyev X19 Vüsal Ramiz oğlu ilə birlikdə 73000 (yetmiş üç min) manat məbləğində iddiaçının pulunu birlikdə mənimsəmişlər. Həmin məbləğlər müştərək formada, hər birindən 36500 (otuz altı min beş yüz) manat məbləğində pul onlardan tutulub alınmalıdır. İddiaçı qeyd olunan məbləğlərdən istifadə edə biləcəyi təqdirdə, iddiaçının qazana biləcəyi maddi nemətlər əlindən çıxmış, nəticədə, əldə edə biləcəyi, əvəzi qeyd etdiyi məhkum olunmuş şəxslər-cavabdehlər tərəfindən ödənilməli olan gəlirini itirmiş və eyni zamanda, iddiaçıya qarşı dələduzluq etmiş şəxslər tərəfindən ödənilməsi vacib olan mənəvi ziyan da dəymişdir. İddiaçı həmin əldə edə biləcəyi gəliri 100.000 (bir yüz min) manat və iddiaçıya dəymiş mənəvi ziyanı isə 100.000 (bir yüz min) manat, ümumi məbləğlərini 200.000 (iki yüz min) manat məbləğində - həddində qiymətləndirir. İddiaçı, özünün ələ keçirilmiş Cavabdeh1 tərəfindən etibarından sui-istifadə olunaraq təkbaşına mənimsənilmiş 204.000( iki yüz dörd min) manat məbləğində pullarım, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə olunaraq mənimsənilmiş 73000 (yetmiş üç min) manat məbləğində pulunu Respublikadakı Bank hesabına yatırsaydı, həmin pulları bank hesabında saxladığına görə əldə edə biləcəyi minimal gəliri 100.000 (bir yüz min) manat təşkil etmiş olardı. Bundan başqa, iddiaçı uzun müddət pullarını geri qaytarmaq üçün əziyyətlər çəkmiş, mənəvi və vaxt itkisinə məruz qalmışdır. İddiaçı həmin edə biləcəyi gəliri və iddiaçıya dəymiş mənəvi ziyanın ümumi məbləğlərini 100.000 (bir yüz min) manat məbləğində-həddində qiymətləndirir. Hesab edir ki, cinayət işi üzrə məhkum olunmuş şəxslər, yəni Cavabdeh1 iddiaçının etibarından sui-istifadə edərək təkbaşına mənimsədiyi: 204.000 (iki yüz dörd min) məbləğində manat, əlavə olaraq Cavabdeh2 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) manat hissəsi, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat məbləğində, ümumilikdə, 340.500 (üç yüz qırx min beş yüz) məbləğində manat təşkil edir və Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçının etibarından sui-istifadə edərək, mənimsədikləri: 73000 (yetmiş üç min) manat məbləğində olan pulun 36500 (otuz altı min beş yüz) məbləğində manatı, həmçinin iddiaçıya vurduğu maddi və mənəvi ziyana görə 100.000 (bir yüz min) manat, ümumilikdə, 136.500 (bir yüz otuz altı min yüz) manat təşkil etmiş olur. Cavabdehlərin ümumi ödəməli olduqları məbləğ 477.000 (dörd yüz yetmiş yeddi min) manat təşkil edir. Cavabdehlərdən iddiaçıya qarşı etdiyi cinayətkar hərəkətlərin nəticəsində, dələduzluq hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın və iddia ərizəsini məhkəməyə vermək üçün iddiaçının ödədiyi 767 (yeddi yüz altmış yeddi) manat məbləğində olan dövlət rüsumu cavabdeh şəxslərdən tutularaq, iddiaçıya ödənilməsi haqqında müvafiq məhkəmə qərarı qəbul olunmasını məqsədə müvafiq hesab edir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəməyə poçt vasitəsi ilə daxil olan, 9 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Cavabdeh1 etirazından görünür ki, hazırki iş üzrə İddiaçı, ibtidai istintaq zamanı müstəntiqə ona mülki iddiaçı qismində tanınması barədə müraciət etmiş və müstəntiqin xx.xx.2021-ci il tarixli qərarı ilə zərərçəkmiş İddiaçı iş üzrə mülki iddiaçı qismində tanınmışdır. Mülki iddiaçı məhkəməyə mülki iddia ilə müraciət etsə də, tələbin nədən ibarət olduğunu göstərə bilmədiyinə və dövlət rüsumu ödəmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının hazırki iddiasını qəbul etmir və əsassız hesab edir. Belə ki, iddiaçının iddia ərizəsində göstərdiyi ziyan, nə sübutların qiymətləndirilməsi qərarında, nə ittiham aktında, nə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmdə, nə də Bakı Apellyasiya Məhkəməsinin 09.09.022-ci il tarixli qərarında ziyanın məbləği müəyyən edilməmiş və göstərilməmişdir. Belə çıxır ki, İddiaçı həmin virtual ziyanı öz istəyi və arzusu ilə iddia ərizəsində guya vurduğu ziyan etmə məlum olmayan hesablama düsturu ilə müəyyən edilmişdir. Məhkəməyə poçt vasitəsi ilə daxil olan, 17 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Cavabdeh2 etirazından görünür ki, iddianı qəbul etmir. Bütün istintaq materiallarında, eyni ilə barəsində çıxarılmış məhkəmə hökmündə iştirakçılıqla törədilmiş cinayət əməli nəticəsində İddiaçı cəmi 7000 (yeddi min) manat məbləğində ziyan vurduğu faktı əksini tapmışdır. Adıçəkilən şəxs xx.xx.2023-cü il tarixdə ona notarial qaydada təsdiq edilmiş rəsmi sənədlər təqdim edərək iddia olunan həmin məbləğin (söhbət 7000 manatdan gedir) tamamilə ödənildiyini, ona qarşı heç bir iddia, şikayət və tələbinin olmadığını bildirmişdir. Belə olduğu təqdirdə bundan bir ay sonra yenidən ona qarşı iddia ərizəsi ilə çıxış etməyinin motivləri ona aydın deyil. Odur ki, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X25 izahatında göstərmişdir ki, o, Vüsal və Niyazini əvvəldən tanımamış, iddiaçı ilə münasibətləri olmuş və bu məqsədlə cavabdehlərə iddiaçının vasitəsi ilə iş düzəltmə üçün 6000 manat məbləğində pul vermişdir. Daha sonra aldadıldığını bilmiş və bu məqsədlə pulunu geri tələb etdikdə cavabdehlər pul qaytarmamış, onun pulunu iddiaçı tam şəkildə ödəmişdir. Hazırda iddiaçıdan heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında iddiaçı tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X26 izahatında göstərmişdir ki, o, Vüsal və Niyazini tanımamış, iddiaçı ilə münasibətləri olmuş və bu məqsədlə cavabdehlərə iddiaçının vasitəsi ilə iş düzəltmə üçün 14.000 manat məbləğində pul vermişdir. Daha sonra aldadıldığını bilmiş və bu məqsədlə pulunu geri tələb etdikdə cavabdehlər pul qaytarmamış, onun pulunu iddiaçı tam şəkildə ödəmişdir. Hazırda iddiaçıdan heç bir tələbi və şikayəti yoxdur. İş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-273/2022 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq o, 4 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı qərarı ilə Cavabdeh1 Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2. və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 1(101 )-273/2022 saylı hökmü məhkum edilmiş şəxslər Cavabdeh1 və Cavabdeh2, məhkum Cavabdeh1 müdafiəçisi X33, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-1865/2023 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(103)-1607/2022 saylı qərarından məhkumlar Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. X27 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiq olunmuş 8İ-39299 reyestr nömrəli ərizəsindən görünür ki, onun İddiaçı qarşı heç bir şikayəti, maddi iddia tələbi yoxdur. X3 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində notariat ofisində notarial qaydada təsdiq olunmuş 8İ-21815 reyestr nömrəli ərizəsindən görünür ki, onun İddiaçı qarşı maddi tələbi və heç bir iddiası yoxdur. X7 Bakı şəhəri 43 saylı notariat ofisində notarial qaydada təsdiq olunmuş 8İ-20379 nömrəli ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. X28 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki. X13 İddiaçı heç bir maddi və mənəvi tələbi və şikayəti yoxdur. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

505. Birgə borclulardan biri barəsində iddia verilməsi kreditoru qalan borclular barəsində də iddia vermək hüququndan məhrum etmir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır

Məhkəmənin mövqeyi Cavabdehlər Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində və Cavabdeh2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, həmin hökmlə Cavabdeh1 iddiaçıya məxsus 120.000 ABŞ dolları, yəni 204.000 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdiyi müəyyən edilmişdir. Eləcə də, həmin hökmlə Niyazi Ələkbərov və Cavabdeh2 İddiaçı 20500 manat məbləğində ziyan vuraraq dələduzluq etmələri də müəyyən edilmişdir. Bundan başqa həmin hökmlə cavabdehlər Niyazi Ələkbərov və Vüsal X1 məxsus 23.000 manat, X14 məxsus 6000 manat, X8 məxsus 5000 manat, X16 məxsus 14.000 manat, X24 məxsus 4500 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirdikləri müəyyən edilmişdir. İşin bu halları qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən bu hallar hazırkı iş üzrə faktiki hallar kimi nəzərə alınır və yenidən araşdırılmır. Ona görə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası (§ 32) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Belə olan halda məhkəmə yalnız cavabdehlərin iddiaçıya vurduğu zərərə görə mülki məsuliyyət daşıyıb-daşımaması, yəni iddiaçının cavabdehlərdən həmin zərəri mülki qaydada tələb etməkdə haqlı olub-olmaması məsələsinə münasibət bildirir. Məhkəmə hesab edir ki, cavabdehlər təqsirli olaraq törətdikləri cinayət əməlləri ilə İddiaçı məxsus pul vəsaitini ələ keçirdiklərindən iddiaçının hesabına əsassız varlanmışlar. Belə ki, onlar öz təqsirli hərəkətləri ilə iddiaçıya zərər vurmaqla qalmamış (delikt), vurduqları bu zərər nəticəsində qazanc əldə etmiş, əsassız varlanmışlar. Bu səbəbdən məhkəmə cavabdehlərin iddiaçı hesabına əsassız varlandığı və onları əsassız varlandıran pulu iddiaçıya qaytarmaq vəzifəsi daşıdıqları nəticəsinə gəlmişdir. Bu baxımdan iddiaçı 120.000 ABŞ dolları, yəni 204.000 manat məbləğində pulu cavabdeh Niyazi Ələkbərovdan, 20.500 manat məbləğində pul vəsaitini isə cavabdehlərin hər ikisindən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddiaçının digər zərərçəkmiş şəxslərə (Məmmədov Cavid, Həbibov Nurəddin, Abdullayev İlyas, Səmədov Cavid, Mərdanov Elvin) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən vurulmuş zərərin əvəzini tələb etməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 5 nəfər zərərçəkmiş şəxsə vurulmuş zərərin onun tərəfindən ödənildiyini bildirir və həmin məbləğlərin cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı 5 nəfərə vurulmuş zərərin onun tərəfindən ödənildiyini bildirsə də, işin məhkəmə tərəfindən araşdırılmış halları ilə 3 nəfərə vurulmuş zərərin ödənildiyi müəyyən edilmiş, iki nəfərə vurulmuş zərərin isə ödənilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, zərərçəkmiş şəxşlərdən Cavid Məmmədov (23.000 manat) notarial qaydasında təsdiq olunmuş ərizə verərək, Cavid Səmədov (14.000 manat) və Nurəddin Həbibov (6000 manat) isə məhkəmə iclasında onlara vurulmuş zərərin İddiaçı tərəfindən ödənildiyini bildirmişdir. Sözügedən hökm üzrə digər zərərçəkmiş şəxslər Elvin Mərdanov və İlyas Abdullayevə vurulmuş zərərin ödənilməsi ilə bağlı isə hər hansı bir sübut məhkəməyə məhkəməyə təqdim edilməmişdir. Halbuki MPM-nin tələbinə əsasən hər bir tərəf öz tələbini sübut etməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən şəxslərə zərərin vurulduğu qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapsa da, iddiaçı həmin zərərlərin onun tərəfindən ödənildiyini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı sözügedən hökm üzrə zərərçəkmiş şəxslər Cavid Məmmədov, Cavid Səmədov və Nurəddin Həbibova cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən dəymiş ümumilikdə 43000 manat məbləğində zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, faktiki olaraq cinayət işi üzrə zərərçəkmiş şəxslər ayrı şəxslər olsa da, hər üçünə vurulmuş zərər iddiaçı tərəfindən ödənilmiş və onlar tələbetmə hüquqlarını iddiaçıya ötürmüşlər. Məhkəmə iddiaçının ona vurulmuş zərərin hər cavabdehdən yarısının tutulması hissəsinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarından aydın görünür ki, kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Hazırda iddiaçı öz arzusu vurulmuş zərərin yarı-yarı olmaqla cavabdehlərdən ayrı qaydada tutulmasını istəyir ki, məhkəmə bu hissədə iddianı əsaslı hesab edir. Məhkəmə iddiaçının nəzərinə çatdırmaq istəyir ki, hazırkı iddia ilə məhkəməyə müraciət olunması və vurulmuş zərərin yuxarıda qeyd edilən qaydada cavabdehlərdən ayrı-ayrı tutulması gələcəkdə iddiaçının digər borcluya qarşı həmin məbləği tələb etməsinə maneə törətmir. İddia tələbinin hər bir cavabdehə münasibətdə 100.000 manat məbləğində mənəvi zərərin tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, "Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəaları olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında, eləcə də bir sıra digər qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq, iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, mübahisənin mahiyyəti nəzərə alınaraq, cavabdehlərin iddiaçının hesabına əsassız varlandıqları pulun iddiaçıya qaytarılmasının qət edilməsi iddiaçıya dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Bununla belə, məhkəmə iddiaçının qeyd edilən müddət ərzində istintaq-məhkəmə orqanlarında iştirak etməsi və pulunu ala bilməməsi ilə bağlı keçirdiyi həyəcan müqabilində tutulmalı olan mənəvi zərərin məbləğinin hər bir cavabdehə münasibətdə 500 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab edir.

Məhkəmənin gəldiyi nəticə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməli, Cavabdeh1 204.000 manat və 31.750 manat olmaqla, cəmi 235.750 manat maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzi, Cavabdeh2 31.750 manat məbləğində vurulmuş maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzi tutulmalı, həmçinin dövlət rüsumuna görə ödənilmiş 767 manatın iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 558 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh1 204.000 manat və 31.750 manat olmaqla, cəmi 235.750 manat məbləğində maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzi, Cavabdeh2 31.750 manat məbləğində vurulmuş maddi ziyan və 500 manat məbləğində mənəvi ziyanın əvəzi, həmçinin dövlət rüsumuna görə ödənilmiş 767 manat məbləğində vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 558 manatı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar