Məhkəmə qərarları › İş №2(010)-3630/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3630/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3630/2020 12.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “MERCEDES BENZ C180” minik markalı ** TX *** nömrə qeydiyyat nişanlı avtomovilə vurulmuş ziyana görə ödənilmiş 4540 (dörd min beş yüz qırx) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Nissan Micra” markalı, **- UP-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən AD 178547 nömrəli şəhadətnamə ilə xx.xx.2015-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh özünə məxsus “Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürücülük hüququ olmadan idarə edərək xx xxxxxx 2015-ci il tarixdə saat 02:34 radələrində Xətai rayonu Nobel prospekti ilə hərəkədə olduğu zaman işıqforun qırmızı işığında dayanmış vəziyyətdə olan “MERSEDES BENZ C180” markalı, ** TX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili arxadan vurmuş, yol nəqliyyat hadisəsi nəticəsində həmin avtomobilin sahibi X1 maddi zərər dəymişdir. Hadisə ilə bağlı Xətai RPİ-nin DYPŞ tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində cavabdehin avtomobili sürücülük hüququ olmadan idarə etməsi məlum olmuş, lakin onun hərəkətində cinayət əməlinin tərkibi olmadığı üçün xx.xx.2015-ci il tarixli qərarla cinayət işinin başlanılmasından imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı ASC məhkəməyə müraciət edərək iş üzrə tələb olunan bütün sənədlərin məhkəməyə təqdim olunduğunu və bu səbəbdən nümayəndənin məhkəmə iclasında iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması edilmişdir. İş materiallarına əlavə olunmuş AC №seriyalı 229074 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** UP *** dövlət qeydiyyat nişanlı “Nissan Micra” minik markalı avtomaşının sahibi Cavabdehdır. İş materiallarında olan AC № 287363 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** TX *** dövlət qeydiyyat nişanlı, “MERSEDES BENZ C180” minik markalı, avtomobilin sahibi X3r. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin dəymiş zərərin hesabatından müəyyən edilmişdir ki, “MERSEDES BENZ C180” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi ziyanın aradan qaldırılmasına ümumilikdə 4540 manat məbləğində vəsait tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli sığorta aktından görünür ki, “Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək sığortalamışdır. xx.xx.2015-ci il tarixdə “MERSEDES BENZ C180” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşının Nobel prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “MERSEDES BENZ C180” markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşına 4540 AZN məbləğində ziyan dəymişdir. İşə əlavə edilmiş xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X2 hesabına köçürülmüşdür. İş materiallarına əlavə olunmuş icbari sığorta müqaviləsinə dair məlumatdan müəyyən olunur ki, Cavadov Cavabdeh “Nissan Micra” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomaşını 5000 AZN məbləğində sığortalamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki,məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bu Məcəllənin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi xx.xx.2015-ci il tarixdə baş versə də, Cavabdeh Azərbaycan Respublikası İXM-nin tələbinə əsasən təqsirli olması sübuta yetirilməmişdir. Belə ki, iş üzrə şəxsin yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması, şəxsin əməlində inzibati xəta tərkibinin mövcud olması sübuta yetirilməmiş və bu barədə qərar iş materiallarında mövcud deyildir. İddiaçı tərəf iş üzrə bütün sübutları təqdim etdiyini bildirərək təqdim olunmuş sübutlar əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqdim olunmuş sənədlərə əsasən iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması, onun əməlində inzibati xəta tərkibinin mövcud olması və onun barəsində inzibati xəta haqqında qüvvəyə minmiş qərar mövcud olmadığından «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən «xxxxxxxxx» ASC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. «xxxxxxxxx» ASC tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar