Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3652/2020 02.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili X14, Cavabdeh “xxxx” MMC-nin nümayəndələri X8, X9 və X6 iştirakları ilə, İddiаçı İddiaçı cavabdehlər “xxxx” MMC və “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəzi ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş maddi və mənəzi ziyanın əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi zərərin və ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 10000 (on min) manat məbləğində pulun, ümumilikdə 13500 (on üç min beş yüz) manat məbləğində pulun cavabdeh “xxxx” MMC-dən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-də çilingər vəzifəsində çalışır. xx xxxx 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X4 dispetçer X12 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X20 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. Bundan sonra baş vermiş hadisə tədqiq edilərək xx xxxxxx 2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2019 saylı akt tərtib edilmişdir. İstehsalatda baş vermiş qeyd olunan hadisə baş verdikdən sonra məcbur olub müxtəlif tibb müəssisələrində müayinə və müalicə keçmiş, eləcə də xx.xx.2019-cu il tarixdə ATUnun X2 “sirkə kasasının osteosintezi” cərrahı əməliyyatına məruz qalmışdır. Müayinə və müalicəsinə, eləcə də əməliyyat olunmasına təxminən 3500 manat məbləğində xərc çəkmişdir. Tərəflərindən xx xxxxxx 2020-ci il tarixli pretenziya ilə “xxxx” MMC-yə müraciət edilərək 5 gün ərzində ona xəsarət yetirilməsi, eləcə də sağlamlığının korlanması nəticəsində dəymiş maddi zərərin məbləği olaraq 3500 manat məbləğində pulun ona ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir. Cavabdeh təşkilat tərəfindən müraciətinə heç bir cavab verilməmişdir. Bundan başqa cavabdehin təqsiri ucbatından onun sağlamlığına zərər vurulması, bunun nəticəsində sağlamlığını itirməsi, əməliyyata məruz qalması, məcburən uzun müddət ərzində başqalarının yardımı ilə hərəkət etməsi, əlil statusu alması, eləcə də cavabdeh təşkilatın ona vurulmuş zərərin ödənilməsi istiqamətində demək olar ki, heç bir addım atmaması və s. hallar onu mənən alçaltmış, özünə, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Göstərilənlərə əsasən ona həm də mənəvi zərər vurulmuşdur. Cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyanı simvolik olaraq 10000 (on min) manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Daha sonra, İddiaçı məhkəməyə ərizə verərək məhkəmədən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığına vurulmuş 3500 manat maddi zərərin və ona dəymiş mənəvi zərərin kompensasiyası kimi 10000 (on min) manat məbləğində pulun, ümumilikdə 13500 (on üç min beş yüz) manat məbləğində pulun cavabdehlər “xxxx” MMC və “xxxx” Sığorta ASC-dən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X14 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndələri X8, X9 və X11 iddianı qəbul etməyərək bildirdilər ki, İddiaçı müəssisə tərəfindən 2788 manat məbləğindıə pul və istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə 393.76 manat məbləğində kompensasiya ödənilmişdir. Eyni zamanda, iddiaçı istehsalatda bədbəxt hadisən icbari sığorta olunmuşdur. Bu səbəbdən iddiaçıya dəymiş ziyan sığortaçı “xxxx” Sığorta ASC tərəfindən ödənilməlidir. Onlar sığorta ödənişinin ödənilməsi ilə bağlı sığortaçıya müraciət etsələr də sığortaçı müraciətlərinə heç bir cavab verməmişdir. Odur ki, məhkəmədən iddianın “xxxx” MMC-yə münasibətdə təmin edilməməsini xahiş etdilər. Digər cavabdeh “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İstehsalatda bədbəxt hadisə haqqında” xx.xx.2019-cu il tarixli, 01/2019 nömrəli Aktdan görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Təxminən saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X4 dispetçer X12 avtobusun əyləc sistemində nasazlıq yarandığını bildirmişdir. S.Əliyev isə ona müraciət etməsini, nasazlığın aradan qaldırılması mümkün olmadıqda isə təmir üçün qaraja göndəriləcəyini bildirmişdir. Ə.Babayev ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. X20 tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 1760 saylı arayışda onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarıınn qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. 28 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə alınmış travma ilə əlaqədar sol sirkə kasasının medial divarının sınığı ilə əlaqədar osteosintez (metal lövhə) əsas xəstəlik diaqnozu qoyulmuş, Aparılan stasionar və ambulator kompleks müalicələrə baxmayaraq, əmək qabiliyyəti bərpa olunmamışdır. Hazırda təkrar müalicə üçün ixtisaslaşdırılmış həkim konsultasiyasına göndərilir. “Mediland” Hospital tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ortepidya şöbəsində həkim müayinəsindən keçmək üçün 50 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Tibb Universitetinin X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ƏİA/3 seriyalı, 937397 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən əməliyyat üçün 1900 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ƏİA/4 seriyalı, 203157 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müayinə üçün 42 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Tibb Universitetinin X7 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən bud-çanaq oynaqlarının rentgenoqrafiyası üçün 24 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının elektron sistemindən çıxarışın surətindən görünür ki, X3 üçüncü dərəcəli əlil olduğunu müəyyən edilmişdir. “xxxx” Sığorta Şirkəti ASC ilə xxxx MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, QAL-00011106 saylı icrbari həyat sığorta müqaviləsinə PR-02 saylı Prolanqasiyadan görünür ki, İddiaçı sığorta məbləği 31648.16 manat, sığorta tarifi 1.50%, sığorta haqqı 54 manat təşkil edir. Bu prolonqasiya ilə sığorta təminatı xx xxxxxx 2018-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək müddəti əhatə edir və bu təminat sığorta haqqının ödənildiyi gündən etibarən qüvvəyə minir. “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanılmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı sığorta ödənişinin verilməsi ilə bağlı “xxxx” ASC-yə yazılı müraciət edilmişdir. Məktub sifarişli göndərilmiş, bu barədə qəbz iş materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırması nəticəsində, yuxarıda qeyd edilən iş materialları və tərəflərin izahatları əsasında müəyyən edildi ki, İddiaçı “xxxx” MMC-də çilingər vəzifəsində çalışır. O, xx xxxx 2019-cu il tarixdə əmr əsasında təhkim olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 124 saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən dispetçer məntəqəsində işə çıxmışdır. Saat 13:45 radələrində 124 saylı marşrut üzrə işləyən “Daewo” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X5 ona yaxınlaşaraq qabaq təkərlərin əyləc sistemində nasazlıq olduğunu bildirmiş və nasazlığın aradan qaldırılmasını xahiş etmişdir. O, sürücü Ə.Babayevə idarə etdiyi avtomaşının sükanını sağ tərəfə döndərməsini bildirib avtobusun əyləc sistemini tənzimləməyə başlamışdır. Bu zaman sürücü işlək vəziyyətdə saxladığı avtobusu irəli hərəkət etdirmiş və avtobusun təkəri ona dəyərək xəsarət yetirmişdir. Həmin vaxt o qışqırdıqda sürücü avtobusu arxaya vermiş və yenidən sağ əl və ayağının, eləcə də ombasının üstündən keçərək ona təkrar xəsarət yetirmişdir. Hadisə nəticəsində onun “Müştərək travma. Sağ sirkə kasasının arxa kənarının qapalı yerdəyişən sınığı və budun arxa çıxığı. Sağ mil sümüyünün tipik yerinin və sağdan V ayaq darağının sümüyünün əsasının qapalı yerdəyişməyən sınığı. Döş qəfəsinin küt travması” diaqnozu ilə xəsarət aldığı göstərilmişdir. Bundan sonra baş vermiş hadisə tədqiq edilərək xx xxxxxx 2019-cu il tarixdə “İstehsalatda bədbəxt hadisə haqqında” 01/2019 saylı akt tərtib edilmişdir. Hadisə ilə əlaqədar İddiaçı üçüncü dərəcəli əlillik verilmiş, bu barədə müvafiq icra hakimiyyəti orqanın elektron sistemində məlumat yerləşdirilmişdir. Eyni zamanda, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmuşdur. Sığortaçı şirkət “xxxx” Sığorta Şirkəti ASCdir. Məhkəmə hesab edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı dəymiş maddi ziyan “xxxx” Sığorta Şirkəti ASC tərəfindən sığorta ödənişi hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsininin: 1-ci bəndinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2-ci bəndinə əsasən, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3-cü bəndinə əsasən, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4-cü bəndinə əsasən, istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Hazırkı işdən görünür ki, İddiaçı işəgötürən “xxxx” MMC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunmuş, işəgötürənlə sığortaçı “xxxx” Sığorta Şirkəti ASC arasında bağlanılmış müqavilə üzrə sığorta təminatı xx.xx.2018 – xx.xx.2019-cu il tarixinədək müddəti əhatə etdiyindən sığorta hadisəsi baş verdiyi xx.xx.2019-cu il tarix də bu aralığa daxil olmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. İşdən görünür ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta hadisəsi baş vermişdir. Belə olan halda sığortaçı “xxxx” Sığorta Şirkəti ASC iddiaçıya sığorta ödənişi etməlidir. Yuxarıda göstərilən Qanunun 2.0.13-cü maddəsinə əsasən sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı maddi itkilərin bərpası məqsədilə faydalanan şəxsə verilən pul təzminatıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia sığortaçı “xxxx” Sığorta Şirkəti ASC-yə münasibətdə təmin edilməlidir. Lakin sığortaçıdan tutulacaq məbləğə gəldikdə məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona dəymiş maddi zərərin əvəzi kimi 3500 manat məbləğində pul tələb etsə də iş materiallarında olan qəbzlərdən maddi zərərin yalnız 3116 manat hissəsi sübut edilir. Qalan hissədə xərclərlə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh “xxxx” Sığorta Şirkəti MMC-dən iddiaçıya dəymiş maddi zərərin əvəzi kimi 3116 manat məbləğində pul tutulmalıdır. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı 10000 manat məbləğində mənəvi ziyana görə pul tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx xxxxxx 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X16 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Məhkəmə,cavabdehin üzərinə maddi ziyanın ödənilməsi vəzifəsinin qoyulmasını iddiaçının ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” Sığorta Şirkəti ASC-dən 3116 (üç min yüz on altı) manat məbləğində pul tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən 3116 (üç min yüz on altı) manat məbləğində pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3652/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3652/2020
02.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver