Məhkəmə qərarları › İş №2(010)-3640/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3640/2021

21.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3640/2021 21.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Həsənova (Xəlilova) Sevinc Əliməmməd qızına, Cavabdeh2 Vasiliyevnaya, Cavabdeh3 üçüncü şəxslər X13, X14, X15, X4, X27, X20, X18 və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan evin və istifadədə olan torpaq sahəsinin naturada real bölgüsünün aparılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 nömrəli fərdi yaşayış evindən ¼ hissəsinin payına düşən tikili olan (evin) mülkün və istifadələrində olan 524 kv. metr torpaq sahəsinin 1/4 hissəsinə uyğun payının naturada ayrılması şəklində real bölgüsü aparılmasını, həmin mülkün (evin) və mülkün həyətyanı torpaq sahəsinin payına düşən hissəsinə uyğun paylı mülkiyyətdən naturada ayrılması şəklində, ona mülkiyyət hüququna dair ayrılıqda texniki pasport və Mülkiyyətə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və ayrıca ünvanın verilməsini ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinə əlavə verərək Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 nömrəli fərdi yaşayış evindən ¼ hissəsinin payına düşən tikili olan (evin) mülkün və istifadələrində olan 524 kv. metr torpaq sahəsinin 1/4 hissəsinə uyğun payının naturada ayrılması şəklində real bölgüsü aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 nömrəli fərdi yaşayış evinin ¼ hissəsi anası İddiaçı tərəfindən 23.10.2001-ci il tarixində alqı-satqı müqaviləsi əsasında alınmışdır. Həmin ev alınan zaman artıq dörd mülkiyyətçi öz aralarında mülkün faktiki bölgüsünü aparmışdır. Bu günədək mülkün iddiaçıya düşən hissəsinin rəsmi qaydada naturada real bölgüsü aparılmamışdır. Lakin mülkiyyətçilərin hamısının eyni vaxtda müvafiq icra orqanına müraciəti mümkün olmadığına görə mülkün naturada real bölgüsünün aparılması mümkün olmamışdır. Bu isə bir çox hallarda çətinlik yaradır. Ona məxsus olan hissə digər mülkiyyətçilərin payından ayrıca yerləşdiyindən tikilinin və istifadəsində olan torpaq sahəsinin ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 009034 seriyalı 28.11.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki 6 otaq, 96,8 kv.m olan yaşayış sahəsi 149,1 ümumi sahəsi olan 27 saylı fərdi yaşayış evi 28.11.2001-ci il tarixdən mülkiyyət hüququ üzrə X1 adına ¼ hissədə, X7 adına ¼ hissədə, X16 adına ¼ hissədə və X5 adına ¼ hissədə mülkiyyət hüququları üzrə adlarına 02 nömrəli reyestr kitabının 281 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin X2 ünvanladığı məktubun surətindən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 27 saylı fərdi yaşayış evi ilkin olaraq 12.03.1968-ci il tarixdə X9 adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin ¼ hissədən ibarət yaşayış sahəsi 26,7 kv.metr olan 1 otaq Bakı şəhəri 10 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 23.10.2001-ci il tarixli, 4Ə-3-230 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 adına 28.11.2001-ci il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X11 məxsus 39,2 kv.m olan 3 otağı Bakı şəhəri 34 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 07.09.2002-ci il tarixli, 4-Ə-3-414 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 19.02.2003-cü il tarixində X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X21 məxsus ¼ hissəsi Bakı şəhəri 39 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, 29.11.2006-cı il tarixli 4Ə/2-247 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 28.11.2006-cı il tarixində Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinin və ümumi sahəsi 7.2 kv.m olan həyətyanı tikililərin X10 məxsus olan ¼ hissəsi Bakı şəhəri 10 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 18.12.2013-cü il tarixli, 2V-1-282 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh3 adına 29.12.2013-cü il tarixində qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş yaşayış yeri haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən X2 verilmiş 12.01.2021-ci il tarixli arayışdan görünür ki, X22, X17, X23, Cavabdeh2, Cavabdeh3, X24, X6, X34, X31, X30, X28, Nümayəndə və Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasportun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Tramvaynaya küçəsi (indiki S. Bəhlulzadə küçəsi) 27 nömrəli saylı evinin hüquq subyekti X12 və başqalarıdır. Suraxanı rayon məhkəməsinin 30.06.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 23.11.2021-ci il tarixli 10/4143 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən 149,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin və həyətyanı sahənin X2 məxsus ¼ hissədə mövcud payın real olaraq naturada bölünməsi və hasara alınaraq onun faktiki istifadəsində olan torpaq sahəsinin ümumi paylı mülkiyyətdən təcrid şəkildə ayrılmasının “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4 və 2.9.bəndlərində göstərilən tələblərə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. “A” literli fərdi yaşayış evinin ¼ hissəyə uyğun sahəsi aşagıdakı kimi müəyyən olunur: ümumi sahə üzrə ¼ hissə 37,27 kv.m(149,1:4) və yaşayış sahəsi üzrə ¼ hissə 24.2 kv.m(96,8:4) Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunun mənasına görə mülkiyyətçi mülkiyyətində olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu hüququn dövlət tərəfindən tanınmaqla yanaşı qorunmasına da təminat verilir. Mülki Məcəllənin 220.1-ci, 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 saylı fərdi yaşayış evi ¼ hissədə İddiaçı, ¼ hissədə Həsənova (Xəlilova) Sevinc Əliməmməd qızının, ¼ hissədə Cavabdeh2 Vasiliyevnanın və ¼ hissədə Cavabdeh3 adına dövlət qeydiyyatından keçmişdir. Hazırda İddiaçı paylı mülkiyyət hüququ ilə ona və cavabdehlərə məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 saylı fərdi yaşayış evinin özünə məxsus hissəsinin naturada bölünməsini xahiş edir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və əldə edilmiş 23.11.2021-ci il tarixli 10/4143 saylı ekspert rəyi ilə bölgünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin 23.11.2021-ci il tarixli 10/4143 saylı rəyi məhkəmədə tədqiq edilərkən müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən 149,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin və həyətyanı sahənin X2 məxsus ¼ hissədə mövcud payın real olaraq naturada bölünməsi və hasara alınaraq onun faktiki istifadəsində olan torpaq sahəsinin ümumi paylı mülkiyyətdən təcrid şəkildə ayrılmasının “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə və “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2,2.4 və 2.9.bəndlərində göstərilən tələblərə uyğun olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Belə olan halda məhkəmə ekspert rəyinə uyğun olaraq qeyd edir ki, hazırda iddiaçının iddiası təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 saylı fərdi yaşayış evinin İddiaçı məxsus ¼ hissəsində mövcud olan payının naturada bölünməsi texniki cəhətdən mümkündür. Odur ki, məhkəmə hesab edir ki, iddia ekspert rəyinə uyğun olaraq təmin edilməlidir. Bundan başqa, iddia tələbi tam təmin edildiyinə görə, aparılmış ekspertiza xərci 100 (yüz) manat İddiaçı tutularaq dövlət nəfinə tutulmalıdır. Beləliklə məhkəmə təqdim edilmiş və məhkəmə zamanı əldə edilmiş bütün sübutların mötəbərliyini əsas götürərək iddianın tam təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 27 saylı fərdi yaşayış evinin İddiaçı məxsus olan ¼ hissəsi (“A” literli fərdi yaşayış evinin ¼ hissəyə uyğun sahəsi: ümumi sahə üzrə ¼ hissə 37,27 kv.m (149,1:4) və yaşayış sahəsi üzrə ¼ hissə 24.2 kv.m (96,8:4)) natura qaydasında bölünsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri-100 (yüz) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar