Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3699/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı və Cavabdeh* iştirakları ilə, İddiaçı Cavabdeh* qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh* və Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılmasına və yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iddiаçı İddiaçı məhkəməyə ərizə verərək, məhkəmədən Cavabdeh* ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmə iddianın dəyişdirilməsinə dair ərizəni qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh Günat Cəbiyeva onun gəlini olmuş, oğlu ilə nikahda olduğu vaxtlarda onun mülkiyyətində olan mənzildə yaşamışdır. Gəlini olduğu üçün cavabdehi və nəvələrini öz mənzilinə pasport qeydiyyatına aldırmışdır. Hazırda isə oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur və cavabdeh artıq anasının evində yaşayır. Əgər hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxıla bilmirsə, iş üzrə icraata xitam verilməsinə etiraz emir. Məhkəmə iclasında Cavabdeh* iddianı qəbul etməyərək bildirdi ki, hazırda yaşadığı ev qanunsuz tikili olduğundan mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılarsa, yaşadığı evə pasport qeydiyyatına düşə bilməyəcək. Şəxsiyyət vəsiqəsi olmadığı üçün də uşaqlarının hüquqlarını həyata keçirə bilməyəcək. Hər bir halda iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin hallarından görünür ki, Cavabdeh* və iddiaçının oğlu Rafael Mitalov *2.04.20*3-cü il tarixdə nikaha daxil olmuşdur. Hər iki tərəf mübahisələndirmir ki, cavabdeh məhz iddiaçının oğlu ilə ailə qurduqdan sonra iddiaçının mülkiyyətində olan mənzilə gəlin kimi köçmüş, iddiaçının razılığı ilə həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmış, iddiaçının oğlu ilə ailə münasibətləri pozulduqdan sonra isə mənzildən çıxıb getmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08.*0.20*3-cü il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın *-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işin hallarından görünür ki, Cavabdeh* iddiaçının mülkiyyətində olan mənzilə 20*3-cü ildə köçmüşdür. Belə olan halda tərəflər arasında cavabdehin mənzildən istifadə hüququ ilə bağlı münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.*-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məcəllənin 30.2-ci maddəsinə görə isə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Hazırkı iş üzrə Cavabdeh* İddiaçı keçmiş gəlini olduğundan məhkəmə hesab edir ki, cavabdeh yaşayış sahəsi mülkiyyətçisi olan iddiaçının Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.*-ci maddəsi baxımından ailə üzvü hesab edilmir. Həmçinin cavabdehin yaşayış sahəsi mülkiyyətçisinin “digər qohumu” olması da istisna edilir. Ona görə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmin maddədə nəzərdə tutulmuş “digər qohumlar”ın dairəsi ilə bağlı şərh vermiş və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.*-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin *5-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva etdiyini müəyyən etmişdir. Hazırkı işdən görünür ki, Cavabdeh* yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçının ailə üzvü hesab edilmir və Azərbaycan Respublikasının ailə qanunvericiliyi baxımından cavabdehdən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh* İddiaçı mülkiyyətində olan mənzildən heç bir istifadə hüququ yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə olan halda məhkəmə hesab edir ki, bu iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 26*. İcraata xitam verilmə əsasları. 26*.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 26*.0.*. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri. 262.*. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.3. Bu Məcəllənin 26*.0.*-ci və ya 26*.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **4.*.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 26*-262, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh* qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş *00 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023, qəbzin nömrəsi: *3788) dövlət büdcəsindən İddiaçı (FİN: xxxxxxx) qaytarılsın. İddiaçıya izah edilsin ki, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana (Bakı şəhəri Suraxanı rayon X3) müraciəti əsasında xitam verilməlidir. Bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən mülki məhkəmə icraatı qaydasında iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3699/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3699/2023
14.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver