Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-364/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 320,40 (üç yüz iyirmi manat qırx qəpik) manat pul məbləğinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması. İddia tələbinin dəlilləri 19.01.2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** MD *** dövlət nişanlı avtomobil “Nissan Teana” markalı, ** RA *** dövlət nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Qaradağ rayon DYPŞ-nin 27.01.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Nissan Teana” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə 290 (iki yüz doxsan) manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2196 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Nissan Teana” markalı, ** RA *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 290 (iki yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi 290 (iki yüz doxsan) manat məbləğində sığorta ödənişi Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkənə ödənildiyindən, Dövlət Sığorta Kommersiya Şirkətinin İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə görə, Cavabdeh həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Tərəflərin izahatları İddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin Hüquq Departamentinin direktoru Fərid Mustafazadə ərizə ilə müraciət edərək, mülki işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdr. Cavabdeh izahatında iddianı qəbul etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: TP ******* saylı 27.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6-cı 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. 2196 saylı sığorta ödənişi ilə bağlı aktından görünür ki, Cavabdeh “Opel Astra” markalı, ** MD *** dövlət qeydiyyat nişanlı avtomaşını 04.10.2020-ci il tarixdən 04.10.2021-ci il tarixədək müddətə 55000 manata sığortalamışdır. 19.01.2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzi ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan Teana” markalı, ** RA *** dövlət nömrə nişanlı avtomaşınına ziyan dəymişdir. Dəymiş zərərin ümumi məbləği 290 manat qiymətləndirilmiş və və həmin məbləğ zərərçəkənə ödənilmişdir. 07.02.2020-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 290 manat məbləğində sığorta hadisəsi üzrə ödəniş olunmuşdur. ƏN-V seriyalı 439766 saylı etibarnamədən müəyyən olunur ki, X3 “Nissan Teana” markalı, ** RA *** Dövlət qeydiyyat nişanlı avtomaşını X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə verməyi etibar etmişdir və etibarnamə 06.10.2021-ci il tarixədək qüvvədədir. Dəymiş zərərin hesablanmasına dair aktdan müəyyən olunur ki, “Nissan Teana” markalı, ** RA *** dövlət nömrə nişanlı avtomaşına 290 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1). Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). “İcbari sığortalar haqqında” Qanun Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır (maddə 63.1). Məhkəmənin mövqeyi Məhkəmə iclasında toplanmış sübutlarla müəyyən edilmişdir ki, 19.01.2021-ci il tarixdə saat 09:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində Şirkətdə icbari sığorta növü ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** MD *** dövlət nişanlı avtomobil “Nissan Teana” markalı, ** RA *** dövlət nişanlı avtomobillə toqquşmuş nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Qaradağ rayon DYPŞ-nin 27.01.2021-ci il tarixli TP ******* №-li Qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh qanunvericiliyin tələblərini pozaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Qiymətləndirmə aktında göstərilmişdir ki, “Nissan Teana” markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilə 290 (iki yüz doxsan) manat maddi zərər vurulmuşdur. Bununla əlaqədar olaraq, 2196 saylı işə dair sığorta aktı tərtib edilməklə sığorta müqaviləsində və şəhadətnaməsində nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən zərərçəkən “Nissan Teana” markalı, ** RA *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 290 (iki yüz doxsan) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 290 (iki yüz doxsan) manat həcmində subroqasiya hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 290 (iki yüz doxsan) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 290 (iki yüz doxsan) manat və dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-364/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-364/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver